~ 7 ~
XIX əsr Türkiyə və Azərbaycan ədəbiyyatının yeniləĢməsində baĢlıca
mərhələlər
Axundova Gülnar ......................................................................................257
ġifahi xalq ədəbiyyatında xalq psixologiyası və milli - mənəvi
dəyərlər
Jalə Xəlilova...............................................................................263
Azərbaycan dastanlarında mifoloji obrazlar
Şəms Hümbətli...........................................................................271
Əski türk dastanlarından bu günümüzə adqoyma mərasimi
Məryəm Burtiyeva......................................................................281
Azərbaycanda toy adət-ənənələri
Rəsulova Rəbiyyə ......................................................................292
Azərbaycan xalq Ģeirində meyxana janrı
Leyla İsmiyeva...........................................................................300
Novruz bayramı
Vüsalə Kərimli...........................................................................307
Azərbaycan folklor nümunələrində psixoloji paralelizm
Xanım Hüseynova.....................................................................314
Bəhlul Danəndə lətifələrinin bədii
dil xüsusiyyətlərinə dair
Asunta Hüseynova.....................................................................320
―Qurbani‖ dastanında milli-mənəvi
dəyərlərin təcəssümü
Xıdırlı Günel..............................................................................327
―Novruz‖ dastanının
dilində məcazlar sistemi
Həsənova Ülviyyə......................................................................334
Türk mifoloji düĢüncəsində canlı təbiət obyektləri (quĢ, at obrazı)
ilə bağlı yaranan
kultlar
Abbasova Səməni.......................................................................341
Ġskəndər Palanin ―ġah və Sultan‖ romanı
və obrazlar aləmi
~ 8 ~
MƏHƏRRƏM QASIMLI
Azərbaycan Respublikasının
Dövlət Mükafatı laureatı, professor
DƏDƏ QORQUDUN QƏBRĠ DƏMĠRQAPI
DƏRBƏNDDƏDIR
Açar sözlər: Dədə Qorqud, Qafqaz, Bayat qapısı, Səyahət,
Anadolu
Tarix içindəki oğuz-türk mənəvi mədəniyyətinin ana axar-
larından biri Dədə (Ata) Qorqud və onun çevrəsindəki mifoloji və
tarixi proseslərlə bağlıdır. Babalarımız olan oğuzların mənəvi-
ruhani hamisi, yol göstəricisi statusunda çıxıĢ edən "Qorqud",
Ģübhəsiz ki, birinci növbədə yüzilliklərin dərinliklərindən gələn
müdriklik, öncəgörməlik, ulusu-etnosu gələcəyə doğru istiqamət-
ləndirmə düĢüncəsinin ortaya çıxardığı rəmzi-mifoloji obrazdır.
Oğuz-türk tarixinin çeĢidli dönəmlərində, xüsusən də taleyüklü
məqamlarında ulus-etnos içərisindən çıxmıĢ (zühur etmiĢ!) fövqəl
istedad, bilici-görücü keyfiyyətlərinə malik unikal Ģəxsiyyətlər
sözügedən mənəvi statusu ("qorqudluğu") öz üzərinə götürmüĢ,
bu səbəbdən də "Qorqud" adı ilə çağırılmıĢlar. Bu baxımdan
"Qorqud" tarixi-mifoloji statusunun yüzillər boyundakı daĢıyıcı-
larının sayı, yəqin ki, onlarladır. Türküstan, Qafqaz və Anadoluda
müĢahidə olunan çoxsaylı Qorqud qəbirləri də həmin tarixi
gerçəkliyin ifadəsidir.
"Qorqudlar" silsiləsi haradan və kimdən baĢlanır, hansı
ardıcıllıqla davam edir, kiminlə qapanır? Bu suallara cavab
vermək o qədər də asan deyildir. Hər halda folklor və tarix
qaynaqlarından gələn bilgilərin tutuĢdurulması belə bir təxmini
sonucu
söyləməyə imkan verir ki, deyəsən, "Kitabi-Dədə Qorqud"
eposunda adı keçən "Dədə Qorqud" "Qorqudlar" silsiləsinin
sonuncularından biridir. Bəlkə də elə məhz sonuncusudur. Burada
bir məqama qarĢı olduqca diqqətli və həssas davranmaq lazım
gəlir. "Qorqudlar" silsiləsinə mənsub olan "sələf qorqudlar"ın
barəsindəki əksər təsəvvür və düĢüncələr, o cümlədən də sak-
rallıq-müqəddəslik, ilahi aləmə - ruhlar dünyasına bağlılıq və s.
kimi mifoloji keyfiyyətlər "xələf qorqudlar"a da ötürülmüĢdür.
Buna görə də qorqudlar çevrəsində yüzillər boyunca yaranmıĢ
rəvayət və hekayətlər, o cümlədən də oğuznamələr hər növbəti
Qorqudla yenidən etnik-mənəvi dövriyyəyə daxil olaraq bir az da