Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə50/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   43   44   45   46   47   48   49   50   51

106 
 
bərabər,  çox  mühüm  bir  xətaya  düĢdüklərini  dəxi  qeyd  edir.  Bu  xəta  ki,  bizcə 
bilərək iĢlənmiĢdir bundan ibarətdir: ġərqdəki torpaq mülkiyyətini rus bürokratları 
Rusiyadakı  mülkiyyət  növündən  tələqqi  (sayaraq)  edərək,  mülkədarlıq  haqqını 
sadə  torpağa  deyil,  torpaq  üstündə  çalıĢanlara  dəxi  təĢmil  (aid)  etmiĢlər.  Halbuki 
islamiyyətdə: bir müsəlmanın, rəncbər də olsa, Rusiyada olduğu kimi «mülk» olub, 
yerə və Ģəxsə bağlanması qətiyyən caiz (düzgün) olmazdı [Lə riqqiyyətə fili islam] 
(islamda quldarlıq yoxdur). 
Vorontsovla Ladinski dövlət mülkləri naziri Kiselyov, maliyyə naziri Panin 
və  sairə  kimi  yüksək  məqam  sahibi  aldamların  Ģiddətli  müxalifət  və  etirazlarına 
məruz  qalmıĢdılar.  Edilən  tənqidlər  qarĢısında  «müsəlmanlıqda  krepostnoyluq 
yoxdur»  formulunu  Ģəklən  və  rəsmən  qəbul  etmiĢlərsə  də,  «mülkədar  təbəəsi» 
dedikləri  əkinçilərlə  «mülkədar»ların  münasibətini  təyin  üçün  tənzim  etdikləri 
qanuna  qoyduqları  maddələrlə  köylünü  feilən  krepostnoy  -  yəni  qul  halına 
qoymuĢlar. 
Bir nizama görə, köylü mülk sahibi bəyin «təbəə» adını daĢıyan bir quludur. 
Ona  qarĢı  maddi-mənəvi  bir  çox  vəzifələrlə  mükəlləfdir.  Məhsulun  bir  qismini 
«malborcu» adı altında bəyə  vermək məcburiyyətində olan köylü, onun ev və çöl 
iĢlərini  görməyə  dəxi  borcludur.  Köylülər  öz  aralarından  seçərək  bəyə  qız 
«qulluqçular»  və  erkək  «nökərlər»  veirlər.  Müəyyən  günlərdə  bəyə  məxsus  əkini 
biçmək  və  baĢqa  tarla  və  bağça  iĢlərini  görməklə  də  mükəlləfdir.  «Evrez» 
(iməcilik)  deyilən  Ģəkildə  bütün  köy  erkəklərinin  toplanıb  da  bəyə  aid  biçini 
becərmək dəxi, üsuldur (ata-baba qaydasıdır). 
Eyni zamanda bəy köyün və mülkün qorunmasına məmurdur (cavabdehdir). 
Köylülər  üzərində  cəza  haqqına  malikdir;  onları  iĢlədikləri  qəbahətə  görə  həbsə 
atar  və  döydürür.  Məhkəmə  kimi,  müəyyən  hüdudlar  daxilində  bəyin  köylülər 
arasında ədalət icrasına da səlahiyyəti vardır; onları mühakimə edər. 
Köylü sözdə sərbəstsə də, iĢdə torpağa və bəyə bağlıdır. Yalnız iki halda  - 
ona əkmək üçün torpaq verilmədiyi və ya bəyin onu incitdiyi sabit olduğu təqdirdə 
- köylü mənsub olduğu mülkü tərk edə bilir. Bu təqdirdə belə, beləcə ağasını tərk 
edən bir köylü xəzinəyə məxsus əraziyə qona bilməz. 
Bu  Ģərait  daxilində  türk  yasası  və  islam  qanunu  ilə  daima  hürr  olan 
Azərbaycan  köylüsü  rus  çarlığının  «mədəniyyətçiliyi»  sayəsində  hər  türlü  haqdan 
məhrum bir bəndə
22 
halına gətirilmiĢdi. 
Vorontsovun siyasətindən bəhs edən rəsmi rus tarixçisi Potto
23
 belə «Panin, 
Bludov,  Kiselyov  kimi  nazirlərin  tənqidləri,  hələ  Kiselyovun  Ģiddətli  etirazlarına 
rəğmən  öz  xətasında  israr  edən»  Vorontsovun  «tatar  [Azərbaycan]  bəylərindən 
bizim  [yəni  rus]  pomeĢĢiklərə  [mülkədarlara]  bənzər  bir  dvoryanstvo  [zadəgan] 
yaratmaq və rəncbərlərlə, daima hürr olan rəiyyətləri də yarımqul [polukrepostnoy] 
                                                           
22
 Farsca “bəndə” rusca “krepostnoy” sözünün münasib tərcüməsidir. M.E. 
23
 “Utverjdeniya russkioqo vladiçestva na Kafkaze” əsərinin 12-ci cildeinin mühərriri. 


107 
 
halına  salmaqda  inad  göstərdiyini»  qeyd  edir
24
.  Hər  cür  tənqid  və  müxalifəti 
yenərək  məsələni imperator I Nikolay adresinə ərz edən Vorontsov öz məruzəsini 
bu cümlələrlə bitirirdi: 
«...  əgər  mən,  bəy  və  ağaların  hüquqlarının  toxunulmazlığı  və  öz 
torpaqlarının qaytarılması barədə uca imperatorun iradəsini elan edə bilsəydim, bu 
fövqəladə  xeyirli  olardı»  (8  mart  1846).  Yatıq  yazı  ilə  yazılan  cümlə  Ankara 
çapında yoxdur. Onu «Kolonialnaya politika rossiyskoqo tsarizma v Azerbaydcane 
v 20-60-x qq. XIX v.» (II c, M-L., 1937, s. 69) kitabından çevirib yazmıĢıq. 
 
“QurtuluĢ”, sayı 42, aprel 1938. Berlin. 
 
 
 
                                                           
24
 Eyni əsər, s. 354. 


108 
 
AZƏRBAYCANDA RUS MÜSTƏMLƏKƏÇĠLĠK SĠYASƏTĠ 
 
VI 
 
Rusiya  çarlığının  Azərbaycan  bəylərini  özünə  bağlamaq  üçün  vardığı 
nəticələri  yazdığımız  seriyanın  bilxassə  sonuncu  aprel  nüsxəmizdə  çıxan  V 
qismində təsbit etdirdik. Ġndi də çarlığın Azərbaycan din alimlərini - məlum təbirlə 
-  mollalarını  edinmək  üçün  əl  atmıĢ  olduğu  tədbirlər  üzərində  bir  az  durmaq 
istəyirik.  Fəqət,  bu  «molla  fəslinə»  keçməzdən  əvvəl  «bəy  fəsli»  ilə  iliĢkili  bəzi 
təfərrüatı da qeyd edək: 
Mülkiyyət  haqları  tanındıqdan  sonra,  çar  hökuməti  bəylərin  kimlərdən 
ibarət  olduğunu  təyin  və  təscib  (rəsmiləĢdirməyə)  qərar  vermiĢdi.  Bu,  zənn  edilə 
bilinəcəyi qədər qolay və bəsit bir iĢ deyildi. Vorontsovun zamanında «bəy», sadə 
xanlıqlar dövründə bu ünvanı daĢımıĢ olanlara və övladlarına deyilmirdi. Xanların 
yerinə  gələn  rus  komendantlarının  iradəsilə  «bəy»  olanlar  da  az  deyildi.  Xanlıq 
dövründən  bəylərin  rəsmiləĢdirilməsinə  aid  müntəzəm  rəsmi  əvraq  (sənəd) 
qalmamıĢdı.  Bəzi  ailələrin  əllərində  buna  aid  təliqələr  vardısa  da,  bir  çoxunda 
yoxdu:  hadisələr  əsnasında  tələf  olmuĢ,  yanmıĢ  və  ya  qeyb  olmuĢdu.  Əsasən  heç 
bir  sənədi  olmayıb,  ənənəvi  surətdə  bəy  deyə  anılanların  nəsilləri  də  vardı. 
Sonradan  özlərini  bəy  nəslinə  mənsub  tutan  müxtəlif  növdə  macəraçılar  da  az 
deyildi. Əskidən xan qapısında ələladə (sıradan) nökərlik qulluğunda olanlardan bir 
çoxlarının  əliçevik  oğulları  dəxi,  «bəyik»  deyə  meydana  çıxmıĢdılar.  Bəylərin 
torpağa  sahib  olduqları  inkar  və  Ģəxsləri  istisqal  (soyuq  davranıldığı)  edildiyi 
sıralarda  çox  da  aranmayan  bu  «Ģərafət»,  çarlığın  siyasəti  dəyiĢib,  bəylərin 
«mülkədarlıqları» rəsmən tanınınca, hər kəs «bəylik iddiası»na qalxmıĢdı. Bilxassə 
ki,  bəylərin  sadə,  əllərindəki  mülkləri  və  bu  mülklərdəki  köylülər  üzərindəki 
ağalıqları  təmin  edilməklə  qalınmayıb,  üstəlik  bir  də  onlara  yeni  mülk  və  təbəə 
dəxi  verilirdi.  Hər  kəs  bu  qazanclı  və  Ģərəfli  sinfə  əlbəttə  ki,  mənsub  olmaq 
istəyirdi. 
«Materiallar»da bəyləri təsnif və təscil üçün alınan qərarla aĢina oluruq. Bu 
qərarlarda  əski  xan  və  komendant  təliqələrinin  tədqiqilə  bərabər,  mahal 
mötəbərlərinin Ģahidliyi daha bir adamın bəyliyini isbatda höccətdir (yetərlidir). Bu 
«höccətin»  hər  «gözüaçıq»  və  «əliçevik»in  bəylər  sırasına  keçmək  dalaverisində 
(aferistliyində) oynadığı rolu mərhum Seyid Əzim ġirvani «Yalandan Ģəhadət edən 
çlenlər»  haqqında  yazdığı  məĢhur  həcvində  «Qara  saqqallı  Həsən  bəy»  tipinin 
təsvirilə  əbədiləĢdirmĢdir.  «Firəngdən  də  zirəng»  olan  bu  tip,  «bir  qarın  çörək 
üçün»  həsəbdən  və  nəsəbdən  məhrum  «üryanları»  «bəy  etməkdə»  misilsiz 
imiĢ!...
25

                                                           
25
 Seyidin  bu  həcvi  “Azərbaycan  Yurd  Bilgisi”  məcmuəsinin  dekabr  1933  tarixli  24  nömrəli  sayında 
M.Əli Bəy tərəfindən nəĢr edilmiĢdir. Bakıda nəĢr edilən külliyyatında da mövcuddur – M.F. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə