Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə39/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   35   36   37   38   39   40   41   42   ...   51

83 
 
mülki səlahiyyətləri haiz (əlində tutan) «Cənubi Qafqaz hökuməti» tərəfindən idarə 
olunacaqdı. 
Dövlət  ġurası  ona  verilmiĢ  olan  bütün  materialları  tədqiq  etdikdən  sonra, 
imperator  I  Nikolaya  təqdim  edilmək  üzrə  hazırladığı  mülahizələri,  imperatorun 
arzusu  üzərinə,  o  zaman  artıq  Qafqazda  deyil,  VarĢavada  olan  Paskeviçə 
göndərmiĢdir;  belə  ki,  əlimizdəki  cild,  bizə  layihənin  ümumi  mülahizələrilə 
bərabər, knyaz VarĢavskinin diqqətəĢayan qeydlərini göstərməkdədir. 
Hər  Ģeydən  əvvəl,  Cənubi  Qafqazdakı  idarənin  islahını  vacib  etdirən 
səbəblərlə aĢina olaq. Ġslahatçıların bəhs etdiyimiz vəsiqədə təsbit etdiklərinə görə: 
«Cənubi  Qafqaz  əhalisi  çox  yaxın  bir  zamana  qədər  müxtəlif  dövlətlər 
halında  yaĢayır və  təhdid edilməyən səlahiyyət  və  hakimiyyətə  malik hökmdarlar 
tərəfindən  idarə  olunurdular.  Ġndiki  halda  bu  hökmdarlar  yoxsalar  da,  onlardan 
qalan məmləkətlər bulunduqları halları ilə əski səltəntin bir parçası imiĢ kimi idarə 
olunur, Rusiya ilə  mülki və daimi  heç bir bağla bağlanmamıĢ  müvəqqəti bir Ģəkil 
ərz edirlər. Rusiya müəssisələrindən ayrı müstəqil bir müəssisələrə malik olmaları 
ilə bu vilayətlər, Rusiyanın buralarını imperatorluğa tamamilə ilhaq etmək əzmində 
olmadığı haqqında əhalidə bir fikir oyadır. 
Xanların  varisləri,  mirzələr  və  bəylər  xanlarla  xanlıqları  düĢünürlər; 
mollalar,  ədliyyə,  mülki  və  idari  hakimiyyəti  qapamaq  fikrindədirlər;  gürcü 
knyazları, vaxtında hər istədiklərini edə bildikləri krallığı diriltmək fikrindədirlər; 
erməni  keĢiĢlər  də  erməni  padĢahlığını  yenidən  qurmaq  fikrindədirlər,  ta  indiki 
papa öz ruhani taxtında olduğu kimi, katalikos da hakimiyyətə malik olsun. Nankor 
qəlblərdə  bu  mənəvi  pəriĢanlıq  səbəbilə,  dövlət  tədbirlərinə  qarĢı  müxalifət  və 
ziddiyyət  təĢəbbüsləri  doğur  ki,  bu  çox  dəfə  ümumi  qaleyan  (çaxnaĢma)  Ģəklini 
alır» (§ 6)
*

Bu  «nankor  məmləkət»  eyni  zamanda  maddətən  zərərli  imiĢ:  «Bütün  bu 
əhval  -  yəni  məmləkətin  qəti  surətdə  ruslaĢdırılmaması  -  Cənubi  Qafqazın 
imperatorluq üçün zərərli olduğunu mucib (deyir) olur. Buranın məsrəfi gəlirindən 
çoxdur: bura əskər vermir, xaricə qarĢı müdafiədə kəsərli və dəyərli bir yardımı da 
yoxdur, əksinə Rusiya bura üçün həm para, həm adam sərf etməlidir. Yeganə fayda 
isə ancaq stratejikdir (§ 7). 
«Rusiya  idarəsinin  buralardakı  müvəqqətiliyi  haqqındakı  hər  türlü 
təsəvvürləri kökündən  kəsmək, bu  məmələkəti  sadə, özünü  maddətən idarə etmək 
deyil,  eyni  zamanda  Rusiyaya  da  faydalı  qılmaq,  bu  məmləkətdən  kafi  dərəcədə 
əskər  tutmaq  və  nəhayət  bir  rus  kimi  danıĢdırmaq,  düĢündürmək  və 
duyğulandırmaq üçün bura əhalisini siyasi və mülki bağlarla sıx surətdə Rusiyaya 
bağlamaq əlzəmdir (vazkeçilməzdir)» (§8). 
Yüksək  çar  bürokratları  arzu  etdikləri  bu  bağlılığı  təmin  üçün  nə 
düĢünürlərmiĢ? 
                                                           
*
 “Materiallar”, s. 279. 


84 
 
Budur bizi əsil mövzuya gətirən sual!... 
Bu sualın cavabını bir-bir gözdən keçirdiyimiz vəsiqənin «Cənubi Qafqazda 
əsil  rus  zadəganlarını  [dvoryanlarını]  kökləĢdirmək  haqqında»kı  baĢlıq  altında 
toplanan maddələri verməkdədir. Bunların birincisini təĢkil edən § 9-cu maddə də 
eynilə belə baĢlayır: 
«Öz hökmdarlarının taxtlarına sədaqətlə, həyatlarını, baĢda əskəri, sonra da 
mülki  xidmətlərə  vəqf  edib  təqaüd  zamanlarını  dəxi  köylərdə  yaĢayan  əsil  rus 
zadəganlığı  dövlətin  istinad  etdiyi  ən  əmin  bir  zümrədir.  Təqaüdçü  zadəgan 
köylərdə  ən  əmin  (güvənilən)  bir  inzibat  amilidir.  Məmələkətin  əmnü  asayiĢ  və 
inzibatı, rəsmi polisdən çox bu dvoryanstvo sinifə bağlıdır». 
Bugünkü  qızıl  çarlığın  kommunist  kadrosunu  andıran  bu  sinif,  o  zamankı 
Qafqazda yoxdu. 10-cu maddədə oxuyuruq: 
«Cənubi  Qafqazda  rus  zadəganları  yoxdur.  Gürcüstanla  Ġmeretiyada 
zadəganlar gərçi varsalar da, bunlar bu günə qədər asiyalı bir haldadırlar. Bunların 
rus hökumətlərinə  sədaqətləri isə  bu hökumətdən gördükləri mənfəət və  təvəccöh 
(xoĢluq)  nisbətində,  daima  nisbidir.  Belə  bir  sədaqətə  ümid  edilə  bilməz.  O 
satlıqdır.  Demək  ki,  rus  hökuməti  burada  öz  istinadgahını  təĢkil  edəcək  mətin  və 
əmin  bir  dəstəyə  malik  deyildir.  Bunun  üçün  də,  burada  əsil  rus  zadəganlarını 
yerləĢdirmək və kökləĢdirmək lazımdır. Yalnız bu sinfin vücudu ilədir ki, namuslu 
dövlət  məmurları  kadrosu  təĢkil  olunur.  Yalnız  bu  sinfin  yerləĢməsilədir  ki,  rus 
hakimiyyəti burada Cənubi Qafqaz ilə Rusiyanı siyasi və mülki bağlarla bağlayan 
əmin bir vasitə bulur. Bu sınaq canlı bir misal olaraq yerli əhalini əsil bir rus kimi 
duymaq və düĢünməyə öyrədir». 
Bunun üçün də, «müsadirə olunan məskun və qeyri-məskun bütün mülkləri 
və torpaqları dövlətin ayrıca təqdirinə  məzhər (ortaya çıxan) olan  əskəri  və  mülki 
rus məmurlarına tevzi (verməli) etməli və bu növdən mülk və torpaqlar yetmədiyi 
təqdirdə, dövlətə xas torpaqlardan bir qismi bu məqsədə sərf olunmalıdır» (§ 11). 
Maddənin  «müsadirə  olunan  torpaqları»n  qeydinə  nəzərən,  bu  «əsil  rus 
zadəganlarının»  bilxassə  Azərbaycanda  yerləĢdirilmək  istəndiyi  anlaĢılır,  çünki 
1809, 1826, 1837 və digər illərdə çıxan üsyanlar üzərinə burada külliyyatlı (çoxlu) 
surətdə müsadirə edilmiĢ mülklər və torpaq vardır
*

Azərbaycandakı  müsadirə  edilmiĢ  mülk  və  ərazidən  hissə  almıĢ 
mülkədarlara «Rusiyadan adam satın alıb, buraya köçürmək haqqı verilir». Və bu 
yolda  onlara  bir  qolaylıq  olsun  deyə  «bu  müamilənin  (alverin)  təhkimçilik 
vergisindən  muaf  (azad)  tutulması»  təmin  olunur  və  «Rusiyada  satın  alınan 
adamların  Cənubi  Qafqazda  baĢqasına  satılması  iĢində  hökumətin  qolaylıq 
göstərəcəyi vəd elənir» (§18). 
Rusiyadan Cənubi Qafqaza gətirilən təhkimlilər üzərindəki mülkiyyət haqqı 
Rusiyada oduğu kimi burada da eynilə qorunur (§19). 
                                                           
*
 “Materiallar”. Müqəddimə, s. 21. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə