Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə29/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   25   26   27   28   29   30   31   32   ...   51

62 
 
Çində,  Ġranda,  Hindistanda  olduğu  kimi,  Türkiyədə  də  bolĢeviklərin  tətbiq 
etdikləri  «Ģərq  dostluğu»  bu  ikiüzlülüklə  məluldur  (xəstədir).  Bu  illət  onu  bu  gün 
milliyyətçi  Çin  hökumətilə  qanlıbıçaq  etmiĢdir.  Leninin  varisləri  Sun  Yatsenin 
müakiblərinə  (ardıcıllarına)  qarĢı  silah  çəkirlər,  halbuki  Çan  Kay  ġinin 
komandanlıq  etdiyi  bugünkü  sovet  hasmi  (düĢməni)  Çin,  dünən  adəta  bolĢevik 
sayılan «Komindan» firqəsi tərəfindən idarə olunmaqdadır. 
Türk-rus dostluğunun Rusiyaya təmin etdiyi çox böyük faydaları görməyib 
də,  sadə  Türkiyənin  bu  qarĢılıqlı  müamilərdən  (hərəkətlərdən)  gördüyü  faydaları 
hesablayanlara  xəbər  verək  ki,  ən  romantik  zamanlarında  belə  bu  dostluq  kölgəli 
səhifələrdən  boĢ  qalmamıĢdır.  Moskva,  bir  tərəfdən  Anadolunun  milli  istiqlal 
mücadiləsinə yardım etmiĢsə də, o biri tərəfdən bu mücadilənin özündən  müstəqni  
(doğmuĢ)  müstəqil  bir  siyasətə  malik  olacağı  əndiĢəsilə  Anadoluda  Moskva 
direktivilə  çalıĢan  təĢkilatlar  vücuda  gətirmək  fikir  və  təĢəbbüsündən  vaz 
keçməmiĢdir. 
Milliyyətçi  «Cümhuriyyət»  beynəlmiləl  diplomatiya  ədəbinə  çox  riayətlə, 
Rusiyanın  daxili  iĢlərinə  qarıĢmasın  deyə,  qızıl  rus  çekalarında  Nerona  rəhmət 
oxutduracaq  iĢgəncələrə  məruz  qalan  «irqdaĢların»  milliyyət,  cümhuriyyət  və 
demokratiya  idealları  qəhrəmanlarının  müqəddəratlarına  laqeyd  qalmamaq 
imkanını bulur. Fəqət, onun təsəvvür etdiyi kimi, adi bir qəzet deyil, bolĢevizmin 
rəsmi  orqanı  olan  «Pravda»  Türkiyə  kommunistlərinin  baĢından  bir  tük  əskik 
olmasını  istəməz.  Bunun  üçün  o,  öz  təcrübələrinə  kıyasla,  mühakimə  olunan 
kommunistlərin iĢgəncə edildiklərini təsəvvürlə hay-haray qoparır. 
Fəqət,  buna  diqqət  edin  ki,  «Pravda»nın  hay-harayı  tək  bir  kommunist 
arxadaĢlıq  hissindən  ziyadə  Sovet  hökumətinin  Türkiyə  siyasəti  haqqında  son 
zamanlarda 
görünən 
bir 
müxalifətindən 
irəli 
gəlməkdədir. 
Türkiyə 
kommunistlərinin hərəkətə keçmələri, Türkiyə tacirlərinə qarĢı edilən fahiĢ (əxlaqa 
sığmayan)  haqsızlıq  TAS  agentliyinin  qərəzkar  nəĢrləri  ilə  sovet  mətbuatının 
Türkiyənin  xarici  siyasəti  haqqında  axır  vaxtlarda  nəĢr  etdikləri  yazılarla 
ahəngdardır. 
«Pravda» mahud (sözü keçən) məqaləsində Türkiyə ilə Fransa arasında akt 
olunan  müqavilədən  məmnun  olmadığını  gizlətmir.  «220  milyon  lirəlik  dövlət 
büdcəsinin 32 milyon lirəsi devrilən səltənənt hökumətinin borclarını ödəmək üçün 
təhsis (ayrılmıĢdır) edilmiĢdir» - deyə itilafı (anlaĢmanı) müahəzə (qınayır) edir. 
Bundan  daha  əvvəl  «Türkiyə,  Avropa  və  ġərq»  ünvanı  altında  bir  məqalə 
nəĢr  edən  «Zarya  Vostoka»  [bolĢevik  firqəsinin  Qafqaz  komitəsi  qəzeti]  14  iyun 
tarixli nüsxəsində xarici iĢlər naziri Tofiq RüĢdü bəyin Ġtaliyaya səfərini, bu səfər 
əsnasındakı  təzahürləri;  Ser  Çemberlenin  «Milliyyət»  qəzeti  müxbirinə  verdiyi 
«mənalı»  mülaqatı  (müsahibəni)  bu  mülaqatda  ingilis  xarici  iĢlər  nazirinin 
«Türkiyə  Ġngiltərə  münasibətinin  sadə  dostana  deyil,  hətta  səmimi  olduğundan 
əhəmiyyətlə  bəhs  ediĢini...»  və  bunun  kimi  digər  bəzi  vaqeələri  bir  araya 
sıralayaraq,  Türkiyənin  Avropa  ilə  anlaĢmaq  üzrə  olduğu  nəticəsinə  gəlir  və 


63 
 
nəticədən  adəta  canını  qorxu  alaraq,  «Milliyyət»  baĢ  mühərriri,  Siirt  millət  vəkili 
Mahmud bəyin bir cümləsi üzərində çox yaxĢı durur; 9 may nüsxəli «Milliyyət»də 
Mahmud bəy yazmıĢ ki: «Ağ dənizdə, Qara dənizdə, Balkanlarda və ümumiyyətlə 
bütün Avropada Türkiyənin beynəlmiləl bir sülhü salah (qoruma) amili olmaqdan 
baĢqa bir məqsədi yoxdur. Türkiyə bir vaxt təsəvvür olunduğu kimi, Qərb və ġərq 
dövlətləri  arasında  heç  bir  fərq  qoymadan  bütün  dövlətlərlə  yaxsı  münasibət 
təsisinə çalıĢmaqdadır [yatıq yazı «Z.V.»nındır]. Türkiyə dostluğunun ən əsil sifəti 
bu dostluğun ücüncü bir dövlət əleyhində olmasıdır. 
«Z.Vostoka»  mühərriri  bu  «ġərq  ilə  Qərb  arasında»  fərq  gözətməmək 
«nəzəriyyəsini»  çaĢqınca  bir  hərəkət  tələqqi  (sayaraq)  edərək,  bu  çaĢqınlığı  o, 
Cenevrədəki 
tərkisilah 
konqresində 
iĢtirak  edən  Türkiyə  delegələrinin 
hərəkətlərində  də  görür,  belə  ki,  türk  delegələri  «ġərq  ilə  Qərbə  eyni  surətdə 
baxaraq gah Sovet, gah Avropa nümayəndələrilə bərabər rəy verir, əksəriyyətlə də 
ən mühüm və qəti hərəkət ediləcək zamanlarda səs vermirlərmiĢ. 
Bütün  bu  vaqeələri  zikr  edən  qəzet  Türkiyənin  görülən  bu  Avropa 
təmayüllərindən  nə  əldə  etmək  istədiyini  diplomatlarına  «Sürix-ġaytunq»  adlı, 
alman dilində çıxan qəzetin 29 aprel tarixli nüsxəsindən aldığı bir cümlə ilə ifadə 
edir. Alman qəzeti deyirmiĢ ki: 
«Türkiyə  ibtidada  əskəri,  sonradan  Lozanda  siyasi  bir  müvəffəqiyyət 
qazandı, fəqət, iqtisadən o, oyunu adəta qeyb etmiĢ kimidir. Türkiyə xaricdən borc 
almalıdır, baĢqa imkanı yoxdur. 
Ġndiki halda olduğu kimi, Sovetlərlə ancaq uzaqdan bir münasibətdə olmaq 
və  eyni  zamanda  da  Balkanlarla  Ağ  dənizin  Ģərq  qismindəki  mətin  sistemə  daxil 
olması nisbətində Türkiyə bu borcu əldə edə bilir». 
ġübhəsiz  bolĢevik  qəzeti  Mahmud  bəyin  ġərq  ilə  Qərb  arasındakı 
«bitərəflik»  və  «Ağdəniz,  Qaradəniz,  Balanlar  və  ümumiyyətlə  bütün  Avropa 
dövlətləri  arasında  bir  sülhü  salah  amili  olmaq  nəzəriyyəsilə,  bu  alman  qəzetinin 
təhlili arasında orqanik bir münasibət görür və öz ağlınca Türkiyə ricalına nəsihətə 
qalxıĢaraq «avropalılarca sülhü salah demək Sovetlərə qarĢı hərb deməkdən ibarət 
imiĢ» kimi qəribə bir nəticəyə gəlir. 
Rus  kommunizmilə  anarxizm  arasında  rus  ruhuna  məxsus  nihilizm  kimi, 
gizlidən  gizliyə  səmimi  bir  yaxınlıq  vardır.  «Mənimlə  getməyən  düĢmənimdir» 
Ģüarı bu ruhun ən sevdiyi bir düsturdur. Bu düstura görə bütün ġərq millətləri kimi 
Türkiyənin  də  ġərqlə  [anla:  Rusiya  ilə]  birlikdə  getməkdən  baĢqa  çarəsi  yoxdur. 
Əks təqdirdə onun Buxarinin məĢhur tərifinə görə Avropa kapitalistlərindən heç də 
fərqi yoxdur. 
O  halda  ediləcək  Ģey  -  Türkiyə  fəhləsini  təĢkil  ilə,  komandasını  Üçüncü 
Ġnternasionala bağlayan Türkiyə Kommunist Firqəsinə verməkdədir. «Paravda»ya 
baxılırsa,  bu  iĢ  yoluna  girmiĢ  gedir.  «Türk  fəhlə  hərəkatı  kommunizm  bayrağı 
altında  gedirmiĢ  və  o  bayraq  altında  öz  burjuaziyasını  yenincəyə  qədər  mücadilə 
edəcəkmiĢ!...». 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə