Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə15/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   11   12   13   14   15   16   17   18   ...   38

 
79 
bilirdi.  Bu  gün  də  onun  kimi  insanlar  ölkə-
mizdə  var. Digər  ölkələrdən  fərqli olaraq bi-
zim  ölkədə  insanlıq,  mərhəmət,  dostluq  və 
sevgi  adətlərimizə  və  dinimizə  söykənir. 

İslamın kölgəsi altında bu gün bizim xalq 
yalnız  türk  xalqları  içində  deyil,  bütün 
dünya  xalqları  içində  ən  düzgün,  ən 
mehriban,  ən  sədaqətli,  ən  dostcanlı  olan 
xalqdır”.  Anaya
  hörmət  bizim  xalqda  daha 
güclüdü.  Ana ən əziz  varlıq, ata yadigarıdır. 
Atasız  uşaq  düşünə  bilirəm,  amma,  anasız 
uşaq  həqiqətən  ağla  batan  deyil.  Boşuna 
demirlər  ki,  uşaq  anadan  yetim  qalar. 
Yetimxanalarda  hər  kəsin  bir  yox,  tək  anası 
olur. Amma, onlar da anadı. Digər analardan 
fərqli  olaraq  canından  olmayanlara  elə 
candan  övladlıq  edir  ki,  kənardan  baxanda 
doğma  analar  heç  bunları  etmir.  Tanrı  sizin 
kimi  insanlara,  sizin  kimi  analara  və  bütün 
həyatdan  köçən  analara  rəhmət  eləsin. 
Yaşayanlara  can  sağlığı  versin  və  möhlət 
versin  ki,  Tanrıya  olan  borclarını  və 
övladlarına 
olan 
öhdəliklərini 
yerinə 


 
80 
yetirsinlər. Amin!!! 
 
Bir neçə dəqiqədən sonra Nihad Dənizə 
mesaj yazaraq sabah ilk reyslə Naxçıvana ge-
dəcəyini  bildirdi.  O  Naxçıvan  haqda,  böyü-
düyü torpaq haqda Dənizə danışmışdı. Dəniz 
isə  həmişə,  hər  mövzuda  Nihadı  dinləməyi 
çox  sevirdi.  Ona  Nihadın  həyatı  xüsusi  ilə 
maraqlı  idi.  Mesajı  oxuyan  Dəniz  özünü 
saxlıya  bilməyib  ağladı.  Nazilə  ananı  tanı-
masa  da  o  haqda  elə  danışmışdı  ki,  Nihad, 
onu tanımağı çox istəyirdi Dəniz.  
 
Divanda  uzanan  Nihadın  telefonuna 
mesaj gəldi:  
 
-Mən  də  sabah  səninlə  Naxçıvana  get-
mək istəyirəm. Olar?  
 
Nihad  bu  mesaja  həqiqətən  çox  sevin-
mişdi  və  böyük  məmnuniyyətlə  Dənizi  apa-
racağını bildirmişdi.  
 
 
 
 
 


 
81 
BİR İLDƏN SONRA  
NAXÇIVAN VƏ MƏN... 
 
 Elə sandım qızıl dişəm,  
 Mən əslində heç imişəm,  
 Sənli-sənsiz fərqi yoxdu,  
 Mən həyata gecikmişəm.  
 
 
Səhər açıldı, Nihad bir-iki paltar götürüb, 
aşağı  endi.  Avtomobili  işə  saldı,  Dənizi  Ayna 
Sultanovadan götürməli idi.  Telefonu götürüb 
mesaj  yazdı.  Təyyarəyə  yubanmamaq  üçün 
tələsdi.  Ayna Sultanovaya çatdı. Dənizi götür-
dü  və  hava  limanına  yola  düşdü.  Axşamdan 
zəng  edib  müdirdən  1  həftəlik  icazə  alan 
Nihad  hava  limanına  da  zəng  etmiş,  biletləri 
maraqlanmışdı.  Bəlkə  olmaz  deyə.  Daha  bil-
mirdi  ki,  heç  bilet  alan  yoxdu  deyə  günlük 
reyslər  beş  dəfədən  iki  dəfəyə  düşüb.  Budur 
hava limanı. Nihad Dənizdən birtəhər soruşdu 
ki,  təyyarəyə  heç  minib  ya  yox?  Dənizsə  heç 
zaman minmədiyini dedi və bir az təlaş, qorxu 
var  idi.  Biletləri  aldı  və  dərhal  gözləmə  salo-
nuna  keçdilər.  İçəridə  çox  adam  yox  idi. 


 
82 
Təyyarənin  dayandığını  görən  Dəniz  gülüm-
səndi və balaca uşaq kimi sevindi.  Artıq təyar-
rənin  içində  idilər  və  kəmərləri bağlamışdılar. 
Dəniz  cama  yaxın  oturmuşdu  və  çölə  baxırdı. 
Təyyarə  qalxdı  və  bir  saatlıq  uçuşdan  əvvəl 
müəyyən  təlimatlar  xidmətçi  tərəfindən  izah 
edildi.  Aradabir  təyyarə  səmtini  dəyişdikdə 
Dəniz qorxur  və Nihadın əlindən tuturdu. Nə 
vaxt belə olsa Nihad  söhbəti sevgiyə yönəldir, 
onu  sevdiyini  demək  istəyirdi.  Dəniz  isə 
Nihada  qardaş  gözüylə  baxırdı  və  bu  heç  xoş 
hal  deyildi.  Dəniz  dəfələrlə  yazmışdı  ki,  sən 
mənim  dostumsan,  biz  dostuq  və  bu  heç  vaxt 
dəyişməyəcək.  Nihad  daha  da  məcbur  etmə-
miş,  söhbəti  bağlamışdı.  Fikirləşirdi  hərdən, 
axı görəsən nə üçün Dənizin diqqətini cəlb edə 
bilmir?  Yaraşıqlı,  hər  qızın  sevə  biləcəyi  biridi 
axı.  Amma,  hələ  tezdi  deyib  zamanla  özünə 
təsəlli  tapırdı.  Dəniz  sanki  içinə  qapanıq,  ya-
rımçıq  qalmış  arzuları  olan,  həyatdan  küsmüş 
bir  qız  mimikası  bağışlayırdı.  Üzündə  sanki 
həyat  bütün  əziyyətləri  qələmlə  cızmış,  mavi 
gözlərinin  içinə  qaranlıq  dünya  rəsm  etmişdi. 


 
83 
Amma,  kiçik,  yumru  və  balaca  yanaqlarına 
təbəssüm elə yaraşırdı ki.  
 
Dəniz  təəccüb  içində  qalmışdı.  Bəlkə  də 
bu  gün  təyyarə  ilə  uçmasaydı  heç  vaxt bilmə-
yəcəkdi ki, hər uçuşda sərnişinlərə bir kökə və 
jalə şirəsi verilir. O çox sevinirdi. Həmişə adını 
eşitdiyi bir yerə gedirdi. Muxtar Respublikaya. 
Və  o  bilirdi  ki,  Naxçıvanın  birbaşa  Azərbay-
canla sərhədi yoxdu. İran, Ermənistan və Tür-
kiyə  ilə  sərhəd  olan  bu  məkanın  düşmənləri-
miz  ermənilər  tərəfindən  Qarabağ  zonasının 
tutulmasından  sonra  Azərbaycanla  birbaşa 
əlaqəsi  kəsildi.  O  vaxt  torpaqsevər  və 
Vətənpərvər  oğulların,  kişilərin  sayəsində  bu 
gün  Naxçıvan  Azərbaycanın  tərkibində  öz 
müstəqilliyini  qoruyur,  blokada  vəziyyətində 
olmasına  baxmayaraq  inkişafına  görə  digər 
Azərbaycan bölgələrindən heç də geri qalmır.  
 
Hörmətli  sərnişinlər.  Bir  neçə  dəqiqədən 
sonra  təyyarəmiz  Naxçıvan  Muxtar  Res-
publikası “Heydər Əliyev” adına hava limanı-
na  enəcək.  Xahiş  olunur  təyyarə  tam  dayana-
nadək  yerlərinizdən  ayrılmayasınız.  Enişə  ilk 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə