96
Qafqaz komitəsi qarĢısında Azərbaycan əsilzadələrinin haqlarını müdafiə
yolundakı müdafiə və münaqiĢələri diqqətəĢayandır.
Halbuki rəsmi bu nikbinliyə rəğmən, «islahat»ın heç də müvəfəqiyyətlə
keçməyib, əhali tərəfindən Ģükranla qarĢılanmadığını hadisələr gecikmədən
göstərmiĢdir.
Bir kərə, 10 aprel islahatı nəticəsində məmurların sayı 704-dən 1311-ə
çıxmıĢ, məhkəmələrdə birikən iĢlərin miqdarı 2400-dən 4846-ya varmıĢdır.
Məmurların maaĢı isə məmləkətdən alınan maliyyədən 1 567 000 gümüĢ rubla
qədər çox olmuĢdur. YazıĢmalarla iĢ uzandırması isə Cənubi Qafqaz üçün yeni bir
mənzərə təĢkil etmiĢdir. Xanlıq dövründəki Ģəriət məhkəmələri ilə komendantlıq
dövründəki divanlar heç olmasa sürətlə iĢ görürdülər. Bunlar, PetruĢevskinin
yazdığı kimi, həqiqətdə də «seriya məhkəmələr» idi. Əhalinin yeni məhkəmələri
boykot etdiyini rus tarixçiləri təsbit etmiĢlər. Bir çox qəzalarda məmnuniyyətsizlik
qanlı üsyanlar Ģəklində partlaq vermiĢdir. Azərbaycanın Car-Balakən [Zaqatala],
Gürcüstanın Quriya kimi bir çox qəzalarında çıxan bu üsyanlar «ruslardan belə
bəklənmədik vəhĢiyanə bir tərzdə», Ģiddətlə basdırılmıĢdır.
Bu hadisələr qarĢısında rəsmi Qan-Qolovin nikbinliyi Peterburq müxalifinin
Ģübhəsini cəlb edərək, Cənubi Qafqaz iĢlərinin təkar təftiĢinə qərar verilmiĢ: bu iĢ
bu dəfə ÇerniĢov ilə Pozenin rəyasətində təĢkil olunan bir komissiyaya
buraxılmıĢdır. 1842-ci ilin baĢlarında Qafqaza gələn bu komissiya, «Yeni nizam»ın
nədən dolayı əhalini təmin etmədiyini və nə kimi nöqsanlara və üsulsuzluqlara
malik olduğunu tədqiq və təhqiq etmiĢdir.
«Qarabağ mahalında - Pozen Qolovinə yazırdı - qəza [uyezd] idarəsinin
fəaliyyətsizliyi, iĢlərdəki pəriĢanlıq və anarxiya, qəza idarəsinin əhali ilə
müamilədəki (münasibətdəki) bacarıqsızlığı, xalqın malisəf, çox haqlı Ģikayət və
narazılıqlarına mucib olmuĢdur».
ġamaxıda olduğu zaman Pozen «on saat əsnasında bir çox ərizələr və
Ģikayətlər almıĢdır. Bu müraciətlərin ümumi ifadəsi - onun təbirincə - zabitə (polis)
yoxdur, məhkəmə yoxdur, əmniyyət yoxdur, haqq və həqiqət yoxdur - sözlərində
xülasə olunur».
1843-cü ildə jandarmlar Ģefi A.H. Benkendorfa yazdığı məktubda ÇernıĢov
«10 aprel nizamı»nın Kaspi vilayətində [yəni Azərbaycanda] nəticələrilə Ģəxsən
senator Qanın fəaliyyətini qaranlıq tablolarla təsvir etmiĢdir: «Bu vilayətdəki
yüksək təbəqə mənsubiarı [yəni xanlar-bəylər] onlara məxsus haqq və hüququn
mühafiz qalacağına artıq inanmırlar», «tacirlər tüğyan halındadırlar», «yollarda
qarətçilik qüvvətlənir», «məmurları ancaq cinayət və rüĢvət iĢləri məĢğul
etməkdədir»; «mənsəb və məmurluq alma iĢi əskisinə nisbətlə Ģübhəsiz daha satlıq
bir Ģəkil almıĢdır!...».
Pozen kimi, ÇernıĢov da, əvvəlcə Paskeviç-Meçnikov, sonra da Qolovin-
Qan layihələrini hazırlamaqda Ģəxsən iĢtirakçı adamlardı. Ġndi isə bütün qəbahəti
97
Qana yükləyərək, müvəffəqiyyətsizliyin «əsər»dən deyil, müəssirdən (pis
tətbiqindən) irəli gəldiyini qabardırdılar.
Qan layihəsinin iflasında tətbiqindəki bacarıqsızlıqların təsiri inkar
edilməməklə bərabər, bu iflası cəlb edən amillər daha Ģümullu (çox) idi. Çarizm o
zamankı sisteminə uyğun gələn sosial bir zümrəni bulub da ona dayanmaqda daha
sarih (aydın) bir qərara gəlmiĢ deyildi. Öz bünyəsi (əsası) etibarı ilə mümtaz
(yüksək) təbəqəyə torpaq feodallarına və köylülərin bu təbəqəyə bağlı
«krepostnoyluq» sisteminə dayanması zəruri ikən, o, bilxassə Azərbaycandakı
xanlıq təbəəsinə, müsəlman olduqları və cəbrlə (zorla) istila etdikləri üçün etimad
etmirdi. Onun üçün də burada, Gürcüstanda olduğu kimi, sarih olmayan köylü-
feodal münasibətini, özünə görə təfsir edərək, bəylərin mülkədar deyil, malik
olduqları torpaq və köylər üzərində sadə, idarə haqqına malik bir məmur olduqları
üzərində durmağı faydalı görürdü. Yenə bunun üçün Paskeviç-Meçnikov kimi,
Qan da öz «islahat» təsəvvürlərində yerli bəyləri idarə, həm də torpaq
mülkiyyətindən təcrid etmək və burada süni rus zadəganı və müdirlər zümrəsi
yaratmaq istəyirdi. «10 aprel nizamı»na qarĢı edilən müxalifətin əsil
hərəkətvericiləri də elə bu, yeni rus idarəsi tərəfindən ihmal (unudulan) və iğmaz
(göz yumulan) olunan «nüfuzlu qism» - yəni bəylərdən ibarətdi.
O zamankı rus idari istilahı ilə «yüksək müsəlman təbəqəsi» deyilən
Azərbaycan bəylərinin, çarlığın təsis etdiyi müstəmləkəçilik sistemi lehində
çalıĢmasının yeganə Ģərti, torpaq üzərindəki mülkiyyət haqqının qəbulu ilə
mümtazlığının (seçkinliyinin) tanınması idi. Xülasə etdiyimiz əsərin əhatə etdiyi
müxtəlif vəsiqələrdən sezilən bu hikmət ġimali qafqazlı Musa PaĢa Kundakın
xatirələrilə dəxi sabitdir. Knyaz Baqratinskinin II Aleksandr namına yazdığı
raportu xatirələrinə əlavə edən Musa PaĢa, bu raport dolayısı ilə öz mülahizəsini
dəxi qeyd eləmiĢdir. Bu qeydində Musa PaĢa rus marĢalının rus hökumətini çox da
yaxĢı tanımadığına acı bir kinayə ilə iĢarə edərək, «Qafqazda xristianlığı nəĢr
(yaymaq) cəmiyyəti»nin fəaliyyətinə yenidən müsaidə edildiyi halda, çarlığın
«dvoryanlığı əbədiyyən məhv etmək surətilə Rusiyanı mahcub (utanmaq)
buraxdığını» - yazmıĢdır
7
.
Xülasə etdiyimiz cildin redaktoru PetruĢevski 1840-cı illərinə doğru
hökumətin Azərbaycan feodalları ilə anlaĢmaq ehtiyacını özəlliklə hiss etmiĢ
olduğunu qeyd edir. Bu ehtiyacı doğuran səbəb isə Türkiyə ilə ehtimal olunan hərb
ərəfəsində yerli bəylər arasında sezilən Türkiyə təmayülü əndiĢəsi olmuĢ imiĢ.
Türkiyə nüfuzunun bu sıralarda qüvvətlənməsindən yuxarıda qeyd etdiyimiz
ÇernıĢovun Benkendorfa yazdığı məktubda dəxi, bəhs edilmiĢdir.
Əsasında köylü hərəkatı kimi gördüyü, 1830-1840-cı illərdəki üsanları
8
dəxi, PetruĢevski çarlığın bəylərlə anlaĢması üçün saik (səbəb) olaraq göstərir.
7
«Qafqaz”, 1937, № 10-46.
8
Bu illərdə «müridizm” ilə əlaqədar olaraq Quba və ġirvan tərəflərdə köylü üsyanları olmuĢdur.
Dostları ilə paylaş: |