185
ki, sanki ölümü yaxınlaşan ağır xəstə idi. Bir
neçə dəqiqədən sonra Nihad əlinə Rəşadın
yazdığı yeni dəftəri aldı və vərəqləməyə
başladı. Burda mündəricat olmur, amma,
yenə maraqlı bir ad axtarırdı ki, gözünə
inanılmaz bir ad sataşdı:
Səhra çiçəyi…
Bilirsən, səhrada heç çiçək olmur?
Səhralar heç zaman yağış gözləmir.
Bunları deyərək o uzaqlaşıb,
Hələ də, heç yerdə gözümə dəymir.
Dörd fəsil ötübdü, gündən bu günə,
Mən xoşbəxt deyiləm, amma, evliyəm.
Son görüş onları mənə deyəndə,
Nə demək istədi artıq bilirəm.
Səhra gözlərimə yağış yağmadı,
Xoşbəxtlik apardın, məndən o gediş,
Əlimdə təsəlli səhra çiçəyi,
Heç zaman olmuyan bir ümid imiş.
186
Bir dayan desəydim sən dayanardın,
Artıq mən bilirəm nələr çəkirsən.
İndi sən hardasa uzaq bir yerdə,
Bəlkə də səhraya çiçək əkirsən.
Nihad bir anlıq Dənizə verdiyi səhra
çiçəyini xatırladı. Artıq o bilirdi ki, səhrada
çiçək olmur və bu bir yalandı. Rəşadın bunu
yazması ya təsadüfdü ya da məqsəd. Təsa-
düflər zərurətdisə və məqsədlər planlıdırsa,
indi o yenə bir suala qapıldı. Həyatda təsa-
düf deyilən bir şey yoxdur. Təsadüflər tə-
biətin kələyidir. Bunu ona Dəniz deyib ya
sadəcə Rəşad bilməyərəkdən yazıb? O
qədər sual vardı ki, indi bunlara cavab
tapmaq Pentaqona girməkdən çətin idi. Ni-
had əlinə televizorun pultu tez-tez kanalları
dəyişirdi ki, yeni məlumatlardan xəbər tut-
sun. İndi birinci məsələ Orxan və ailəsinin
Bakıya gətirilməsi, dəfn olunması idi.
Nihad
qalxıb
vanna
otağına
keçdi,
təmizləndi və evdən çıxdı. Yolda müdirə də
zəng
etdi
və
hadisədən
xəbərdar
187
olub-olmadığını soruşdu və Orxanın atası-
nın evinə tərəf yollandı ki, mənəvi dəstək
olsun. “Çətin zamalarda hər cür kiçik bir
kömək ehtiyacı olanlar üçün böyük mənə-
vi dəyərə malikdir və heç zaman yaddan
çıxmır”
Nihad müdirlə Orxanın atası Fazilgilin
evinin yaxınlığında görüşdülər:
-Salam Nihad, necəsən balam?
-Salam Qərib müəllim. Necə olum axı,
siz deyin.
-Eşitdim olanları, başın sağ olsun. Nə
edə bilərik ki? Yazılan nə etsin ki, yazan
belə yazıb? Hər ikisinə Allah rəhmət eləsin.
Son qəmin olsun. İndi də Orxan. Necə yaxşı
oğlan idi. Atası Fazillə çoxdandı ki, yaxın
dost idik. Bax elə səninlə Orxan kimi. Hə-
qiqətən əla bir övlad böyütmüşdülər. Evin
tək oğlu olsa da, ərköyün deyildi, danışığı-
nı, oturub-duruşuğunu bilən çox mədəni
bir insan idi. İndi sən məndən yaxşı
tanıyardın Orxanı, az olmuşdu tanıdığın,
amma,
idarə
sizin
dostluğunuzdan
188
danışırdı.
-Allah rəhmət eləsin. Qızıl oğlan idi.
Həyatı az, amma, mənalı oldu. Onun da
həyatı yarımçıq qaldı. Yaxşı keçin öndən
qalxaq. Mən tanımıram evlərini.
-Vallah nə deyəcəyimi də bilmirəm.
-Nə desək onsuzda olan olub. Geri qa-
yıtmıyacaqlar Qərib müəllim.
-Haqlısan Nihad, yaxşı gəl.
Artıq sabah açılmışdı. Gecənin yarı-
sına qədər Orxanın atasının yanında qalıb
onlara dəstək olan Nihad, hava limanında
idi. Orxan və ailəsinin cəsədləri gətirilirdi.
Bütün gecəni ağlayan Fazil kişi də yanında
idi. Anası Ülviyyə də gəlmək istəmişdi,
amma, icazə verməmişdilər. Qumralın ailə-
sindən də demək olar ki, hamı orda idi.
Cəsədlər gəldi, qəbristanlığa yola düşdülər.
Artıq hər şey demək olar ki, bitmək
üzrə idi. Yasın ikinci günü idi. Orxanın ata-
sının Nihada o qədər canı isinmişdi ki, ona
oğul deyirdi. Hər işi demək olar ki, Nihad
görmüşdü. Bütün yas boyu heç beş dəqiqə
189
oturmağa vaxt olmayan Nihad arada vaxt
tapan kimi bir stul çəkib əyləşir, tez-tez
Dənizin nömrəsini yığırdı. Amma, heç bir
nəticə yox idi. Nihad Orxanın Opel markalı
avtomobilini Fazil kişiyə geri qaytarsa da,
Fazil kişi geri götürməmiş və onu sənə
Orxan verib və ancaq o ala bilər demişdi.
Nihad bu qədər səmimi bir insanı tanı-
dığına çox sevinmişdi.
Yasın son günü idi, hər kəs dağılış-
mışdı. Qəbristanlığa getmiş, ölənlərə fati-
hələr vermiş və qayıtmışdılar. Nihad yas-
dan sonra da Fazil kişi və Ülviyyə xanımla
maraqlanmış və hər nə lazım olsa, onu ax-
tarmalarını demişdi. Qərib müəllim də Fazil
kişiyə bu dar günündə yaxşı dəstək olmuş-
du. Nə də olsa köhnə dostlardı.
190
XƏZƏR VƏ DƏNİZ…
Öz sonumu gətirmişəm,
Ölüm adlı ətirmişəm,
Bir gün deyil, bir ömürlük,
Mən həyata gecikmişəm.
Artıq yasın bitdiyi üç gün olmuşdu və
Nihad evən çölə çıxmamışdı. Dənizdən bir
xəbər yoxdu. Nihad get-gedə daha da çəkil-
məz olan bu həyatdan çox sıxılmışdı. Heç bir
məntiqi izahatın tapa bilmirdi Dənizin yoxa
çıxmağının. Saat 13: 13-ü, tarix 28. 04. 2010-u
göstəriridi. Bir ayda altı yaxın insanın ölümü.
Bu hansı məntiqə sığışası haldı? Və ölənlərin
hamısı bir sirlə gömülmüşdü. Saat əqrəbləri
dəli kimi çevrəni fırlandıqca Nihad əlləri ilə
telefonu bərk-bərk sıxmış, gözləri yolda qal-
mışdı. Bəlkə gələr, bəlkə yazar, bəlkə xəbər
edər deyə. Hər cümlənin əvvəlinə yapışan
bəlkələr boş bir ümiddi. Artıq saniyələr dəqi-
qələrə, dəqiqələr saatlara, saatlar da günlərə
çevrilmişdi. Amma, heç bir xəbər yoxdu Də-
nizdən. Nihadın üz-gözünü tük basmış, elə
Dostları ilə paylaş: |