Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə14/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   10   11   12   13   14   15   16   17   ...   38

 
73 
ailəsi  haqda  Nihada  yazmışdı.  Heç  də  ürək 
açan  ailəsi  olmamışdı.  Atası  anasını  öldür-
müşdü.  Uzun  müddət  həbs  həyatı  yaşayan 
atası  Kamil  çox  keçməmişdi  ki,  ölmüşdü. 
Ana və ata məhəbbətindən  uzaq olan bu qız-
cığaz  indi xəstə bibisi  ilə yaşayırdı. Bibisi  də 
uşaqlıqdan vərəm xəstəsi idi. Və çox az ömrü 
qalmışdı.  Dənizi  də  elə  bibisi  böyütmüşdü. 
Heç kimi olmayan bu qız universitet oxumuş 
və  indi  onu  heç  bir  yerdə  işə  götürməmiş-
dilər.  Təəssüflər  olsun ki, bu gün  işə girmək 
üçün  ya  arxa-dayağın  olmalıdı  ya  da  pulun. 
Bu  yazıq  qızcığazda  isə  heç  biri  yox  idi.  Əs-
lində  bir  az  da  Nihad  fikirləşirdi  ki,  Dəniz 
lal-kar  olduğundan  onu  işə  yararlı  hesab 
etmirlər. Bu heç yaxşı deyil. Həqiqətən bizim 
bu  günkü  aktual  problemlərimizdən  biri  də 
elə bu məsələdir. Bu vəziyyətdə olan minlərlə 
insan var və işsizlikdən əziyyət çəkirlər. Mən 
inanıram  ki,  tezliklə  bu  cür  problemlər 
ölkəmizdə aradan qaldırılacaq.  
 
Yenə  bir  axşam  Nihad  işdən  evə  qayıt-
mışdı. Evə gəldi, bir az istirahət etdi, duş qəbul 


 
74 
edib  divanda  uzandı.  Artıq  Orxanın  get-
diyindən  15  gün  keçmişdi.  Ayın  axrına  gə-
ləcəkdilər. Elə bu dəm telefonuna zəng gəldi:  
 
-Alo, salam qardaş. Necəsən? Orxandı.  
 
-Salam dost, ürəklər  düz  olsun. Mən  də 
səni düşünürdüm.  
 
-Hər şey yaxşıdı, narahat olma. Buraları 
görməlisən.  Çox  maraqlı  və  gözəldi.  Amma, 
Nihad  hara  olursa  olsun,  Bakının  çirkli  kü-
çələrini  heç  yerə  dəyişmərəm.  Qumral  da 
salam deyir.  
 
-Hə, məndən də salam de. Orxan. Sənin 
üçün darıxmışam.. .  
 
-Mən də. Görüşərik, az qaldı, iki həftəyə 
gəlirəm.  
 
-Yaxşı, ailənə və özünə yaxşı bax, İncini 
də öp.  
 
-Oldu, görüşərik.. .  
 
Nihad  əlinə  yenə  şair  Rəşadın  kitabını 
aldı  və  vərəqləməyə  başladı.  Mündəricata 
baxdı  və  adlara  diqqət  yetirdi.  Aha,  bir  ma-
raqlı ad daha: “Bircə gülüşün...” 
 
 


 
75 
Bircə gülüşün... 
Qızıl gül qönçəsi o gözlərinə, 
Dodaqda qoyduğum son izlərimi.. 
Pambıq əllərində o istiliklər, 
Qurutdu gözümdə dənizlərimi.. 
 
Sənin əllərinin ehtiyacında, 
Üşüdü əllərim, üşüdü qartək.. 
Hərdən gedib-gələn kölgələrinlə, 
Gözümə göründün tozlu bahartək. 
 
Nağıl tək şirindi səni oxumaq, 
Gözlərin sevgini danışdı mənə.. 
Yanaqda gorünən kiçik qızartı, 
Sevdiyim necə də tanışdı mənə.. 
 
Göz bəbəklərinin dərinliyində, 
Qaranlıq kədərin dəydi gözümə.. 
Burnumda telindən eyni bir ətir.. 
Sımsıxı sıxmışdım səni özümə.. 
 
Aradan bir ildə ötdü beləcə.. 
Mən isə sığışdım bircə gününə. 


 
76 
Sən mənim ömrümdə bircə saatdin, 
Hansı ki, o saat dəyər ömrümə.. 
 
Tələsmə, mənim tək gecikməmisən
Qoy dadın çıxaraq bu son görüşün.. 
Bütün dərdlərimi unutduracaq, 
Yanaqda qəmzəli bircə gülüşün. 
 
 Bir  məsəl  var  ki,  gülüş  ömrü  uzadır. 
Onda  belə  çıxır  ki,  “ağlamaq  da  ömrü  qısal-
dır”.  Biz
 insanlar  sevincdən  də ağlayırıq, kə-
dərdən də. Bir çox suallar var ki, hələ də məni 
düşündürür.  İnsanlar  məhz  niyə  ağlayaraq 
doğulur? Elmi izahatlarını da bilirəm, amma, 
bu məni heç cür qane edə bilmir.  
 
Nihad şair  dostuna getdikcə həsəd apa-
rırdı. O bilirdi ki,  Rəşad uşaqlıqdan belə  idi. 
Müəllimlərə  həmişə  ən  çətin  sualları  verər, 
çox  az  danışar,  həmişə  hamının  diqqət  mər-
kəzində olardı. Həmişə nədənsə şikayətlənən 
Rəşad  namaz  da  qılırdı.  Allaha  digər  insan-
lardan  fərqli  olaraq  daha  möhkəm  bağlarla 
bağlanan  bu  insan  ölümü  hədsiz  olaraq  çox 


 
77 
sevirdi.  Həyatdan çox  şey  unmayan bu gənc 
artıq  cəmiyyətə  də,  həyata  da  nifrət  edirdi. 
Həmişə  deyirdi  ki,  insanlar  Tanrının  yarat-
dığı  ən  vəhşi  yaratıqlardır.  Axı  hakimlər  və 
ya vəkil, prokurorlar başqalarının bədbəxtliyi 
uğrunda  öz  xoşbəxtliklərini  qururlar.  Hə-
kimlər  isə  müalicənin  vaxtını  uzadır,  dua 
edirdilər  ki,  millət  xəstələnsin.  Polislər  isə 
kefi  istəyən  kimi  qadağalar  qoyur,  5-10  ma-
natdan ötrü min üzə girirlər. Müəllimlərinsə, 
əmək  haqqı  elə  azdır  ki,  heç  tükətdikləri 
nəfəsə  dəymir.  Başqa  sahələrdə  də  bu  cür 
şeylərə  təsadüf  edilir.  Nəzərə  alsaq  ki,  müs-
təqillik qazandığımız  vaxtdan 20 il keçib, bu 
gün  ölkəmizin  20  yaşı  var.  Hələ  qarşısında 
məqsədləri,  hədəfləri  olan  20  yaşlı  bir  gənc-
dir.  Zaman  keçdikcə,  ümidvaram  ki,  bu  cür 
məsələlər  öz  həllini  qanunlarda  tapacaq,  de-
mokratiyaya  əsaslanan  bu  ölkə  ərazi  cə-
hətdən kiçik  olsa  da, iqtisadi  inkişaf və  digər 
sahələrdə ən böyük  ölkələr arasında  ilklərdə 
olacaq.  
 
Nihad  havanın  istiliyindən  şikayətlə-


 
78 
nərək qalxıb əl-üzünü yudu  və qayıdıb saata 
baxdı.  Saat  əqrəbləri  23-ü  göstərirdi.  Elə  bu 
vaxt  telefonu  zəng  çaldı.  Zəng  edən  Rəşad 
idi:  
 
-Salam, axşamın xeyir, necəsən qardaşım?  
 
-Sağol  Rəşad  səsini  eşitdiyimə  sevin-
dim. Elə şeirlərini oxuyurdum. Təbriklər, çox 
uğurlu alınıb.  
 
-Sağol, amma, Nihad bədbəxtlik baş ve-
rib. Naxçıvana gəlməlisən. Nazilə ana ölüb… 
(ağlayaraq)..  Bilmirəm  nə  edim,  vəziyyətim 
yaxşı  deyil,  bilirsən  bir  evdə  qalırdıq.  Mənə 
ana olmuşdu..  
 
-………Bir az susduqdan sonra:  
 
-Sabah  səhər  ordayam.  Narahat  olma. 
Allah rəhmət eləsin. Onun məkanı cənnətdir. 
Bu qədər yetimə ana idi.  
 
Nihad  əlləri  ilə  saçını  arxaya  verdi,  ba-
şından  elə  şiddətli  ağrı  qalxdı  ki,  nəfəs  ala 
bilmirdi. Bütün otaq qaralmışdı sanki. Divar-
lar  üstünə  gəlirdi.  Bu  insan  həqiqətən  fərqli 
biri  idi.  Bir  uşağa  analıq  etmək  çətindi,  100 
uşağa  necə  çətindi  bir  Allah,  bir  Nazilə  ana 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə