Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə30/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   26   27   28   29   30   31   32   33   ...   51

64 
 
Hə,  Türkiyənin  həqiqi  mənfəətləri  deyil,  Moskvanın  xüsusi  direktivləri  ilə 
siyasət  çevirəcək  bir  Türkiyə  ancaq  bu  surətlə  təmin  edilə  bilir.  Fəqət,  H.  Sübhi 
bəyin  də  dediyi  kimi,  daha  dünən  yüz  minlərcə  evladını  istiqlalı  uğruna  qurban 
verən bir millətin belə zillətə qatlanacağını kimsə təsəvvür edə bilməz! 
Yetər  ki,  «dostluq  pərdəsi  altında  oynanan  oyun»  görünsün  və  bu  oyuna 
qarĢı  «hakimiyyəti  milliyyə»nin  dediyi  kimi,  sadə  polis  və  məhkəmə  ilə  deyil, 
düĢmənin  qullandığı  silahların  heç  biri  ihmal  edilməsin!  Və  hər  Ģeydən  əvvəl 
hökumətlər arasındakı siyasi ittilafın (anlaĢmanın) ideyalar arasındakı Fikri ixtilafı 
qaldırmayacağı  həqiqəti  daim  göz  önündə  bulundurularaq,  bu  rejimlərdən  birinin 
təmsilçisi rus, digərininki də türk olduğu dəxi unudulmasın! 
 
“Odlu yurd”, il 1, sayı 6, avqust 1929, Ġstanbul. 
 
MÜNƏVVƏR MÜHACĠRĠN BORCU 
 
Vətənin  düĢmən  əlindəki  əsarəti  uzandıqca  vətəndən  ayrısı  mühacirlərin 
sayı  gündən-günə  çoxalır.  Xüsusi  müxbirlərimizdən  alınaraq  bu  nüsxədə  nəĢr 
olunan  məlumatlar  arasında  Azərbaycanın  illərdən  bəri  mübtəla  olaraq  hər  dəm 
təkərrür  (artan)  edən  zülmlər  arasında  yenə  vətəni  tərk  ilə  hüdud  xaricinə 
qaçanlardan bəhs olunur. 
Ġran  ilə  Türkiyə  ərazisinə  iltica  edən  bu  vətəndaĢların  böyük  bir  qismini 
köylülər  və  orta  siniflərə  mənsub  iĢ-güc  adamları  təĢkil  etməkdədir.  Mühüm  bir 
yekun  təĢkil  edən  bu  zavallıların  mühacirətdə  nə  kimi  məhrumiyyət  və 
məĢəqqətlərə  məruz  qaldıqları  milli  nəĢrlərin  səhifələrində  dəfələrlə  təsvir 
olunmuĢ, onların acınacaqlı halları yaxın və uzaq qardaĢ və dost millətlərdə məmul 
(istənilən) bir əlaqə oyandırmaq niyyətilə uzun-uzadı izah edilmiĢdir. 
Bu  dəfə  isə  məqsədimiz  bu  ölüm-dirim  qovğasının  daha  yeni  və  baĢqa 
Ģəraiti  içərisində  çırpman  və  min  bir  məĢəqqət  və  cidal  içində  həyatını  yenidən 
doğma  yurdunun  xilas  olmuĢ  hürr  və  azad  torpaqları  üzərində  yaĢamaq  qayəsilə 
davam etdirən mühacirət kütləsinin ümumi iĢlərindən bəhs etmək deyildir. 
Münəvvər mühacirlərdən və  həm də onların milli vəzifəsindən bəhs etmək 
istəyirik.  Məlum  olduğu  üzrə,  müxtəlif  dövrlərdə  və  müxtəlif  səbəblər  və  amillər 
nəticəsində  vətəni  tərk  edib  mühacirliyi  ixtiyar  (seçmiĢ)  etmiĢ  bir  çox 
münəvvərlərimiz  və  bilxassə  münəvvər  gənclərimiz  vardır.  Bunlar  ġərqin  və 
Qərbin müxtəlif mərkəzlərinə yayılmıĢ, qismən o və ya bu ali məktəbdə oxuyaraq 
təhsillərini  bitirmiĢ,  qismən  də  həyatlarını  qazanmaq  yolunu  təmin  edərək  bir 
ixtisas əldə etmək üzrə təhsilə qoyulmuĢlar. Mühacirətdəki münəvvərlərimizin bir 
sahədə  ixtisas  qəsb  edərək  sözün  əsri  mənası  ilə  elm  və  texnika  adamı  olmalarını 
görmək əziz arzularımızdan biridir. Fəqət, vətəni istila altında inləyən bir mühacir 
münəvvərin  sadə,  mütəxəssis  bir  texnika  adaını  olmaqdan  baĢqa,  bir  də  sırf 


65 
 
mühacir  münəvvərə  məxsus  bir  borcu  vardır  ki,  burada  onu  xatırlatmq  istəyirik: 
Vətən borcu! 
Azərbaycan  istiqlal  qayəsini  mənimsəmiĢ,  vətənin  müstəqbəl  (gələcək) 
istiqlalına iman etmiĢ və öz xüsusi həyat və səadətini millət və məmləkətin həyat 
və  səadəti  Ģərtilə  təsəvvür  edilə  bilmək  idealizminə  ermiĢ  bir  gənc  azərbaycanlı 
sadə mühəndis, sadə hüquqçu, sadə memar, sadə iqtisadçı, tarixçi və sairə olmaqla 
iqtifa  (qala)  edə  bilməz.  O  eyni  zamanda  vətənçi  bir  mühəndis,  milliyyətçi  bir 
hüquqçu,  istiqlalçı  bir  iqtisadçı,  tarixçi  və  sairə  olmaq  vəzifəsilə  mükəlləfdir 
(borcludur). 
Məmləkətdə bolĢevizm senzoru, qeydi və nəzarəti altında olan gənclik üçün 
bu məqsədi əldə etmək imkanı son dərəcədə məhdud, müĢkül və Ģərait olduqca ağır 
və  təhlükəli  isə,  xaricdə  olan  münəvvər  gənclik  bu  imkana  ən  əzəmi  surətdə 
malikdir.  Dünən  əsir  ikən  bu  gün  müstəqil  olan  millətlərin  yaĢadıqları  dünənki 
mücadilə və bugünkü inĢaat həyatı göz önündədir. Bir məmləkəti öyrənmək, həm 
də  vətənsevərcə  bir  görüĢ  və  məqsədlə  öyrənmək  metodlarını  edinmək  üçün 
vətənsevərcə  bir  Ģövq  və  həyəcanla  iĢə  sarılmaq  mühacir  münəvvərlərimizin  ən 
müqəddəs borcudur. 
Daha sarih (açıq, aydın) söyləyim: mühacirətdə olan münəvvər gənclərimiz 
hər  Ģeydən  əvvəl  vətənpərvərlik  dərsini  öyrənməli,  vətəni  və  milləti  əlaqə  hissini 
özündə  tərbiyə  etməli,  ta  ki,  tarixi  dəqiqəsi  gəldiyi  zaman  istiqlal  mücadiləsinin 
Ģüurlu, məfkurəli və eyni zamanda da bilgili bir mücadiləçi və yaradıcı ünsürü ola 
bilsin. 
Sadə  texnik  hər  zaman  bulunur.  Bu  ehtiyacını  bir  millət  müvəqqəti  bir 
zaman  üçün  əcnəbilərə  müraciət  surətilə  də  təmin  edə  bilir,  fəqət,  heç  bir  zaman 
xaricə  müraciət  surətilə  də  ödəyə  bilir,  fəqət  heç  bir  zaman  xaricə  müraciət 
olunaraq bir vətənpərvər, bir milliyyətçi və bir istiqlalçı alına bilməz! 
Yürütdüyümüz  bu 
mütaliələrlə,  sakin 
mühacirətdəki 
münəvvər 
gənclərimizin  vətəni  əlaqə  hisslərindən  Ģübhə  edirik  mənası  çıxarılmasın.  Bu 
fikirdə deyilik. Fəqət, hər hansı əlaqə və hissi kimi vətəni əlaqə hissinin də ancaq 
iĢlədilmək  və  mümarisə  (qəlbə  yeritməklə)  kökləĢib  qüvvətləndiyinə  qaneyik. 
Ġstəyirik  ki,  qəlblərdə  saxlı  olan  bu  əlaqə  və  hiss  zahirə  çıxsın,  əsərlər  göstərsin. 
Arzu  edirik  ki,  münəvvər  gənclərimiz  vətən  borclarını  haqqı  ilə  dərk  etdiklərini 
əsərlərlə meydana qoysunlar. 
Burada öz-özünə bir sual gəlir - necə? 
Ġstiqlal  yolunu  bizdən  daha  əvvəl  keçmiĢ  millətlərə  mənsub  münəvvər 
mühacirlər kimi - budur müxtəsər, fəqət, əhatəli bir cavab! 
 
“Ġstiqlal”, 1 sentyabr 1932, Berlin. 
 
 
 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə