Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə34/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   30   31   32   33   34   35   36   37   38

 
185 
ki, sanki ölümü yaxınlaşan ağır xəstə idi. Bir 
neçə  dəqiqədən  sonra  Nihad  əlinə  Rəşadın 
yazdığı  yeni  dəftəri  aldı  və  vərəqləməyə 
başladı.  Burda  mündəricat  olmur,  amma, 
yenə  maraqlı  bir  ad  axtarırdı  ki,  gözünə 
inanılmaz bir ad sataşdı:  
 
Səhra çiçəyi… 
 
Bilirsən, səhrada heç çiçək olmur?  
Səhralar heç zaman yağış gözləmir.  
Bunları deyərək o uzaqlaşıb,  
Hələ də, heç yerdə gözümə dəymir.  
 
Dörd fəsil ötübdü, gündən bu günə,  
Mən xoşbəxt deyiləm, amma, evliyəm.  
Son görüş onları mənə deyəndə,  
Nə demək istədi artıq bilirəm.  
 
Səhra gözlərimə yağış yağmadı,  
Xoşbəxtlik apardın, məndən o gediş,  
Əlimdə təsəlli səhra çiçəyi,  
Heç zaman olmuyan bir ümid imiş.  
 


 
186 
Bir dayan desəydim sən dayanardın,  
Artıq mən bilirəm nələr çəkirsən.  
İndi sən hardasa uzaq bir yerdə,  
Bəlkə də səhraya çiçək əkirsən.  
 
 
Nihad  bir  anlıq  Dənizə  verdiyi  səhra 
çiçəyini  xatırladı.  Artıq  o bilirdi  ki,  səhrada 
çiçək olmur və bu bir yalandı. Rəşadın bunu 
yazması ya təsadüfdü ya  da məqsəd.  Təsa-
düflər zərurətdisə və məqsədlər planlıdırsa, 
indi  o yenə bir  suala qapıldı.  Həyatda təsa-
düf  deyilən  bir  şey  yoxdur.  Təsadüflər  tə-
biətin  kələyidir.  Bunu  ona  Dəniz  deyib  ya 
sadəcə  Rəşad  bilməyərəkdən  yazıb?  O 
qədər  sual  vardı  ki,  indi  bunlara  cavab 
tapmaq Pentaqona girməkdən çətin  idi.  Ni-
had əlinə televizorun pultu tez-tez kanalları 
dəyişirdi ki,  yeni  məlumatlardan  xəbər tut-
sun.  İndi  birinci  məsələ  Orxan  və  ailəsinin 
Bakıya  gətirilməsi,  dəfn  olunması  idi. 
Nihad 
qalxıb 
vanna 
otağına 
keçdi, 
təmizləndi və evdən çıxdı. Yolda müdirə də 
zəng 
etdi 
və 
hadisədən 
xəbərdar 


 
187 
olub-olmadığını  soruşdu  və  Orxanın  atası-
nın  evinə  tərəf  yollandı  ki,  mənəvi  dəstək 
olsun.  “Çətin  zamalarda  hər  cür  kiçik  bir 
kömək ehtiyacı olanlar üçün böyük mənə-
vi  dəyərə  malikdir  və  heç  zaman  yaddan 
çıxmır” 
 
Nihad müdirlə Orxanın atası Fazilgilin 
evinin yaxınlığında görüşdülər:  
 
-Salam Nihad, necəsən balam?  
 
-Salam Qərib müəllim. Necə  olum axı, 
siz deyin.  
 
-Eşitdim  olanları,  başın  sağ  olsun.  Nə 
edə  bilərik  ki?  Yazılan  nə  etsin  ki,  yazan 
belə yazıb? Hər ikisinə Allah rəhmət eləsin. 
Son qəmin olsun. İndi də Orxan. Necə yaxşı 
oğlan  idi.  Atası  Fazillə  çoxdandı  ki,  yaxın 
dost  idik.  Bax  elə  səninlə  Orxan  kimi.  Hə-
qiqətən  əla  bir  övlad  böyütmüşdülər.  Evin 
tək  oğlu  olsa  da, ərköyün  deyildi,  danışığı-
nı,  oturub-duruşuğunu  bilən  çox  mədəni 
bir  insan  idi.  İndi  sən  məndən  yaxşı 
tanıyardın  Orxanı,  az  olmuşdu  tanıdığın, 
amma, 
idarə 
sizin 
dostluğunuzdan 


 
188 
danışırdı.  
 
-Allah  rəhmət  eləsin.  Qızıl  oğlan  idi. 
Həyatı  az,  amma,  mənalı  oldu.  Onun  da 
həyatı  yarımçıq  qaldı.  Yaxşı  keçin  öndən 
qalxaq. Mən tanımıram evlərini.  
 
-Vallah nə deyəcəyimi də bilmirəm.  
 
-Nə desək onsuzda olan olub. Geri qa-
yıtmıyacaqlar Qərib müəllim.  
 
-Haqlısan Nihad, yaxşı gəl.  
 
Artıq  sabah  açılmışdı.  Gecənin  yarı-
sına  qədər  Orxanın  atasının  yanında  qalıb 
onlara  dəstək  olan  Nihad,  hava  limanında 
idi.  Orxan  və  ailəsinin  cəsədləri  gətirilirdi. 
Bütün gecəni ağlayan Fazil kişi  də yanında 
idi.  Anası  Ülviyyə  də  gəlmək  istəmişdi, 
amma,  icazə  verməmişdilər. Qumralın ailə-
sindən  də  demək  olar  ki,  hamı  orda  idi. 
Cəsədlər gəldi, qəbristanlığa yola düşdülər.  
 
Artıq  hər  şey  demək  olar  ki,  bitmək 
üzrə idi. Yasın ikinci günü idi. Orxanın ata-
sının  Nihada  o  qədər canı  isinmişdi ki,  ona 
oğul  deyirdi.  Hər  işi  demək  olar  ki,  Nihad 
görmüşdü.  Bütün  yas  boyu  heç  beş  dəqiqə 


 
189 
oturmağa  vaxt  olmayan  Nihad  arada  vaxt 
tapan  kimi  bir  stul  çəkib  əyləşir,  tez-tez 
Dənizin  nömrəsini  yığırdı.  Amma,  heç  bir 
nəticə yox idi. Nihad Orxanın Opel markalı 
avtomobilini  Fazil  kişiyə  geri  qaytarsa  da, 
Fazil  kişi  geri  götürməmiş  və  onu  sənə 
Orxan  verib  və  ancaq  o  ala  bilər  demişdi. 
Nihad  bu  qədər  səmimi  bir  insanı  tanı-
dığına çox sevinmişdi.  
 
Yasın  son  günü  idi,  hər  kəs  dağılış-
mışdı.  Qəbristanlığa  getmiş,  ölənlərə  fati-
hələr  vermiş  və  qayıtmışdılar.  Nihad  yas-
dan  sonra  da Fazil kişi  və Ülviyyə xanımla 
maraqlanmış  və  hər  nə  lazım  olsa,  onu  ax-
tarmalarını demişdi. Qərib müəllim də Fazil 
kişiyə bu  dar günündə  yaxşı  dəstək  olmuş-
du. Nə də olsa köhnə dostlardı.  
 
 
 
 
 
 


 
190 
XƏZƏR VƏ DƏNİZ… 
 
 Öz sonumu gətirmişəm,  
 Ölüm adlı ətirmişəm,  
 Bir gün deyil, bir ömürlük,  
 Mən həyata gecikmişəm.  
 
 
Artıq  yasın  bitdiyi  üç  gün  olmuşdu  və 
Nihad  evən  çölə  çıxmamışdı.  Dənizdən  bir 
xəbər  yoxdu.  Nihad  get-gedə  daha  da  çəkil-
məz olan bu həyatdan çox sıxılmışdı. Heç bir 
məntiqi  izahatın  tapa  bilmirdi  Dənizin  yoxa 
çıxmağının. Saat 13: 13-ü,  tarix 28. 04. 2010-u 
göstəriridi. Bir ayda altı yaxın insanın ölümü. 
Bu hansı məntiqə  sığışası haldı?  Və ölənlərin 
hamısı  bir  sirlə  gömülmüşdü.  Saat  əqrəbləri 
dəli  kimi  çevrəni  fırlandıqca  Nihad  əlləri  ilə 
telefonu  bərk-bərk  sıxmış,  gözləri  yolda  qal-
mışdı.  Bəlkə  gələr,  bəlkə  yazar,  bəlkə  xəbər 
edər  deyə.  Hər  cümlənin  əvvəlinə  yapışan 
bəlkələr boş bir ümiddi. Artıq saniyələr dəqi-
qələrə,  dəqiqələr  saatlara,  saatlar  da  günlərə 
çevrilmişdi.  Amma, heç bir xəbər yoxdu Də-
nizdən.  Nihadın  üz-gözünü  tük  basmış,  elə 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə