Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə22/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   18   19   20   21   22   23   24   25   ...   51

46 
 
qüvvə  əsəri  kimi  nümayiĢ  etdirəcək,  vicdanları  mənəvi  təzyiqlərlə  əzmək 
istəyəcəklər!... 
Fəqət,  bihudə!...  Gərək  Sovetlər  daxilindəki  təzadlarla  xalqın  qəlbində 
birikən  kin  və  gərək  beynəlmiləl  həyat  və  münasibətdəki  tənaqüzlər  (əksliklər)  o 
qədər  barizdir  ki,  bu  kimi  nümayiĢlərlə  həyati  zərurətlərin  həll  edilə  biləcəyini 
düĢünmək qətiyyən mümkün deyildir! 
Daha  müahidə  imza  edilmədən  Stalin  özü  alman  tarixçisi  Lüdviqə  verdiyi 
mülaqatında  (müsahibəsində)  biz  yalnız  hücum  etməməyi  təmin  edirik,  yoxsa 
PolĢa hüdudlarını deyil... demiĢdir... 
Bu təqdirdə hadisələrin gələcək inkiĢafı üçün təsəvvür olunan anlaĢmaların 
imzalanmasından  ziyadə,  Uzaq  Ģərqdəki  hadisələrin  inkiĢafını  daha  diqqətlə  seyr 
edək!... 
 
“Ġstiqlal”, sayı 2, yanvar 1932, Berlin. 
 
MÜCADĠLƏNĠN TAKTĠKASĠ 
 
BaĢda  Azərbaycan  olmaq  üzrə,  Qafqazın  hər  tərəfindən  gələn  xəbərlər 
olduqca həyəcanlı və əndiĢəlidir. 
Qanlı  istila  rejimi  xalqı  cana  gətirmiĢ  -  hər  tərəfdə  müqavimətlər  və 
üsyanlar - davam edir. Köylülər bir tərəfdən hökumətə ərzaq vermir, digər tərəfdən 
də fürsət düĢdükcə orada-burada hökumət və partiya məmurlarına saldırırlar. 
Müxtəlif  mənbələrdən  alınan  məlumatın  təsdiq  etdikləri  tək  bir  Ģey  vardır 
ki,  o  da,  bu  baharda  təkrar  qanlı  hadisələr  olacağı  ehtimalıdır.  Bu  nüsxəmizdə, 
hüdudu  keçərək  Ġran  ilə  Türkiyəyə  iltica  (qaçan,  sığman)  edən  bəzi  mücahidlərin 
hekayələri də bu təxmini təmin etməkdədir. 
Qəzetimizdə qeyd olunan vəhĢiliklər, terror və edamlara baxmayaraq, cana 
gələn əhalidə baharda böyük mövsüm vuruĢmalarına meyil və hazırlıq varmıĢ. 
Ġstila  rejiminə  həm  də  qızıl  imperializmin  təsis  etdiyi  haqbilməz, 
hüquqtanmaz, hürriyyət, milliyyət və istiqlal düĢməni bir rejimə qarĢı qoymanın ən 
münasib yolu Ģübhəsiz müsəlləh (silahlı) müqavimət, ya ölüm və ya dirim Ģüarına 
bağlanmaqdır.  Qafqaz,  bax  bu  silahlı  mücadilə  taktikasını  edilmiĢdir  (seçmiĢdir). 
Bu xalqın təbii bir sövq ilə edilmiĢ olduğu taktikadır!... 
Silahlı  mücadilə  taktikasının  da  təbii  olmasının  zəruri  bəzi  əsaslı  Ģərtləri 
vardır.  Bunlardan  birincisi  bütün  qafqazlı  millətlərin  müĢtərək  hərəkətidir.  Bu 
demək  olar  ki,  indi  vaqedir.  Partizanlar  məzhəb  və  millət  fərqi  olmadan  ümumi 
düĢmənə  qarĢı  birləĢmiĢlər  və  aralarında  indiki  Ģərait  daxilində  təsəvvür  oluna 
biləcək qədər bir təmas və rabitə vardır. Fəqət, müvəffəqiyyətin ikinci bir Ģərti də 
vardır.  Bu  da  silahlı  müqavimət  və  mücadilə  həmlələrinin  strateji  zamanlara 
uyğunlaĢdırılması zərurətidir. BolĢevik hökumətinin baĢı xarici və  daxili bir hərb 


47 
 
və ya inqilab ilə məĢğul olmadıqca partizanlarımızın edəcəkləri o və ya bu çıxıĢın 
zaiyatla (uğursuzluqla) nəticələnəcəyini görməmək mümkün deyildir. 
Keçən  məqaləmizdə  Sovet  hökumətinin  imzalamaqda  olduğu  hücum 
etməmək  müqavilələrindən  ziyadə,  Uzaq  ġərqdə  gedən  hadisələrin  inkiĢafına 
diqqət  etmək  lazımdır  -  demiĢdik.  Qafqazın  ümumən,  Azərbaycanın  isə  xüsusən 
düĢmənə  zərbə  endirə  biləcək  canlı  qüvvələri  bu  cəhətə  əhəmiyyət  verməli, 
vaxtından  əvvəl  vaqe  olacaq  çıxıĢlarla  düĢmənin  istədiyi  provakasiyaya 
getməməlidirlər. 
DüĢmənin  hərb  hazırlığındakı  planlarının  ümumi  sistemini  təĢkil  beĢ  illik 
planın  yanında  bir  də  mümkün  olduğu  qədər  bir  qarıĢıqlıq  əsnasında  ona  əngəl 
olacaq, ordunu arxadan vura biləcək hər türlü canlı qüvvələri indidən imha (məhv) 
etmək planı mövcuddur. 
Bu  plan  mucibincədir  ki,  o,  Qafqaz  partizanlarını  adəta  təhrik  edərək, 
toqquĢmaya  sövq  edir  və  dolayısı  ilə  meydan  boĢluğundan  istifadə  edərək, 
mümkün olduğu qədər orılan əzmək və məhv etmək istəyir. 
Təbiidir ki, bu planında o tamamilə müvəffəq ola bilməz. Çünki onun cəbrlə 
əzəcəyi  qüvvələrin  yerinə  öz  zalım  idarəsinin  təsirilə  doğan  ictimai  Ģəarit  yeni 
qüvvələri  həmən  yetiĢdirəcəkdir  -  «bir  damla  qandan  min  bir  mücahid 
doğulacaqdır!». Fəqət, nə olsa da, təhlil etdiyimiz hadisələr özünəməxsus bir hərb 
hadisəsidir.  Hər  hərbdə  olduğu  kimi,  bu  hərbdə  də  vaxt  gəlmədən  qüvvə  israf 
etməyə gəlməz. 
Bunun  üçündür  ki,  cahan  ictimai  fikrini  məmləkətimizdə  axan  qanlara  və 
tütən (qalxan) dumanlara cəlb edərkən, mücahid qüvvələri üzərində təsirli axınların 
da diqqətlərini bu mühüm nöqtəyə cəlb edrik!... 
 
“Ġstiqlal”, 1 fevral 1932, Berlin. 
 
BĠR REJĠMĠN ĠLDÖNÜMÜ 
 
Bundan  on  beĢ  sənə  (il)  müqəddəm  (qabaq)  hökuməti  tutduqları  zaman 
bolĢeviklər özləi belə uzun müddət bu mövqedə qalacaqlarına qane deyildilər. 
Rusiya  inqilabının  əmsalı  (bənzəri)  Avropada  görülmüĢ  burjua  deyil, 
sosialist inqilabı olduğunu dava ilə təsis etdiyi hökumətin proletar diktatorluğuncan 
ibarət olduğunu elan edərkən, Lenin bu rejimin yeganə güvəndiyi qüvvə Avropada 
çıxacağına  inandığı  beynəlmiləl  cahan  sosialist  inqilabı  olduğunu  kimsədən 
gizlətməmiĢ;  əks  təqdirdə,  Rusiyadakı  hakimiyyətlərinin  uzun  sürməyəcəyini 
alelən (yüksək görəvli dilindən) söyləmiĢdi. 
Daxili hərbin qanlı səhi ələrini yaĢadıqdan və əksinqilabçı ünsürlərin təĢkil 
etdikləri  müsəlləh  (silahlı)  müqavimətlərini  tamamilə  qırdıqdan  sonra,  əskəri 
kommunizm  KronĢtadtda  baĢlayan  qanlı  üsyanla  qarĢılaĢmıĢdı.  Bu,  əski  dövrü 
təmsil edən sinillərin deyil, bolĢevik  inqilabının istinad etdiyi zümrə içindən gələn 


48 
 
bir həmlə idi. BolĢevikləri iqtidar mövqeyinə gətirən qızıl qala bu dəfə əleyhlərinə 
dönmüĢ, onları yerə düĢürmək istəmiĢdi. 
Bu  hadisədən  sonra  idi  ki  Lenin  gözlənən  cahan  inqilabının  gecikdiyini 
bəyan  ilə  vaxt  qazanmaq  taktikasını  iltizam  (seçdi)  etdi;  və  əleyhlərinə  dönən 
köylü ünsürlərinin könlünü almaq üçün məĢhur «Nep» siyasətinə keçdi. 
O  andan  bu  günə  qədər  keçən  uzun  müddətdə  kommunistlərin  əllərindəki 
iqtidar  ınövqeyindən  istifadə  edib,  tək  Rusiyada  olsa  da  sosializm  qırmaq 
haqqındakı  əzmləri  qoca  imperatorluğun  böyük  bir  külləsini  təĢkil  edən  köylü 
ünsürü  tərəfindən  bəzən  qanlı  və  bəzən  də  qansız  olaraq  müxtəlif  Ģəkillər  və 
səhifələr ərz edən bitməz-tükənməz mücadilələrlə qarĢılanmıĢdır. 
Fanatik  bolĢevik  oliqarxiyasının  devrilən  çar  rejimi  yerində  qurduğu  idarə 
ondan  daha  müdhiĢ  bir  zabitə  (polis)  təĢkilatına  istinad  edər.  Çarizm 
oliqarxiyasının dayandığı zadəgan sinfi köylü Rusiyanı əsarət altında tutar və onu 
müdhiĢ surətdə istismar edərdi. 
Sözdə bu əsarət və istismarı qaldırmıĢ olan bolĢevizm isə qızıl diktatorluğun 
taktikasını guya fəhlə və kəndli siniflərinin ittifaqı üzərinə qurmuĢdur. 
Bir  tərəfdən  hərb,  digər  tərəfdən  də  inqilab  illərində  tar-mar  olan  Rusiya 
sənayesini  yenidən  təsis  etmək  və  eyni  zamanda  bu  sənayeni  «sosialist  vətəni» 
kapitalist dünyaya möhtac olmadan öz baĢına yaĢatmaq üçün bolĢevizm milyardlar 
tutan  bir  sərmayəyə  möhlacdı.  Məğlub  Almaniya,  hərb  əsnasında  pozulan 
sənayesini  yenidən  təmir  üçün  xaricdən  21  milyard  para  cəlb  etmiĢ  ikən,  Rusiya 
ancaq  3  milyard  çəkə  bilmiĢdir.  Halbuki  dünya  qitəsinin  altıda  birini  və  140 
milyonluq insan  yığınını ehtiva  edən bir məmələkəti  «Amerika  sənayesini arxada 
buraxacaq» dərəcədə sənayeləĢdirmək məqsədi ilə tərtib olunan beĢ sənəlik planın 
fikirdən iĢə keçə bilməsi üçün nə qədər milyardlar lazım. 
Bu  milyardları  edinmək  üçün  bolĢevizmin  müraciət  edəcəyi  yeganə  vasitə 
vardı.  Sovet  Ġttifaqındakı  köylülər  diktatorluğun  soya  biləcəyi  «müstəmləkə» 
burada  idi.  «Nep»  siyasətinin  köy  müstəhsillərinə  (əməkçilərinə)  verdiyi  nisbi 
hürriyyət və mülkiyyət haqqı baki qaldıqca köylüləri əzəmi surətdə istismar etmək 
qeyri-mümkün  idi.  Bunun  üçün  kollektivləĢmə  siyasətinə  keçmək,  köy  ziraatını 
dəxi tamamilə hökumət əmrində bulundurmaq gərəkdi. 
«Nep»dən  əvvəlki  «əskəri  kommunizmi»  andıran  bu  kollektivləĢmə 
dövrünün yaratdığı məhĢərin nədən ibarət olduğunu oxucularımız bilir. 
Əskəri  kommunizm  sabiq  zadəganlara  qarĢı  sövq  edilmiĢ  torpaqsız  və 
hüquqsuz  köylünün  «qasibləri  qəzəbə  uğratması»  ilə  baĢlamıĢdı.  KollektivləĢmə 
isə əksinə kommunizm təcrübəsi nəticəsində mülk sahibi olmuĢ köylüləri bir sinif 
olaraq imha (ləğv) etməklə baĢladı. 
Əskəri  kommunizm  köylünün  passiv  müqaviməti  və  KronĢtadtın  aktiv 
hərəkəti  ilə  qarĢılaĢaraq  Lenini  ricata  (gen  çəkilməyə)  sövq  etdiyi  kimi, 
kollektivləĢmə hərəkatı da bilxassə Qafqazda qüvvətlə zühur edən partizan çıxıĢları 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə