Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə15/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   11   12   13   14   15   16   17   18   ...   51

32 
 
Ġstanbulda  çıxan  qəzetləri  oxumağı,  Türkiyədə  zühur  edən  hürriyyət 
hərəkatları  ilə  sadə  əlaqədar  olmağı    belə  Rusiya  vətənsevərliyinə  qarĢı  xəyanət 
tələqqi  (sayan)  edən  bir  adamın  artıq  Rusiya  imperializminə  qarĢı  görülən 
düĢmənanə vaqeləri nə surətdə qarĢılayacağı təsəvvür edilsin! 
Sizmidiniz  müharibə  əsnasında  Rusiya  sərhədlərini  candan  müdafiə 
etməyənlər?!...  Sizmisiniz  rusofil  olanları  Qafqaz  birliyi  xaricində  sayanlar?...  O 
halda  görürsünüz  nəticəni!  Türklərin  ermənilərə  etdiyini  rusların  da  sizə 
edəcəklərini gözləyin! 
Hondkaryan  köləcə  etdiyi  bu  təhdid  qarĢısında  yolunu  caĢacaq  adamlar 
təsəvvür edirsə yanılır. Biz, istiqlalçılar davamızı  əsrin ən qüvvətli Ģüarına istinad 
edirik. Rusiya imperializminin qəsb və  istila  nəticəsində təəssüs (yaradılan) edən 
sərhədlərini  müdafiə  bizim  üçün  bir  qayə  ola  bilməzdi.  Bizi  bu  qayəyə 
sədaqətsizliklə  ittiham  edəcək  Rusiya  imperatorluğu  tarixə  keçdiyi  halda   
hondkaryanların bu  füzuli davada israrları  kölə  ruhlu  olduqlarını  isbat  üçün  nə  
parlaq bir dəlildir! 
Papadan ziyadə katolik buna deyərlər bax! 
Bizim  öz  hüdudları  daxilində  qalan  rus  millətinə  qarĢı  ədavətimiz  yoxdur. 
Əksinə, ona  bu xüsusda  hər türlü  yaxĢı təmənnalardayıq. Fəqət,  bununla  bərabər, 
bizi  istədiyimiz  Ģəkildə  həyatımızı  qorumaqdan  və  mədəni  həyatımıza  istədiyimiz 
istiqaməti  verməkdən  mane  ilə,  öz  gərdünəsinə  (boyunbağısına)  taxaraq,  istismar 
və  istila  əməlində  bulunan  hər  hankı  rus  imperializminə  bütün  varlığımızla 
düĢmənik.  Bunu  biz,  bu  imperializmin  keçmiĢinə  və  indiki  halına  olduğu  kimi,   
gələcəyinə  də  təĢmil  (aid)  etməkdən  zərrə  qədər  çəkinmirik.  Və  əminik  ki,  cahan 
ictimai  fikrilə  bərabər,  tarix  dəxi  Avstriya  imperatorluğuna  qarĢı  «xəyanət»lə 
Rusiya cəbhəsinə iltica (keçən) edən çexoslovakları ittiham etmədiyi kimi, bizi də 
ittiham etməz! 
Pantürkizm məsələsinə gəlincə, fürsətdən istifadə edən yanıltmaçıların iğfal 
(aldatmaq)  etmək  istədikləri  zümrəyə  birdəfəlik  anladaq  ki,  slavyan  millətlərində 
olduğu kimi, türk irqinə  mənsub millətlərdə dəxi, bir birlik məfkurəsi doğmuĢ və 
bu  doğuĢ  müəyyən  bir  zaman  romantik  bir  dövr  yaĢayaraq,  o  vaxta  qədər  dini-
islami düĢünüĢ itiyadında (alıĢqanlığında) olan siyasi türk-tatar fikri üzərində daha 
əsri va tərəqqisevərcəsinə bir təsir yapmıĢdır. 
Fəqət, panslavizmdən daha az real Ģərait və imkana malik olan panturanizm, 
panslavyanizmin erdiyi nəticəyə nisbətən daha az bir zamanda gəlmiĢ və bu gün ən 
koyu  (qatı)  panturanistlər  belə,  sadə  bir  kültür  birliyini  mümkün  mərtəbə 
mühafizəyə qeyrət etməklə iqtifa (yetinmiĢlər) etmiĢlər. 
Ayaz  Ġshaki  bəyin  türk  birliyinə  və  bu  birliyə  qarĢı  Türkiyə 
Cümhuriyyətinin vəzifələrindən bəhs edən məqaləsini qərəzkaranə surətdə istifadə 
edən erməni rusçuları o məqalə münasibətilə yenə Ankarada intiĢar edən «Ġnqilab» 
qəzetində  yazılan  hiddətli  yazıları  da  görməlidirlər.  Və  zənn  etmirik  ki, 
görməmiĢlər. Ötədən bəri türkçü olaraq yazı yazan mühərrirlərin iĢtirakı ilə çıxdığı 


33 
 
halda,  bu  qəzetdə  Əli  Heydər  Əmirə  bəyə  rəğmən,  Ayaz  bəyin  Türkiyə 
Cümhuriyyətindən  digər  türk  məmləkətlərinin  mənafeyini  müdafiə  haqqındakı 
təmənnasına qarĢı Ģiddətli mülahizələr vardı. 
Ton etibarı ilə bu qədər Ģiddətli olmamaqla bərabər, türk milliyətçiyini irq 
nəzəriyyəsi 
sistemindən 
millət 
nəzəriyyəsi 
sisteminə 
keçirən  Türkiyə 
məfkurəçilərinin  müvəffəqiyyəti  sadə,  nəzəriyyəçilik  sahəsində  qalmamıĢdır
3

Türkiyə  Cümhuriyyətinin  yeni  həyat  əsasları  qurulurkən  təqib  olunan  (yeridilən) 
siyasət  müasir demokrasilərilə  mövcud  milliyyət  məfhumuna tamamilə  uyğundur. 
Dünənki  panturanizm  düĢünüĢü  ilə  bugünkü  türkizm  arasında  çex 
məfkurəçilərindən  Palatskinin  anladığı  panslavizm  ilə  Qavliçekin  anladığı 
panslavizm  arasında  olduğu  qədər  böyük  bir  fərq  vardır.  Palatski  böyük  qardaĢ 
Rusiyanın idarəsi altında böyük bir slavyan imperatorluğu təsəvvür edir və çexlərin 
xilasını ancaq Rusiyadan gözləyirdi. Halbuki Qavliçekin bu yüksəkdən uçan xəyala 
müqabil təlim etdiyi məfkurə slavyanlığa sadiq qalmaqla bərabər, bir reallıq olmaq 
üzrə  çexlərin  Ģəxsən  öz  qüvvələrilə  xilas  olacaqları  ümdəsini  ortaya  qoydu  ki, 
bugünkü  Çexoslovak  Cümhuriyyəti,  bax  bu  realist  məfkurənin  təhəqqüqü 
(gerçəkləĢməsi) deməkdir. 
Slavyan  birliyi  fikri  Çexoslovak  dövlətinin  təĢəkkülünə  mane  olmadığı 
kimi, türk birliyi fikri də Azərbaycanın Qafqaz Konfederasiyasına girməsinə mane 
ola bilməz! Palatski əyarında bir idealist bəlkə də, günün birində Çexoslovakiya da 
daxil  olduğu  halda  bütün  slavyan  dövlətlərinin  bir  siyasi  birlik  vücuda 
gətirəcəklərini  düĢünməkdədir.  Fəqət,  belə  bir  düĢüncənin  mövcudiyyəti  Ģübhəsiz 
Çexoslovak Cümhuriyyətinin bir həqiqət olduğunu inkar edə bilməz! 
Türk  birliyi  üçün  də  belədir.  Eyni  irqi  qərabət  (yaxınlıq)  nəticəsində  biri-
birinə  yaxın  hars  məhsullarına  malik  olan  türk  ellərindəki  müĢtərək  qiymətləri 
mühafizə  etməklə  bərabər,  ayrı-ayrı  türk  millətlərinin  bir  dövlət  və  cümhuriyyət 
halında  istiqlal  qazanmaq  yolundakı  hərəkatlarını  Ģübhə  altına  alanlar  ancaq  rus 
imperializminin könüllüləri və yaxud kölələri ola bilirlər. 
Azərbaycan  istiqlalçılığının  türk  birliyi  fikrindən  əzəmi  surətdə  mülhəm 
olduğunu  inkar  etməməklə  bərabər,  siyasətdə  realizm  mütəkkidi  (tərəfdarı)  olan 
Azərbaycan  milliyyətçiləri  üçün  bu  fikrin  sadə,  hars  (mədəniyyət)  sahəsində 
mümkün  olacağı  aĢikardır.  Buna  görə  də  biz  müstəqil  Qafqaz  Konfedarasiyası 
fikrini zamanın ən aktual bir tezisi olaraq müdafiə edirik. 
Qafqaz  Konfedarasiyasını  əldə  etmək  üçün  çalıĢan  təĢkilatların  ancaq 
Rusiya  imperializminə  müariz  (qarĢı)  qüvvələrdən  ibarət  olaraq  vücuda  gəlməsi 
haqqındakı  mütaliəmizi  Türkiyə  ilə  iltihaq  (birləĢmək)  niyyəti  daĢıdığımıza  atf 
etmək üçün, ancaq Hondkaryan qədər Rusiya düĢkünü və Türkiyə düĢməni olmaq 
lazım! 
                                                           
3
 Mətbuat və kitabiyyat qisminə müraciət olunacaq. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə