Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə32/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   28   29   30   31   32   33   34   35   ...   38

 
174 
 
Artıq yaşamağa gücüm qalmıyıb,  
İndi çox gücsüzəm, indi çox sənsiz.  
Az ayaq saxlayıb bir az düşünsən,  
Yarımçıq həyatlar yaşayırıq biz.  
 
Kölgəsiz insandı, kimsəsiz uşaq,  
Tanrı yaratmadı bizləri qəlbsiz.  
Bir ömür yaşayıb kora-şimala,  
Yarımçıq həyatlar yaşayırıq biz.  
 
 
Nihad  bu  şeiri  çox  bəyənmiş  dəfələrlə 
təkrar-təkrar oxumuşdu. Sonra dəftəri bükdü 
və yatmağı qərarlaşdırdı. Sabah uzun bir gün 
olacaqdı. Bakıya qayıdıb bir çox məsələni həll 
etməli  idi.  Əsas  isə  Dənizi  tapmalı  idi. 
Yatmaq üçün elə yatağı hazırlayırdı ki, yenə 
nokia  markalı  telefonun  səsi  digər  otaqdan 
səslənməyə  başladı.  Ağzından  ilk  çıxan  ad 
Dəniz  oldu  və  qaçaraq  digər  otağa  keçdi. 
Telefonu əlinə alan kimi bildi ki, bu Orxandı:  
 
-Salam qardaşım, necəsən?  
 
-Salam  Orxan.  Belə  da,  yaxşı  olmağa 


 
175 
çalışıram.  
 
-Nə  baş  verib  dostum?  Səsinin  tonunu 
heç bəyənmədim. Xəstə deyilsən ki?  
 
-Yox Orxan, sadəcə bəzi problemlər var. 
Nə  vaxt  gəlirsən?  Gəl  çıx  görək  axı  sənə  eh-
tiyacım var.  
 
-Nə  olub  Nihad,  vallah  fikrim  qaldı 
səndə.  Amma,  narahat  olma  elə  sabah  gəli-
rəm. Elə deyirdim sabah axşam çıxasan hava 
limanına.  
 
-Əlbəttə, olar-olar. Saat neçədə gələrsən 
təxminən?  
 
-Hər  şey  qaydasında  olsa  sabah  Frank-
furtdan çıxacıyıq və Bakı saatı ilə saat 21:00-da 
çatacıyıq.  
 
-Frankfurt? Axı ora Almanyadı.  
 
-Hə elədi, bir  həftə  olar  Almanyadayıq. 
Buranı da gəzmək istədik.  
 
-Düz elədin, oldu Orxan, hava limanına 
çıxacam əmin ol.  
 
-Bu  dəfə  İnci  səni  öpür  Qumral  da  sa-
lam deyir.  
 
-Hə, səndə  İncini  öp. Qumrala  salamla-


 
176 
rımı çatdır. Sağol.  
 
Nihad  sağollaşıb  Rəşadın  dəftərini  sa-
bah yola çıxanda götürəcəyi bağlamaya qoy-
du və bir az düşünməyə başladı ki, axı bu evi 
nə etsin? Nazilə xaladan,  Rəşaddan yadigar-
dı.  Nə satmaq olar, nə də  özü yaşaya bilərdi. 
Birdən  yadına  Vahid  düşdü.  Nehrəmdə  ya-
şayırdı,  amma,  şəhərdə  həkim  işləyirdi.  Hər 
gün  gəlib  getməsi  də  əlavə  xərcdi.  Elə  ən 
yaxşısı  bu  evi  Vahidə  verməkdi.  Rəşad  da 
burda olsaydı belə edərdi. Elə ki, telefonu çı-
xardı  Vahidə  zəng  edib,  sabah  Bakıya  gedə-
cəyini  evin  açarlarını  qonşu  Arzu  xalaya  ve-
rəcəyini  dedi  və  dərhal yatağa tərəf getdi ki, 
sabahkı uzun günə hazır olsun.  
 
 
 
 
 
 
 
 


 
177 
ƏZRAYIL BAKIDA 
 
Bir mənasız sətirmişəm,  
Əzrayılı gətirmişəm,  
Ölüm mənə çox yaxındı,  
Mən həyata gecikmişəm.  
 
 
Artıq  təyyarə  Bakıya  yaxınlaşırdı.  Bu 
son bir həftənin  içində bu qədər yorulması 
və bir neçə saatını havada keçirməsi Nihadı 
lap  bezdirmişdi.  Daha  taqəti  qalmayan  ya-
zıq  Nihad  ölümə  o  qədər  yaxın  idi  ki,  am-
ma,  ölmək  istəmirdi.  O  öyrənməli  idi  ki, 
niyə hər kəs, onun keçmişini azda olsa bilən 
hər  kəs  ölür  və  ya  ondan  nə  isə  gizlədir? 
Neçə  vaxtdı  o naməlum qadından  da  xəbər 
yox  idi.  O  kim  idisə  Nihada  daim  nəzarət 
edən  biri  idi  və  çox  haqlı  idi.  Nihad  keç-
mişini  öyrənmək  istədikcə  ətrafındakıları 
itirirdi.  Bakıya  yaxınlaşan  təyyarənin  ca-
mından  Xəzərə  həsrətlə  baxan  Nihad  ona 
sual verirdi:  
 
-Qaytar  mənim  Dənizimi.  Xəbər  et 
mənə  Bakı,  harda  gizlətmisən  sevdiyimi? 


 
178 
Məyər bu qədər soyuqqanlı və sərtsən? Çox 
qorxuram  Bakı.  Qorxuram  ki,  Əzrayılı 
özümlə  bərabər  sənə  gətirəm.  Daha  bir 
ölüm  xəbərinə  qorxuram  ki,  dayanmaram. 
Dəniz səni  isə tapacam  və  nə  olur  olsun  sa-
ğalman  üçün  hər  şey  edəcəm.  Ən  bahalı 
xəstəxanalar, ən yaxşı həkimləri tapacam.  
 
Təyyarə  endi, Nihad  hava  limanından 
bir  taksiyə  oturub  polis  şöbəsinə  yollandı. 
Yolda  olarkən  Dənizin  nömrəsinə  dayan-
madan  zəng  edirdi,  amma,  heç  bir  xəbər 
yox idi. Eyni ton, eyni səs. Rəisin yadda qa-
lan sıfırlardan və ikilərdən ibarət nömrəsini 
yığdı. Çox çəkmədi ki:  
 
-Alo, salam rəis.  
 
-Alo, Salam Nihad necəsən, gəlmisən?  
 
-Sağolun  mən  yaxşı  olmağa  çalışıram. 
Bağışlayın  sizi  də  davamlı  olaraq  bezdiri-
rəm. Hə Bakıdayam. Elə indi gəldim.  
 
-Yox,  xoşdu.  Xoş gəldin.  Keç gəl  şöbə-
yə bir çay içək.  
 
-Gəlirəm, yoldayam.  
 
-İşdi  gəlsən  olmasan,  açarı  vermişəm 


 
179 
Rüfətə ondan alarsan, cərimə meydançasın-
dadı  avtomobilini  götürərsən.  Vaxtın  azdı 
bilirəm.  Məni  gözləməzsən  heç.  Get  bacını 
tap, nə lazım olsa nömrəmi bilirsən. Bu dəfə 
də  elə adama  iliş ki, başın bədənin  üstündə 
qalsın.  
 
-Yaxşı  rəis,  çox  sağolun,  sizə  yük  ol-
dum.  Həyatda  hər  şey  qarşılıqlıdı. Bu  dün-
yada  etdiyiniz  yaxşılıqların  əvəzi  digərinə 
qalmır. Elə bu dünyada əvəzi çıxılır.  
 
-Sağ ol Nihad balam, sağol.  
 
Şəhərdə  olan bu  avtomobil  tıxacı  ada-
mı  lap cana gətirmişdi.  Hara baxsan tikinti 
idi. Binalar, yeni  evlər, körpülər tikilir,  vil-
lalar  ucaldılırdı.  Bunların  hamısının  sahibi 
kara  kostyumlu  adamlar  idi.  Onlara  ancaq 
kənardan  baxmaq  olar.  Onlara  salam  ver-
mək  də  savabdı.  Onların  sürdüyü  avtomo-
billərin  iki  metr  yaxınlığına  sadəcə  yaxın-
laşa  bilərsən.  Tikin,  tikin,  həyat  sizi  sökür 
xəbəriniz yoxdu. Nihadın yadına dəftərində 
yazdığı  və  çox  sevdiyi  bir  ifadə  düşdü: 

Zaman  qəbir  qazdıqca,  insanlar  da  ev 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə