Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə9/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

 
45 
bılarının  təxmini  ölçüsünü  bilirdi.  Elə  bunları 
xatırlarkən qapı açıldı:  
 
-Nə var, nə istiyirsən?  
 
-Salam, Mahirə qonşu, Fərid evdə?  
 
-Tutaq  ki,  əleykə  salam,  ə  belə  tutaq  ki 
evdə.  
 
-Yaxşı  onda  tutaq  ki,  bu  ayaqqabıları 
Fəridə  verərsiz,  ona  bir  ayaqqabı  alacağıma 
söz vermişdim.  
 
-Hə,  yaxşı  sağol  da.  Ver  bura.  Getdin 
yuxarı, salamat..  
 
-Belə  səmimi,  belə  maraqlı  qonşuları 
olan bir binada yaşamaq  özü  də bir xoşbəxt-
likdir. Nihad qapını açdı, evə girdi və elə yo-
rulmuşdu  ki,  divanda  necə  yatdı  xəbəri  belə 
olmadı.  Səhər  ayılanda  saat  8-di.  Başı  çatla-
yırdı.  Durdu  dərhal  siqaret  çəkdi  və  artıq 
qonşuda  olanlar  olmuşdu.  Heyf  bu  dəfə 
olanları  eşidə  bilmədi.  Tez  vanna  otağına 
keçdi  əl-üzünü  yuyub,  paltarlarını  geydi  ve 
baxdı  ki,  artıq  saat  8:40-dı.  O  dərhal  ayaq-
qabılarını geyinib evdən çıxdı.  Təlaşdan  saç-
larını  belə  daramamışdı.  İşə  yaxınlaşanda 


 
46 
anladı ki, işdə nə isə olub. Polislər, ambulans 
və xidməti  heyət hamı çöldədi. Orxanı uzaq-
dan görüb ona tərəf qaçdı:  
 
-Salam Orxan, nə olub?  
 
-Kazım  dayı.  Bizlərə  ömür.  Yaxşı  insa-
nıydı. Elə nəzarət otağındaca keçinib.  
 
-Allah  rəhmət  eləsin.  Məkanı  cənnət 
olsun. Ölüm haqqdır.  
 
-Kimi-kimsəsi  də  yoxuydu  bu  kişinin. 
İndi bunun yasını kim götürəcək. Bu  dövrdə 
Bakıda ölməkdə günahdı vallah.  
 
-Biz  bir  şey  fikirləşərik,  ölüsü  yerdə 
qalmayacaq ki.  
 
-Əslində müdir də dedi- hər cür yardım 
etməyə  hazıram.  İnanıram  ki,  o  hamısını  öz 
üzərinə götürəcək. Çox xeyirxah adamdı.  
 
-Hə Qərib müəllim, yaxşı insandı. Allah 
canına sağlıq versin.  
 
-Amin.  
 
Bir  neçə  gün  Nihadın  başı  bu  yasa  elə 
qarışmışdı  ki,  evdən  xəbəri  də  olmurdu.  Or-
xangildə  gecələyir,  evə  getməyə  macal  tap-
mırdı.  Dostu  Rəşadla  da  görüşə  bilməmişdi, 


 
47 
amma,  kitabını  göndərmişdi  tanışlarla.  Neçə 
gündü  heç köz  dönərə  də getməmişdi. O qız 
haqda  düşünür  ya  da  elə  bu  saat  məsələsin-
dən  də  bir  səs  çıxmamasından  narahat  olur-
du. Yas qurtardı,  Nihad  evə qayıtdı. Üç gün 
olmuşdu  artıq  evə  gəlmirdi.  Qapını  açmaq 
istədi, amma, qapı açıq idi.. .  
 
Qorxa-qorxa içəri keçdi. İstədi tələsik polis 
çağırsın,  amma,  evə  boylandıqda  hər  şeyin 
qaydasında olduğuna güman edib, içəri keçdi:  
 
-Kim  var?  Səninlə  deyiləm.  Çıx  çölə. 
Kimsən səs çıxar.  
 
Bir  səs  gəlmədi.  Bütün  evi  gəzdikdən 
sonra  evdə  heç  kimin  olmadığını  görüb  sa-
kitlədi. Amma, tərs gedən bir şey vardı, yataq 
otağında  kimsə  onun  şəxsi  əşyalarını  qur-
dalamışdı.  Bəzi  şəkillər  yoxdu.  Ən  qəribəsi, 
qorxulusu  və  ürkütücü  olanı  isə yataq otağı-
nın  divarından yeni bir  saat asılmışdı. Nihad 
az  qalırdı  qorxudan  şəkər  olsun.  Axı  bu  nə 
oyundu,  bu  nə  zarafatdı?  Evi  dörd  dolandı, 
başqa heç nə tapmadı və usta çağırıb qapının 
kilidini  dəyişdirdi.  Divanda  uzanıb  əlinə 


 
48 
qeydlər aldığı  dəftəri alıb  vərəqlədi. İlahi, bu 
nədi,  gözləri  bərələ  qalmışdı.  Tanış  olmayan 
bir hüsnü-xətlə dəftərin son yazısının altında:  
 

Biz  bəzən  tanıdıqlarımızı  tanımadı-
ğımız vaxt onları tanıyarkən sevdiyimizdən 
daha çox sevirik.. ”-sözləri yazılmışdı  və ar-
dınca: “Keçmişini tanımırsan, amma, tanıma-
ğına az qalıb”. 
 
Yerindəcə buz kəsmiş Nihad heç nə  de-
mədən  bir  saat  dona  qaldı.  Axı  bu  nə  de-
məkdi,  bu  kimdi?  O  qədər  sualı  vardı  ki. 
Sanki,  həyat  dolanır,  gəzir,  gəlib  Nihadla  cı-
ğal oyun oynayırdı. Gecəni  stresdən yata bil-
mədi  ki,  bilmədi.  Birdən  dostunun  yazdığı 
şeir  kitabı  yadına  düşdü.  Onu  qoyduğu  ma-
sanın  üzərindən  alıb,  vərəqləməyə  başladı. 
Adı  çox  maraqlı  olan  şeir  kitabında  nədənsə 
bizlər  ilk  mündəricatda  bu  adı  axtarırıq. 
Ahan, budur tapmışam: səhifə 66.  
 
Ölümü gözləyən adam 
 
O ölümü gözləyən bir adamdır.  
Vağzallar qatarı gözləyən kimi.  


 
49 
Ölümü gözləyir yaşamaq üçün,  
Bir ana bətnində gözləyən kimi..  
 
Əslində ölübdü, artıq yaşamır,  
Axı o bilir ki, hər ölüm haqqdı.  
Əcəli gəlmədən ölümə qaçmaq,  
Ölüm haqq olsada böyük nahaqdı.  
 
Nə qədər ölümə dəvət göndərib,  
Dəvətsiz ölümdən sən həmişə qorx.  
Ölümü səsləyən bir adamdı o,  
Ölüm harayına səsverəni yox.  
 
Bəs nədir qəlbində bu ölüm eşqi?  
Həyat məhəbbətin bəs niyə aşır?  
Həyatın son sözü qurtaran anda,  
İnsanla təkbətək ölüm danışır.  
 
Ölümü gözləyən adamlar üçün,  
Ölüm bir xilasdı, bir zülüm deyil.  
Hər ölüm hardasa bir ayrılıqdı,  
Ayrılıq hər zaman bir ölüm deyil.  
 
Körpə tək ağlayır məsum gözləri,  
Ağlama, nə olar, yazıq gözünə,  


 
50 
İlahi, tək səndən bir arzum budur,  
Ölüm gözləyəni çatdır ölümə.  
 
Yanlışmı deyirəm, səhvmi deyirəm?  
Sənin yaşamağa bir səbəbin var.  
Əgər yaşasalar məyus olarlar,  
Ölümü gözləyən yaxşı adamlar.  
 
Görürsən, həyatın dənizi duzlu,  
Yağışı çirklidi, insanlari tək.  
Ölümü gözləyən adam yaraşmır,  
Həyata, bir gülün tikanlari tək.  
 
Dəqiqlik cibdədi, neçə yalanın,  
Neçə bəlkələrin çirkin üzlüyür,  
Ölüm də görüşə yubandı artıq,  
İndi o qəfildən ölüm gözlüyür.  
 
İnsan bir iynədi, günahlar sapı,  
Toxuyub o artıq özünə kəfən,  
İstəmir daha o toxusun axı,  
Hansı ki, o adam ölüm gözləyən.  
 
Həyat dəftərində drama yazan,  
Mən belə həyata yadam yazılsın.  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə