Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə32/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   28   29   30   31   32   33   34   35   ...   51

68 
 
Bu  yarımçıq  “islahat”  ilə  köylülər  və  köylülərdən  ibarət  olan  millətləri 
aldada  biləcəyinə  ümid  edən  qızıl  imperializmin  gələcək  sınaqlara  dayanacağı  isə 
Ģübhəlidir. 
Çox  Ģübhəlidir  ki,  bolĢevizm  köylünün  həqiqi  təbiəti  olan  mülkiyyətçilik 
ruhunu  bir  donuz  və  15  pota  (bala)  verməklə  təmin  etsin  və  bununla  onda  ölümə 
gedəcək bir sovet patriotizmi yaratsın. 
Qızıl  ordunun  Ģöhrət  hırsı  (sonsuz  arzu)  daĢıyan  komandanlarından  bir 
qismini  hərəkətə  gətirəcək  sovet  “vətənçiliyi”nin  qızıl  istibdad  altında  əzilən 
millətlərdə də nifrət, etimadsızlıq eyni hissi uyaracağına kim inanır?!... 
On  yeddi  ildən  bəri  tətbiq  etdiyi  zülm  və  soyğunçuluq  sistemilə  Sovet 
hökuməti,  köylü  kütləsi  üzərində  və  milli    ölkələrdə  o  qədər  dərin  bir  nifrət, 
etimadsızlıq və özünə qarĢı ölçüsüz bir kin hissi oyatmıĢdır ki, bu kimi hiylələrlə 
onları  aldadaraq,  öz  istibdadı  uğrunda  Ģüurlu  olaraq  qurban  halına  gətirmək 
imkanına inanmaq üçün, Sovetlər hesabına çox nikbin olmaq lazım?!... 
 
 
“QurtuluĢ”, sayı 4, fevral 1935, Berlin. 
 
ELM VƏ SĠYASƏT 
 
Mədəniyyətin qayəsi siyasəti elmə tabe etdirməkdir. Ġdari sahədə qazanılmıĢ 
qiymətləri elm ölçüsü ilə dartaraq, cəmiyyət nizamını ona görə qurmaq ictimai bir 
idealdır.  Diplomatiyanı  əski  istibdad  məktəbinin  alıĢqan  olduğu  aldatmaq 
zehniyyətindən qurtarmaq demokratiyanın idealizə etdiyi üsuldur. 
Fəqət, bu qayə, bu dartı və bu üsülün qəribə bir təcəllisi (görüntüsü) vardır. 
Ġnsanlığın  bu  ümumi  ideallara  doğru  yürüməkdəki  istəyinə  rəğmən,  hadisələr 
zaman-zaman bizi nə qəribə təcəllilər qarĢısında qoyur!... 
Bu  qəribəliklərdən  biri  də,  heç  Ģübhəsiz,  müsyö  Herriotun  Moskva 
siyasətidir. Müsyö Herriot sadə, çox məĢhur bir siyasət adamı olmaqla qalmaz, o, 
dünən hökumət rəisi idi, yarın yenə bu məqama gələcəyinə Ģübhə yoxdur. 
Fransanın  ən  böyük  Ģəhərlərindən  Lionun  əminliyi  adəta  onun  adı  ilə 
bağlıdır. 
Üçüncü cümhuriyyətin həyatında  çox  mühüm və  məsuliyyətli rol oynayan 
radikal firqəsinin dəxi, Mr. Herriot tanınmıĢ bir liderdir. Bütün bunlarla bərabər o, 
eyni  zamanda  əsrimizin  ən  məĢhur  bir  münəvvəri  kimi  tanınır,  təbiət  və  texniki 
elmlər  sahəsində,  ədəbiyyat  və  incəsənət  tarixində  məlumatı,  iqtidarı  və  əsərlərilə 
bilinir  beynəlmiləl  Ģöhrətə  sahibdir.  BaĢqa  təbirlə:  o,  həm  siyasətçi,  həm  də 
alimdir. 
Bir  fransız  ərinin,  cümhuriyyət  üçün  təsəvvür  etdiyi  təhlükə  qarĢısında, 
əmniyyət  və  qorunma  yolları  aramaq  üçün  təlaĢ  göstərməsinə  kim  nə  deyər? 
Demokrat  Fransa  milliyyətçi  Almaniyanın  intiqam  siyasətindən  qorxar.  Bu  qorxu 


69 
 
qarĢısında  demokratiyanın  ən  amansız  düĢməni  olan  kommunist  Rusiya  ilə  belə 
dostluq  arar.  Bunlar  siyasətdir,  olur.  Bu  siyasətlə  razı  olmaya  bilirsiniz. 
«YağıĢdan» qorunmaq  üçün  «yağmura» düĢmənin ağıllı bir çarə  olmadığını isbat 
çox da güc deyildir. 
Fəqət,  bir  kərə  «yağıĢı»  izam  (böyüdüb)  edib  də  bundan  qorunmaq  üçün 
bəhəmhal  «yağmura»  düĢmək  lüzumuna  qane  olunca,  təbiidir  ki,  bu  siyasi 
«yağmurun» «yağıĢ» qədər islaq olmadığını isbatdakı tühaflığı (qəribəliyi) heç də 
qala almaz. 
Fransa  radikalizminin  Ģefi  mjsyö  Herriot  da  belə  edir.  Versal  nizamından 
yaxa sıyırmaq istəyən milliyyətçi Almaniyaya qarĢı ta dünənə qədər bu nizamın ən 
böyük müxalifi olmaqla məĢhur Sovetlərlə anlaĢmaq istəyir. Bulunduğu müĢkülat 
və  zəifliyi  dolayısı  ilə  Moskva  siyasiləri  də  Parisin  bu  meylini  əzəmi  surətdə 
qullanmaq  məharətini  göstərir.  Öz  agentlərinin  ağzı  ilə  bugünkü  cahan  nizamının 
pozulmasında proletariat inqilabının mənfəəti olmadığını söyləyir [Radekin məĢhur 
məqaləsi]. Almaniya ilə Sovetlər Ġttifaqı arasındakı siyasi ixtilafı mütəzəmmin olan 
Rapallo  müahidəsinin  iflasına  Ģahid  oluruq.  Əski  Fransa-Rusiya  ittifaqını 
təzələməkdən bəhs olunur. 
Fəqət,  Fransa  sadə,  radikalları  dan  və  Fransa  siyasətçiləri  də  sadə, 
herriotçulardan  ibarət  deyildir.  Bugünkü  Rusiyanın  əmin  müttəfi++q  olmadığını 
bilənlər çoxdur. Bu ac, zəif, müstəbid məmləkətə, bu hər hankı mühüm bir zərbəyə 
dayana  bilməyəcək  qədər  maddi  və  mənəvi  qüvvədən  məhrum  bir  sistemə  təkyə 
(arxalanmanın) etmənin xətalı bir yol olduğunu isbat edənlər arasında Tardieu kimi 
qüvvəli simalar vardır. 
Bu müxaliflərini susdurmaq və Fransa xalqını Sovetlərlə edilən yaxınlaĢma 
siyasətinin  faydalı  və  real  bir  iĢ  olduğuna  inandırmaq  üçün,  Herriot  Moskva 
səfərinə  çıxdı.  Ötədən  bəri  sovet  dostluğu  ilə  məĢhur  olan  bu  adamın  səfərindəki 
qəsdi sezmək müĢkül deyildir. O, gedəcək, Ģəxsən öz gözü ilə görəcək, Sovetlərin 
çalıĢılan  və  on  ardan  fayda  gözlənilir  bir  qüvvə  olduğunu  «müĢahidələri» 
nəticəsində söyləyəcəkdi. Yoxsa Herriot sisteminin mənası qalmayacaqdır. 
Bu mülahizə ilə hər kəs az-çox təxmin edə bilirdi ki, Herriotun Moskvadan 
gətirəcəyi  intiba  (gözlənən  xəbər)  kommunistlərin  lehində  olacaq,  elim  Herriot, 
istər-istəməz siyasi Herriota tabe qalacaqdır. 
Elmini siyasətinə fəda edən Herriotun gəlib də cahan tarixində misli yox bir 
mütləqiyyət  rejiminin  mərkəzində,  çar  mütləqiyyətinı  devirənlərə  qarĢı  təqdirkar 
sözlər  söyləməsi,  bir  dərəcəyə  qədər  təvil  (baĢqa  anlam)  götürsə  də,  beĢ  günlük 
rəsmi bir səyahət nəticəsində bolĢevik məddahı kəsilərək, bütün cahan mətbuatına 
rəğmən  «Ukraynada  aclıq  yoxdur!»  deyə  söyləyəcək  qədər  irəliləməsi  qətiyyən 
anlaĢıla bilməz. 
Hər  Ģeyi  olduğu  kimi,  elmi  də  siyasətə  tabe  etdirən  Stalin  rejiminin  bu 
böyük  müsafiri  elmini  politikasına  tabe  etdirməkdə  o  qədər  müsahələ  (inad) 
göstərir  ki,  Kalininin  ən  bəsit  mühakiməyə  malik  olan  ələladə  (adi)  fransız 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə