Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə3/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   2   3   4   5   6   7   8   9   ...   51


 
ədavətimiz yoxdur. Əksinə, ona bu xüsusda hər türlü yaxĢı təmənnalardayıq. Fəqət, 
bununla  bərabər,  bizi  istədiyimiz  Ģəkildə  həyatımızı  qorumaqdan  və  mədəni 
həyatımıza  istədiyimiz  istiqaməti  verməkdən  mane  ilə,  öz  gərdünəsinə 
(boyunbağısına)  taxaraq,  istismar  və  istila  əməlində  bulunan  hər  hankı  rus 
imperializminə  bütün  varlığımızla  düĢmənik.    Bunu  biz,  bu  imperializmin 
keçmiĢinə və indiki halına olduğu kimi, gələcəyinə də təĢmil (aid) etməkdən zərrə 
qədər çəkinmirik». 
«Milli birlik» kitabının ikinci bölməsi  «Azərbaycanda rus müstəmləkəçilik 
siyasəti»  adlanır.  Bu  yüksək  səviyyəli  siyasi-ideoloji,  elmi  araĢdırma  Məhəmməd 
Əmin  bəyin  həm  də  görkəmli  bir  politoloq  olduğunu  göstərir.  O,  Rusiya 
imperiyasının  rəsmi  sənədlərilə  rus  müstəmləkəçiliyinin  Azərbaycana,  Qafqaza, 
eləcə  də  bütün  dünyaya  indi  də  Sovet  Ġttifaqı  və  kommunizm  adı  ilə  bəlalar 
gətirdiyini  göstərir:  «Kommunizm  təhlükəsi  deyilən  Ģey,  dünya  üçün  hər  zaman 
təhlükə təĢkil etmiĢ olan qaba və təcavüzçü rus imperializminin yeni həmləsindən 
baĢqa bir Ģey deyildir. Bu təhlükə yalnız bolĢevik istibdadı və qızıl rus süngüsünə 
dayanan  Sovet  hakimiyyətinin  çökdüyü  və  oradakı  millətlərin  uğrunda 
vuruĢduqları istiqlallarına eriĢdikləri gün ortadan qalxar!». Məhəmməd Əmin bəy, 
çağın  ideoloji  düĢüncəsini  qabaqlayaraq  uzaqgörənliklə  deyirdi:  «Əminik: 
bolĢevizm  düĢüncə  -  siz  bunu  istəsəniz  də,  istəməsəniz  də  hamısı  birdir  -  Rusiya 
parçalanacaq  və  dünyanın  bu  geniĢ  qitəsindəki  əsir  millətlər  bu  dəfə  artıq 
əbədiyyən qurtulacaq, öz müqəddəratlarına sahib, hürr və müstəqil olacaqdır». 
M.Ə.Rəsulzadə 
«Azərbaycanda 
rus 
müstəmləkəçilik 
siyasəti» 
araĢdırmasında  yazır:  «Rus  dövlətinin  müfəttiĢlərinin  1830-cu  ildə  Tiflisdən 
ədliyyə  naziri  D.B.  DaĢkova  göndərdikləri  raportda  bu  sözləri  oxuyuruq:  «Bu 
zamana  qədər  topladığımız  məlumat  Ģəxsən  Gürcüstan  dairəsindəki  sui-
istifadələrlə  rəzalətin  hər  türlü  hədd  və  hüdudu  keçdiyini  isbat  etməkdədir. 
Müsəlman vilayətlərindəki idarəyə gəlincə, burada idarə edənlərin zülmü ilə idarə 
olunanların məzlumluğu təsəvvürü qəbul olmayan fəci bir mənzərə ərz etməkdədir. 
Burada hər türlü insanlıq çeynənmiĢ, ədalət tamamilə unudulmuĢ, qanun cinayətin 
silahı, qərəzlə kef də məmurların yeganə hərəkət amili olmuĢdur». 
«Azərbaycanda  rus  idarəsini  təftiĢ  edən  Ġvanenko»  xanlarla  və  onların 
yerlərini  tutan  komendantların  idarələri  arasındakı  fərqi  göstərərkən  bu  faktı  gözə 
alaraq yazır: «Xanların dövründə qadınlara bədən cəzası yoxdur, rus komendantları 
erkəklərlə bərabər qadınları da qırmacladırdılar!... ». 
Məhəmməd  Əmin  Rəsulzadə  bu  yağıların  yurdumuzda  törətdikləri 
vəhĢilikləri  yüksək  milli-mənəvi  dəyərlərimizlə  tutuĢduraraq  iĢğalçıların  siyasi 
geriliyini  və  ruhi-mənəvi  əskikliyini  göstərir:  «Azərbaycandakı  müsadirə  edilmiĢ 
mülk  və  ərazidən  hissə  almıĢ  mülkədarlara  «Rusiyadan  adam  satın  alıb,  buraya 
köçürmək  haqqı  verilir».  Və  bu  yolda  onlara  bir  qolaylıq  olsun  deyə  «bu 
müamilənin (alverin) təhkimçilik vergisindən muaf (azad) tutulması» təmin olunur 
və  “Rusiyada  satın  alınan  adamların  Cənubi  Qafqazda  baĢqasına  satılması  iĢində 



 
hökumətin  qolaylıq  göstərəcəyi  vəd  elənir»  və  «Rusiyadan  Cənubi  Qafqaza 
gətirilən  təhkimlilər  üzərindəki  mülkiyyət  haqqı  Rusiyada  oduğu  kimi  burada  da 
eynilə qorunur. 
Qəribə  deyilmidir  ki,  adamı  mal  kimi  satmaqda,  rəncbər  köylünü  qul  kimi 
tələqqi (saymaqda) etməkdə mahzur (ayıb) görməyən bu «əsilzadələr» cəsarət edib 
də  «cahil  və  vəhĢi»  dedikləri  məmləkətimizə  mədəniyyət  gətirirmiĢ  kimi  füzuli 
(boĢboğaz, ədəbsiz) bir tövr də alırlar?!...». 
Məhəmməd  Əmin  Rəsulzadənin  araĢdırdığı  rəsmi  dövlət  sənədlərinin  çap 
olunduğu «Kolonialnaya politika rossiyskoqo tsarizma v Azerbaydcane v 20-60-x 
qq. XIX v.» (Moskva, Leninqrad, 1936) toplusunun redaktoru və ona geniĢ elmi-
siyasi ön söz yazmıĢ professor Ġ.P. PetruĢevski isə kitabın 25-ci səhifəsində yüksək 
çar  məmurlarının  Azərbaycan,  Azərbaycan  türkləri  və  müsəlmanlar  haqqında 
ağıllarına  gələnləri  yazmaları  nəticəsində  «...sonradan  imperiya  tarixçilərinin  də 
qəbul etdiyi, guya Azərbaycan xanlıqlarında...xanların zorakılığından baĢqa heç bir 
qanun və idarəetmə qurumu olmamıĢdır rəsmi nəzəriyyəsi yarandı»ğını yazır. 
Kitabdan  kitaba  köçürülən  bu  ideoloji  yalanlar  sovet  dönəmində 
ehkamlaĢdırılıb,  I  Pyotrun  «Müsəlmanları  tamam  sakitcə,  sezilmədən,  özləri  hiss 
etmədən,  mümkün  olduğu  qədər  yox  etmək,  azaltmaq  lazımdır»  vəsiyyətinə 
çatdırılmıĢdı. 
Dünyanı sarsıdacaq kommunizm adlı mason siyasətinin baĢ ideoloqlarından 
Karl  Marks,  Rusiya  imperiyasının  Qafqazı  tutmasını  «1815-ci  ildən  sonrakı  ən 
böyük  Avropa  hadisəsi»  sayır,  Fridrix  Engels  isə  bu  faciəni  gözlərilə  görən  kimi 
əsaslandırmağa  çalıĢırdı:  «Rusiya  ġərq  barəsində  həqiqətən  tərəqqipərvər  rol 
oynayır...  Rusiyanın  hökmranlığı  Qara  dəniz  və  Xəzər  dənizi  üçün  və  Mərkəzi 
Asiya üçün, baĢqırdlar və tatarlar üçün həqiqətən mütərəqqi rol oynayır...». 
Bu  «yenilikçiliyin»  «Azərbaycan  Respublikasının  Dövlət  müstəqilliyi 
haqqında Konstitusiya  Aktı»nda necə qeyd olunduğuna baxaq:  «1920-ci il aprelin 
27-28-də  RSFSR  beynəlxalq  hüquq  normalarını  kobudcasına  pozaraq,  müharibə 
elan  etmədən  öz  silahlı  qüvvələrinin  hissələrini  Azərbaycana  yeritdi,  suveren 
Azərbaycan  Respublikasının  ərazisini  iĢğal  etdi,  qanuni  seçilmiĢ  hakimiyyət 
orqanlarını  zorakılıqla  devirdi  və  Azərbaycan  xalqının  çox  böyük  qurbanlar 
bahasına  qazandığı  müstəqilliyə  son  qoydu.  Bunun  ardınca  Azərbaycan  1806-
1828-ci  illərdə  olduğu  kimi,  yenidən  Rusiya  tərəfindən  ilhaq  edildi.  SSRĠ-nin 
təĢkili  haqqında  1922-ci  il  30  dekabr  tarixli  müqavilə  bu  ilhaqı  təsbit  etməli  idi. 
Sonralar  70  il  ərzində  Azərbaycan  Respublikasına  qarĢı  əslində  müstəmləkəçilik 
siyasəti  yeridilir,  Azərbaycanın  təbii  ehtiyatları  amansızcasına  istismar  olunur, 
milli  sərvətləri  çapılıb  talanır,  Azərbaycan  xalqı  təqiblərə  və  kütləvi  cəza 
tədbirlərinə məruz qalırdı, onun milli ləyaqəti tapdalanırdı». 
Rusiya  imperiyasının  bu  rəsmi  sənədlərinin  öyrənilməsi  erməniləri,  ruslar 
1880-ci illərdə Osmanlı imperatorluğu və Qacarlar dövlətindən, eləcə də dünyanın 
baĢqa yerlərindən (məsələn, çar I Nikolayın 1802-ci ildə verdiyi fərmanla PolĢadan 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə