Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə3/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   2   3   4   5   6   7   8   9   ...   38

 
13 
bilməyib  bu  dəfə  də  ucadan  güldü:  Salam 
vermişəm də, burda nə var ki??  
 
-Yox  e, Nihad axı bu ilkdi,  həmişə  sənə 
salam  verib kefini soruşardılar, bu  dəfə nəsə 
olub, tez de, tez de. Balaca uşaqlar kimi təlaşa 
qapılan  Orxanın  sayəsində  Nihad  bura  işə 
daxil olmuşdu. Kiçik sahibkarlıq fəaliyyətiylə 
məşğul olan bu şirkətdə işə alınmasını Nazilə 
ananın  xahişi  ilə  Orxan  etmişdi.  Orxansa 
Nazilə  ananın  ölən  yoldaşının  qardaşı  oğlu 
idi.  Tez  bir  zamanda  Nihadı  tanımış  və 
bundan  çox  məmnun  qalmış  Orxan  Nihadı 
həqiqətən çox  istəyirdi. Elə bu  səbəbdən Or-
xanın  təlaşı  Nihadı  təəccübləndirməmişdi. 
Amma, Nihad tələsmək  istəmədi, heç nə Or-
xan, nə olacaq ki, mənim kimim var ki, nəyim 
var  ki,  təzə  xəbər  olsun  ya  nəsə  maraqlı  bir 
şey.  
 
-Yaxşı  da  Nihad,  vallah nəsə  olub, gör-
mürəm  gözlərindəki  sevinci.  Uşaq  deyiləm 
ki, bəlkə torbada pişik var?  
 
-Yox,  Orxan  bilirsən  ki,  o  işlər  mənə 
görə  deyil.  Bir  anam  da  yoxdu  ki,  buraxım 


 
14 
anamın  öhdəliyinə,  özü  seçsin  öz  gəlinin. 
Bunları  deyərək  Nihad  söhbətin  səmtini  də-
yişdirməyə çalışırdı.  
 
-Ele  demə  Nihad,  Nazilə  ananı  unut-
musan  bəyəm?  Hər  ikisi  qısa  bir  gülüşdən 
sonra sakit dayanmışdılar ki, Nihad dedi:  
 
-Salam, Orxan necəsən?  
 
Bu  sözdən  sonra  o  qədər  güldülər  ki, 
bütün  idarə  heyəti  maraqdan  işlərini  görə-
məz oldular.  Hamı yenə qəribə bir  suala bü-
rünmüşdü. Nə baş verir?  
 
Həqiqətən, Nihadın bu gün doğum gü-
nü  idi.  O  sanki,  həyata  yenidən  doğulurdu. 
Həmişə qınamaq istəsə  də onu tərk edənləri, 
buna  bir  doğru  səbəb  tapa  bilmirdi.  “Bəha-
nələr çox idi, onsuz da biz insanların bəha-
nələri bizə təsəllidir” 
 
Nihad  düşünürdü  ki,  bəlkə  də  keçərli 
bir səbəb vardı. Hardasa bunu edənlər haqlı-
dır.  Əvvəlcədən  düşünərək  hər  şeyi  həyata 
keçirən bu  insan, ümumiyyətlə  hikmətli söz-
ləri,  deyimləri  bir  dəftərə  köçürərdi.  Ən  çox 
sevdiyi bir söz isə: “Qarşındakına dəyər ver-


 
15 
diyin  qədər  dəyərli,  hörmət  etdiyin  qədər 
insansan”-idi.  Nihad  bəzən  bu  dəftərə  öz 
sözlərini  də yazardı: İlk yazdığı  söz  isə: “Biz 
bəzən  həyata  gecikirik,  bəzən  tələsirik. 
Mən həyata gecikmişəm” 
 
Nahar  fasiləsində  Nihad  naharını  ha-
mıdan  fərqli  olaraq  çöldə,  idarənin  yanında 
olan“Köz  dönər”də  edərdi.  Oranı  işlədən  də 
yetimxanada  böyümüşdü.  Elə  bu  səbəbdən 
Nihad  əziyyətin  nə  olduğunu  daha  yaxşı  bi-
lirdi  və bir manat olsa belə, günlük bir xeyir 
vermək  üçün  bura  gələrdi.  Hərdən  bir  dö-
nərçinin  özü  hazırlayanda  ayran  da  içərdi. 
Həmişəki kimi gəlib köz dönərini sifariş edib 
içəri keçdi. İçəri sıxlıq idi. Tələbələrin univer-
sitetdən çıxdığı  vaxta təsadüf etmişdi. İki-iki 
düzülən bütün masalar dolmuş idi. Təkcə bir 
masada bir stul boş idi. O stolda isə cavan bir 
qız  oturmuşdu.  Nihad  yaxınlaşdı,  salam 
verərək,  nazikcəsinə  oturmaq  olar  deyə 
soruşdu?  
 
-Əliylə  masayı  işarə  edərək,  başını  yel-
lədi  və  xanım  ətrafdakıların  baxış  hədəfinə 


 
16 
çevrildi.  
 
Bizim  ölkədə  belədi.  Hansısa  qızın  ya-
nında  oturduqda,  istər  yeməkxanada  olsun, 
istər avtobusda hamı nə isə səhv fikrə qapılır. 
Yüz  faiz  sevdiyidi,  tanışlıq  təklif  edəcək,  ya 
qızın  xoşuna  gəldi,  oğlanın  gözlərinə  bax. 
Cəmiyyətdə  olan  bu  boşluqlar  hələ  də  qay-
dasına  düşməmişdi.  Bir  tərəfdən  Avropayı 
səsləyirik,  bir  tərəfdən  qaçırıq.  Hamının  ilk 
fikirləşdiyi bir şey tanışlıq ya da  sevgidi.  Axı 
niyə  belə  olmalıdı?  Bəlkə  elə  bunlar  dayı 
oğlu-dayı  qızıdı,  qohumdu,  dostdu,  sinif  və 
ya qrup yoldaşıdı.  
 
Nihad  qarşısında  oturan  qızı  diqqətlə 
süzdü.  Onu  buralarda  heç  görməmişdi.  Ni-
hadın  köz  dönəri  gəldi  və  əlini  yumaq  üçün 
digər otağa keçdi. Əlini yuyub qayıtdıqda qız 
orda  yoxdu.  Çox  qəribə  idi,  axı  bu  tezliyə 
durub getməsi. Masaya əyləşdi,  dönərini ye-
di, haqq-hesab edib idarəyə tərəf yola düşdü. 
Axşam  iş  qurtardıqdan  sonra  həmişəki  kimi 
çölə  çıxıb  Orxanın  gəlməsini  gözlədi.  Orxa-
nın  evi  Nihadın  qaldığı  evə  yaxın  olduğun-


 
17 
dan  həmişə  Nihadı  öz  avtomobiliylə  evinə 
qədər  aparardı.  Bu  dəfə  də  Orxanla  Nihad 
avtomobilə  əyləşib,  yola  düşdülər.  Orxan 
uzun zamandır arada  olan bu  səssizliyə asta 
səslə öskürərək son qoydu:  
 
-Nihad, demədin ha, bu gün nə olub?  
 
-Dedim axı heç nə.  
 
-Fikirli görünürsən, Nihad. Nə baş verib 
bilmirəm, amma, Allah sonunu yaxşı eləsin.  
 
-Amin..  
 
-Amin.  
 
Fikrə daldığı üçün siqnalın səsindən dik 
atılan Nihad belə siqnalların istehsalçısını da 
söydü,  bunu  vuranları  da:  Ələkbər  ay 
Ələkbər.  
 
-Orxan,  deyirəm,  bizim  millət  niyə  bir 
addım qabağa gedir, iki addım geriyə? Bu nə 
siqnaldı,  vallah  qoca  arvadın  yanında  gözlə-
nilmədən bu siqnalı  versən qorxudan öləcək. 
Ayıb deyil?  
 
-Nihad  günah  millətdə  deyil  ki,  günah 
bunlara  bu  xarici  avtomobilləri  alıb  verən 
atadadı. Ömrümün axrına kimi işləsəm onun 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə