Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə37/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   33   34   35   36   37   38   39   40   ...   51

78 
 
Vergi sistemi ilə vergilər tamamilə xanlıq dövründən qalma idi. 
Vilayətlərin  idari  hüdudu  xanlıqların  siyasi  hüdudundan  ibarətdi;  idari 
təqsimat  (bölgü)  rusca  «uçastok»a  müqabil,  əski  mahalların  eyni  idi.  Xanlıq 
zamanında  olduğu  kimi,  mahal  naibliyi  ünvanı  komendantlar  tərəfindən  yerli 
bəylərdən birinə təvil (verilirdi) olunurdu. 
Rəsmi təhrirat (yazıĢma) farsca idi. Komendantlar tərəfindən verilmiĢ farsca 
fərman və təliqələr arxivlərdə mühafizdir (qorunur). 
ġəki, ġirvan, Qarabağ və TalıĢ xanlıqları idarətən ġuĢada oturan «müsəlman 
vilayətlərini  idarə  edən  əskəri  valiyə»  tabe  idi.  Bakı,  Quba  və  Dərbənd  xanlıqları 
isə Dağıstan hərbi valisinə tabe idilər. 
Komendantlıq  sisteminə  ruslar  «əskəri  xalq  idarəsi  -  voyennonarodnoye 
upravleniye»  deyirdilər.  Bu  sistem  həddi  zatında  (özlüyündə)  XVIII  əsrdə 
Azərbaycan  xanlıqlarında  cari  olan  üsul  və  nizam  üzərinə  qurulmuĢdu.  Yalnız 
ruslar  tərəfindən  Gürcüstana  ilhaq  olunan  Gəncə  vilayəti  bu  sistem  xaricində 
qalmıĢdır. 
Sistem  xanlıq  dövrünün  sistemi  olmaqla  bərabər  idarənin  əhali  üçün  eyni 
olmadığı,  bu  cildin  ehtiva  etdiyi  rəsmi  materiallarla  təsdiq  olunmaqdadır. 
Komendatlıq rejiminin xan idarəsindən əhali üçün daha ağır, daha soyğunçu, daha 
zalım olduğunu isbat edən bu əsərdə nə qədər vəsiqələr vardır. 
1829-cu  ildə  Cənubi  Qafqazı  təftiĢ  edən  senator  Meçnikov  ilə  Kutaysovun 
qeyd etdikləri kimi, «yüz minlərcə insanın haqq, namus və mülkü komendantların 
kefinə  tabedir  və  komendant  onların  nəzərində  əvvəlcə  tabe  olduqları  xandan 
fərqsizdir». Yalnız bir fərq vardır: xanlar nə olsa da, bir takım mülahizələrlə daha 
yumĢaq idarə etdikləri halda, komendantlar özlərini ölçü güdməyə məcbur edər hər 
türlü  mülahizələrdən  sərbəst  görmüĢlər.  Xanlar  zamanında  əksəriyyətlə 
toplandıqda və ya baĢqa mükəlləfiyyətlərin icrası tələbində mahaldakı örf (gələnək, 
adət)  və  ictimai  vəziyyət  mülahizələrinə  riayət  edildiyi  halda  «komendantlar»  bu 
kimi xüsuslara qarĢı kar və kor idilər. 
Eyni  müfəttiĢlərin  1830-cu  ildə  Tiflisdən  ədliyyə  naziri  D.  B.  DaĢkova 
göndərdikləri raportda əzcümlə (bir sözlə) bunları oxuyuruq: 
«Bu  zamana  qədər  topladığımız  məlumat  Ģəxsən  Gürcüstan  dairəsindəki 
sui-istifadələrlə  rəzalətin  hər  türlü  hədd  və  hüdudu  keçdiyini  isbat  etməkdədir. 
Müsəlman vilayətlərindəki idarəyə gəlincə, burada idarə edənlərin zülmü ilə idarə 
olunanların məzlumluğu təsəvvürü qəbul olmayan fəci bir mənzərə ərz etməkdədir. 
Burada hər türlü insanlıq çeynənmiĢ, ədalət tamamilə unudulmuĢ, qanun cinayətin 
silahı, qərəzlə kef də məmurların yeganə hərəkət amili olmuĢdur». 
1831-ci  ildə  poruçik  Dobrotvorski  eyni  senatorlara  yazdığı  bir  raportda 
deyir  ki,  o,  «hətta  Ġranda  belə,  rus  hakimiyyəti  altında  olan  TalıĢ  xanlığında 
bulduğu  zülm  və  səfalətə  Ģahid  olmamıĢdır.  Burada  əhalidən  əskidə  verməkdə 
olduqları verginin iki mislini tələb edir və verməyənləri sad, erkək deyil, qadınlar 
da daxil olduqları halda adəta ölüncəyə qədər döyürlər». 


79 
 
Nefedyevin Naxçıvandakı rus idarəsinə aid olub, 1837-ci il tarixini daĢıyan 
bir yazısında «rus ədaləti» haqqında bunları buluruq: «Eyni istibdad təsirində olan 
vilayətdəki rus məhkəməsi öz halı ilə hər türlü ədalət hissini təhqir etməkdədir. Bu 
məqam  sanki  dövlətin  yenicə  idarəsinə  keçmiĢ  olan  yerli  əhali  ilə  Ġranlılar 
nəzərində rus idarəsini rəzil etmək üçün yapılmıĢdır». 
Yuxarıda qeyd olunan senatorlar, əski xanlıqlardan bəhs edərkən, buradakı 
idarələri  kefə  dayanan,  sistemsiz  və  anarxik  bir  rejim  deyə  təvsif  (xarakterizə) 
etmiĢlər. Rus idari müəssisələrinin tarixçisi Ġvanenko senatorların bu mütaliələrilə 
razı deyildir. Ona görə əksinə, xanların idarəsində özlərinə görə, bir sistem vardı və 
bu mütərəqqi müsəlman fiqhinə dayanırdı. Xanlar dövründə - onunca  - çox yaxĢı 
tərkibli olmasa da, az-çox müəssəs (qurulmuĢ) bir vergi sistemi dəxi mövcuddur. 
Ġvanenkonun  bu  sözlərini  qeyd  etdikdən  sonra,  bəhs  mövzusu  cildinin 
redaktoru PetruĢevski əlavə edir ki: «Həqiqətdə də əhalinin komendantlıq idarəsinə 
qarĢı duyduğu kin və  nifrəti senatorların izahlarına rəğmən xanlıq idarə üsulunun 
baki  (dəyiĢməz)  qalmasından  irəli  gəlmirdi.  Komendantlar  bu  idarə  üsulunu  sadə, 
mühafizə  etməklə  qalmamıĢ,  onu  əskisindən  daha  qəddar  və  daha  müstəbid  və 
keyfi bir Ģəklə soxmuĢdular». 
Daha  Böyük  Pyotr  zamanından  etibarən  rus  çarlığının  Ģərq  xristianlarının 
hamisi  və  bilxassə  ermənilərin  xilaskarı  sifətini  taxdığı  məlumdur.  Rusiya 
imperializminin  Qafqazı  tutması  ilə  müsəlman  Ģərqinə  qarĢı  açdığı  səfərlərin 
ermənilər  tərəfindən  sevinclə  və  fədakarlıqlarla  qarĢılandığı  dəxi  hər  kəsə  məlum 
bir həqiqətdir. 
Belə  ikən  vəsiqələr  rus  müstəmləkəçilik  idarəsindən  ermənilərin  belə  «əl 
aman çağırdığını» göstərməkdədir. 
Qarabağdakı  erməni  tacirləri  1820  raddələrində  (M.Ə.Rəsulzadə  elmi 
redaktorun yazdığını gözə alıb. Sənəddə 1837-ci il, noyabr-dekabr yazılıb) «erməni 
camaatı»  namına  (adından)  göndərdikləri  istidada  (ərizədə,  diləkçədə) 
komandanlıqdan Ģikayat edərək yazırlar ki: «Qarabağ, Mehdiqulu xanın idarəsində 
ikən, biz hər türlü istida və Ģikayətlərimizlə Ģəxsən ona gedərdik: o da xalq içindəki 
etibar və hörmətimizə nisbətən bizimlə rəftar edər, məruzələrimizi Ģəxsən dinlər və 
ədalətlə hökm edərdi. Rus məmurları isə, bizimlə qara cahil köylülər arasında heç 
bir  fərq  qoymur  və  onlar  kimi  biz  dəxi  sadə  komendantlardan  deyil,  onların 
məmurlarından  belə,  min  cür  hərəkətlər  görür,  heç  bir  səbəb  olmadan 
mühakiməsiz,  sorğusuz  və  sualsız  yaĢa-baĢa  baxmadan,  xidmət  və  sədaqətimizi 
gözə almadan bədən cəzasına çarpılırıq». 
Baron  Qan  tərəfindən  çar  I  Nikolaya  verilən  raportda  Rusiyaya  hicrət   
(köçmüĢ) etmiĢ olan ermənilərin onlara ayrılmıĢ yer və yurdlarını tərk ilə, təkrar öz 
istəklərilə  tərk  etmiĢ  olduqları  Ġran  və  Türkiyə  torpaqlarına  qaçdıqları  qeyd 
olunmaqdadır. Bu «ricət» (qaçıĢ) o qədər ciddi və geniĢ imiĢ ki, «onları alı qoymaq 
üçün  hüdudda  surəti  məxsusada  əskər  qitələrindən  (bölüklərindən)  mürəkkəb 
(ibarət) kordon (postlar) qoymaq lazım gəlirmiĢ». 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə