Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə35/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   31   32   33   34   35   36   37   38   ...   51

74 
 
məqalələr  diqqətəĢayandır.  Bu  qəbildən  məqalələr  əskəri  mühafilə  mənsub     
«Polska Sbrocna»  qəzetində  dəxi görülməkdədir. 
Bu  məqalələrə  görə,  bir  tərəfdən  Ģiddətlə  hərbə  hazırlaĢan  Sovetlər,  o  biri 
tərəfdən  də  Avropa  millətlərini  mənən  pozmaqla  məĢğuldurlar.  Almaniyaya 
göndərdikləri hava dalğaları ilə [radio propaqandası]. Hitlerin koridoru polyaklara 
fəda  etdiyindən  bəhs  edən  Moskva  kommunistləri,  PolĢa  daxilində  yaydıqları 
intibahnamələrdə  Qdanskın  hitlerçilərə  tərk  etdiyindən  bəhs  edirmiĢlər.  Məqsəd 
bəllidir:  istənən  iĢ,  ortanın  qarıĢmasıdır.  Eyni  mühərririn  ayın  24-də  -  Almaniya-
Yaponiya anlaĢmasının imzalanmasına müsadif (rast gələn) günlərdə PolĢa radiosu 
ilə söylədiyi bir nitqi dinlənilmiĢdir. Bu nitqdə Otmar məmləkətlərini sevən bütün 
patriotların  Komintern  ilə  mücadilə  edən  cəbhədə  olmaları  lüzumundan  bəhs 
etmiĢdir.  Bu  lüzum  yalnız  PolĢada  deyil,  bir  çox  məmləkətlərdə  dəxi  hiss 
edilməkdədir.  Sovetlərlə  dost  keçinən  və  bununla  öyünən  məmləkətlər  belə  öz 
içlərindəki  kommunist  axınları  və  Komintern  agentlərilə  mücadilədən  farig 
(sıxıntısız, rahat) deyillər. Bu sadə, Avropadakı deyil. ġərqdəki sovet dostlarına da 
aiddir...  Məlum  olduğu  üzrə,  Komintern  deyilən  isim  Sovetlər  Ġttifaqı  deyilən 
hökumətin  müstəir  (gizli)  adıdır.  Əcnəbi  dövlətlərlə  etdiyi  hər  diplomatiya 
münasibətlərindən  əcəmi  surətdə  faydalanan  bolĢeviklər,  məlum  olduğu  üzrə,  bu 
qondarma adlarından faydalanaraq istədikləri fəsad iĢini rəsmən yaxĢı münasibətdə 
olduqları dövlətlər içində yeritməkdən bir an üçün geri durmamıĢlar. Ġndi ona eyni 
metodla  qarĢı  çıxılır.  Sovet  hökumətilə  münasibət  pozulmadan  Kominternə  qarĢı 
antikomintern yaradılır. Bizim Moskvaya qarĢı davamız məlum olduğu üzrə, sadə, 
ideoloji  bir  dava  deyildir.  Hər  Ģeydən  əvvəl  biz,  Rusiya  istilası  ilə,  rus 
imperializminin bu  yeni Ģəkli ilə  vuruĢuruq. Kommunizmlə  mücadilə  bizim üçün 
əlimizdən  çalınmıĢ  istiqlalınızı  geri  almaq  yolunda  edilən  bir  mücadilədir.  Öncə 
qeyd etdiyimiz alman-yapon anlaĢmasında da bu motiv mövcuddur. AnlaĢma milli 
mövcudiyyətlər  və  mövcud  dövlətlər  üçün  Komintern  fəaliyyətini  təhlükəli  görür 
və bununla mücadiləyə təhlükəyə məruz bütün dövlətləri çağırır. 
Bu çağırıĢın müvəffəqiyyəti demək, Kominternin əsil üzü demək olan Sovet 
hökumətinin siyasətcə təklənməsi deməkdir. Bu təklənmə nə qədər müvəffəqiyyətli 
və nə qədər təsirli olursa, bizim üçün o qədər xeyirli və ümidli olur. 
19-cu ildönümünü içəridə, əski bolĢevikləri boğazlamaqla məĢğul bir halda 
qarĢılayan  moskvalı  kommunistlər  üçün,  dıĢarıda  vücuda  gələn  bu  antikomintern 
ittifaqını duymaq qədər düĢündürücü bir sürpriz ola bilməz!... 
Cahan  gec  də  olsa  oyanır.  Təhlükənin  Moskvada  olduğunu  görür.  Bu 
görüĢün  daha  Ģamil  və  daha  real  olmasını  təmanna  edəyin.  Təmənna  edəyin  ki, 
Komintern  deyilən  Ģeyin  eyni  zamanda  Kremlin  yeni  təcavüzçü  rus  imperializmi 
olduğu  və  bu  imperializmin  onlarca  milləti  əsarəti  altında  tutduğu  dəxi  görülmüĢ 
olsun!  


75 
 
Kommunizmə qarĢı millətlərarası mücadilə. Bu gözəl. Hələ bu mücadilənin 
Almaniya  və  Yaponiya  kimi  dövlətlər  arasında  bağlanan  müahidə  Ģəklində  rəsmi 
bir Ģəkil alması bilxassə!... 
Ümid  edilə  bilir  ki,  bu  gün  sadə,  müzürr  (xəstə)  bir  fikir  cərəyanı  və 
aksiyasına  qarĢı  müdafiə  mahiyyətində  olan  bu  anlaĢma,  təcrübə  ilə  gözlənməsi 
təbii  nəticəsinə  varır.  Kommunizmi  millətlərarası  bir  təhlükə  zəhəri  olaraq 
canlandıran  təĢəkkül  (quruluĢ)  Sovetlər  Ġttifaqı  deyilən  qüvvədir.  Yüzdə  əlli  ikisi 
rus olmayan, böyük əksəriyəti süngü gücü ilə tutan bu qüvvədir ki, dünyanı fəsada 
vermək istəyən ocağı tütdürür. Ukraynanın  kömürü ilə buğdası, Qafqazın  nefti və 
digər sərvətləri, Türküstanın da bilxassə pambığı və digər millətlərə aid bir çox bu 
kimi zənginliklər qızıl Moskva imperializminin əlində və idarəsində qaldıqca, sadə, 
beynəlmiləl 
müdafiə  təĢəbbüsü  ilə  mədəniyyət  dünyasını  kommunizm 
təhlükəsindən qorumaq mümkün deyildir. 
Kommunizm  təhlükəsi  deyilən  Ģey,  dünya  üçün  hər  zaman  təhlükə  təĢkil 
etmiĢ olan qaba və təcavüzçü rus imperializminin yeni həmləsindən baĢqa bir Ģey 
deyildir. Bu təhlükə yalnız bolĢevik istibdadı və qızıl rus süngüsünə dayanan Sovet 
hakimiyyətinin  çökdüyü  və  oradakı  millətlərin  uğrunda  vuruĢduqları  istiqlallarına 
eriĢdikləri gün ortadan qalxar! 
 
“Qutlu od”, sayı 1, dekabr 1936. 
 
AZƏRBAYCANDA RUS MÜSTƏMLƏKƏÇĠLĠK SĠYASƏTĠ   
 

 
Bu  siyasətin  nə  kimi  bir  istila  iĢi  olduğu  ümumi  xətlərilə  məlumumuz 
olduğu  halda,  çarlığın  XIX  əsrin  ilk  yarısında  yendiyi  və  likvidə  (ləğv)  etdiyi 
Azərbaycan  xanlarının  yerində  tətbiq  etdiyi  rejim  və  qullandığı  idarə  üsulları 
haqqında vəsiqə (sənəd) və məxəzlərə dayanan təfsilli məlumatımız nöqsanlıdır. 
Çarlığın  qərb  vilayətlərindən  indiki  Baltik  sahilindəki  cümhuriyyətlərə, 
Türküstan istilasına və hətta  qonĢumuz Gürcüstana aid çoxluca tədqiqi nəĢrlər və 
tarixi sənədlər nəĢr edilmiĢ ikən, Azərbaycan xanlıqları bu günə qədər bu nöqtədən 
ihmal (unudulmuĢdur) edilmiĢdir. 
Sovet  Elmlər  Akademiyasının  çarlıq  dövrü  və  idarəsinə  aid  olaraq  nəĢr 
etdiyi  arxiv  materialları  arasında,  axirən,  tariximizin  bu  dövrünü  iĢıqlandıran  çox 
mühüm bəzi vəsiqələr dəxi nəĢr edilmiĢdir. 
Əsasında  üç  cilddən  ibarət  olub,  indilik  «Rus  imperializminin 
Azərbaycanda  1820-dən  1860-a  qədər  sürən  koloni  (müstəmləkəçilik)  siyasəti»nə 
aid  olan  arxiv  material  və  vəsiqələrinin  ilk  cildi  SSRĠ  Elmlər  Akademiyasının 
Tarix  Ġnstitutu  tərəfindən  «Sovetlər  Ġttifaqı  millətlərinin  tarixi»  seriyasına  daxil 
olaraq 1936-cı ildə nəĢr edilmiĢdir. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə