Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə26/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   22   23   24   25   26   27   28   29   ...   38

 
141 
onu  anlayan  tək  insan  idi.  Göz  yaşlarına  qa-
panan Nihad düşünürdü. Axı Rəşad niyə bu-
nu  edib?  Cavabsız  sualları  artırdı  günbəgün 
və bu heç də xoş bir  şey deyildi. Nihad  o qə-
dər  gücsüz  idi  ki,  heç  tərpənə  də  bilmirdi. 
Tamamilə  həyatı  bir  ayın  içində  dəyişmişdi. 
Bir tərəfdən Dənizin yoxa çıxması və Rəşadın 
ölümü. Bu  ssenarini kim yazmışdı axı? Niyə 
belə ədalətsiz yazılmışdı? İndi o nə edəcəkdi? 
Gecəni  bir  saatda  yatmayan  Nihad  səhərin 
açılmağından da belə xəbər tutmamışdı.  
 
Nəzarətçi gəldi. Saat 10 olardı. Rəis səni 
görmək  istiyir. Bax çox yaxşı  insandı,  dama-
rın tutmağı bacarsan dil taparsan. Gəl, yoldaş 
ürəyini sıxma.  
 
Nihad danışmaz-dinməz rəisin qəbulu-
na girdi.  
 
-Keç əyləş. Necəsən?  
 
-Sağolun,  amma,  heç  yaxşı  deyiləm. 
Sizdən bir xahişim var.  
 
-Bir imkan ver görək, nə olub?  
 
-Bacımdan  xəbərim  yoxdu,  dünən  bur-
nundan qan açılıb,  xəstəxanaya aparıblar  və 


 
142 
qardaşım ölüb. Naxçıvana getməliyəm.  
 
-Naxçıvanlısan?  
 
-Hə,  qardaşım  özünü  asıb.  Sizə  yalva-
rıram, getməliyəm, hörməti nədisə edəcəm.  
 
-Bilirsən kimi döymüsən?  
 
-Hə, bilirəm.  
 
-Peşmansan?  
 
-Yox, yenə elə olsaydı, yenə döyərdim.  
 
-Növbətçi, növbətçi.  
 
-Buyur rəis.  
 
-Apar bunu içəri.  
 
Nihad:  
 
-Sən də bir kişi deyilmişsən.  
 
Artıq səkkiz saatdı ki, içəridə gözləyirdi 
və  bir  səs-soraq  yox  idi.  Nihad  körpə  uşaq 
kimi hıçqırır, göz yaşlarına hakim  ola bilmir-
di.  
 
Zindanın qapısı açıldı və rəis:  
 
-Gəl mənimlə.  
 
-Hara  gedirik?  Döyülməyə?  Əllərimi 
açın, kişi olun.  
 
-Az,  danış  çıx  çölə.  Rüfət  qollarını  aç 
bunun. Heç kimə  də  demirsən burdan çıxdı-


 
143 
ğımızı. Arxa qapıdan çıxacayıq.  
 
-Baş üstə rəis.  
 
-Nihad gəl mənimlə.  
 
Nihad heç nə demirdi, başını qaşıyır, nə 
baş  verdiyini bilmirdi.  Axı görəsən,  nə olub? 
Bu nə demək idi?  
 
Rəis:  
 
-Keç əyləş.  
 
Nihad rəisin göstərdiyi Doblo Fiat mar-
kalı  polis  avtomobilində  arxa  tərəfdən  əy-
ləşdi.  
 
-Mən də Naxçıvanlıyam.  Amma, birinci 
Azərbaycanlıyam.  Dünən  bütün  günü  sənin 
məsələn  üstə  yollarda,  telefonlarda  qalmı-
şam. Hal şahidləri ilə görüşmüşəm. Sənin heç 
bir  günahın  yoxdu,  bilirəm.  Səhv  zamanda, 
səhv  yerdə  idin  və  səhv  adama  ilişdin.  Mən 
bu  vəzifəyə  başlayanda  digərlərindən  fərqli 
olaraq  andıma  sadiq  çıxacağıma  və  daima 
dürüstlüyə əsaslanaraq qərarlar  çıxarıb, əda-
ləti bərpa edəcəyimə anamın canına and ver-
mişdim.  Bilirəm  ki,  yetimsən.  Narahat  olma, 
bacın  da  yaxşıdı.  Elə  indi  onun  yanından 


 
144 
gəlirəm.  Sənə  salam  deyirdi  və  dedi  ki,  ona 
deyin ki, onu çox sevirəm.  
 
-Siz,  amma...  Məni  bağışlayın.  Sizi  təh-
qir etmişdim.  
 
-Eybi yox. Mərd oğlansan, bilirəm ki, bu 
hadisə  bilinsə,  başım  yaman  ağrıyacaq,  am-
ma, yenə  də olsun. Sən Bakıda görünmə. Elə 
indi  səni hava  limanına aparıram. Hamı  səni 
içəridə biləcək, yasın bitsin gəlib avtomobili-
ni  də  şöbədən  götürərsən.  İndi  get  dostun 
Rəşadın  yasına.  Üzgünəm  buna  görə.  Allah 
rəhmət  eyləsin.  Maraqlandım  ki,  şairdi.  Heç 
cür başa  düşə bilmirəm,  insanlar  özünü niyə 
öldürür?  
 
-Siz  Rəşadı  tanısaydınız,  bəlkə  də  onu 
başa  düşərdiniz.  Elədiklərinizə  görə  sizə  hə-
qiqətən  minnətdaram.  Dənizi  də  gedib  gör-
müsünüz  və  bu  elədiyiniz.  Heç  vaxt  unut-
mayacam. Bilmədiniz bacımın xəstəliyini?  
 
-Bildiyini  sanırdım.  Yəqin  səndən  də 
gizlədiblər.  O  qədər  ömrü  qalmıyıb.  Sayılası 
günləri  var.  Tez  qayıtsan  yaxşıdı.  Vərəmdi 
Dəniz. Məşhur bir həkim var Günel həkim. O 


 
145 
da Naxçıvanlıdı. Onunla da görüşdüm. Dedi 
ki, artıq  nə isə  etməyin mənası yoxdur. Çox-
dandı  ki,  bu  xəstəlikdən  əziyyət  çəkir.  Bi-
bisindən  keçib  və  bu  ayın  axrına  çıxıb-çıx-
mayacağı sual altındadı.  
 
Nihad  daha  dinmədi.  Artıq  bilirdi  ki, 
niyə  o  Dənizdən  belə  bir  münasibət  görür. 
Artıq səbəblər  ortalıqda  idi  və gizlədiləsi heç 
nə  qalmamışdı.  Heç  cür  bu  olanları  anlaya 
bilməyən Nihad özünü təqsirkar sayırdı.  
 
-Hər  şeyin  səbəbkarı  mənəm.  Hara  ge-
dirəm  özümlə bərabər ölüm aparıram. Bəlkə 
də  elə  Əzrayılam.  Bu  necə  həyatdı  axı?  Ət-
rafımda  olan  hamını itirirəm.  Axı  niyə məhz 
mən?  Doğulduqdan  bəri  itirməyə  məhkum 
olmuş  mən,  hələ  də  itirirəm.  Qazancım  bol-
luca  kədər  və  göz  yaşı  olub.  Çox  təəssüflər 
olsun ki, mən yaşayıram. Kaş ətrafımda sev-
diklərim  sağ  olaydı  və  mən  ölərdim.  İndi 
mən  nə  edəcəm?  “Mənim  həyatım  günəşi 
olmayan, ayı olmayan, ulduzu olmayan qa-
ranlıq küçələrdən ibarətdir. Əlimdə fənərlə 
nə qədər uzağa gedə bilərəm, bilmirəm.. . ” 


 
146 
 
Budur  hava  limanı,  düş  Nihad.  Pasa-
portunda  məndədi.  Maşından  götürmüş-
düm.  Al, keç içəri  ikinci kassaya yaxınlaş  və 
deyərsən  ki,  Məhərrəm  müəllimin  tapşırdığı 
oğlan mənəm. Biletini al,  sənə yaxşı yol. Pu-
lun var?  
 
-Hə  rəis,  çox  sağolun.  Tanrı  sizi  hifz 
etsin.  
 
-O  nə  deməkdi,  al  pasaportunu,  bu  da 
telefonun. Yaxşı yol.  
 
Nihad  əlini  cibinə  atdı.  Bilirdi  ki,  pulu 
azdı.  Qayıdanda  evə  qoymuşdu.  Birdə  qayı-
dıb  getsəydi  şəhərə,  pul  götürüb  gəlsəydi, 
təyyarəyə yubanacaqdı. Pasaportu cibinə qo-
yub  bir  taksiyə  əl  edəcəkdi  ki,  pasaportun 
içindən  iki  ədəd  qırmızı  yüzlük  düşdü.  Ni-
hadın  əli  ağzında  qalmışdı.  Belə  bir  dövrdə 
belə bir insan  tanıması onu çox  sevindirmiş-
di. Tələsik rəis deyən kimi kassaya yaxınlaşdı 
və  ardıcıl  olaraq  Məhərrəm  müəllimin  adını 
verib  bileti  aldıqdan  sonra  təyyarəyə  tərəf 
addımladı. Palasaya yaxınlaşmışdı ki, telefo-
nu zəng çaldı. Tanış olmayan bir nömrə idi:  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə