Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə43/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   39   40   41   42   43   44   45   46   ...   51

92 
 
insanlardır;  ınütəəssübdürlər,  təbəddül  (dəyiĢmə)  və  yeniliklərə  mayil  deyildirlər. 
Bunlar,  əxlaq,  səciyyə  və  görənək  etibarı  ilə  Rusiyada  yaĢayan  digər  bütün 
müsəlmanlara  bənzəyirlər.  Onlardakı  eyni  dəyər  və  əyərlər  bunlarda  da  vardır. 
Fəqət, bunların təslimiyyət sədaqətlərinə çox da güvənilməz» (s. 307). 
Senator Qan, Cənubi Qafqazın bu üç qismində görülən milli özəllikləri izah 
edərkən  gürcülərlə  ermənilərdəki  məmnuniyyətsizliyin  sırf  idari  suiistimallar  və 
əskəri  komendantların  keyfi  hərəkətlərindən  irəli  gəldiyini  qeyd  edir. 
Müsəlmanlardakı  məmnuniyyətsizliklərdə  isə  dini  və  ictimai  amillərin  rol 
oynadığını  qabardır.  «Onlar,  yəni  əski  xanların  bütün  səlahiyyət  və  iqtidarlarına 
malik olan komendantlar - Qan yazır - heç bir zaman idarə etdikləri xalqı təmin edə 
bilməzlər;  çünki  xristian  olduqlarından  ehkamını  tətbiq  etdikləri  Quran  ilə  Ģəriətə 
Ģəxsən  inanmadıqları  əhaliyə  məlumdur.  «Bu  dini  tələqqidən  (inamdan)  gələn 
mənəvi və səbəb  yanında  əhalinin rus idarəsindən bizarlığını  mucib ictimai səbəb 
də vardır. Bu da bəylərin komendantlıq idarəsi və rus hakimiyyətindən istifadə edib 
Gürcüstanda  olduğu  kimi,  köylüləri  özlərinə  tabe  krepostnoy  halına  gətirmək 
xüsusundakı  təĢəbbüsləridir.  Halbuki  islam  dini  belə  bir  vəziyyəti  tanımaz  - 
«krepostnoyluq məhəmmədiliyə ziddir!» (s.307). 
Çar bürokratı dini hissin sadə, müsəlmanlarda deyil, Cənubi Qafqazın o biri 
millətlərində  də  təsirli  olduğunu  ihbal  etmir.  ġərq  -  deyir  -  məlum  olduğu  üzrə, 
dinlərin  beĢiyidir.  Mədəniyyət  nuru  Qərbə  buradan  getmiĢdir.  «TəĢəkkür  borclu 
Qərb»,  ġərqdən  aldığı  mədəniyyət  borcunu  sənaye  və  texniki  tərəqqiləri  Ģəklində 
ödəmiĢsə də, mədəniyyət və kültür baxımından ġərqə çox Ģey verməmiĢdir. Çünki 
-  deyir  -  din  təəssübünün  buralardakı  rolunu  ihmal  etmiĢdir.  Qanın  düĢüncəsinə 
görə, sultan, Ģəxsən din üləmasından baĢlasa, əvvəla onları əsri bir Ģəkildə tərbiyə 
etmiĢ  olsaydı,  Ģübhəsiz  millətini  yeniliyə  alıĢdırmaq  və  məmləkətə  təzminat 
(yenilik) vermək iĢində daha məsud bir nəticə alırdı. 
«Tarixdən  aldığı  bu  dərsi  göz  önündə  tutaraq»,  rus  imperializminin 
liberallıq satan bu «mədəniyyətçisi» Qafqazın «rus mərifətilə [obrazovannost], rus 
hakimiyyətinin  ancaq  xristianlıq  bir  tərbiyə»  ilə  mümkün  olacağını  və  yalnız  bu 
surətlə  «sabiq  hökmdarlardan  qalan  islamiyyət  və  istibdad  təsirlərinin»  yox 
olacağını qabardır (s.310). 
Gürcüstan  eqzarxının  bu  xüsusdakı  «məĢkur»  (bəyənlimiĢ)  çalıĢmalarını 
qeyd eldikdən sonra erməni kilsəsilə iki müsəlman məzhəbinin dini iĢlərini tənzim 
və kontrol altına alınması xüsusunda dəxi, senator Qann, diqqətli olmağı əlavə edir. 
Bu, bilxassə əhəmiyyətlidir; çünki «bir kərə bunlar Cənubi Qafqaz əhalisinin üçdə 
iki  mislini  təĢkil  edir,  cəngavər  bir  ruha  malikdirlər,  Asiyanın  digər  yerlərində 
yaĢayan  cinsdaĢları  (soydaĢları)  ilə  ihtilat  (qovuĢma)  halında  və  daimi  bir 
münasibətdədirlər. Ġstanbul erməniləri (Sənəddə, dıĢ ölkə  agentlərinin  yardımı ilə 
qızıĢdırılan və dəstəklənən) də özlərinə məxsus incə intriqanlıqla, buraya əks edən 
Ģayiələrə  görə,  əski  «Böyük  Ermənistan»ın  xəyalı  ilə  yaĢayırlar.  Yerli 


93 
 
müsəlmanlara gəlincə, hökumət, digər tərəflərdə olduğu qədər bunları ruhən daha 
ram və təskin edə bilməmiĢdir» (s. 311). 
Dini  təsir  və  kontroldan  baĢqa,  senator  Qan,  Cənubi  Qafqazda  rus 
«mərifəti»nin  yayılmasına  və  rus  dilinin  öyrədilməsinə  dəxi  ayrıca  əhəmiyyət 
verməkdədir. 
Əhalinin  bütün  sinif  və  təbəqələrini  rusca  oxutmaq  və  rus  ruhu  ilə 
alıĢdırmaq  üçün  sərf  olunacaq  əmək  və  sərmayənin  boĢa  getməyəcəyinə  senator 
əmindir. 
Mərkəzi  Rusiyada  təhsil  görmüĢ  yerli  gənclər,  məmləkətlərinə  dönüncə 
«milli rus mərifətilə gələcək və onları tərbiyə edən məmləkətə qarĢı dərin bir eĢq 
və bağlılıq göstərəcəklər». 
Rus dilinin  əsaslı surətdə  yerlilərə öyrədilməsindən baĢqa  «bu  məmləkətdə 
ümum  tərəfindən  qullamları  tatar  [türk]  dilini  bilən  rus  məmurlarının 
yetiĢdirilməsilə  məĢğul  idarələrə  tərcihən  bəylələrinin  alınması»  dəxi,  Qan 
tərəfindən  ciddiyyətlə  irəli  sürülür.  «Bu  surətlə  -  deyir  -  yerli  tərcüməçilərdən  də 
xilas oluruq» (s. 313). 
Azərbaycan türkcəsinin [tatar] yerli müsəlmanların dili olaraq öyrədilməsini 
bəhs  mövzusu  etməyən  Qan,  gürcü  və  erməni  dillərilə  dəxi  ələlədə  (adi)  oxuyub 
yazmaq dərəcəsindən çox məĢğul olmağı zərərli bulur. «Öz ədəbiyyatları, tarixləri 
və  milli  ürfanları  ilə  məĢğul  olcaq  istedadlı  gənclər  müsbət  bir  Ģey  əldə  etməyib, 
boĢuna  vaxt  öldürdüklərindən»  baĢqa,  bu  istiqal  (özgələĢmə)  «onlarda  iğfal 
(aldanma)  və  hüzursuzluq  baisi  xətalı  bir  milliyyət  idealının  doğmasına  səbəb 
olacaqdır»  ki,  bu  eyni  zamanda  «özlərinə  ümid  bağladığımız  bu  gözəl  gəncliyi 
məmləkətin faydası namına yeganə intiĢab (bağlanmaları) etmələri lazım gələn rus 
milliyyətindən özlərini ayrı tutmağa da səbəb təĢkil edəcəkdir». 
Paskeviç-Meçnikov hayihəsini canlandıran eyni ruslaĢdırma qaynağından su 
içdiyi  yuxarıda  aldığımız  fikirlərilə  parlayan  senator  Qanın  tənzim  etdiyi  islahat 
layihəsi  dəxi,  xülasə  etdiyimiz  «idelogiyanın»  məhsuludur.  Rus  müstəmləkəçilik 
sisteminə sadiqdir. 
«Cənubi Qafqaz idarəsinin «islah müəssisələri» ünvanını daĢıyan bu layihə 
10 aprel 1840-cı ildə təsdiq, 1841-ci ildə tətbiq olunmuĢdur. 
Müxtəsərcə,  «10  aprel  müəssisəsi»  [uçrecdeniye]  adını  alan  və  tətbiqi, 
əhalinin  ümumi  müxalifəti,  boykotu  və  qanlı  qiyamları  ilə  qarĢılaĢan  bu 
«müəssisələr»in  uğradıqları  aqibət  üzərində  durulacaq  interes  (istək,  maraq)  və 
hüdudiyyətləri (göz qabağındadır) haizdir! 
 
“Millət andı”, sayı 1, fevral 1938, Berlin.  
 
 
 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə