Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə2/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   2   3   4   5   6   7   8   9   ...   38

 

Ailəsi  ilə tanış  olmaq ona qismət  olmamışdı. 
Körpələr  evində  böyümüşdü.  Orta  təhsili 
vardı. Onu tanıyan bir kimsə yoxdu, eləcə də 
ailəsini.  Deyilənə  görə  o  vaxt  Bakı-İrəvan 
qatarında  tapmışdılar  Nihadı.  Hələ  təzə 
vaxtlar,  müharibə  olmamışdan  çox  əvəllər, 
Bakı-İrəvan  qatarı  Naxçıvandan  keçirdi. 
Qatar növbətçisi bu balaca körpəni tapmış və 
lazımi  orqanları  xəbərdar  etmişdi.  Qatarda 
olanlardan  bir  səs  çıxmadıqdan  sonra 
körpəni  kimsəsizlər  evinə  verməyi  qərara 
almışdılar.  Bu  adı  isə  Nihada  kimsəsizlər 
evinin  müdirəsi,  anası 
Nazilə  xanım 
qoymuşdu.  Bu  qadın  dul,  uşaqları  olmayan 
yaşlı  bir  qadın  idi.  Yoldaşını  isə  cavan  bir 
yaşda 
avtomobil 
qəzasında 
itirmişdi. 
Yoldaşının adı Nihad idi. Elə ona görə də bu 
oğlan  uşaqının  adını  Nihad  qoymuş  və  ona 
digər  uşaqlardan  fərqli  olaraq  xüsusi  bir 
diqqət  ayırmışdı.  Onu  çox  sevərdi,  hətta  bir 
dəfə  onu  uşaqlığa götürmək  istəsə də  sonra-
dan  digər  uşaqlara  pis  nümunə,  pis  ana  ol-
mamaq  üçün  bunu  etməmişdi.  Nihad  haq-


 

qında  çox  araşdırmalar  aparmış,  onun  hansı 
ailəyə  məxsus  olması,  heç  olmasa  soyadını 
bilmək  istəmişdi.  Lakin  bu  axtarışlar  heç  bir 
nəticə  verməmişdi.  Aidiyyatı  olan  orqanlar 
da bu körpə haqqında heç nə tapa bilməmiş-
dilər.  Heç  Nihadın  dəqiq  yaşı  da  bilinmirdi. 
Sanki  bu  kiçik  bir  oyun  idi,  qabaqcadan 
hazırlanmış mükəmməl bir plan. Soyadı, adı 
olmayan bu körpəni kim belə  insafsızca tərk 
etmişdi? Kim öz canından  olan canı belə tərk 
edə  bilərdi?  Hansı  bir  ana?  Hansı  bir  ailə? 
Ana  olmaq  istəyən  o  qədər  qadın  varkən... 
Övlad  sahibi  olmaq  istəyən  o  qədər  ailələr.. 
Həyat..  Qəribə  həyat.  Kimini  tufana  salaraq 
özünə  küsdürən,  kimini  yağışa  tutaraq  ağla-
dan,  kiminin  yanaqlarına  təbəssüm  hopdu-
ran  həyat.  Nihada  isə  həyat  körpəlikdən 
gülməmişdi,  amma,  o  gülməyi  bacarırdı  və 
sevirdi.  Nihad  həyatı  dərk  edəndən  bəri  bir 
söz deyirdi: “Mən həyata gecikmişəm...”  
 
 
 


 
10 
HƏYATIMIN DƏYİŞDİYİ GÜN... 
 
 Mən hamıdan seçilmişəm,  
 Heç də fərqli deyilmişəm,  
 Zaman adlı qaçaqaçda,  
 Mən həyata gecikmişəm..  
 
 
Nihad  təəccüblə  qutunu  stolun  üstünə 
qoyaraq ona baxırdı. O, Bakıda idi. Bura təh-
lükəli  yerdi.  Naxçıvandan  fərqli  olaraq  bura 
paytaxtdı.  Ərazisi  böyükdü  və  əhali  qədər 
fərqli  insanlar,  əcnəbilər  çoxdu.  Naxçıvanda 
tam fərqli həyat  tərzinə öyrənən  Nihad bura 
gec də  olsa  vərdiş  etmişdi.  Ağlına başqa  şey-
lər  gəlməyə  başladı.  Özünü  toplayaraq  qu-
tunu  açdı.  Bir  vərəq  və  bir  saat.  Doğum  gü-
nün mübarək!  Tələsmə, Sən həyata gecikmə-
misən..  Nihadın  əlləri  əsirdi,  göz  yaşlarını 
saxlaya  bilmədi  və  hönkürərək  ağladı.  Axı 
onun  heç  bir  doğum  günü  də  yox  idi.  Axı 
onun nə  vaxt  doğulmasından xəbəri  olan bir 
kimsə  yox  idi.  Onun  keçmişini  bilən  bir 
kimsə.  İçində  ümid  cücərməyə  başladı  və 
dedi:  “Bəlkə  elə  doğurdan  da  mən  həyata 


 
11 
gecikməmişəm?..” 
 
Nihad əl-üzünü yuyaraq  divanda  otur-
du və düşünməyə başladı. Bəlkə, bu səhvliklə 
gəlib? Axı bu da ola bilməzdi, o söz, o yazılan 
söz  ona  ismarıclanmışdı.  Axı  o  həmişə  bu 
sözü  deyirdi.  Həm  indiyədək  onun  doğum 
gününü bilən bir kəs yoxdu axı. Bu kimdisə, 
Nihadın  qaranlıq  qalan  bütün  suallarına 
bəlkə  də  tək  cavab  idi.  Nihad  sevincindən 
ağlayırdı,  harda  itirdiyini  belə  bilmədiyi 
keçmişini  bu  gün  Bakıda,  kirayə  qaldığı  bir 
otaqlı  evdə  tapmağa  çox  yaxın  idi.  Birdən 
Nihad  telefonu  tez  götürüb  saata  baxdı,  işə 
yubana  bilərdi.  Yenicə  qazandığı  işi  itirmək 
istəməzdi. 8:30, 20:03: 2010.  
 
Nihad  saatı  götürdü  və  diqqətlə  onu 
süzməyə  başladı.  Bu  bilinirdi  ki,  çox  dəyərli 
bir  qızıldır.  Onu  qoluna  taxaraq  tələsik  qazı 
yandırdı, çaydanı  üstünə qoyub hamama tə-
rəf  yüyürdü.  Sevincindən  saatı  belə  çıxart-
madan bir daha əl-üzünü yudu və otağa keç-
di.  Sonradan  fərqinə  vardı  ki,  saatı  qolunda 
imiş  və  xoşbəxtlikdən  saat  su  keçirmirdi. 


 
12 
Saatı dəqiq quraşdıraraq, çayını içdi, yeni al-
dığı dəst kostyumu geyinərək evdən çıxdı.  
 
İşə çatan kimi:  
 

Salam,  hamıya  salam”deyərək  otağına 
keçdi.  İdarədə  hamı  susub qalmışdı. İki aydı 
ki,  Nihad  burda  işləyirdi,  amma,  heç  vaxt 
içəri  keçərkən  heç  kimə  salam  verməmişdi. 
Əksinə  hamı  onu  salamlayar  və  kefini  soru-
şardı. Az vaxt olmasına baxmayaraq hamının 
hörmətini  qazanan  bu  gəncin  səhərki  bu 
salamı  bütün  heyəti  sanki  qısa  bir  susqun-
luğa  sürükləmişdi.  Hamı  öz-özlüyündə  sual 
verirdi,  görəsən  nə  olub?  Artıq  cavab  versi-
yaları  vardı.  Yəqin  ki,  özünə  yaxşı  bir  qız 
tapıb tezliklə  evlənir. Bəlkə, Nazilə ana gəlib 
Bakıya? Yox-yox  o qocalıb,  özünü ancaq do-
landırır.  Kimisi  isə  deyirdi:“Bəlkə  bu  gün 
onun doğum günüdü???... ” 
 
Qapı  döyüldü.  Olar  içəri?  -deyərək  Or-
xan  tələsik  Nihadın  otağına  daxil  oldu.  Ni-
had mən gec gəldim bir az. Bütün idarə  sən-
dən danışır. Səndən çıxmayan  iş, nə olub ha-
mıya  salam  vermisən?  Nihad  özünü  saxlaya 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə