~ 43 ~
universal rol oynayan və onu idarə edən xeyir - Ģər duallığıdır.
Belə duallığın «idarəetmə» funksiyası yalnız zahiri aləmə yönəl-
miĢ insan təfəkkürünü formalaĢdırmağa qabildir. «Zahiri aləmə
yönəlmiĢ insan təfəkkürü» dedikdə maddi dünyanın iĢləri ilə sıx
bağlı olub ruhani həyatı və onun qanunauyğunluqlarını nəzərə
almayan, yaxud da bilməyən insanların materialist düĢüncə tərzi
nəzərdə tutulur. Belə ki ruhani həyatın dərinliklərində, ezoterik
düĢüncədə «xeyir-Ģər» özünün duallığını itirərək «vahid həyat»
konsepsiyasında birləĢir.
Bütün dövrlərdə etnik mədəniyyətlərin mifik-fəlsəfi
düĢüncəsində xeyir və Ģər əksliyi həyatın, insan yaĢayıĢının ana
xəttini təĢkil edib. Miflərdə və mifik obrazların iĢtirak etdikləri
nağıl və rəvayətlərdə həyatın axarı, onun mahiyyəti və fəlsəfi
mənalandırılması xeyirlə Ģərin konflikti kontekstində gedir. Xeyir
-Ģər duallığı hər cür ziddiyyətlərin təməl prinsipini təĢkil edir.
Dünyanı dərk forması kimi Vahidi dərkin ikiliyə - çoxluğa bölün-
məsi, obyekt və subyektə ayrılma xeyir – Ģər duallığı məkanını
yaradır. Ġnsanlıq tarixi, əslində, xeyir - Ģər binarlığının periodik
əvəzlənmələri tarixidir. Belə ki, tarixin bütün mərhələlərində in-
sanların özlərini, öz həyatlarını və dünyanı dərk tərzini,
keyfiyyətini müəyyənləĢdirən əsas amil xeyir-Ģər problemi olub.
Mifik düĢüncədə insanlar xeyirlə Ģərin obrazları formalaĢmıĢdır
və onlar – obrazlar dünyanı dərkin ilkin mərhələsinin ifadəçisi
kimi qiymətləndirilir. K.Levi-Stross deyir ki, mifoloji təfəkkür
bəzi əksliklərin dərki ilə yaranır və onları dəf etməyə çalıĢarkən
inkiĢaf edir; mifin məqsədisə binar oppozisiyaların (həyat – ölüm,
xeyir – Ģər və s.) həlli üçün məntiqi modellərin
təqdim edilməsidir
(2). Belə məntiqi modellərdən biri və birincisi umümbəĢəri gücə
malik olan humanizm prinsipidir.
Sevgiyə, ədalətə dayaqlanan humanizm prinsipini qabart-
maq üçün Ģərin iĢtirakı zəruri amildir. Ona görə də bütün mifik
obrazların iĢtirak etdiyi nağıl və rəvayətlərdə həmiĢə qəhrəmanlar
Ģər qüvvələrlə üzləĢirlər, bir növ, onların məktəbindən keçməli
olurlar. Mifoloji təfəkkür bütün tarixi dövrlərin içərisindən keçib
zamanımıza gəlib çatan və reallığını itirməyən bir həqiqət daĢıyır
- həyatın dialektikası enmə və yüksəlmə xətləri, bir növ, hiperbola
və parabola üzərində qurulan «süjetlər»dən ibarətdir. Belə «süjet-
lər» hər bir etnik-mədəni bölgə üçün spesifik olan emosional–
obrazlı düĢüncənin örtüyünə bürünüb. Ona görə çox asanlıqla
müxtəlif xalqların müxtəlif folklor nümunələri arasında oxĢar-
lıqlar, hətta eyniliklər tapmaq olur. Məsələn, nağılların struktur