MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

tapıntılar Kiotoda (Yaponiya) saxlanılır. Nəhayət, bir neçə vərəq qədim türk yazısı Ankaradakı
Etnoqrafiya Muzeyindədir. 
Beləliklə,  bütün bu materiallar türk xalqlarının islamaqədərki kitab mədəniyyət haqqında
geniş söz deməyə,  həmçinin mədəniyyət tarixinin daha dərin qatlarını araşdırmağa imkan
verir.
*
Orta Asiya şəhərlərinin xarabalıqlarından tapılmış islamaqədərki qədim türk əlyazmaları
əsasən kağız üzərində yazılmışdır.  Bu kitablarda kağızın müxtəlif növlərinə rast gəlmək
mümkündür,  lakin hazırda onlar əksərən saralmış,  hətta bəziləri tünd-qəhvəyi rəngə bürün-
müşdür,  yalnız ksiloqrafların kağızı hələ də ağ olaraq qalır.  Bəzi kağız növlərinin üzəri
ahərlənmişdir,  qalanların üzəri coddur.  Kağızın qalınlığı Ç in kağızından fərqlənir.  Əlyazma
kitablarından birində belə məlumat verilir ki, Qansuda kağız hazırlanmasının mərkəzi Şaxu idi. 
Ümumiyyətlə,  kağızın vətəni Ç in hesab olunur:  eranın ibtidasından (başqa bir məlumata
görə,  hətta eradan əvvəllər də)  Ç ində kağız istehsal edilir,  ancaq onun texnikası başqa
xalqlardan gizlədilirdi. Bununla yanaşı, çinlilərlə qonşu olan türklər də kağız düzəldə bilirdilər. 
Bu zaman türklər həm Ç in,  həm də (özlərinə nisbətdə)  Qərb üsulundan istifadə edirdilər. 
Məsələn,  türklər,  manixeylilər kimi,  kağızın üst səthini ahərləyirdilər – çinlilərdə bu üsula rast
gəlmirik.           
    
Qədim türklər yazı üçün zil qara tüşdan istifadə edirdilər.  Tuşu əsasən hisdən
hazırlayırdılar. Bəzi budda mətnlərində başlıqlar və “burxan”,  “bodistv”  kimi “hörmətli”  sözlər
qırmızı tuşla yazılırdı.  Bütün əlyazmaların yazılmasında qarğı qələmdən və tüklü Ç in
fırçasından istifadə olunmuşdur. İkinci alətlə yazılmış mətnlərin rəngi hazırda solmuşdur. 
A.  fon Qaben,  qeydlər aparılması üçün nəzərdə tutulan kağız formatlarını,  konspekt
yazılarını və xüsusi sənədləşdirmə üçün ayrılan kağızları bir kənara qoyaraq,  qədim türk
əlyazma kitablarının 6 növünü təsnif edir: 
1)  Avropa tipli əlyazma kitabları
- kağızın ikiyə qatlandığı yerdən tikilmiş,  yaxud
yapışdırılmışdır.  Yazı üfüqi olub,  kitabın kapitalına perpendikulyardır.  Birinci vərəq sağdan
başlanır.  Bu kitablar runik soqdi,  uyğur,  manixey və brahmi (sonuncu yalnız bir təqvimdədir) 
yazısı ilə işlənmişdir.  Ç inlilərdə belə kitab forması olmamışdır.  A.  fon Qabenin fikrincə,  ola
bilsin ki,  türklər bu formanı Qərbdən – suriyalılardan və ya soqdilərdən əxz etmişlər.  Lakin
kitabların formatı və yazının ölçüləri soqdilərdəkindən nəzərəçarpacaq dərəcədə böyükdür. 
2) Avropa tipli əlyazma kitablarının başqa bir növü – burada yazı kitabın kapitalına paralel
yazılmışdır və vərəğin eninə nisbətdə perpendikulyardır. Birinci vərəq soldan başlanır. Əsasən
uyğur yazısı ilə işlənmişdir.  Tarixin sonrakı dövrlərində buddistlər və lamaistlər tərəfindən
hazırlanmışdır.         
3)  Poti yarpaqlarından düzəldilmiş kiçik ölçülü kitablar – formaca palma yarpaqlarından
düzəldilmiş hind əlyazma kitablarına oxşayır. Vərəğin birinci hissəsində “pothi”  adlanan deşik
açılır və bütün vərəqlər bu deşikdən keçirilmiş bağla “tikilirdi”.  Soldan sağa yazıda (Tür-
küstanda brahma yazısı)  həmin “pothi”    sol tərəfdə açılırdı ki,  mətnə maneçilik törətməsin
(Kitab açılıb örtüldükcə vərəqlər cırıla bilərdi). Sağdan sola yazıda isə “pothi” deşiyi sağda yer-
ləşdirilirdi. Bu kitablarda sətirlər vərəğin uzununa, üfüqi vəziyyətdə yazılırdı. Bunlar buddistlərin
uyğur yazılarından ibarətdir.  
4)  Poti yarpaqlarından düzəldilmiş böyük ölçülü kitablar – burada yazı vərəğin uzununa
perpendikulyardır.  Bağlamaq üçün açılmış deşik vərəğin sol hissəsində yerləşir.  Bu kitab
formasından yalnız buddistlər yalnız uyğur yazısı üçün istifadə etmişlər. Bu monqollar üçün də
                                                          
* Турфанда тапылмыш вя Стейн тяряфиндян ашкар едилмиш Эюйтцрк ялйазмалары тцрк алими Щцсейн Намик Оркун 
тяряфиндян юйряниляряк, Анкарада няшр едилмишдир [бах: 198].


nümunə olmuşdur [son iki forma haqqında əlavə olaraq bax: 181, s.42-46]. 
5)  Lüləşəkilli bürmələnmiş kitablar – qədim fərman kağızları formasındadır.  Müasir türk
alimləri bu kitab formasına tümar deyirlər. “Tümar – üstüvanə şəklində bürülüb bükülmüş kağız
deməkdir” [197, s.95].  
Vaxtilə kağız hazırlanması çox baha başa gəldiyindən qədim türklər yazı materialı üçün
hər bir yararlı əşyadan istifadə etməyə çalışırdılar. Ç inlilər isə özlərinin lülələnmiş kitablarının
bir səhifəsini yazıb, ikinci səhifəni boş qoyurdular. Türklər çinlilərin bu lüləşəkilli kitablarının ağ
səhifələrindən istifadə etməklə özlərinin kitab mədəniyyətinin daha bir növünü yaratmış oldular. 
Belə kitabların bir səhifəsində Ç in,  o biri səhifəsində turk mətnləri yazılmışdır,  lakin türk
mətnləri oricinaldır, əcnəbi mətnin tərcüməsinə rast gəlmirik. Bunlarda buddist uyğurlar uyğur
yazısı ilə öz mətnlərini yazmışlar. Lülələnmiş kitabların məxsusi türklər üçün hazırlanması va-
riantına da rast gəlirik.  Ç in yazısının sətirləri kitabın uzununa nisbətdə perpendikulyar olub
soldan sağa yerləşdirildiyi halda, türk əlyazmaları şaquli yazılır və soldan başlanırdı. 
Bu kitablar ya Ç indən gətirilir, ya da çin nümunəsi ilə yerində hazırlanırdı. 
Ç in  kitabları  çox  nazik  kağızda yazıldığı halda, türk kitablarının vərəqləri
öz qalınlığı ilə seçilirdi.     
6)  Vərəqləri qatlanıb (üst-üstə)  qalaqlanmış kitablar – “qarmoşka”  şəkillidir.  Lülələnmiş
kitabları qədim kitabxanalarda bir-birinin üstünə yığanda vərəqləri quruyur,  beləliklə,  kitablar
parçalanır,  qopur,  xarab olurdu.
*
Bunun qarşısını almaq üçün,  kitabxanada materialları daha
yaxşı saxlaya bilmək üçün lülələnmiş kitabın vərəqlərini sonralar bir neçə dəfə qatlamaqla yeni
kitab növünü yaratdılar. Əvvəllər lülələnmiş şəkildə tərtib edilən kitabın hər səhifəsi indi artıq 6-
8 səhifəyə çatdırılmış olurdu. Kitabın çox qalın olduğunu görən türklər artıq bu tip kitablar üçün
nazik kağızdan istifadə etməyə başladılar.  Qeyd etmək lazımdır ki, daha bu cür kitablarda əl
yazısı deyil, çap mədəniyyətinin ilkin elementləri tətbiq olunurdu. Qədim türklərin çox oricinal
çap mədəniyyəti vardı [həmçinin bax: 181, s.42-46].
İslam əlyazma kitabları isə yalnız kodeks şəklindədir.  
Kitabın quruluşu.  Qur’ani-Kərimin ilk nüsxələrinin kodeks formasında tərtibi müsəlman
kitab mədəniyyətinin təşəkkülündə mühüm rol oynamışdır.  Məhz Qur’anın fəth olunmuş və
islamı qəbul etmiş ölkələrə kitab şəklində gətirilməsi və əcəmi müsəlmanların ərəb kitabı ilə ya-
xından tanış olması, onu öyrənməsi və ondan öyrənməsi kitabın dünyanın həmin regionlarında
yayılmış cahiliyyə dövrü formalarını sıradan çıxarmış,  kodeks formasının üstünlük
qazanmasına səbəb olmuşdur. 
Kodeks formalı müsəlman kitabının əsas atributları cild, vərəq və yazıdır. 
Şərqdə cildlərin hazırlanması və cildləmə texnikası incəsənətin ayrıca bir növü olmuşdur. 
Kitab üçün vərəqlər istehsal edilən və ya xarici ölkələrdən gətirilən kağızın ahərçilər, 
möhrəçilər, boyaçılar, ləvvahlar və müsəhhiflər tərəfindən işlənməsi yolu ilə hazırlanırdı. 
Mətni müəlliflər yazır,  katiblər köçürürdülər və ya katiblər mətni müəllifin diqtəsi altında
yazırdılar. 
Kitabın daxilində bir əsər, əsərin bir cildi və ya bir neçə əsər yerləşdirilirdi. 
Birinci iki halda əsərin yazıldığı kitab(lar)a həm də “əsər” demək mümkündür və bu halda
“əsər” termini ilə “kitab” termini arasında prinsipial fərq olmur. Məsələn, müq. et: Əlinin “Qissei-
Yusif ” əsəri // Əlinin “Qissei-Yusif ” kitabı; Mövlana Jəmaləddin Əbu Abdullah Bəlxinin “Hafil” 
əsərinin 69-cu cildi // Mövlana Jəmaləddin Bəlxinin “Hafil” kitabının 69-cu cildi və s. 
Kitabın daxilində bir neçə əsər yerləşdikdə isə bu terminlər dublet kimi işlədilə bilmir. 
                                                          
* Йери  эялмишкян,  Нахчыванда  учуг  дивар  ичярисиндян  тапылмыш  лцляшякилли  пергамен  ялйазманын  бярпасы 
заманы онун йалныз бир нечя сящифясини хилас етмяк мцмкцн олмушдур.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə