Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə34/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

72 
 
Vaxtilə  Versal  nizamı  əleyhində,  revizyonçu  millətlər  səfində  və  Rapallo 
Almaniyası ilə birlikdə ikən; Millətlər Cəmiyyətinə quldurlar Ģirkəti deyən Çiçerin 
Moskvası ilə bu dəfə bu cəmiyyət kürsüsündən millətlər arasındakı mövcud nizamı 
pozmaq  təĢəbbüsündə  olan  qüvvə  və  dövlətlərə  qarıĢı  atəĢlər  püskürən  Litvinov 
Moskvasının qullandığı metodla güdülən qayənin hədəfi eynidir: iki cəbhə halında 
olan  «kapitalist»  Avropanı  bir-birinə  saldırtmaq  üçün  gah  bu,  gah  da  o  tərəfi 
tutmaq. 
Bir  zamandan  bəridir  Moskva  köĢəsinə  çəkilib  də  səsi  eĢidilməz  olan 
Litvinov  «Millətlər  Cəmiyyəti»ndəki  sonuncu  çıxıĢında  bu  iki  cəbhədən  bəhs 
etməmiĢdimi?! 
Moskvanın istədiyi  dağıdıcı  kommunizm  internasionalına  qarĢı  milli 
mövcudiyyətlərini  qoruyan  aktiv  millətlər  -  onun  təbirincə  faĢist  dövlətlər  - 
əleyhində «vahid bir xalq cəbhəsi» yaratmaqdı. O, buna nail olmadı. Ola bilməzdi. 
çünki  sevmədikləri  faĢizmə  qarĢı  sistemlərini  müdafiə  etmək  üçün  bolĢevizmdən 
yardım  gözləyən  bəzi  sadədil  demokratlar  Ġspaniyadakı  vəhĢətlərlə  Ģəxsən 
Rusiyada  yenidən  baĢ  verən  qanlı  error  sisteminin  tüğyanını  görərək  diksindilər. 
Bu  diksintinin  əlamətləri  Ģəxsən  Fransada  belə  görülməkdədir.  Sovetlərlə  ittifaq 
siyasətinin  ən  hərarətli  tərəfdarı  olan  radikallar  arasında  indi  bu  ittifaqı  pozaq 
deyənlər  çox  yaxĢı  qüvvə  almıĢlar.  Keçənlərdə  toplanan  firqə  konqresi  az  qala 
sovet paktının fəshini (ləğvini) tələb edirdi. 
Bugünkü  iç  çəkiĢmələrilə  didilən  Fransa  hər  nə  qədər  daha  Moskva  ilə 
ittifaq əlaqəsini kəsməmiĢsə də, buradan əvvəlcə gözlədiyi faydaları idealizə edənə 
də bənzəmir. «Ġzvestiya» qəzeti fransız dostlarını tənqidlə Parisin Moskvadan çox 
Berlinin könlünü almaqla məĢğul olduğundan Ģikayətə baĢlamıĢdır. 
Fəqət, bəhs mövzusu diksintinin Fransanı bilxassə mütəəssir edən hadisəsi, 
Ģübhəsiz  Belçika  hökumətinin  Fransa  ittifaqından  ayrılaraq  bitərəflik  siyasətinə 
getdiyidir.  Nə  demokratiyanın  ən  böyük  düĢməni  Sovetlərin  himayəsinə  qalan 
«Millətlər Cəmiyyəti»ndən, nə də siyasi müqəddəratını macəra qüvvəsilə bağlayan 
bir müttəfiqdən Belçika köylüsünə xeyir gəlməyəcəyinə inanmıĢ, mümkün olduğu 
qədər hər cür qəzadan uzaq qalmağı milli mənfəətlərinə daha uyğun bulmuĢdur. 
Yalançı  Komintern  «xalqçılığı»nın  foyası  bu  surətlə  meydana  çıxınca, 
antikomintern  qüvvələrinin  sürət  və  qətiyyətlə  irəliləyərək  Moskvadan  yayılan 
fəsad hərəkətlərinə qarĢı vahid bir cəbhə yaratmaq iĢi böyük addımlarla irəlilədi. 
Ġtaliya  xarici  iĢlər  naziri  Kont  Çiyanonun  Berlinə  səfəri  nəticəsində 
ideologiyaları  yaxın  bu  iki  dövlət  arasında  bağlanan  centlimencə  anlaĢmanın  ən 
mühüm  fəslində  hər  iki  dövlətin  Avropadan  kommunizm  cərəyanına  qarĢı 
mücadilədə  iĢ  ortaqlığı  yapacaqlarını  qərarlaĢdırıldı.  Bu  anlaĢmanın  orqanik  bir 
nəticəsi  olaraq,  bir  az  keçmədi  ki,  Berlinlə  Roma  eyni  gün,  eyni  saatda,  eyni 
motivlərlə  Ġspaniyada  «Xalq  cəbhəsi»  namı  altında  kommunizm  doktrinlərini 
qoruyan qızıllara qarĢı vuruĢan milliyyətçi Franko hökumətini tanıdılar. 


73 
 
Bundan  sonra  eyni  Berlini  ziyarət  edən  Avstriya  xarici  iĢlər  naziri  ilə 
bağlanan  anlaĢma  sonunda  bu  dövlətin  dəxi  kommunizmlə  mücadilə  cəbhəsinə 
keçmiĢ olduğu elan edildi. Bir tərəfdən Ġtaliya, dəgər tərəfdən isə gərək Almaniya 
və  gərəksə  Avstriya ilə sıx bağlarla bağlı olan Macarıstan  dəxi bu antikommunist 
cəbhəyə mənsub dövlətlərdən sayıla bilir. 
Daha  Ġtaliya  ilə  Almaniya  arasındakı  anlaĢmadan  bəhs  olunduğu  günlərdə 
Yaponiyanın  da  bu  anlaĢmaya  daxil  olduğu  Ģayiə  olmuĢdu.  Bu  qədər  də  deyil, 
1933-cü ildən bəri zaman-zaman Ģayi olub da təkzib edilən Almaniya ilə Yaponiya 
arsında əskəri bir ittifaqın yaradıldığı və yaradılmaq üzrə olduğu və buna Ġtaliyanın 
da  qovuĢacağı  xəbəri  siyasi  məxfəlləri  əlaqələndirəcək  bir  çox  təfsir  və 
açıqlamalara səbəb olurdu. 
Nəhayət bütün bu  «dumanların arxasındakı atəĢ»  meydana çıxdı. Noyabrın 
25-nə Stalin yeni Sovet konstitusiyasını təsdiq etdirib də «bu əsərin iĢçiləri yenmək 
istəyən  bütün  faĢistləri  məhkum  edəcəyini»  iddia  etdiyi  eyni  bir  gündə  Almaniya 
ilə  Yaponiya  arasında  kommunizmlə  mücadiləyə  aid  olaraq  imzalanmıĢ 
müahidənin mətni rəsmən elan edildi. Bu müahidəyə görə, bağlaĢan iki böyük tərəf 
«Komintern  adını  daĢıyan  Kommunist  Ġnternasionalının  hər  türlü  vasitələrlə 
mövcud  dövlətləri  partlatmaq  və  əsaslarını  kökündən  yıxmaq  məqsədində 
olduğunu  və  bu  təĢkilata  təhəmmülün  (dözmənin),  sadə,  dövlət  və  millətələrin  iç 
iĢlərinə  qarıĢan  bir  fəsad  qüvvəsinə  üz  vermək  deyil,  eyni  zamanda  beynəlmiləl 
barıĢ  iĢini  dəxi  təhlükəyə  qoymaq  olduğunu  gözə  alaraq,  Almaniya  ilə  Yaponiya 
dövlətləri  -  Kommunist  Ġnternasionalı  tərəfindən  güdülən  hər  türlü  fəaliyyət 
haqqında  bir-birlərinə  məlumat  verməyə  və  daxili  vəziyyətləri  kommunizm 
təhlükəsinə  məruz  digər  dövlətləri  dəxi,  bu  mücadiləyə  çağırmağa»  qərar 
vermiĢlər. 
Bu  müahidə  mətnilə  bərabər  elan  olunan  protokola  görə  iki  dövlət 
mürəhhəslərindən  (nümayəndələrindən)  ibarət  daimi  bir  komissiya  dəxi,  təsis 
olunur ki,  məqsədi antikomintern  mücadiləsini tənzim  ilə iki dövlət arasındakı bu 
xüsusa aid iĢ ortaqlığını idarə etməkdir. 
Biri Ģərqli, digəri qərbli bu iki müəzzəm (böyük) dövlətin günün ən böyük 
məsələsinə  aid  bu  böyük  qərarları  Ģübhə  yoxdur  ki,  qızıl  Moskva  ilə  bərabər 
internasional Moskva tərəfdarlarınca ümumi barıĢ iĢini təhlükəyə soxan və arxada 
aqressiv fikirlər və bəlkə də qəsdlər saxlayan bir tədbir kimi göstəriləcəkdir. Fəqət, 
nə  desələr  də,  bihudədir  (boĢ  yerədir),  aqressiv  fikir,  fəsadlı  məqsəd  və  təcavüz 
planlarının harada olduğunu bilməyən artıq çox az qaldı. 
Bir neçə zamandan bəridir ki, bitərəflik siyasəti güddüyündə Ģübhə olmayan 
və Ģübhəsizliyi PolĢa  xarici iĢlər nazirinin son günlərdə Londona  vaqe olan  səfəri 
dolayısı  ilə  bilxassə  qabardılan  PolĢada  dəxi  ictimai  fikir  təcavüzkar  sovet 
propaqandası  və  Kominternin  fəaliyyətindən  təsirlənmiĢdir.  Hökumət  idarəsinə 
mənsub  «Qazeta  Polska»nın  sabiq  Moskva  müxbiri  Otmarın  qələmilə  son 
zamanlarda  Sovetlərin  vəziyyətinə  və  Komintern  propaqandasına  aid  nəĢr  olunan 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə