Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə46/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   43   44   45   46   47   48   49   50   51

98 
 
Eyni  zamanda  Dağıstanla  ġimali  Azərbaycanda  qüvvətlənən  nəqĢibəndi   
təriqətinin  ictimai  və  siyasi  bir  hərəkat  Ģəklindəki  «müridizmə»  qarĢı  rəsmi  din 
üləması-mollaların xatirini almaq dəxi, rus hökumətini məĢğul etmiĢdir. 
ÇernıĢov  ilə  Pozenin  təftiĢləri  nəticəsində  Qazax,  ġəmĢəddil  və  Borçalı 
ağalarına  tətbiq  olunan  tədbirin  tez  önünə  keçilmiĢ,  geridə  qalan  bəylərin 
torpaqlarına  artıq  toxunulmamağa  qərar  verilmiĢ;  1843-cü  ilə  aid  Cənubi  Qafqaz 
idarəsini  xülasə  edən  raportunun  təbirincə  «müəyyən  bir  zamana  qədər  mülkiyyət 
haqlarına təmas edilməyəcək, xəzinənin xüsusi mülkiyyətlər üzərindəki davasından 
sərf nəzər (geri çəkinilmiĢdir) olunmuĢdur». 
ÇernıĢov-Rozen  təftiĢi  nəticəsində  Qan  tərəfindən  vücuda  gətirilən 
«müəssisələr»də  tədilat  (dəyiĢikliklər)  dəxi  edilmiĢdir.  Çox  radikal  olmamaqla 
bərabər,  düĢünülən  bu  dəyiĢiklik  baĢlıca  yerli  bəylərin  mülkiyyət  və  zabitə 
iĢlərindəki  əlaqələrinə  aid  olmuĢdur.  1843-1845-ci  sənələrdə  müdiri  ümumi 
Neydqart zamanında edilən bu tədilata görə, «rus məmurları ilə bərabər bəylərdən» 
və  digər  «yüksək  təbəqə»  təmsilçilərindən  ibarət  «yerli  ünsürlər»in  də  dövlət 
maĢınına çəkilməsi qərara alınmıĢdır. Daha 1843-cü ilin baĢında məmləkət müdiri 
ümumisi  yanındakı  «ġura» bəylərlə,  mahal naibləri  və  minbaĢıların zabitə  [polis] 
iĢlərindən  uzaqlaĢdırılmalarının  yanlıĢ  bir  tədbir  olduğunu  əsəflə  (üzüntü)  təsbit 
etmiĢ; «uçastok zasedatellərilə» köy «starĢinalarının» «miknətsiz (yarpaq kimi) və 
əhəmiyyətsiz Ģəxslər olduqlarını» qeyd eləmiĢdir. 
«ġura»  bu  müĢavirəsində  həmin  mahal  naibliklərinə  yenidən  mülk  sahibi 
«nüfuzlu  yerlilərin»  təyin  olunmalarını,  köylərdə  də  zabitə  və  əmniyyət  iĢlərinin 
«bəylərə  və  əmsalı  adamlara»  verilməsini
9
 tövsiyyə  etmiĢdir.  Fəqət,  Qafqaz 
Komitəsi  bu  qədər  irəli  getməyərək,  «dəyiĢikliklər  olmaq  üzrə»  yalnız  dissiplinin 
qüvvətləndirilməsilə  kəndxudaların  səlahiyyətlərini  artırmağa  və  bu  xidmətə  dəxi 
bəylərlə ağaların cəlbinə qərar vermiĢdir [10 sentyabr 1843-cü il qərarnaməsi]. 
Digər  xüsusiyyətlərə  gəlincə,  «dəyiĢikliklər»  yalnız  Ģəriət  məhkəmələrinin 
səlahiyyət  dairəsini  geniĢlətməyə  aid  olmuĢ  «10  aprel  1840  nizamı»  mucibincə 
(görə)  sadə,  nigah  və  talaq  (boĢanma)  iĢlərinə  baxmaq  haqqında  ikən,  Ģəriət 
məhkəmələri indi (1842-1844), mülki, vərəsəlik, borclanma və sairə kimi davaların 
həlli dəxi bu məhkəmələrə keçirdi. Belə ki, 1844-cü ildə PetruĢevskinin yazdığına 
görə,  Azərbaycanın  4-5  qəzasında  rus  «sudları»  iĢ  bulmayaraq  qapanmıĢdır. 
Təbiidir,  bu  «tədil»  qazılarla  mollaların  məmləkətdəki  nüfuz  və  əhəmiyyətlərini 
artırmağa  səbəb  olmuĢdur.  «Tədilat»  eyni  zamanda  yerli  əhalinin  ədalət  hissini 
bilxassə  təhqir  edən  «rus  ədalətinin»  qadınları  döymək  cəzasını  dəxi  ilqa  (ləğv) 
etmiĢdir
10

«Tədilat»da  güdülən  əsaslı  məqsəd,  Qafqazdakı  rus  müstəmləkəçilik 
sisteminin  dayandığı  ictimai  kökü  imkan  daxilində  geniĢlətdirməkdən  ibarətdi  ki, 
                                                           
9
 V.N.Ġvanenko. 
10
 Rus məcəlləsinin 16-cı cildi, 15. 124. 


99 
 
bunun  icrası  1845-ci  ildə  Qafqaz  namestnikliyinə  [visruvalığına]  təyin  olunalı 
M.S.Vorontsova həvalə edilmiĢdi. 
Namestnikin  səlahiyyət  və  mövqeyi  «müdiri  ümumi»lərin  səlahiyyət  və 
mövqelərindən  baĢqaca  idi.  Müxtəlif  nəzarətlər  bilavasitə  ona  əmniyyət  (etibar) 
edilən  vilayətin  idarəsinə  qarıĢmazdılar.  Nametinik  doğruca  imperatora  müraciət 
etmək və ondan əmrlər tələqqi (xahiĢ) etmək imkanında idi. Bu, çarın bir naibi idi. 
«Namestnik» təbirini, o zamankı istilahla, Azərbaycan türkləri və iranlılar (Güney 
Azərbaycan  türkləri)  «təxtülləfz»  (taxt  sözü)  tərcümə  edərək  «caniĢin»  Ģəklində 
qullanırdılar. 
Fransız  general-qubernatorunun  Əlcəzairdəki  səlahiyyətini  o  zamankı 
«caniĢin»in  Cənubi  Qafqazdakı  səlahiyyətilə  müĢqayisə  edən  müasir  rus 
araĢdırıcıları  -ikincinin  bir  cəhətcə  birinciyə  faiz  (üstün)  olduğu  nəticəsinə 
gəlmiĢlər  (Məhəmməd  Əmin  Rəsulzadə  bu  üstünlüyün  nə  olduğunu  yazmayıb.  I 
Nikolaya  göndərilmiĢ  «Sravnitelğnıy  obzor  upravleniy  frantsuzskoqo  v  Alcire  i 
russkoqo  za  Kavkazom»  sənədində  deyilir:  «Əlcəzair  general-qubernatorunun 
yarımçıq  hakimiyyətilə  müqayisədə  Qafqaz  caniĢininin  idarəetmənin  bütün 
sahələrində xüsusi və fövqəladə hakimiyyəti vardır»). 
Rus müstəmləkəçilik siyasətini Ġrana (Qacarlara) nüfuz etdirmək vəzifəsilə 
mükəlləf  (borclu)  olan  Vorontsovun  bu  siyasəti  tətbiqdəki  taktikası  və  fəaliyyət 
tərzi əhlincə (bilənlərə) bəllidir. Onun Qafqazda güddüyü baĢlıca siyasət, «yüksək 
müsəlman  təbəqəsi»  ilə  anlaĢmaq  [gürcü  zadəganlarla  da]  idi.  Bu  xüsusu  təmin 
üçün  o,  «müsəlman»  bəylərinin  torpaq  üzərindəki  mülkiyyət  haqlarını  qanunən 
tanımaq  və  Azərbaycan  köyündə  feodalitə  (izm)  münasibətilə  «krepostnoyluq» 
əsaslarını möhkəmləĢdirməyə yarayan tədbirlər almıĢdır. 
Tiflisdə bəylər və ağalara aid iĢlərlə məĢğul bir komitətə təsis olunmuĢdur. 
Bu istiqal (istək) nəticəsində «komendantlıq» idarəsi yenidən təsis edilməmiĢsə də, 
bəylərin torpaq üzərindəki haqları tamamilə tanınmıĢ və «mülkədarlıqları» qanunla 
təsdiq  olunmuĢdur.  Qan  zamanında  olduğu  kimi,  yenidən  xanların,  bəylərin  və 
ağaların haiz olduqları (əlində olan) haqq və hüquq yeni baĢdan tədqiq edilərək, bu 
dəfə tamamilə əks bir nəticəyə varılmıĢdır. 
Vorontsov tərəfindən ona havalə olunan bu iĢi təkmil sonunda Ģefinə raport 
yazan  Ladinski  deyir  ki  -  «mən  qara  müsəlman  camaatının  qaba  itiyadlarının 
(özəlliklərinin) yalnız özlərindən olan zəngin və nüfuzlu təbəqəyə mənsub adamlar 
tərəfindən zəbt (alına) və rəbt (kəsilə) biləcəyinə» qaneyəm. «Öz faydasını güdmək 
üzrə»  hökumətə  təklif  olunurdu  ki:  «Azərbaycan  əhalisi  arasında  ötədən  bəri 
vücuda  gəlmiĢ  olan  yüksək  təbəqəni  mənən  düĢürməyib,  əksinə  tutsun  və 
yüksəltsin
11
.  Ladinski  bəylərin  hər  hankı  Ģəkildə  olursa  olsun,  feilən  (gerçəkdə) 
əlbrində olan yerlərin hüquqən onlara alınmaz mülk kimi verilməsini tövsiyə edir 
və  bununla  qalmayaraq,  bundan  sonra  dəxi,  onlara  yeni  torpaqlar  və  mülklər 
                                                           
11
 Ladinski raportu, 16. 2. 1846.  


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə