Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə29/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

 
157 
Yaradan  ətrafımdakıları  məndən  alaraq  mə-
nə  ən  böyük  acını  yaşadır.  Həmişə  yeni  in-
sanlar tanımağa çalışmış, keçmişimi qurdala-
mışam.  Halbuki,  keçmiş  keçmişdə  qalıb  və 
bu  günlər,  sabahlar  haqda  düşünməli  idim. 
Ətrafımdakılara  qiymət  verib,  onların  dərdi 
ilə  yaxından  tanış  olmalı,  onları  tək  qoyma-
malı idim. Baiskaram, təqsirkaram, günahka-
ram. Mən bu həyata  layiq  deyiləm. Ətrafım-
dakılara layiq ola bilmədim.  
 
-Yox  Nihad  elə  demə axı. Sən hamıdan 
fərqli  olmusan  bizə  qarşı.  Yadımdan  çıxmaz 
bizə  etdiklərin.  Elə  demə.  Sən  çox  yaxşı  bir 
dost  və insansan.  Rəşad burada  olsaydı  o da 
belə deyərdi. Sənə bir məktub buraxıb.  
 
-Yaxşı, yası bağlayaq alaram səndən.  
 
-Evdə kassanın yanındakı çəkməcədədi.  
 
-Yasın  xərcini  kim  çəkib?  Avtomobili 
satdınız?  
 
-Sənin  xəbərin  yoxdu  ki,  o  avtomobil 
sən gələn gün satılmışdı. Sadəcə alıcı ilə razı-
laşmışdı  ki,  sən  gedəndən  sonra  versin.  Sən 
şübhə  etməyəsən  deyə.  Bilmirəm  Cəbrayıl 


 
158 
haqda eşitmisən?  
 
-Hə, anası xəstə oğlan?  
 
-Bax elə dəyər-dəyməzə  satdı  verdi  pu-
lunu  ona  ki,  İrana  getsinlər,  amma,  yenə  də 
üç min manat çatışmır. Mən də köməklik  et-
mişəm  azdan-çoxdan.  Pulum  olsaydı  verər-
dim,  amma,  bu  aralar  məndə  də  pul  azdı. 
Yasın  da  xərcini  borca  düşüb  özüm  çəkmi-
şəm.  Borcu  da  faizlə  aldım.  Vermirlər  ki. 
Dindirəndə  deyirlər müsəlmanıq, günahımız 
yoxdu, süddən çıxmış ağ qaşığıq.  
 
-Bakıya  qayıdım,  mən  də  pul  göndərə-
cəm.  Orxan  var  dostum,  o  qayıtsın  alıb  gön-
dərəcəm. Sən özün burda qaydalaşdırarsan.  
 
-Sağ  ol  qardaş,  birdənəsən.  Deyirəm, 
həyat  həqiqətən  çox  qəribədi.  O  gün 
yanımdaydı, bu gün qara torpaqda.  
 
-Harda basdırmısınız?  
 
-Nazilə ananın qəbrinin yanında.  
 
-Qəbrini  mən  götürəcəm.  İstəyinə  görə 
də  qəbir  daşına  ad  yazmıyacam.  Adı  yerinə: 

Ölümü gözləyən adam”yazdıracam.  
 
-Sən  necə  istəsən,  elə  də  et  Nihad.  Gəl 


 
159 
indi qayıdaq yas evinə. Gələnlər  dəhşət çox-
du. Onu bu qədər  sevən  vardı, amma,  sağlı-
ğında qiymət  verilmədi.  Kitabı  satış rekordu 
qırır,  bir  qara  qəpik  cəhənnəm,  diplom  da 
vermirlər.  Bizim  insanlar  əl  əməyinə  dəyər 
verməyi  bacarmır.  Kitabın  o  qədər  kopyası 
çıxıb ki.  Alıcı  da qaçır ucuzuna ki, nədi-nədi 
iki-üç  manat  artıq  pul  verməsin.  Guya  oxu-
yacaq,  adı  da  olacaq  ən  sevdiyim  şairlərdən 
birinin  kitabını  aldım.  Onun  əl  əməyinə  bu 
cür  təhqir  şairə  çox  pis  təsir  edər.  Əgər  bu 
kitabı  orjinal  nəşirdə  alsan,  xeyrini  verər  və 
onun əl əməyini maddi  dəyərləndirmiş  olar-
san.  “Bu  maddi  dəyər,  yazar  üçün  mənəvi 
xoşbəxtlikdi” 
 
-Haqlısan Vahid. Nehrəmlilər həqiqətən 
qeyrətli və dürüst olur.  
 
-Sağ  ol,  amma,  belə  deməzdim.  Azər-
baycan xalqı qeyrətli xalqdı-deyərdim.  
 
-Elədi,  amma,  mən  də“meşə  çaqqalsız 
olmaz deyərdim” 
 
-Heç nə yaxşı-yaxşı, söz güləşinə başla-
ma, mənim sözüm beş il güləşə gedib.  


 
160 
 
-Gülür...  Sağ  ol  Vahid,  həqiqətən  belə 
bir gündə məni güldürdün, könlümü açdın.  
 
-Dəyməz  dost.  Sevindiyinə  sevindim. 

Sevdiklərimin  xoşbəxtliyi  üzümə  təbəs-
süm  hopduran  tək  səbəbdir.  Onların  bəd-
bəxtliyi  mənim  xoşbəxtliyimin  tək  oğrusu-
dur” 
 
Nihad  yas  evinə  keçdi,  Əl-Fatihə  surə-
sini  oxudu,  gələnlərlə  görüşdü,  baş  sağlıqla-
rın aldı. O qədər adam, tələbələr,  onu  şeirlə-
rindən  tanıyan  hər  kəs,  görkəmli  dövlət  xa-
dimləri, iş adamları var idi ki.  
 
Özünü  öldürdün  Rəşad.  Heyf,  yerin 
cəhənnəmdi.  Amma,  bu  qədər  insanın  sənə 
rəhməti  görəsən  sənə  cənnətin  qapılarını 
açacaq mı?  
 
Gələnləri yola saldı, sabah son günü idi. 
Adətən  üç  gün  otururdular  yasda.  Nihad 
nəyin  çatışıb-çatışmadığını  maraqlandı,  Va-
hidlə gedib bazarlıq edib sabah üçün qayıtdı. 
Bu qədər  işin arasında  fikri Dənizdə qalmış-
dı.  Telefonu  hələ  də  bağlı  idi.  Və  Dənizdən 
hələ də xəbər ala bilməyən Nihad yaman na-


 
161 
rahat  idi.  Birdən  yadına  Məhərrəm  müəllim 
düşdü. Tez nömrəni yığdı və:  
 
-Salam, axşamınız xeyir rəis. Bağışlayın, 
gec zəng vurdum. 
 
-Salam  oğul.  Necəsən?  Buyur-buyur. 
Çatışmayan bir şey yoxdu?  
 
-Yox  sağ  olun,  Həsənə  də  əziyyət  ver-
diniz. Rəis bacım necədi? Xəbər tuta bildiniz?  
 
-Yox  oğul  getmişdim,  amma,  xəstəxa-
nadan  çıxmışdılar.  Həkim  dedi  ki,  hələlik 
yaxşıdı,  amma,  ayın  axrına  kimi  yaşasa  mö-
cüzə olar. İradəli ol, eybiyox, Tanrı bir qapını 
bağlıyır, birini açır.  
 
-Hələki  heç  vaxt  üzümə  tam  açılan  bir 
qapı  görmədim  rəis.  Çox  sağolun  hər  şeyə 
görə. Əvəzini mən  verə bilmərəm, qoy  Tanrı 
versin.  
 
-Sağ  ol  oğlum,  bu  qədər  ümidsiz  olma. 
Gələcək yaxşı olacaq, hər şey düzələr.  
 
-“Bizlər  həmişə  gələcək  yaxşı  olacaq, 
düzələcək  deyirik.  Amma,  bu  günlər  də 
hansısa  dünənin  gələcəyi  deyilmiydi?  Bəs 
niyə  düzəlmir???  ”Boş  verin,  fikir  verməyin 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə