Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə4/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   2   3   4   5   6   7   8   9   ...   38

 
18 
aldığı maşını bəlkə alaram. Hələ bir siqnalına 
bax. Ya da niyə ayıb olur: “Biz ayıbı unudanı 
illər olub, dost” 
 
-Haqlısan,  Orxan  boşa  deyinməyə  dəy-
məz-deyib  Nihad  evə  yaxınlaşdığını  görüb 
Orxana dedi, gedək evə qonağım ol.  
 
-Yox, sağol, başqa  vaxt. Mən  sənin kimi 
subay deyiləm ki, arvadım, uşaqlar evdə mə-
ni gözləyir.  
 
Bu  sözləri  Nihada  deyəndə  Orxan  heç 
düşünmədi  ki,  Nihadın  bir  ailəsi  heç  vaxt 
olmuyub. O hardan bilsin bunları.  
 
Nihad  qırılmadı  bu  sözlərdən,  amma, 
kövrəldi. Axı o hardan bilsin ailə nədir? Bunu 
ailəsi  olanlar  bilər.  Bu  qədər  olanlara  bax-
mayaraq,  Nihad  həyata  bağlı  biri  idi.  O  hə-
yatı  sevirdi.  Allahına  şükr  edir,  hər  zaman 
Allaha bu gününə görə belə minnətdarlıq bil-
dirirdi.  Həyatda  hər  kəs  azad  olmaq  istəyir, 
azadlıq-azadlıq  deyib  ötürmürlər.  Axı,  anla-
mırlar ki, “İnsan hər şeyini itirdiyi vaxt an-
caq  azad  ola  bilər”.  Nihadınsa,  itirəcək  heç 
nəyi  olmamışdı.  Bu  qədər  azadlıqda  olmaz 


 
19 
ki.  Bir  ailənin  olması,  ananın  sənə  layla  de-
məsi, sənə bunu elə, bunu eləmə deməsi, ata-
nın qadağaları. Bunlar ailəsi olanlar üçün çox 
bəsit görünür. Bəs ailəsi olmayanlar nə etsin? 
Amma,  o  bunu  da  önəmsəmirdi.  Dəftərində 
çox  sevdiyi  sözlərdən  biri  yadına  düşdü

Mən  heç  vaxt  Allahıma  demirəm  ki,  mə-
nim  problemlərim  var.  Mən  həmişə  prob-
lemlərimə deyirəm ki, mənim Allahım var” 
 
Nihad  həyatını  özü  bildiyi  kimi  yaşa-
mağı  sevirdi.  O,  qeydlər  apardığı  dəftərdə 
böyük  hərflərlə  öz  yazdığı  bir  sözünü  həya-
tınin  devizi  etmişdi:  “Həyatını  öz  bildiyin 
kimi yaşa ki, layiq olduğun kimi öləsən.. . ” 
 Evə çatdı, paltarlarını  dəyişdi, hamama keç-
di. İsti bir duşdan  sonra yatağa  uzanıb yeni-
dən düşünməyə başladı. Düşünməmək müm-
kün  deyildi.  Qolundakı  bu  saat  onu  is-
tər-istəməz buna  vadar edirdi. Bir az  düşün-
dü və yenə güldü.. İşə bax e, düşünürəm, bə-
zən  düşünmək  də  kömək  etmir.  Birdən  köz 
dönərdə  gördüyü  qız  yadına  düşdü.  O  ilk 
dəfəydi  ki,  bir  qız  haqda  düşünürdü.  Görə-


 
20 
sən  o  kimdi  deyə  fikirləşməyə  başladı.  Çan-
tasından,  dəftərindən  elə  düşündü  ki,  tələbə 
idi. Nihad gah saata baxır, gah da o qız haqda 
düşünürdü.  Saat  əqrəbləri  ikini  göstərsə  də 
Nihad hələ yerinin içində fırlanırdı. Yenə hər 
günkü kimi kəlmeyi-şəhadətini bu şəkildə:  
 
-Yataram,  inşallah..  Duraram,  inşallah. 
Yatıb, durmasam:  
 
-“Əşhədü  ənnə  La  İlahə  İlləllah.  Əş-
hədü  ənnə  Muhammədən  Rəsulallah, 
Əşhədü  ənnə  Əliyən-Vəliyullah”  təkrarla-
yaraq, dualar edib yatdı.  
 
Səhər yenə  parlaq bir günəşlə açılmağa 
başladı.  Nihad  bu  dəfə  özünü  söydü.  Pərdə 
yenə  yaddan  çıxmışdı.  Telefonda  saata  bax-
mağa  alışan  Nihad  qolunda  saat  olduğunu 
unutmuşdu. Saat əvəzinə telefonda bir mesaj 
gördü.  Yerindən  dik  qalxdı.  Tələsik  əlləri 
əsə-əsə mesajı açdı:  
 
-VW  GOLF,  1000AZN  və  lüks  mənzil 
sahibi  olmaq  üçün  SÜPER  şans!  2728-ə  boş 
SMS göndər  və yalnız 1 knt sərf  edib hədiy-
yələri necə qazana biləcəyini öyrən! 


 
21 
 
Nihad əsəbindən az qalırdı telefonu  di-
vara  çırpa.  Bu  Azərcell-də  o  qədər  mesaj 
göndərir ki. Əsəbi sakitlədikdən sonra öz-öz-
lüyündə  deyindi.  Yaxşı  ki,  bu  Azərcell  var 
yoxsa,  məni kim yada salacaq?  
 
Hər gün olduğu kimi  pəncərənin qarşı-
sında  siqaret  yandırıb  aşağı  baxırdı.  Qonşu 
Mahirə  xalanın  Abbası qarğışa tutması  səhə-
rə ayrı bir ləzzət qatırdı:  
 
-“Abbas  səni  görüm  vurduğun  yerdə 
əlin qırılardı. Gətirdiyi  iki tikə zıqqımdı,  onu 
da vurur başıma. Yetimçə” 
 
Nihadın  yanağına  bu  səslərdən  sonra 
minik  təbəssümlər  qonurdu.  Birdən  gözünə 
dəhşətli bir səhnə gəldi. Qarşıda yol hadisəsi 
oldu. İki avtomobil  trasda yarışa  durmuşdu-
lar  bu  səhərin  korunda.  Necə  dəydilərsə  bir 
birinə,  hər  tərəf  al-qana  dönmüşdü.  Bakıda 
getdikcə  bu  artan  yol  hadisələri  Nihadı  ya-
man narahat  edirdi. Dəqiq məlumatlara görə 
2010-cu  ildə  2194  yol  qəzası  baş  verib  və  bu 
qəzalarda 2292 yaralı  olub  və 755 insan ölüb. 
848  qəza  piyadanı  vurmaqla  törədilib  ki,  bu 


 
22 
da  öz  növbəsində  265  nəfərin  ölümü  ilə  nə-
ticələnib.  Və  hadisələrin  50  faizi  Bakıda  baş 
verib. İnsanlar öz sonunu  özü gətirir. Bu  cür 
sürməklə  onlar  hara  tələsirlər  axı?  Yenə 
əsəbləri sakitləşdikdən sonra dedi:  
 
-Bəlkə  onlar  da mənim kimi həyata ge-
cikənlərdi?  
 
Əl-üzünü yuduqdan  sonra bir şirin çay 
içdi.  Ayağa qalxdı, telefonunu götürdü, evdə 
hər  şeyi  yoxladıqdan  sonra  qapını  kilitləyib 
evdən  çıxdı.  Nihad  bu  evi  200  manata  kira-
lamışdı.  İş  yerinə  çox  yaxın  idi.  Beşinci,  so-
nuncu  mərtəbə  olsa  da,  ona  yaxşı  əl  verirdi. 
Rahat idi  və bir otaqlı  olmasına baxmayaraq 
hər cür şəraiti vardı. Ən yaxşısı işə kəsdirmə-
lərlə evdən-işə 20 dəqiqəlik yoldu.  
 
Nihad  iş yerinə yaxınlaşdıqca  dəst gey-
diyi  kostyumunun  sağına-soluna  baxır,  hər 
şeyin qaydada olduğunu yoxlayırdı. Çox sə-
liqəli  biri  idi.  İçəri  girdi,  dünənkindən  fərqli 
olaraq  dərhal  otağına  tərəf  addımladı.  Am-
ma,  hər  kəsin  ona  müəmmalı  baxışı  onu  na-
rahat edirdi. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə