Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə16/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

 
84 
olaraq  ikinci  salonun  sərnişinləri  dəvət  edilə-
cək.  Yenidən  uçmaq  ümidi  ilə,  sağolun.  Diq-
qətinizə görə təşəkkürlər.  
 
Nihad telefonu çıxarıb yazdı:  
 
-Dəniz  Naxçıvana  yaxınlaşırıq.  Bilirsən 
mənim hikmətli fikirlərdən, atalar sözlərindən 
xoşum  gəlir.  Sənin  ən  çox  sevdiyin  fikir  ya 
atalar söz hansıdı?  
 
-“Soğanla yeyilən zəhər, minnətlə yeyi-
lən baldan şirindir”.  
 
-Süper.  Bəyəndim. Bunu  qeydlər  apardı-
ğım dəftərə yazmalıyam.  
 
Təyyarə  palasaya  yaxınlaşdı,  pilləkənlər 
təyyarəyə qoşuldu və endilər. Nihad enən kimi 
hisslərinə  hakim  ola  bilməyib  oxumağa  baş-
ladı:  
-Ey könül, mülkünün barı Naxçıvan,  
 Ellərin sevinci yarı Naxçıvan..  
 
Dəniz isə Nihada baxır və gülürdü.  
 
Qabaqcadan  Rəşad  hava  limanına  gələ-
cəyini  Nihada  demişdi.  Nihadı  qarşılamaq 
üçün şair hava  limanında gözləyirdi. Öpüşüb, 
görüşdülər  və  Rəşad  Nihadı  bərk-bərk  qu-


 
85 
caqlayıb, ağlamamaq üçün dişini sıxdı.  
 
-Mən  tək  gəlməmişəm  Rəşad.  Bu  mə-
nim...  Bu  mənim  dostumdur.  Adı  Dənizdir, 
danışa bilmir, eşitmir.  
 
Rəşad  qıza  əl  verib  görüşdü  başı  ilə 
məmnunluq  hiss  etdiyini  bildirdi.  Öz  növbə-
sində Dəniz də eyni mimikayla başını yellədi.  
 
-Bu  dövrdə  qızla  oğlanın  dostluğu  ina-
nılası  bir  şey  deyil.  Səni  tanımasan  deyərəm 
sevirsən,  ya  da  deyərəm  könül  əyləndirirsən, 
amma, beləki deyirsən dostumdu. Olsun elə.  
 
-Yox  əslində  sevirəm.  Özü  bilmir.  Heç 
deməyəcəm də. Hətta mənə qaqaş deyir bəzən. 
Və bu məni çox əsəbiləşdirir.  
 
-Qəribədi.  Keç,  bu  da  mənim  avtomo-
bilim.  
 
-Yaxşıdı,  sağlıqla  sür  və  həmişə  xeyir 
yerlərə.  
 
-Sağol dost.  
 
-Necə olub Rəşad? Niyə Nazilə xala... 
 
-Nə  deyim  qardaş,  mən  evə  gəldim  ki, 
televizor  açıqdı.  O  da  kreslo  da.  Elə  sandım 
yuxuya gedib, sonradan bildim ki, ölüb. Xəstə 


 
86 
idi uzun müddət. Həkimə də aparmışdıq, am-
ma, yaş öz sözünü dedi. 81 yaş az deyil. Uzun 
və  şərəfli  bir  ömür  yaşadı.  Məkanı  cənnət 
olsun.  
 
-Amin. Elədi. Nə edə bilərik? Allah bilən 
məsləhətdi.  Bu  ara  kitabın  çox  uğurlu  alınıb. 
Vaxtım  olmuyub  hamısını  oxuyum,  amma, 
iki-üç şeirini oxudum və çox bəyəndim.  
 
-Naxçıvanda  satılma  rekordunu  qırır  və 
bu məni çox sevindirir. Mənim kimi birinin əl 
əməyinə  belə  dəyər  verilməsi  şair  ürəyimi 
kövrəltdi.  
 
-Vaxtım  olan  kimi,  bitirəcəm.  Elə  dedin 
ki,  vallah  tələsdim  digər  şeirlərini  oxumağa. 
Yol boyu fikir verirəm Rəşad Naxçıvan çox də-
yişilib.  İşıqforlar  hər  tərəfdə  var  və  hamısı  rə-
qəmlə işləyir. Taksilərin demək olar ki, hamısı 
xaricidi, sarıdı və göy nömrəlidi. Birdə bu təzə 
avtomobil markasını yeni eşidirəm: “Lifan” 
 
-Bu nədi ay Rəşad?  
 
-Hə,  bəs  xəbərin  yoxdu  sənin?  Yurdu-
muz abadlaşır və gözəlləşir. Yeni avtomobildi. 
Naxçıvanda  istehsal  olunur.  Televizorda  xə-


 
87 
bərlərdə göstərilmişdi.  
 
-Sağol  Naxçıvan.  Vallah  çox  bəyəndim, 
küçələr  çox  təmizdi,  demək  olar  ki,  binaların 
hamısı  üzlənib,  şəhərdə  olan  inkişaf  göz  qa-
bağındadı.  
 
-Hər  səhər  tezdən  şəhər  süpürülür,  yuy-
lur. Bəzi çatışmayan cəhətlər də var. Məni qane 
etməyən.  Amma,  ümumilikdə  həqiqətən 
təqdirə layiqdi bu dəyişiklik.  
 
-Sən  də  elə  həmişə  şikayətlənmisən  nə-
dənsə. Nə səni qane etmir?  
 
-Eşitdiyimə görə bəzi qadağalar qoyulub, 
bəzi  mahnıların  dinlənilməsinə,  müəyyən 
yerlərə getməyə. Bilmirsən axı bəzi xırdalıqlar 
var.  
 
-Necə yəni bir düşün Rəşad, elə şey olar? 
Boş  söhbətdi,  inanma.  Azərbaycan  müstəqil, 
demokratik  dövlətdi.  Vətəndaş  hüquqları  və 
azadlıqları  var.  Konstitutiyamızda  belə  mad-
dələr  də  var.  Nə  olsun  ki,  oxumamışam,  am-
ma, öz hüquqlarımı yaxşı bilirəm  və heç inan-
mıram dediklərinə.  
 
-Bəlkə də yanlış eşitmişəm. Nə bilim hərə 


 
88 
bir söz deyir.  
 
-Çatdıq?  
 
-Hə,  budur  yas  evi.  Nihad  bu  qızı  nə 
edək? Aparsaq evə deyəcəklər bu dilsiz kimdi, 
nəçidi?  
 
-Kim  soruşsa  deyərsən  ki,  Nihadın  ailəsi 
tapılıb bu qız da bacısıdı. Mən də elə deyəcəm.  
 
-Ananı,  atanı  tapdın  qaldı  bacı-qardaş. 
Yadıma yaxşı düşdü. Nazilə ana sənə bir mək-
tub  qoymuş,  çəkməcədə  və  yazıb  ki,  yalnız 
Nihad aça bilər. Görəsən nə olar?  
 
-Nə? Məktub? Bilmirəm. Hardadı?  
 
-Evə  qoymuşam  kassaya.  Yas  qurtarsın 
gedənə yaxın verərəm.  
 
-Yadından çıxmasın ha.  
 
-Yaxşı.  
 
Nihad  yas  evinə  keçdi  və  qohum-qon-
şularla  salamlaşdı,  Dənizin  vəziyyətini  danış-
dı, onu evə qoyub çıxırdı ki, arxadan səs gəldi:  
 
-Nihad?  
 
Nihad  döndü  və  böyük  bir  tərəddüd 
içində donub qaldı:  
 
-Günay? Bu sənsən?  


 
89 
 
Qaçıb tez qucaqlaşdılar. Günay:  
 
-Səni görməyi çox istəyirdim, amma, belə 
bir  vəziyyətdə  yox.  Toyuma  da  gəlmədin. 
Nəysə, yeri deyil, get yasa, qızlar da burda.  
 
-Danışarıq. Qızlardan kimlər var?  
 
-Hamı, Sevinc,  Günel,  Jalə,  Cəmilə,  Nur-
lana, Fatimə, Xalidə, Nuray...  Sayım ardını?  
 
-Yaxşı  qaçmayın,  buralarda  olun,  gedi-
rəm kişi içinə.  
 
-Yaxşı. Hara gedəcəyik? Burdayıq.  
 
-Hə, yaddan çıxmamışdan, bu qız mənim 
bacımdı.  Adı  Dənizdi.  Bu  haqda  danışacam. 
Danışa  bilmir,  eşitmir,  ondan  muğayat  ol, 
gözün üstündə olsun.  
 
-Bacın? Amma.. Sən. Ailə. Yaxşı.  
 Nihad  Dənizi  kənara  çəkdi  telefonda  qısaca 
ona  hər  şeyi  yazdı.  Dəniz  ağlayırdı.  Nihadın 
ona  bacı  deməsi  onu  kövrəltmişdi.  O,  çox  is-
təyirdi  ki,  Nihad  kimi  bir  qardaşı  olsun.  Axı 
elə, o Nihada qaqaş deyirdi. İlk dəfə idi ki, bi-
rindən  bacı  sözünü  eşitmək  Dənizi  elə  ağlatdı 
ki,  kənardan  hamı  ona  baxırdı.  Elə  bilirdilər 
bəlkə, ölən Nazilə anaya ağlıyır.  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə