Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə2/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   2   3   4   5   6   7   8   9   ...   51


 
Təsanüdçülükdə  əsri  mədəniyyətin  əsasını  təĢkil  edən  hürriyyət,  Ģəxsi 
təĢəbbüs  və  mülkiyyət  əsasları  bakidir.  Fəqət,  eyni  zamanda  dövlət,  mütləq 
liberalizmdə  olduğu  kimi,  fərdlər,  siniflər  və  zümrələr  arasındakı  münasibət  və 
mücadilələrə  laqeyd,  sırf  zabitə  (polis)  vəzifəsilə  mükəlləf  (borclu)  bir  müəssisə 
deyildir.  Bu sistemdə hürriyyət də, mülkiyyət də mütləq deyil məĢrutdurlar (Ģərti). 
ġərt isə ümuminin mənfəəti və dövlətlə millətin salamatlığıdır. ġəxsin olsun, zümrə 
və  ya  sinfin  olsun  hürriyyəti,  topluluğun  yüksək  mənfəətləri  və  hürriyyətini 
pozmamaq Ģərtlərilə çərçivələnmiĢdir. Liberalizm, bu hüdudu bir Ģəxsin hürriyətilə 
digər  Ģəxsin  hürriyyəti  arasında  etibar  edirdi,  bunun  üçün  də  dövlətin  vəzifəsini 
sadə,  bir  zabitə  və  məhkəmə  dərəcəsinə  endirmək  istəyirdi.  Solidarizmdə  isə, 
dövlət millətin təmsilçisi və cəmiyyətdəki münasibətlərin nizamlayıcısıdır. 
Bu  surətlə  solidarizm,  hürriyyət  və  mülkiyyət  müəssisələrində  qoyulmuĢ 
təbii təĢəbbüs və irəliləmə həmlələrini zədələmədən,  kapitalizmin liberal sistemdə 
ümumi  mənfəət  zərərinə  iĢləyən  ifratlarının  önünə  keçmək  vəzifəsini  dövlətə 
verir». 
Azərbaycanı  rus-erməni-mason  bolĢeviklərinin  əlindən  qurtarmağa, 
qorumağa  çalıĢan,  amma  əli  qələmdən,  yüksək  ideoloji  düĢüncədən,  siyasi 
konfranslar  keçirmək,  yanıb-yaxılmaqdan  baĢqa  bir  Ģeyə  yetməyən  Məhəmməd 
Əmin  bəyin  səsi  qulaqlarıma  gəlir:  dili,  mədəniyyəti,  dini,  əxlaqı,  ruhi-mənəvi 
aləmi -  milləti bir olan Azərbaycanda kommunizm ideologiyasına  yer ola bilməz! 
Burada ancaq milli birlik, milli həmrəylik ideologiyası keçərli, yaĢarlı ola bilər! 
Milli  birlik  düĢüncəsi  çağdaĢ  Azərbaycan  Respublikasında  da 
azərbaycançılıq  ideologiyasının  türkçülük,  islamçılıq,  çağdaĢlıq  ideyalarını 
kökləĢdirən bağdır. 
Məhəmməd  Əmin  Rəsulzadə  Azərbaycanda  kommunizm  yayan  yağılara 
deyirdi: «Hökumət demək, Leninin təbirincə, həddi zatında (özlüyündə) bir sinfin 
digər  sinifləri  əzmək  və  özünə  tabe  etmək  üçün  qurmuĢ  olduğu  cəbr  maĢınından 
baĢqa bir Ģey deyildir. Bunun üçün də Marksa görə, fəhlənin nə vətəni var, nə də 
milləti.  Vətən  və  millət  hissindən  məhrum  olan  bu  yeni  insanlar  zümrəsi  - 
proletariat  -  «burjua  diktatorluqlarını»  devirərək,  öz  hakimiyyətini  quracaq  və 
tədriclə  bütün  sinifləri  ortadan  qaldıraraq  sinifsiz  və  təzadsız  bir  cəmiyyət 
yaradacaq»sa, bu, insanlığın faciəsi olacaqdır! 
M.Ə.Rəsulzadə  1952-ci  ilin  oktyabrında  Ankarada  yayımladığı 
«Azərbaycan» dərgisindəki «Milli birlik» məqaləsində yazırdı: «Millətçilik fikrinə 
inananların  ilk  vəzifəsi  «Milli  birlik»i  mühafizə  etməkdir.  Bu,  millətçilik  fikrinin 
əsası  və  təməlidir.  Ġnternasionalist  və  kosmopolit  nəzəriyyələrlə  ortaya  atılan 
marksizm,  kommunizm  və  anarxizm  kimi  doktrinlərin  əsil  qayəsi  milli  birlik  və 
bütünlüyü sarsmaq, parçalamaq və pozmaqdır». 
Azərbaycanın 
ictimai-siyasi  fikrində  millətçilik  və  milliyyətçilik 
anlamlarının  fərqi  çoxlarına  tam  aydın  deyildir.  Məhəmməd  Əmin  Rəsulzadə 
bolĢeviklərin yurdumuzun ən dəyərli insanlarını «millətçi» damğası ilə öldürdüyü 



 
illərdə türk dilindəki millətçi anlamının Avropadakı patriotizm termininin qarĢılığı 
olub, patriotizmin tarix boyu, eləcə də XX yüzillikdə də bütün dünyada  ən Ģərəfli 
bir  ictimai-siyasi  proses  olduğunu  deyərək,  dünya  ictimai  fikrini  bu  məsələyə 
yönəltməyə çalıĢırdı. 
Məhəmməd  Əmin  bəy  yazırdı:  «Bir  millətçi,  hər  Ģeydən  əvvəl  istiqlal 
davasında olan bir vətənçi - bir patriotdur» və «avropalıların patriot terminilə ifadə 
etdikləri  anlam,  bizim  millətçi  sözü  ilə  anlatmaq  istədiyimiz  anlamın  eynidir.  Bu, 
avropalıların  nasionalizm  sözü  ilə  dedikləri  milliyyətçilikdən  tamamilə  baĢqa  bir 
Ģeydir». 
Məhəmməd  Əmin  Rəsulzadə  «Millətçilik  -  patriotizm»  məqaləsində  bu 
məsələni  daha  geniĢ  açıqlamıĢdır:  «Millətin,  dövlət  olmaq  əzmində  israr  edən  bir 
milliyyət  olduğu  bilgin  sosioloqlar  tərəfindən  kəĢf  və  tərif  edilmiĢdir.  Bunu  biz, 
keçən sayımızda qeyd etdik. Bir millətçinin vətən anlayıĢı, coğrafi mənadakı vətəni 
müstəqil  bir  dövlət  halına  gətirmək  istəməsidir.  Bir  millətçi,  hər  Ģeydən  əvvəl 
istiqlal  davasında  olan  bir  vətənçi  -  bir  patriotdur...  Nasionalizm  Qərbi  Avropa 
demokratiyası anlayıĢınca, təcavüzçü və ümumi tərəqqi yoluna girmək istəməyən, 
dünyanın  seyrindən  (gediĢindən)  ayrılmıĢ  bir  gerilik  hərəkətidir.  Halbuki 
patriotizm  bir  millətin  öz  müqəddəratına  Ģəxsən  özünün  hakim  olması  və 
özünəməxsus  milli  bir  dövlət  qurması  hərəkatıdır,  bu  isə  bütün  dünyanı  bürüyən 
tərəqqi hərəkatının bir parçası, demokratik bir hərəkatdır. 
Tarixi  müəyyən  Ģərtlərin  təsirilə  milliyyət  halından  millət  halına  gələn 
topluluqların  müstəqil  bir  dövlət  qurmaq  və  ya  istilaya  uğrayan  vətənlərinin 
istiqlalını geri almaq uğrunda mücadilə edənlərə mütləq Avropa terminlərilə bir ad 
lazımsa, bunlara  milliyyətçi [nasionalist] deyil,  millətçi [patriot], hərəkatlarına  da 
milliyyətçilik [nasionalizm] deyil, millətçilik [patriotizm] demək lazımdır!». 
M.  Ə.  Rəsulzadənin  əsaslarını  yaratdığı  «Milli  təsanüd»  ideologiyasında 
etatizm  prinsipi  güclüdür.  O  dönəmdə  ġərqdə  etatizmə  dayanan  ideologiya  və 
idarəetmə  düzgün  bir  siyasət  idi.  Mustafa  Kamal  Atatürk  də  Türkiyə 
Cümhuriyyətində etatizmi uğurla tətbiq etmiĢdir. Bu prinsiplər çağdaĢ Azərbaycan 
Respublikası üçün də önəmlidir. 
Məhəmməd  Əmin  Rəsulzadənin  «Milli  birlik»  kitabındakı  məqalələrindən 
onun  tarixin  ideoloji  savaĢlar  dönəmində  beynəlxalq  siyasəti  dərindən  anlayıb 
düzgün  təhlillər  etdiyi  görünür.  O,  Azərbaycanın  dünənini  yaxĢı  bilir,  bugününü 
aydın  görürür,  sabahının  düzgün  qurulmasına  çalıĢır,  rus-sovet  bolĢevizmilə  də 
milli  istiqlalı  geri  almaq  üçün  vuruĢduğunu  deyirdi:  «Bizim  Moskvaya  qarĢı 
davamız məlum olduğu üzrə, sadə, ideoloji bir dava deyildir. Hər Ģeydən əvvəl biz, 
Rusiya  istilası  ilə,  rus  imperializminin  bu  yeni  Ģəklilə  vuruĢuruq.  Kommunizmlə 
mücadilə bizim üçün əlimizdən çalınmıĢ istiqlalımızı geri almaq yolunda edilən bir 
mücadilədir». 
M. Ə. Rəsulzadə  milli öncül kimi etdiyi ideoloji davanın özəlliklərini açıb 
ona  milli  yön  verir:  «Bizim  öz  hüdudları  daxilində  qalan  rus  millətinə  qarĢı 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə