Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə25/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   21   22   23   24   25   26   27   28   ...   38

 
135 
Atamı isə çox istəyərdim.  
 
-Səni üzdüyüm üçün çox üzgünəm.  
 
-Yox, bunları bilməyə haqqın var..  
 
-Sıxılmırsan?  
 
-Yox sənin yanında heç vaxt sıxılmıram. 
Sən mənim qardaşımsan.  
 
Nihad  üzünü  o  tərəfə  tutdu  və  əsəbi 
halda deyindi: Yox bir atanam.  
 
Çox keçmədi ki, avtomobili  işə  saldı  və 
Dənizi evə aparmaq üçün Nihad yola düşdü. 
İrəlidə  yolu  dönərkən  Rang  Rover  markalı 
bir cip elə sürətlə avtomobilə qarşı gəlirdi ki, 
Nihad  sıxdığı  əyləcin  səsi  qulaq  batırdı.  Ni-
had  mühərriki  söndürdü,  aşağı  düşüb  cipi 
sürən cavan oğlana:  
 
-Adam  kimi  sür!  Sürə  bilmirsən  sürmə 
bu zibili.  
 
Heç  nə  olmamış  kimi  avtomobildən 
düşməyən  qaqaş  pəncərəni  yarıya  qədər  en-
dirib:  
 
-Sən  avtomobilə  təkərli  ev  deyirdin, 
mən  avtomobil  sürürdüm.  Körpə!  Sür  get. 
Sən tanısan mən kiməm, qabağımda iki rükət 


 
136 
namaz qılarsan.  
 
Nihad  Range  Roverin  qapısını  açdı,  bu 
cavan oğlanı əli ilə aşağı endirib it balası kimi 
döyməyə başladı. Dəniz bunu görüb qaçaraq 
gəldi, Nihadın əllərindən  tutdu  və ağlamağa 
başladı.  Dənizin  göz  yaşlarını  görən  Nihad 
qana  bulanmış  əllərini  cavan  oğlanın  üzə-
rindən çəkib, Dənizdən aldığı dəsmal ilə əllə-
rini  sildi.  Kənardakı avtomobildən  də  düşüb 
gələnlər  olmuşdu.  Nihada  Rang  Roverin 
nömrəsini  göstərən  orta  yaşlı  bir  kişi  asta 
səslə Nihada pıçıldadı:  
 
-Gec olmamış burdan qaç, oğul!  
 
Nihad uca səslə elə qışqıra-qışqıra danı-
şırdı ki, yazıq kişi heç nə deyə bilmədi:  
 
-Bu  kimin  küçüyüdü  bilmirəm,  getsin 
qurban  olsun  bu  qıza,  öldürənə  qədər  döyə-
cəkdim.  
 
Əli ilə avtomobili işarə edib, Dənizə keç 
əyləş  kimi  işarə  etdi.  Və  özü  də  avtomobilə 
oturub elə qaza basdı ki, asfaltdan çıxan səsə 
ətrafdakı  quşlar  uçuşdu.  Elə  az  getmişdi  ki, 
irəlidə  polislər  avtomobili  saxladı  və  qapını 


 
137 
açıb heç  nə  soruşmadan bizimlə gəlirsən de-
di.  
 
Nihad əli ilə Dənizi göstərdi:  
 
Bacımdı  aparım  evə  sonra  istədiyiniz 
yerə gələrəm.  
 
-Yox elə indicə, bacın da bizimlə gəlir.  
 
-Onun  nə  günahı  var  axı  icazə  verin. 
Qayıdacam. Necə insansınız?  
 
-Kəs  səsini,  oğrəş.  Nə  bacı,  o,  da  fahi-
şəndi yəqin.  
 
Nihad lənət kor şeytana deyib polisə elə 
bir  yumruq  ilişdirdi  ki,  polis  necə  yerə  düş-
düsə ayağa qalxa bilmədi. Yer təmiz al qana 
bürünmüşdü.  Digər  polislər  isə  Nihadı  elə 
döydülər ki, tərpənməyə halı yox  idi. Dənizi 
də, Nihadı da polis maşınına oturdub şöbəyə 
apardılar.  
 
 
 
 
 
 


 
138 
ƏN BÖYÜK QATİLDİ  
HƏYAT... 
 
 Deyin nəyi səhv etmişəm?  
 Ülgüc üstə yerimişəm,  
 Tək günahım demək budu:  
 Mən həyata gecikmişəm.  
 
 
Nihad  gözünü  açanda  dəmir  barmaq-
lıqlar  altında  idi.  Ayağa  qalxdı  və  ilk  sözü 
Dəniz  oldu.  O  qədər  vurmuşdular  ki,  başın-
dan  şiddətli  bir  ağrı  qalxmışdı.  Xidmətçi 
polisi çağırdı və izahat istədi.  
 
-Ayılmısan  deyəsən  qoçu.  Rəis  də  səni 
gözləyir elə. Buynuzlarını kəsəcək. Gəl.  
 
Qapını açdı, qandallı əllərindən yapışıb 
rəisin  otağına tərəf apardı. Gözlə burda. Qa-
pını  döydü,  içəri  keçdi  və  dərhal  çıxdı.  Ha-
disə  olub,  rəis  içəridə  yoxdu.  Gedib  hadisə 
yerinə, bu gün qaldın burda. Onsuzda elə bir 
qələt  eləmisən  ki,  bir  aydan  az  müddətdə 
çıxmazsan burdan.  
 
-Heç olmasa mənə bacım haqda danış, o 
hardadır?  


 
139 
 
-Hə, səninlə bərabər gətirilən qız. Bir az 
oturmuşdu ki, burnundan qan açıldı, qaldır-
dılar xəstəxanaya. Allah köməyiniz olsun.  
 
-Nə? Niyə? Xahiş  edirəm buraxın məni. 
Ora getməliyəm.  
 
-Nə  buraxmaq?  Xəstəsən?  Deyirəm  ən 
azı  bir  ay  burdasan,  hələ  oda  bir  az  maya 
versən.  Yoxsa  bir  ildən  tez  çıxmassan.  İt  ba-
lası  kimi  əzdiyin  bilirsən  kimidi?  Nazirin 
oğlu.  Hələ  döydüyün  polis..  Eee  getdi  sənin 
azadlığın.  
 
-Əcəb  eləmişəm,  yenə  olardı  yenə  dö-
yərdim.  Özlərini  yer  üzünün  padşahı  sayır-
lar.  Ya  peyğəmbərdilər?  Bəlkə  elədi  biz 
bilmirik? Hər kimdi, xahiş edirəm heç olmasa 
icazə verin zəng edim.  
 
-Yaxşı, amma, beş dəqiqən var. Rəis bil-
sə məni  işdən çıxarar, amma, qardaşsan mə-
nim  də  bacım  var,  ürəyim  yandı.  Cəmi  beş 
dəqiqə, heç kim bilməsin ha.  
 
-Sağol, çox sağol.  
Nihad  dərhal  Dənizin  nömrəsini  yığdı,  am-
ma, xəttin digər tərəfindən:  


 
140 
 
-Zəng  etdiyiniz  nömrəyə  zəng  çatmır, 
telefon ya söndürülüb ya da əhatə dairəsi xa-
ricindədi.  
 
-Nihad dərhal Rəşadın mobil nömrəsini 
yığdı  və  o  zaman  da  eyni  tonu  eşidəndə  az 
qaldı başına hava gəlsin. Birdən yadına neh-
rəmli Vahid  düşdü, tez  ona zəng  etdi ki, Rə-
şadı tapsın  və olan bitəni  ona danışsın.  Ahan 
deyəsən bu çağırırdı.  
 
-Alo,  Vahid  mənəm  Nihad,  Rəşad  har-
dadı?  
 
-Alo, qırıq səslərlə, hardasan? Niyə tele-
fonuna  zəng  çatmır?  Səhərdən  sənə  əlli  dəfə 
zəng eləmişəm. Qayıt Naxçıvana, Rəşad özü-
nü asıb.  
 
-Nə?  
 
Telefonun  dəstəyi  necə  əlindən  yerə 
düşdüsə  nəzarətçi  dik  atıldı.  Və  ardınca  Ni-
had  da  özünü  saxlaya  bilmədi  və  yerə  ya-
pışdı.  
 
Ayılanda  əlini  başına  qoydu  və  uşaq 
kimi  ağlamağa  başladı.  Axı  niyə?  Niyə  belə 
olmalı  idi.  Axı  Rəşad  onun  ən  yaxın  dost  və 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə