Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə23/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   19   20   21   22   23   24   25   26   ...   38

 
124 
DÜYÜNLƏNƏN BƏXTİM... 
 
 Bir olmazı sevirmişəm,  
 Nəyim varsa itirmişəm,  
 Qazancımsa bir söz olub:  
 Mən həyata gecikmişəm.  
 
 
Hər  kəs  evlərinə  dağılışdı.  Nihad,  Rə-
şad  və  Dəniz  bir  otaqda  idilər.  Dəniz  başını 
Nihadın dizinə qoyub yatmışdı. Rəşadla söh-
bətləşən  Nihad  bir  az  keçdikdən  sonra  so-
ruşdu:  
 
-Rəşad Dəniz haqda nə düşünürsən?  
 Həqiqətən  yaxşı  qızdı,  çox  xoşuma  gəldi. 
Bilmirəm  fərqli  birinə  bənzəyir.  Həm  elə  in-
diki zamanda belə bir qız tapmaq çox çətindi.  
 
-Hə  elədir.  Əsl  evləniləsi  qadındı.  Nə 
danışır, nə dinir. Zarafatı bir yana bu qızı çox 
sevirəm.  Artıq  bilirəm  ki,  o  məni  heç  zaman 
sevmiyəcək.  Səbəbini  də  gizlədir.  Nə  isə  bir 
şey var, amma, bilmirəm, nədi..  
 
-Əslində,  mən  də  bir-iki  şeydən  şübhə-
lənmişəm, amma, nə  deyim. Günahın almaq 
istəmərəm.  Həm  məncə  o  qızı  sevmə.  Sonra 


 
125 
peşmaçılıq  çəkəcəksən.  Unut  getsin,  sadəcə 
dost ol.  
 
-Səndə?  Bağla  söhbəti,  sabah  gedirəm. 
Qayıdım  Bakıya  görüm,  bir  həftədən  sonra 
da  Orxan  gələcək.  Sənə  danışmışdım  axı 
Orxandan. Xatırlıyırsan?  
 
-Hə,  xatırlıyıram.  Yaxşı  oğlan  idi,  gö-
züm tutmuşdu. Hardadır ki?  
 
-Parisə getmişdi ailəsi ilə birlikdə.  
 
-Hə, sağ-salamat qayıtsınlar.  
 
-Amin, dur!!!!!Tez ol!!! 
 
-Bismillah,  nə  oldu?  Telefonunun  üs-
tündə oturmuşam?  
 
-Yox,  yadında,  demişdin  Nazilə  xala, 
mənə məktub qoyub.  
 
-Hə yaxşı yadıma saldın. Gözlə gəlirəm.  
 
-Rəşad  gələnə  qədər  Dəniz  oyanmışdı. 
Rəşad gəldi, məktubu  Nihada uzatdı.  Nihad 
məktubu  alıb  elə  tələsik  cırdı  və  açdı  ki,  Rə-
şad  və  Dənizin  gözləri  bir-birinə  tuş  gəldi. 
Vərəqi açan kimi əlinə bir açar  düşdü. Bir  də 
məktub:  
 
-Salam  oğlum.  Bu  məktubu  oxuyur-


 
126 
sansa  deməli  mən  ölmüşəm.  Həyat  ölümlü-
dü.  Bilirəm  uşaqlarla  bir  yerə  yığışdınız,  yə-
qin ki, gəzməyə də getdiniz. Burdan  sizə ba-
xıram. Siz mənim canımdan  olmayan, canım 
qədər  sevdiyim  övladlarımsız.  Sizə  heç  vaxt 
yalan danışmamış və sizdən heç nə gizlətmə-
mişəm.  Bu  gün  sənə  bu  məktubu  yazmaqda 
borclu  idim.  Səndən  saxladığım  bir  şey  var. 
Mən sənin ailəni tapmışdım. Sən bura gələn-
də boynundan bu açar iplə asılmışdı. Amma, 
heç  vaxt  bu  açarın  nə  olduğunu  bilmədim. 
Sənin  heç  fəxr  ediləsi  bir  ailən  olmuyub. 
Keçmişi  bir  gün  tanıyacaqsan  və  tanıdığına 
peşman olacaqsan. O sənə yalnız göz yaşı  və 
kədər  gətirəcək.  Çalış  qaç  ondan.  Sənə  bu 
haqda heç nə danışmayacam. İstəmirəm sənə 
bunları  danışan  mən  olum.  Sadəcə  bil  ki, 
keçmişin  çox  çirklidi.  Sən  çox  təmiz  və  xoş-
bəxt  ola  biləcək  birisən.  “Xoşbəxtlik  insana 
layiq  olduğu  qədər  yaxındı”. Sənsə  buna  la-
yiqsən.  Məni  bir  gün  bağışlayacağına  inanı-
ram.  
 
Hamısı artıq susanı 15 dəqiqə olmuşdu. 


 
127 
Əlinin  içində açarı  sağa-sola  döndərən Niha-
dın gözləri  dolmuşdu.  Heç  nə deyə bilmirdi. 
Neçə  ildir,  tanımaq  istədiyi  keçmişini  bilən 
biri  ona  heç  nə  deməmişdi  və  niyə?  Dediyi 
qədər pis bir ailəsi  olsa belə,  onu öyrənməyə 
haqqı  vardı.  Həyatında  yenə  bilinməyən 
rüzgarlar əsirdi. Bu dəfə isə qorxulu bir tufan 
yaxınlaşırdı. Hələ pis günlər qabaqda idi...  
 
-Rəşad sən nə düşünürsən?  
 
-Nə bilim, heç nə deyə bilmirəm. Bəlkə..  
 
-Yox  Rəşad  Nazilə  xala  günahkardı. 
Mən ona haqq vermirəm.  
 
-Niyə, axı heç nə bilmirsən?  
 
-İş  orasındadı  ki,  heç  nə  bilməməyimə 
görə günahkardı. Mən  illərdir  marağında  ol-
duğum  ailəni  tapmaq  istəmişəm.  Pis  ya  da 
yaxşı,  bunun  necə  olacağına  mən  qərar  ver-
məli  idim. Nə bilim e, həyat. Geriyə qaytarıb 
soruşan  deyiləm,  indi  axtarmalıyam  ki,  bu 
açar  niyədi  və  nə  üçündü?  Bunların  hamı-
sının məntiqi bir izahı olmalıdı. Mənə kim nə 
deyir  desin,  pis  bir  ailəmin  olduğuna  inan-
maq  istəmirəm.  Heç  vaxt  onları  qınamamı-


 
128 
şam. Çünki, haqlarında heç nə bilmirəm.  
 
Dəniz  demək olar ki, hər  şeyi başa  düş-
müşdü  və  bayaqdandı  telefona  yazdıqlarını 
ona uzatdı:  
 
Həyat  bir  avtomobil  kimidir.  Sənin  hə-
yatın  sənin  avtomobilindir.  Sükanda  sən  əy-
ləşmisən.  İstədiyin  yerdə  avtomobili  dağıda 
bilər, yolunu  döndərə bilərsən. Və ya aşırdıb 
həyatına son qoya da bilərsən. Yollarını özün 
istədiyin  kimi  gedirsən.  Amma,  bəzən  istə-
nilməz,  görünməz  qəzalar  olur.  Tanımaq  is-
tədiyin keçmişin bəlkə də sənin yolunu kəsə-
cək  və  ya  sənin  üçün  heç  də  düşündüyün 
kim  yaxşı  olmayacaq.  Bu  sənin  arzundur, 
çoxdankı  arzun.  Həyatda  hamının  hər  istə-
diyi olsa bir düşün həyat necə maraqsız olar.  
 
Bunları oxuduqdan sonra telefonu Rəşada 
uzatdı, Rəşad da oxuduqdan sonra çox sevindi 
və ardınca telefona nə isə yazıb Nihada uzatdı:  
Bax biri olanda biri də olmur,  
Niyə səninkilər həmişə olsun?  
Qoy elə hər zaman pis arzuları,  
Yaradan bilərək ürəkdə qoysun.  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə