Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə25/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   21   22   23   24   25   26   27   28   ...   51

53 
 
Denikinin tezisini müdafiə üçün söylədiyi sözlərdə təbii olaraq diqqətəĢayan 
bir yenilik aramırıq. Bu sözləri illərdən bəri rus imperialistlərinin hər türlüsündən 
min bir dəfə eĢitmiĢik. Tarix, iqtisadiyyat, siyasət və bilxassə sevqiyat (strategiya) 
bunu  əmr  edirmiĢ.  Təzədən  bu  millətlərə  Rusiya  əlində  olmaq  müqəddər  imiĢ 
(alınlarına yazılıbmıĢ). Nə acı bir tale!... 
Ġndi düĢünsünlər, milli rəhbərlər, milli hərəkatları sövq edən təĢkilatlar, vaxt 
keçirmədən  özləri  həll  etsinlər:  «Gələcəkdə  hürr  Rusiyanın  mürəkkəb  (birləĢmiĢ) 
bir  hissəsi  olaraq  qalmağını  istərlər,  yoxsa  «Sovetlər  Ġttifaqı»  deyilən  bolĢevik 
qazanında qaynamaqmı?». 
General, üçüncü yol yoxdur - deyir. Nə fəci bir dilemma! 
Fəqət,  yaxĢı  ki,  bu  faciələr  milyukovçuların  öz  yazıları,  əndiĢələri  və 
vaqiəni təhlillərilə bərtərsfdir (dağıdılır). 
Bu yazılardan fürsət bulduqca irəlidə bəhs edərik. Ġndilik generala da, vəziri 
Milyukova da, deyirik ki: 
Yenə  yanılır,  yenə  hadisələr  arxasında  gedirsiniz.  Yeni  peĢmanlığa  məhəl 
vermədən, məsələ indidən həll edilməli, millətlərin haqqı tanınmalı, müasir istiqlal 
Ģüarına qeyd-Ģərtsiz hörmət edilməlidir! 
Bilirik:  siz  bunu  edə  bilməzsiniz,  təbiəti  dəyiĢmək  zordur.  Qozbeli  qəbir 
düzəldər. 
Fəqət,  əminik:  bolĢevizm  düĢüncə  -  siz  bunu  istəsəniz  də,  istəməsəniz  də 
hamısı birdir Rusiya  parçalanacaq və  dünyanın bu geniĢ qitəsindəki əsir  millətlər 
bu  dəfə  artıq  əbədiyyən  qurtulacaq,  öz  müqəddəratlarına  sahib,  hürr  və  müstəqil 
olacaqdır. 
 
“Ġstiqlal”, 20 dekabr 1932, Berlin. 
 
DEMOKRATĠYA VƏ SOVETLƏR 
 
Uzaq ġərqdəki gerçək  hərb silahdan boĢalma  konqresinin  bir sənədən bəri 
müsbət heç bir nəticəyə gəlmədən yerində sayıb durması, cahan iqtisadiyyatındakı 
böhran və bu üzdən beynəlmiləl münasibətlərdə çıxan ixtilafların getdikcə artması, 
«Millətlər Cəmiyyəti»nin bu ixtilaflar önünə keçə bilməkdəki acizliyi, bir tərəfdən 
Versal  nizamını  tutan  dövlətlər,  digər  tərəfdən  də  bu  nizamı  dəyiĢmək  isətəyən 
«revizionist»  millətlər  arasında  hərbi-ümumi  önündə  olduğu  kimi,  edilən 
zümrələĢmələr nəticəsində beynəlmiləl cahan vəziyyəti olduqca müĢəvvəs (qarıĢıq) 
bir  hala  girmiĢ  ikən  Almaniyada  iĢ  baĢına  gələn  Hitlerizm  ortalığı  tamamilə 
vəlvələyə verdi. 
Bu  hadisə  qarĢısında  Fransa  diplomatiyası  təlaĢlı  hərəkətə  keçdi.  Çünki 
hitlerçilərin  Versal  nizamına  qarĢı  elan  etdikləri  doktrin  əvvəl  əmrdə  Fransaya 
qarĢı  çevrilmiĢdir,  çünki  Almaniya  milliyyətçilərinin  sayları  ilə  mütənasib  ərazi 


54 
 
bulmaq  davası  ilə  hüdudlarının  geniĢləməsini  istəyən  tələbləri  Fransanın 
müttəfiqlərini əlaqədar edir. 
Hitlerçilərin  zəfəri  münasibətilə  beynəlmiləl  siyasət  aləmində  görünən 
əsəbilikləri  burada  əhatəli  surətdə  xülasə  edəcək  deyilik.  Sadə,  qeyri-təbii 
bulduğumuz bir-iki kombinasiya üzərində durmaq istəyirik; nəyə Ģahid oluruq? 
Hərb  təhlükəsinin  önünə  keçmək  üçün  Fransa  Cümhuriyyəti  Sovet 
hökumətilə  görüĢür,  mədəniyyət  və  sülh  naminə  bu  məfhumun  ikisinə  də  candan 
ədavət bəsləyən bir qüvvətilə anlaĢılmaq istənilir. Qəribə deyilmi?!... 
Daxildə  və  xaricdəki  düĢmənlərinin  qənaətincə,  hitlerizm,  demokratiya 
rejiminin müxalifi olaraq iĢ baĢına gəlmiĢ, təsisinə baĢladığı idarə Ġtaliyada olduğu 
kimi,  faĢist  diktatorluğu  imiĢ,  müxaliflərinin  tələqqisinə  (baxıĢına)  görə,  təhlükə 
sadə, hürriyyət və demokratiya prinsiplərinə deyil, eyni zamanda beynəlmiləl sülh 
dəxi qorxu altındadır. 
Avropa  sosialist  partiyaları  ittifaqından  ibarət  olan  Ġkinci  Ġnternasional 
icraiyyəsi  nəĢr  etdiyi  bir  bəyannamədə  bütün  cahan  fəhləsini  bu  təhlükəyə  qarĢı 
çıxmağa  dəvət  edir,  bu  xüsusda  Üçüncü  Ġnternasional  ilə  birləĢmək  təklifində 
bulunur Hürriyyət və  demokratiya  prinsiplərini Hitlerə  qarĢı  müdafiədə  Stalindən 
yardım istəyir, qəribə bir müraciət deyilmi?!... 
Fəqət,  günün  qəribəlikləri  bu  qədərlə  qalmır.  Kommunistlərin  özləri  belə, 
indi  hürriyyət  və  demokratiya  müdafiəçiləridirlər.  Təbii,  Sovetlərdə  deyil, 
Almaniyada,  Sovetlərdə  isə  qanlı  diktatorluq  bütün  Ģiddətilə  davam  edir,  daha 
dünən  35  adamı  mühakiməsiz  qürğüĢüna  düzdülər.  Sadə,  rus  təbəələri  deyil, 
əcnəbilərin  belə  canları  güvəndə  deyildir,  bu  üzdən  Ġngiltərə  ilə  inkita  (iliĢkilərin 
kəsilməsi) hazırlanır. 
Sovet  hökuməti  cahan  sülhünü  təmin  iĢində  nə  dərəcədə  əmniyyətsiz  bir 
müttəfiq isə, bolĢevizm də hürriyyət və demokratiya rejimini himayədə o dərəcədə 
mənfi bir qüvvədir. Hər nəyə qarĢı olsa da, hürriyyətlə istibdadın, demokratiya ilə 
diktatorluğun bir araya gələrək ülfət edəcəklərinə inanılmaz. 
Üçüncü  Ġnternasional  bütün  propaqandası  və  hər  türlü  imkanları  ilə  hər 
tərəfdə  daim  sadə  milli  qüvvələri  deyil,  eyni  zamanda  hürriyyət  və  demokratiya 
fikirlərini  dəxi,  hırpalamıĢ  diktatorluq  fikrinin  baĢlıca  mürəvvisi  (yayıcısı) 
olmuĢdur.  Almaniya  cümhuriyyətçiliyinin  məlum  təbirilə,  Veymar  rejiminin  ən 
böyük düĢməni kommunistlərdi. Üçüncü Ġnternasionalın bütün himməti bu rejimin 
dirəyini  təĢkil  edən  Almaniya  sosial-demokratlarını  qırmağa  mütəvəccih 
(yönəlmiĢdi)  idi:  hərb  sonu  böhranının  doğurduğu  ümumi  səbəblərdən  baĢqa 
Versal  nizamının  məğlub  Almaniyaya  etdiyi  təzyiqlərlə  ümumi  səfalətə  məruz 
qalan  bu  məmləkətdə  diktatroluq  ideyasını  xalq  kütlərləri  arasında  kommunistlər 
qədər  yayan  ikinci  bir  zümrə  yoxdur.  Hitlerizm,  hər  Ģeydən  əvvəl  kommunizm 
demaqogiyasına  qarĢı  kaymaq  üzrə  doğulmuĢ  bir  ideyadır.  O,  faĢizm  kimi,  öz 
müxaliflərindən  diktatorluq  fikrini  almıĢ,  fəqət,  ondakı  internasionalizmi 
nasionalizmi dəyiĢdirmiĢdir. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə