50
sularını aparmağa xidmət edir. Onun layihə dərinliyi adətən 3-4 m
olur.
Həql edilən suyun sərfindən asılı olaraq, I , II, III dərəcəli
(sıralama suyun sərfinin artması istiqamətindədir) kollektorlar
ayrılır. Həmçinin kollektorların: təsərrüfatdaxili, təsərrüfatlar-
arası və magistral növlərindən ibarət təsnifatı da mövcuddur.
İri kollektorlar açıq tipdə qurulur. Drenlərin və I dərəcəli kol-
lektorların suyunun töküldüyü kollektorlar həm açıq, həm də
qapalı tipdə qurula bilər. Müxtəlif dərəcəli kollektorlar bir
sistemdə birləşərək, kollektor şəbəkəsini əmələ gətirir. Kollek-
tor şəbəkəsinin funksiyası drenaj axınını suvarılan ərazidən
kənarlaşdırmaqdır. Açıq tipli kollektorlar tullantı və yerüstü su-
ların, iri kanallardan qəza tullantı sularının nəqli üçün istifadə
olunur. Bununla bərabər, kollektor şəbəkəsi həm də kifayət qə-
dər drenləyici fəaliyyət də göstərir. Suvarılan ərazilərdə dren
və kollektorlar sistemi kollektor-drenaj şəbəkəsini (KDŞ) for-
malaşdırır.
KDŞ aşağıdakı elementlərdən ibarətdir:
-ilkin (çöl) drenlər;
-dren-sutoplayıcılar;
-I, II, III dərəcəli kollektorlar;
-suqəbuledicilər.
İlkin drenlər və dren-sutoplayıcılar, həmçinin I dərəcəli
kollektorlar açıq və qapalı tipli ola bilər. II, III dərəcəli kol-
lektorlar adətən açıq tipli qurulur.
Suqəbuledicilər kollektorlarla nəql olunan drenaj və yer-
üstü axının qəbulunu təmin edir. Drenaj sistemləri üçün suqə-
buledicilər yeraltı, sulanmamış, yaxşı sukeçirən qruntların lay-
ları, təbii çökəkliklər, suvarma kanalları, çaylar, göllər, liman-
lar, dənizlər, okeanlar ola bilər.
Tullantı və drenaj suları çaylara, dənizə və müxtəlif höv-
zələrə axıdılır. Belə hövzələr seçilərkən ətraf mühitin mühafizəsi
mütləq nəzərə alınmalıdır.
51
Suvarılan və şoran ərazilərdə kənd təsərrüfatı bitkilərin-
dən yüksək məhsuldarlığın əldə edilməsində kollektor-drenaj
şəbəkəsinin (KDŞ) rolu böyükdür. KDŞ – nin köməyi ilə şo-
ran torpaqlar zərərli duzlardan yuyularaq yararlı hala salınır,
kənd təsərrüfatı bitkilərinin normal inkişafı üçün torpaqda əl-
verişli su-, duz- və hava rejimi yaradılır.
Zəif təbii drenləşməyə malik rayonlarda bataqlıqlaşmanın və
torpağın təkrar şoranlaşmasının qarşısının alınması üçün süni
drenajın tətbiqi vacibdir. Konstruktiv xüsusiyyətlərindən asılı
olaraq, süni drenajın aşağıdakı tipləri mövcuddur: horizontal,
şaquli və kombinə olunmuş.
Horizontal drenaj - boru və kanal, şaquli drenaj - quyu
formasında, kombinə olunmuş drenaj isə horizontal drenaj və
onun oxu boyunca yerləşən şaquli quyuların kombinasiyasın-
dan ibarətdir.
Meliorasiya işləri aparılan ərazilərdə drenajın növü sahə-
nin geoloji, hidrogeoloji və təsərrüfat şəraitini əsas götürmək-
lə, süxurların fiziki-mexaniki xassələrini nəzərə almaqla seçilir.
Sukeçirməyən horizont yer səthinə yaxın (5 m-ə qədər) yat-
dıqda, onun qidalanması üstdən infiltrasiya suları hesabına ol-
duqda horizontal drenaj tətbiq olunur.
Horizontal drenajın açıq və qapalı növləri ayrılır.
Qapalı drenajın tikilməsi açıq drenaja nisbətən baha başa
gəlir, lakin istismar xərci az olur və onun aşağıdakı üstünlükləri
vardır:
-yeraltıdır - torpaq sahəsinin itkisi olmur, istismar müd-
dətində dərinliyi sabit qalır, kanal və yollarla kəsişdiyi yerlər-
də əlavə hidrotexniki qurğuların tikintisinə ehtiyac yaranmır,
kənd təsərrüfatı maşın və mexanizmlərindən istifadə imkanları
yüksəkdir və aqrotexniki tədbirlərin normal həyata keçirilməsi
üçün əlverişli şərait yaranır;
-effektivdir – cüzi istismar xərci ilə zaman üzrə yüksək
və dayanıqlı meliorasiya effekti yaradır, sukeçirən süxurların
çox da böyük olmayan (8-10 m) qalınlıqlı üst qatı hüdudla-
52
rında fəal təsir gösrərir və dərində yatan horizontları şoranlaş-
maya cəlb etmir;
- avtomatikdir, özüaxardır və enerjiyə qənaətedicidir. Ək-
sər hallarda drenaj axını özüaxar olaraq, elektrik enerjisi sərf
etmədən su qəbulediciyə ötürülür, düzən və az mailliyə malik
ərazilərdə, zərurət olduğu hallarda, drenaj axınını qəbul etmək
üçün böyük sahələrə xidmət edən kollektorlarda zəif gücə ma-
lik nasos stansiyalarının qurulması tələb olunur;
- texnolojidir- drenajın tikintisi üçün drenaj materiallarının
və sürətli, yüksək mexanikləşdirilmiş texnologiyanın böyük çe-
şidləri mövcuddur;
-uzunömürlüdür – keramik materialdan hazırlanmış drenaj
humid zonada 150, arid zonada isə 60 il fəaliyyət göstərə bi-
lər.
Drenlərin qoyulma dərinliyi adətən 2-5 m qəbul edilir.
Az mailliyə malik sahələrdə mailliyin təmin olunması üçün
mənsəb hissədə onun dərinliyi bir qədər böyük götürülür.
Drenlər sutoplayıcılara və kollektorlara birləşdirilir ki, onlar
40-100 ha və daha böyük sahəli kiçik sistemli bir qrupda
(10-40 dren) birləşir.
Drenlərarası məsafə ərazinin geoloji, hidrogeoloji və s.
xüsusiyyətlərindən asılı olaraq təyin edilir. Torpaq – qruntların
mexaniki tərkibindən və süzülmə əmsalından asılı olaraq, res-
publikada drenlərarası məsafə 200 – 400 m qəbul edilir.
Drenlərin uzunluğu relyefdən, drenlərin dərinliyindən,
yer səthinin mailliyindən, drenin diametrindən və s. asılı ola-
raq, 400 – 1200 m (əsasən 600 – 1000 m) intervalında dəyişir.
Qapalı drenaj borulardan və onun səthi üzərinə tökülmüş
təbii süzgəcdən ibarət konstruksiyaya malikdir. Borular saxsı,
azbest-sement, keramik, nplastmass, beton, polietilen, polivin-
xlorid və s. materiallardan hazırlanır və yeraltı suları səthində
olan dəliklərdən və ya boruların baş-başa birləşmə yerində sax-
lanılan açıq hissələrdən (1-5 sm) qəbul edir. Suqəbuledici də-
liklərin sahəsi boru səthi sahəsinin 0,3 - 0,5 % - ni təşkil edir.
Dostları ilə paylaş: |