Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə33/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   29   30   31   32   33   34   35   36   ...   51

70 
 
burjuaziyasını  ikna  (inandıra)  edə  bilməyən  «izah»larından  bir  hikmət  kimi  bəhs 
edir.  ġəhərlərdə  neft  üçün  sıra  gözləyən  «quyruqları»  görür.  Və  özünə  «köylülər 
traktor qullanmağa baĢlayınca, neft məhsulu hərbdən əvvəlki miqdardan çox ikən 
məmləkətdə  yanacaq  qıtlığı  çıxdı»  deyə  verilən  izaha  aldanır:  süd  üçün  sıra 
gözləyənlər  dəxi,  bu  külfətə  südün  qıtlığından  deyil,  öz  iĢtahları  üzündən 
düĢübmüĢlər. Sovet  rəiscümhuru (SSRĠ MĠK-in sədri) Kalinin  «bütün  saflığı»  ilə 
Fransanın  bu,  dünənki  və  yarınkı  baĢ  nazirinə  anlatmıĢ  ki,  Rusiya  əhalisi  indi 
hərbdən əvvəlkinə nisbətlə birə üç dəfə çox süd içirmiĢ!... 
Budur, sizə elmini siyasətinə tabe edən bir adamın çatdığı Ģahəsər nəticə!... 
Bu  gün  bolĢevik  rejimində  mədəniyyət  üçün  bir  qiymət  arayan  və  Stalin 
istibdadının  qurduğu  əsarət  sistemində  Amerikaya  rəqib  bir  tərəqqi  əsəri  görən 
Herriot,  vaxtilə  yenə  elmi  siyasətə  tabe  tutaraq  hərbi  ümumi  əsnasında  Sorbonda 
fransız  zübbələrindən  (tərəfdarlarından)  mürəkkəb  (qurulmuĢ)  böyük  bir  məhĢər 
qarĢısında  cıxıĢ edərkən  münkariz  (məğlub) çar Rusiyası haqqında  dəxi təqdirkar 
cümlələr sərf etmiĢdi. 
Onun  bu  təzadını  sabiq  Rusiya  millət  vəkillərindən  biri,  «Liberte»də  nəĢr 
etdiyi  bir  məktubla  bu  günü  ona  xatırlatdı.  Bu  rus  millət  vəkili,  Herriota  bu  gün 
kommunistlərin  əlini  sıxan  əliniz,  dünən  çar  təmsilçisi  olan  bizlərin  də  əlini 
sıxmıĢdı.  Bu  əlbətdə  sizin  biləcəyiniz  bir  iĢdir.  Siyasətdir.  Ona  qarıĢa  bilmərəm. 
Fəqət,  Rusiyada  aclıq  yoxdur  deyirsiniz  ki,  buna  təhəmmül  (dözülə)  edilə 
bilməz!...  -  dedikdən  və  həbsdəki  ixtiyar  anasından  aldığı  məktubun  bu  davanı 
yalanladığını qeyd elədikdən sonra çox haqlı olaraq əlavə edir ki: «Fransa hüdudu 
xaricində  cümhuriyyət  vətəndaĢlarına  bir-iki  kilo  ərzaq  göndərməklə  məĢğul 
bürolar olsaydı, siz nə deyərdinız? Fransada aclıq varmı, yoxmu?
*

«Alim»  Herriotun  bu  «siyasi  mübaliğəsi»  gərək  Fransa  və  gərək  bütün 
cahan  mətbuatında  məmnuniyyətlə  qeyd  etmək  lazım  ki,  yaxĢı  bir  qəbul  üzü 
görmədi.  Bir  qism  sol  qəzetlər  müstəsna,  bütün  qəzetlər  Herriotun  bu  xəfif 
(yüngül)  ədalı  tədqiqlərini  amansızca  hırpaladılar.  Dörd  milyondan  çox  nüfuzu 
bolĢevik  sisteminin  qəddar  idarəsi  üzündən  məhv  olan  bir  məmləkət  [Ukrayna] 
haqqında  «Orada  aclıq  görmədim»  -  demənin  Moskava  əsarətindəki  millətlərə  bir 
təcavüz  olduğu  ona  söyləndi.  «Matin»  qəzeti  bəzi  səyyahlar  «Rusiyada  gurbuz 
(sağlam)  cocuqlar  gördüm»  -  deyirlər  deyə,  quru  kadit  və  skeletdən  ibarət  olan 
fotoqraflarını  seriyalarla  nəĢr  edərək,  oxucularına:  «budur,  sizə  Sovetlərdəki 
gurbuz  cocuqlar  -  deyə  yazdı!  Bu  qəzet,  eyni  zamanda,  məsələni  təhqiq  üçün 
Rusiyaya beynəlmiləl bir komissiya göndərilməsi lüzumunu da irəli sürdü. Hə, hər 
zaman  olduğu  kimi,  bu  dəfə  də  mübaliğənin  yaxĢı  bir  metod  olmadığı  meydana 
                                                           
*
  Məlum  olduğu  üzrə  Rusiyadakı  qohumlarına  ərzaq  göndərməyə  təvəssüd  (vasitəçilik)  edən  bu  kimi 
bürolar mövcuddur və bunlar Sovet hökumətinin müsaidəsilə (icazəsi) eyni zamanda, göndərilən ərzaq 
və digər əĢya, hətta köhnə paltar üzərinə belə dəhĢətli surətdə vergilər yükləyərək, bu fürsətdən istifadə 
ilə para qazanılması ilə icrayi fəaliyyət edərlər. 
 


71 
 
çıxdı.  Herriotun  öz  sisteminə  bayılaraq  və  bolĢeviklərin  göz  boyadıqlarına 
həddindən  çox  qapılaraq  göstərdiyi  bu  qüsura  olsun  təĢəkkür  etməliyik.  Müəyyən 
siyasi  bir  qərəzlə  etdiyi  «tədqiqat»  nəticəsini  dəxi,  mötədilanə  (orta)  ifadə  etmiĢ 
olsaydı, heç Ģübhəsiz ki, Herriot Rusiya imperalizminin bu yeni Ģəklini təĢkil edən 
«Sovetlər  Ġttifaqı»na  qarĢı  ölüm-dirim  mücadiləsində  olan  bizlər  üçün  daha 
təhlükəli olurdu. 
Ġndi bərəkət versin ki, göz görə Ģeyləri inkar və isbat etməsilə o, öz qərəzini 
birdən birə meydana qoydu. 
Herriot  kimi  mühüm  Ģəxsiyyətdə  görünən  bu  qərəz  [tendensiya]  da  isbat 
etdi  ki,  mədəniyyət  öz  qayəsindən,  xalq  idealından,  demokratiya  da  öz  üsulundan 
hələ  uzaqda,  böyük  və  mücərrəd  qiymətlər  (dəyərlər)  məhdud  və  müəyyən 
məqsədlərə qurban getməkdə, elm siyasətə tabe qalmaqdadır!... 
 
“Ġstiqlal”, 1 oktyabr 1933, Berlin. 
 
 
 
KOMMUNĠZMƏ QARġI MĠLLƏTLƏRARASI MÜCADĠLƏ 
 
Bundan bir neçə ay əvvəl Nürnberqdə cahan ictimai fikrinə xitab edən Ģüar 
gün  keçdikcə  təsirini  göstərir.  Mədəniyyət  düĢməninin  Moskvada  oturduğunu 
mədəni məmləkətlər bir-biri arxasınca anlamağa baĢlayırlar. 
Dünənə  qədər  «Xalq  cəbhəsi  birliyi»  və  «Ġspaniya  iĢlərinə  qarıĢmamaq» 
kimi  göz  boyayıcı  taktiki  oyunları  ilə  milli  bünyələri  (özülləri,  kökləri) 
dağıtmaqdakı  iĢini  pərdələməyə  müvəffəq  olan  Moskvanın  bu  gün  artıq  foyası 
meydana  çıxmıĢdır.  Ġspaniya  məsələsində  tutduğu  müdaxilə  siyasəti  qızıl  sözə 
aldananların qəflətə dalmıĢ gözlərini dəxi açmıĢdır. 
Bir  zamandan  bəri  Sovet  içərisində  davam  edən  qanlı  terrorlara  və  bu 
terrorun  qurbanı  olan  trotskiçilərə  baxaraq,  stalinçiliyin  evolyusiyasına  inananlar 
Sovet  hökumətinin  daimi  cahan  inqilabı  taktikasına  vəda  etdiyini  gözləmiĢdilər. 
Hadisələr bunun əksini isbat etdi. Müxalifləri əzərək, müxalifliyin istədiyini etmək 
sənətində  mahir  olan  stalinçilik  bu  dəfə  də  öz  metoduna  sadiq  qaldı.  Sovet 
təyyarələri,  tankları,  instruktor  və  generallarının  Madrid  qızılları  tərəfində  aktiv 
surətdə  çalıĢmaları  və  Sovetlər  diyarının  hər  tərəfində  qızıl  Ġspaniya  lehində 
yeridilən  maddi-mənəvi  propaqanda  səfəri  bu  xüsusda  heç  bir  Ģübhə 
buraxmamıĢdır. 
Sadə,  kommunizm  ilə  antikommunizm  ideyaları  arasındakı  mücadilənin 
qanlı vəhĢətlərinə səhnə olan Ġspaniyada deyil, Moskva Kominterninin Fransadakı 
daxili  qarıĢıqlıqlarda  dəxi,  aktiv  bir  fəsad  və  inhilal  (dağıtma,  parçalama)  oyunu 
oynadığı hər kəsin gözü önündədir. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə