Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə21/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   17   18   19   20   21   22   23   24   ...   51

44 
 
Doğrudur - milliyyət Ģüarı toplar. Fəqət, sosial Ģüarların da toplayıcıları yox 
deyildir.  Ayırıcı  sosial  Ģüarlar  sinif  mücadiləsini  tərvic  (dəstəkləyən)  edən 
kosmopolit,  internasional  marksist  sistemindən  doğan  Ģüarlardır.  Yoxsa  sinifləri 
vuruĢdurmağa  deyil,  barıĢdırmağa  çağıran  təsanüdçü  [solidarist]  sosial  sistemdən 
gələn  Ģüarlar  ayırmaz,  toplar  və  bu  surətlə  də  milli  istiqlal  anlamı  ilə  təzad  deyil, 
tam bir ahəng təĢkil edərlər!... 
DüĢmənimiz bolĢevizm üçün milliyyət, keçisi bir taktika məsələsi isə, bizim 
üçün  sosial  islahat  heç  də  belə  deyildir.  Bu  özü-özünə  təsanüdlü  və  məsud  bir 
varlıq  təsəvvür  etdiyimiz  ahəngdar  milli  cəmiyyətin  həm  davamı,  həm  də 
istiqlalının təmini üçün zəruri və daimi bir qayədir!... 
 
Milli Azərbaycan Müsavat Xalq Partiyasının bülleteni, noyabr 1937, Berlin. 
 
AÇIQ DĠPLOMATĠYA 
 
Hərbi,  imperatorluqlar  və  imperialistlər  cəlb  etmiĢdi.  Gizli  diplomatiya 
onların silahı idi. 
Sülhü  isə  millətlər  və  demokratiyalar  təĢkil  edəcəklər  -  açıq  diplomatiya 
onların silahıdır. 
Hərbdən  sonra  çox  Ģey  dəyiĢməli  idi.  Bəzi  Ģeylər  dəyiĢmiĢdir  də.  O 
cümlədən  sonrakı  diplomatiya  metodlarında  dəxi  çox  yaxĢı  təbəddüllər 
(dəyiĢikliklər)  vardır.  Benəlmiləl  münasibət  üzərində  indilik  avtoriteti  daha  bir  az 
zəif olmaqla bərabər, Cenevrədəki Millətlər Cəmiyyətinin az-çox təsiri vardır. Bu 
müəssisənin varlığı bilxassə acıq diplomatiya metodlarını təĢviq edər. 
Hərbdən  sonrakı  adəmi  təcavüz  (hücum  etməmək)  müahidələri  Briand-
Kelloq  misakı  (anlaĢması)  və  boyuna  toplanan  beynəlmiləl  konqreslər  hamısı  bu 
metoda hörmətdən icra olunmaqdadır. 
Fəqət,  hərb  sonu  beynəlmiləl  həyatda  zühur  edən  müfrit  (aĢırı,  radikal) 
cərəyanlar  arasında  dünya  nizamı  aləmi  kökündən  pozaraq,  alt-üst  etmək 
niyyətində olan bir qüvvə vardır ki, demokratiyanın ideya olaraq yüksəltdiyi bütün 
Ģüarları cezuitcə bir manevr ilə öz istibdadına alət etmiĢdir - bolĢevizm!... 
Hə...  Açıq  diplomatiya  Ģüarından  ən  ziyadə  bəhs  edənlər  bolĢeviklərdir. 
Fəqət,  digər  Ģüarı  da  özlərinə  məxsus  bir  mənada  anlayırlar.  Hürriyyət  dedikləri 
zaman  necə  ki,  onlar  bütün  kütlənin  əsarəti  üzərinə  hakim  sinif  -  fəhlə  namına 
kommunist firqəsi ilə o firqəyə hakim qodamanların I (baĢçıların) hürriyyətini, ən 
son  və  vazeh  (açıq-aydın)  təbirilə  Stalinin  hakimiyyətini  anlayırlarsa,  açıq 
diplomatiya dediklərində də gizli məqsədlər güdən bir ifadə vardır. 
Rus  imperatorları  hafi  (gizli)  diplomatiya  ilə  açıq  məqsədlər  güdərdilər. 
Sovet diktatorları isə açıq diplomatiya ilə hafi məqsədlər güdürlər. 
Misal üçün uzağa getməyək. Budur, bir aydan bəri özündən hərarətlə bəhs 
olunan hücum etməmək anlaĢması! 


45 
 
BaĢda  Fransa  olmaq  üzrə,  bolĢevik  hökuməti  qərbindəki  bütün  dövlətlərlə 
hücum  etməmək  anlaĢması  bağlamağa  səy  edir.  Nə  qədər  sülhsevər  bir  siyasət... 
Fəqət, həqiqətdə də beləmi?...Əsla! 
Qızıl  imperializm,  əsil  qayəsini  təĢkil  edən  cahanı  inqilaba  vermək 
məqsədindən  vaz  keçmiĢ  deyildir.  Tasarladığı  (hazırladığı)  beĢillik  planını  ikmal 
(tamamlamaq)  etmək  üçün  o,  hər  türlü  müvəqqəti  sakitliyə  dözür  ki,  sırf  təcavüz 
qayəsinə  matuf  (yönəlmiĢ)  bu  sənaye  planını  müvəffəqiyyətlə  baĢarsın.  Bu 
məqsədlə də o bu sırada sülhsevər bir çöhrə taxır, müvəffəq dəxi olur. 
Ümumi cahan böhranı, beynəlmiləl münasibətlərdəki qarıĢıqlıqlar bolĢevik 
partnyorlarına  sülhçü  görünmək  siyasəti  oynamaqda  bir  sıra  süni  faydalar  təmin 
edir. Fəqət, ancaq süni! 
Uzaq  Ģərqdə  inkiĢaf,  imkan  və  ehtiyacı  ilə  mütənasib  olmayan  qabına 
sığmayan  Yaponiya  Mancuriyada  fəaliyyətə  keçmiĢdir.  Yaponiyanın  hədəfi  sadə, 
Mancuriya  deyildir.  Sovetlər  Ġttifaqının  Uzaq  ġərqi  də  təhlükə  altındadır.  Qızıl 
diktatorluq,  bəyaz  (ağ)  imperatorluğun  etdiyi  fəci  təcrübədən  mümkün  olduğu 
qədər  qaçmaq  istəyir.  Romanov  sülaləsi  mühüm  zərbəni  Mancuriyada  yemiĢdi. 
Stalin bunu yaxĢı bilir. Hərbdən qaçır, bütün dünyaya sülhçü görünmək istəyir. 
Fəqət,  bu  sırf  görünüĢdən  ibarət  manevrası  ilə  o,  əsil  məqsədini  həm 
Sovetlər  daxilindəki  xalq  kütlələrindən,  həm  də  beynəlmiləl  ictimai  fikirdən 
gizlətmiĢ olur. 
Fransa  mətbuatının  ifĢaatına  görə,  Sovetlərlə  digər  dövlətlər  arasında  akt 
olunacaq  (bağlanacaq)  hücum  etməmək  müqaviləsinin  4-cü  maddəsi  mucibincə 
(görə), hər iki tərəf öz daxillərində digər tərəfin ərazisi və ya bu ərazidən bir qismi 
üzərində  hakimiyyət  haqqı  davasında  olan  təĢkilatlara  varlıq  imkanı  verməyəcək. 
Bu  maddə  doğrudan-doğruya  Fransada  mövcud  bəzi  rus  və  qafqazlı  təĢkilatları 
qəsd etməkdədir. Fəqət, buna müqabil Rusiya nə kimi bir təəhhüd (öhdəlik) altına 
girir? Heç! 
Üçüncü  Ġnternasional  məlum  oduğu  üzrə,  rəsmən  heç  bir  dövlətin  ərazisi 
üzərində  küllən  (tam)  və  ya  qismən  hakimiyyət  haqqı  güdməməklə  bərabər,  hər 
kəsə  məlumdur  ki,  öz  inqilab  təĢəbbüs  və  propaqandasından  bir  an  üçün  qafil  və 
fariq (əl çəkmiĢ) deyildir... 
Biz əmin oluğumuz kimi, Sovet rejimilə bolĢevizmin nə olduğunu yaxından 
bilən  hər  kəscə  dəxi  aĢkardır  ki,  hücum  etməmək  anlaĢması  aktından  sonra  dəxi 
Üçüncü  Ġnternasional  namına  Moskva  hökumətinin  təhrikləri  və  yardımı  ilə 
beynəlmiləl  bolĢevik  təhrikləri  eynilə  baki  qalacaq  və  bəlkə  də  misakın  ovuducu 
təsirləri altında daha ziyadə müvəffəqiyyət və qolaylıqla icra olunacaqdır. 
Hə,  bolĢeviklər  bu  «açıq  diplomatiya»  ilə  təqib  etdikləri  əsil  gizli 
siyasətlərini  qapamaq  istəyir,  bugünkü  zəifliklərini  sülhsevərlik  kimi  yüksək 
növdən parlaq bir örtü ilə pərdələyirlər. 
ġübhəsiz  həddi  zatında  (özlüyündə)  zəifliklərindən  irəli  gələn  bu  manevri 
onlar istibdadları və iĢğalları altında tutduqları xalq kütlələləri qarĢısında böyük bir 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə