Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə42/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   38   39   40   41   42   43   44   45   ...   51

90 
 
1837-ci  ilin  sentyabrında  «Cənubi  Qafqazın  idarəsi  haqqında  layihə 
hazırlayan komissiya»nın rəisi sifətilə I Nikolaya göndərdiyi məruzəsində senator 
Qan aĢağıdakı fikir və mülahizələri bəyan etməkdədir: 
«Qara  dənizlə  Xəzər  dənizi  arasında  3  böyük  nəhrlə  (çayla)  qolları 
tərəfindən  suvarılan  və  müxtəlif  abu-havaya  malik  məntəqələrdən  ibarət  olub  da, 
cənubun  ən  sıcaq  yerlərilə  Ģimalın  soyuq  qitələrində  göyərən  [yeĢərən]  hər  türlü 
bitkilər  yetirən  və  məhsullar  verən  Cənubi  Qafqaz  ölkəsi  uzun  müddət  Rusiyanı 
dıĢarıdan gətirmək zərurətində olduğu məhsul və malların bir çox qismindən təmin 
edər.  Bu  məmləkət,  Avropa  ilə  Asiya  arasında  ən  qısa,  ən  əmin  və  ən  əlveriĢli 
ticarət  yolunu  təĢkil  etməkdədir.  Asiyanın  içinə  çıxan  bu  məmləkət  Ģimali  Asiya 
millətləri  üzərində  qüvvətli  təsirə  malik  olması  Ģərtilə,  lüzumu  gəlincə  «dəniz 
qüvvətini suiistimal ilə,  milli  haqlara  riayət etməyən Hindistana  qarĢı»  Rusiyanın 
əlinə ən əmin müdafiə [əslində intiqam - «mest» deyilmiĢdir] vasitə və imkanlarını 
verməkdədir»
*

Qanın bir az muğlaq (dolaĢıq) ifadəsi dəxi Qafqazı «fəthə» çıxan Rusiyanın 
baĢında  Hindistan  havası  əsən  Dəli  petro  vəsiyyətlərinə  sadiq,  doymaq  bilməyən 
çılğın bir imperialist qüvvəti olduğuna iĢarədir. 
Qan,  Rusiya  üçün  iqtisadi  və  siyasi  bu  qədər  böyük  dəyərə  malik  olan 
Cənubi Qafqazın o zamanda  ərz edən «boĢluq, səfəalət və intizamsızlığına» acıyır 
və  onu  «indiki  karsız  vəziyyətindən»  çıxarıb  da,  faydalı  və  qazanclı  bir 
müstəmləkə halına gətirmək üçün, idarəcə islah edilməyə möhtac olduğunda israr 
edir və «indiki halında, Rusiyaya heç bir qazanc gətirməyən bu gözəl malikanələr 
[vladeniya]  dolayısı  ilə  əcnəbi  dövlətlərin  həsədini  qaynadıb  da  yüksələn  Rusiya 
əleyhinə  kürsülər  hər  türlü  böhtanlarla  dolu  hayharaylara  verilir  və  xeyrimizi 
istəməyən  dövlətlərin  əl  altından  etdikləri  fəsad  və  intriqalarla  dağlardakı 
düĢməncə  müqavimət  ruhu  təĢviq  olunursa,  bu  torpaqların  imperatorun  feyzli 
əmrlərilə  imar  (quruluĢ)  və  intizama  malik  olacaqları  təqdirdə  dövlətin  bu 
yerlərdən edəcəyi istifadə və alacağı sərvət dolayısı ilə rəqiblərin duyacağı qibtənin 
dərəcəsini indidən təsəvvür etmək qəbuldur» (s. 303). 
Qan,  Cənubi  Qafqaz  islahatını  düĢünürkən,  buranın  Rusiyaya  xam  mal 
verən bir  müstəmləkə  halında qalması  fikrini  əsas olaraq alır.  «Hökumət - deyir  - 
yalnız  ziraatı  (əkinçiliyi)  təĢviq  etməklə  iqtifa  (yetinməli)  etməlidir.  Fabrik  və 
manufaktura  sənayesinin  tərvici  (dəstəklənməsi)  isə  burada  əkinçiliyə  lazım  olan 
qüvvələrin  azalmasını  mucib  (səbəb)  olub,  bura  üçün  bir  fayda  gətirməz,  Rusiya 
sənayesi  ilə  ticarətinə  də  zərər  gətirir,  çünki  dövlətin  himayəsi  sayəsində  vətən 
fabrik  və  manufakturası  mükəmməl  surətdə  çalıĢaraq,  ucuz  əmtəə  çıxarır  və 
Cənubi Qafqazdan çıxacaq ipək, kətan, pambıq, boya və s. kimi  məhsullar ilə hər 
türlü təbii zənginlikləri tamamilə qullana bilirlər». 
                                                           
*
 “Materiallar”, s. 303. 


91 
 
Xammal  müstəmləkəsi  Cənubi  Qafqaz  ilə  sənaye  metropolu  Rusiya, 
qarĢılıqlı  mənfəətlər  əsasına  dayanaraq,  Qanın  anlayıĢına  görə,  qaynayıb  qarıĢar, 
maddi  olan  bu  qaynama  mənəvi  tədbirlərlə  dəxi,  təkmil  olununca  bu  «mülklər» 
ayrı-ayrı əcnəbi təsir və intriqanın təsirindən saxlı, əmin bir hala gəlirlər (s. 314). 
«Ġndiki halında», yəni Qanın «islahat»la məĢğul olduğu illərdə isə, vəziyyət 
çox  da  əmin  deyilmiĢ.  Məmləkətin  imperatorluq  mərkəzindən  uzaqlığı,  bilxassə 
müsavilə  (dediĢ-gəliĢ)  yollarının  müĢküllüyü,  nəhayət  «Rusiya  düĢmənlərinin 
təhrikə  mühəyya  (hazır)  olduqları  təəssüb  və  milliyyət  hissləri»  və  hətta  «gələcək 
valilərin  ehtimal  olunan  zəfər  və  hökmranlıq  sevdaları»  hər  zaman  düĢməncə 
intriqa ruhunun dövlətə  müĢkülat çıxarmaq üçün qullana biləcəyi vasitələrdir» (s. 
303). 
Yeni  idarə  sisteminin  tesisində  hakim  fikir  senatorca  -  makul  (ağıllı, 
əlveriĢli)  qanunlar,  ədalət  və  hüsü  idarəyə  dayanan  modern  bir  nizam  ilə  yerli 
əhalini Rusiyaya mənən bağlamaq əzmidir. 
Bu,  sözdə  çox  müdəbbiranə  (uzaqgörən)  görünən  niyyətinin  təhəqqüqü 
(gerçəkləĢməsi)  üçün  ortaya  qoyacağı  müəyyən  mülahizə  və  təkliflərə  keçmədən 
əwəl,  Qan  Cənubi  Qafqazı  təĢkil  edən  baĢlıca  üç  ünsürün  onunca  səciyyələrini 
anladır: 
«Gürcülər,  öz  dinlərindən  olub,  onlara  xilas,  əmniyyət  və  hüzur  gətirən 
Rusiyaya  bağlıdırlar.  Kef,  səfahət  (əyləncə)  və  israfa  dalıb  da,  at  belində,  qılınc 
oynatmağı  sevən  gürcülər,  ticarət  və  sənaye  iĢlərini  ermənilərə  buraxaraq,  özləri 
maldarlıq və əkin iĢlərilə məĢğuldurlar. Bunda da çox ibtidai bir haldadırlar. Gürcü 
dvoryanları, çox az qismi müstəsna, iflas etmiĢlər. 
Ermənilər,  toplu  olaraq,  əksəriyyətlə  Eçmiədzin  və  Qarabağ  səmtlərində 
yaĢayırlar;  gərçi  Cənubi  Qafqazın  hər  tərəfinə  səpələnmiĢlər.  Zəngindirlər. 
TəĢəbbüskardırlar.  Ticarət  ilə  kiçik  sənayeni  əllərinə  almaq  istedadındadırlar. 
Hiyləgərliklə  mənfəətpərəstlikləri  dillər  əzbəridir.  Ġran  və  Türkiyə  təqibat  və 
istibdadlarından  xilaslarına  vasitə  olduğu  üçün,  «Asiyanın  bütün  qitələrində 
hökumətimizin hər cür məqsədlərinə mükəmməl vasitə və amil olurlar». 
Müsəlmanlara gəlincə - bunlar, əksəriyyətlə «tatar cinsindəndirlər (sənəddə 
-  tatarskoqo  proisxocdeniya,  yəni  tatar  (türk)  soyundan  yazılıb)»
*
.  «Əli  və  Ömər 
məzhəblərinə»  bağlıdırlar  (Yüksək  rus  məmurları  Azərbaycan  müsəlmanları  üçün 
sünni  və  Ģiə  din  idarələri,  bölücülük  tumu  səpən  əsasnamələr  yaratsalar  da, 
Azərbaycan  türklərinin  bütün  aydınları,  eləcə  də  baĢqa  müsəlman  azərbaycanlılar 
islam dininin heç bir təriqətinə üstünlük vermir, özlərini müsəlman sayırlar. Bu, ən 
azı  Azərbaycanın  böyük  bilgini  Nizami  Gəncəvi  çağından  belədir.  Alp  Arslan 
deyən kimi: «Biz türklər əsil müsəlmanıq, bidət bilmərik!»). Gürcüstan və erməni 
vilayətlərində  olduğu  kimi,  bunlar  böyük  bir  kütlə  halında  Qafqazın  Ģimali-Ģərq 
ətəklərində  və  Kür  nəhri  (çayı)  ovalığında  yaĢayırlar.  «ÇalıĢqan  və  mərd 
                                                           
*
 Türklərə o zaman Rusiyada tatar deyildiyi məlumdur. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə