Mən həyata geciKMİŞƏM…



Yüklə 2,15 Kb.

səhifə1/38
tarix28.06.2018
ölçüsü2,15 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   38


TURAL HƏSƏNLİ 
 
 
 
 
 
 
 
 

MƏN HƏYATA 
GECİKMİŞƏM…” 
 
 
 
 
 
 
 
 
 
 
Naxçıvan-2010 


 

 
 
 
 
 
 
 
 
 
Tural  Həsənli  “Mən  həyata  gecikmişəm…” 
(roman),  Нахчыван-2010, “Яжями” Няшриййат-Полиграфийа 
Бирлийи, 224 сящ.
 
 
 
 
 
 
 
 
 
 
 
4700000000 
  053-2010 
 “ßæÿìè” 2010.
 
 


 

ÖN SÖZ 
 
Yəqin  ki,  ön  sözdə  kitabın  müsbət  və 
mənfi  cəhətlərindən  danışıb,  yazıçının  qələ-
minin  nə  qədər  güclü  olub  olmadığından 
bəhs etməli  idim.  Amma,  Tural  Həsənli haq-
da bir yazıçı kimi yox, bir insan kimi bir neçə 
kəlimə  söz  yazmaq  istəyirəm.  Turalı  mən 
Naxçıvanda  əsgərlikdə  olarkən  tanıdım. 
Günlərin bir günü əlində bir zənbil meyvə və 
kökə  ilə  bir  oğlan  məni  tikanlı  hasarın  qar-
şısında  səslədi.  Bir  əsgər  üçün  bu,  dünyada 
ən xoşbəxt anlardan biri  olur. Yaxınlaşıb  da-
nışandan  sonra  anladım  ki,məni  qiyabi  tanı-
yır və sənətimi dəstəkləyir. Beləcə Turalla bi-
zim dostluğumuz başladı  və hər dəfə  onunla 
görüşəndə  bu  insanın  daxili  dünyası  və  xa-
siyyətini  daha  da  dərindən  öyrənə  bildim. 
Tural  doğrudan  da  mənə  ümid  verən  insan-
lardandı. Ona baxıb anlayıram ki,bizim indi-
yə kimi dediyimiz sözlər boşuna deyil. İçində 
təmizliyini və insanlığını qoruya bilən adam-
lar-gənclər  var. Əsgərlik  illərini çoxu əziyyət 


 

və  çətinliklərlə  dolu  xatırlayıramsa,  mənə 
əsgərlik  doğrudan  da  qiymətli  insanlar  bəxş 
etdi.  Onlardan  bir  də  Turaldı.  Və  ən  birinci 
olaraq onun ailəsinə təşəkkürümü bildirirəm 
ki, bu cürə çətin bir zəmanədə belə bir  insan 
yetişdirə  biliblər.  Bilmirəm  Tural  həyata  ge-
cikib ya yox.. Amma, mənim dar günlərimdə
onun  köməyinə  ehtiyacım  olan  günlərdə  bir 
dəfədə olsun gecikmədi.  
Kitabının  çıxması  münasibəti  ilə  səni 
təbrik  edirəm  və  gələcək  həyatında  sənə 
uğurlar arzulayıram.  
 
Hörmət və sevgilərlə-Qaraqan (Elxan Zeynallı) 
         (Milli kitab mükafatının qalibi) 
 
 
 
 
 
 
 
 


 


MƏN HƏYATA GECİKMİŞƏM…” 
 
 Arzularım sədd quracaq,  
 Bir gün mənə dərd olacaq.  
 Ümidlərim məhv olacaq,  
 Keçmişimi tanıyanda.  
 

Bir  ayın  içində  bütün  sevdiklərim  və 
tanımadığım  doğmalarım  öldü.  Eləcə  mən-
də…”  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

HƏR ŞEYİN ƏVVƏLİ… 
 
 Dərd içmişəm, qəm yemişəm,  
 Zaman ötüb dəyişmişəm,  
 Hələ indi anlayıram,  
 Mən həyata gecikmişəm..  
 
 
Günəş yavaş-yavaş oyanırdı, buludların 
içində  sağa-sola  fırlanırdı.  Dağa  dırmaşaraq 
görünməyə başlayan günəş  öz şüalarını pən-
cərənin camından Nihadın yumulu gözlərinə 
salaraq  onu  oyatmağa  başladı.  Yenə  yadın-
dan çıxmışdı yeni aldığı pərdəni qarnizə vur-
maq.  Özünü  söyərək  ayağa  qalxdı  və  telefo-
nuna  yarı  qapalı  gözləriylə  nəzər  salaraq 
saata  baxdı.  Saat  7-idi.  Paltarlarını  geyindi, 
həmişəki kimi pəncərənin qarşısında duraraq 
alışqanı  işə  saldı, siqareti yandırıb təbiətə sa-
lam  verdi.  O  həmişə  səhərlər  yaşadığı  mən-
zilin  bu  pəncərəsindən  həyətə  baxmağı  xoş-
layardı.  Çünki,  həm  təbiətə  baxaraq  həzz 
alar,  həm  də  xeyli  gülərdi.  Qonşu  Abbasın 
arvadına bağıraraq:  
 

Az yetim!, işə yubandım axı, tez ol şal-


 

varımı ütülə gətir, corabımı  da  o yetimin ağ-
zından çıxart”-deməsi ya da aşağıda  hardasa 
işə  tələsən  eyni  insanların  eyni  şeyi  gündə 
dəfələrlə təkrarlaması kimi.  “Sanki həyat bir 
qafiyədi  və  təkrirlər  baş  verir.  ”Nihad  heç 
özüdə  bilmirdi  niyə  gülür,  axı  onun  özüdə 
bir  azdan  tələsərək  işə  gedəcək.  Bəlkə  də 
onun  da  haqqında  yuxarıdan  baxanlar  belə 
fikirləşəcək.  Elə  bu  anda  qapı  döyüldü,  Ni-
had donub qalmışdı, axırıncı dəfə onun qapı-
sını kim, nə  vaxt  döymüşdü, xatırlamırdı be-
lə. Siqareti kül qabına basaraq, astaca qapıya 
yaxınlaşdı. Qapını açdı, yerdə balaca bir qutu 
gördü. Qutunu aldı,  evə qoyaraq tələsik liftə 
yaxınlaşdı,  amma,  gec  idi.  Pilləkənləri  fikir-
ləşdi,  amma,  bunun  üçün  də  gec  idi.  “Mən 
onsuzda  həyata  gecikmişəm”-deyərək  evə 
keçdi.  Pəncərələrdən  həyətə  nəzər  salsa  da, 
gözəbatan  fərqli  bir  şey  görmədi.  O,  kim  idi 
və bu qutunun içində nə vardı?  
 
Nihad  Naxçıvan  şəhərində  anadan  ol-
muşdu.  Təxmini  23  yaşı  vardı.  Ortaboylu, 
qara  qaş,  qara  göz,  yaraşıqlı  bir  oğlan  idi. 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə