türklərinin orta əsr mədəniyyətinin inkişafına təsir etdiyini qət etmək mümkündür [154, s.146-
147].
Azərbaycan ərazisində də yazının ən müxtəlif növlərinin işləndiyi məlumdur. Qədim
Azərbaycanda yazı mədəniyyəti nümunələrinin forma və növ zənginliyi həm burada
məskunlaşmış tayfaların çoxluğu, onlardan hər birinin öz dilinin, dininin və yazısının olması,
həm də qonşuların və işğalçıların təsiri ilə izah edilə bilər. Məsələn, Jənubi Azərbaycanda (biri
Qərbi, ikincisi Şərqi Azərbaycanda olmaqla) iki Urartu yaşayış məntəqəsində qayaüstü Urartu
yazıları vardır [114, s.69]. Lakin “xald xalqı – Urartu, əlbəttə ki, Qafqazın aborigeni deyildi, hər
halda Azərbaycan aborigeni deyildi. Onlar o dövrdə siyasi hökmranlıqlarının mərkəzindən
şimala doğru sülh məqsədi ilə qalxmırdılar. Onlar buraya əllərində silah… ölkənin xəritəsi və
e.ə. VIII-VII əsrlərdə Zaqafqaziya ölkələrinin və şəhərlərinin xəritəsi olduğu halda gəlib çıxmış-
dılar… Xaldlar bu şəhərlərin və ölkələrin əsasını qoymamışdılar, onlarla vuruşurdular… Burada
saraylar,
məbədlər, çoxsaylı yaşayış məntəqələri, çoxsaylı əhali var idi” [151, s.6].
Böyükdaş dağının qayalarından birində burada qədim Roma qoşunlarının olmasını sübut
edən I əsrə aid latın yazısı vardır [bax: 163, s.9-11].
“Azərbaycan ərazisində insanlar… vəhşət dövrünün son pilləsində və ya barbarlıq
dövrünün ilk pilləsində olduqları zaman əşya yazısından və eləcə də şəkil yazısından istifadə
etmişlər. Bu ilk yazıları, şübhə yox ki, onlar başqalarından əxz etməmişlər, özləri yaratmışlar”
[20, s.14]. Bu piktoqram yazının bir sıra nümunələri dövrümüzə qədər gəlib çatmışdır. “Təkcə
Qobustanda 720 qaya üzərində 4 mindən artıq təsvir vardır və bu təsvirlərin çoxu piktoqrafiya-
dır. Bundan əlavə, Qazaxda və Gədəbəydə də piktoqramlar tapılmışdır” [50, s.475]. Qobustan
qaya rəsmlərinin tarixi 3-4 min il bundan əvvələ gedib çıxır [bax: 163, s.9-11].
Naxçıvanda uçuq evin divarı içindən çıxarılmış perqamen yazı qalıqlarının mənşəyi hələ
də dəqiqləşdirilməmişdir.
*
Suriya əlyazma kitabı, perqamen üzərində yəhudi yazısı, Zəncan
yaxılığında Sainqalada tapılmış əhəmənilərdən sonrakı dövrə aid edilən arami yazısı, görkəmli
alimimiz Afat Qurbanovun təqdim etdiyi Jücəkənd yazıları və bir çox başqa nümunələr də
Azərbaycan ərazisində tarixən yazının ən rəngarəng nümunələrinin yayıldığını sübut edir.
“Azərbaycan” coğrafi adı eranın VII əsrindən məlumdur. V.S.Kuznetsov göstərir ki, 632-
652-ci illərdə Şahənşah Yezdəgirdin qoşununda xidmət etmək üçün ilk növbədə isfahanlıları,
sonra isə Mah, Rey, Sistan və Adərbaycan əhalisini çağırırdılar [139, s.175]. Şübhəsiz ki, coğ-
rafi termin kimi nəzərdə tutduqda Azərbaycan çox geniş bir ərazini əhatə edirdi. Manna,
Midiya, Atropaten və Albaniya müasir “Azərbaycan” anlamında ərazilərdə mövcud olmuş
qədim dövlətlərdir. Buna görə də Azərbaycan mədəniyyətinin kökləri dedikdə, yalnız türk etno-
sunu irəli çəkib, Manna, Midiya, Atropaten və Albaniya mədəniyyətlərindən imtina etmək
olmaz. Sadəcə olaraq, etiraf etmək lazımdır ki, biz həmişə əsas etibarilə bu mədəniyyətlərin
türk qolu və ya ölkədə türk-müsəlman elementi yüksələndən sonrakı mədəniyyət nümunələri
ilə maraqlanmışıq. Halbuki dünya elmi qədim Azərbaycan ərazisində mövcud olmuş mə-
dəniyyətlərlə daha yaxşı tanışdır və şimali azərbaycanlıların özünün daha qədim avtoxton
mədəniyyət tarixindən uzaq düşməsindən istifadə edərək, həmin mədəniyyət abidələrini
azərbaycanlılardan başqa, hamının adı ilə bağlayırlar. Qədim Misir (Yegipet) mədəniyyəti ilə
müasir Misirin ərəb-müsəlman mədəniyyəti arasında böyük uçurum olsa da, Qahirədə olmuş
hər bir kəs müasir Misir ərəblərinin qədim ehramları, İsgəndəriyyə kitabxanası papiruslarını,
fironlar mədəniyyətini necə də özününkü hesab etdiklərinin şahidi olur. Ayrı cür ola da bilməz.
Bu hala bütün dünyada rast gəlirik.
Bu məsələ yazı mədəniyyəti nümunələrində də özünü göstərir.
* Бу йазынын айры-айры вярягляри Ялйазмалар Институтунда сахланылыр.