Mən həyata geciKMİŞƏM…


Köməyimiz ola bilər, bir evə dirək ola



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə19/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   15   16   17   18   19   20   21   22   ...   38

 
101 
 
-“Köməyimiz ola bilər, bir evə dirək ola 
bilərik, amma, heç vaxt ürəyimiz olmayacaq”
Biz
 ürəyi olmayan insanlarıq.  
 
Sənin bu  fəlsəfi  danışıqlarını  elə  sevirəm 
ki, bilə bilməzsən.  
 
-Bu da lağıydı hə?  
 
-Yox,  vallah  yox.  Rəşad  bir  şey  istəyə 
bilərəm?  
 
-Buyur qardaşım.  
 
-Avtomobilini  mənə  ver,  Dənizi  Əshabi- 
Kəhfə aparmaq istəyirəm.  
 
-Nə  vaxt  istəsən,  Naxçıvan  balaca  yerdi, 
istənilən yerə ayaqla getmək olur.  
 
-İndi  nə  edək,  ayaqla  gedək  Əshabi- 
Kəhfə?  
 
-Gəl bura səni əzəcəm.  
 
Bir az uşaq kimi qaçdı-tutdu oynayan bu 
iki gənc skamyaya oturub dərin nəfəs çəkdilər.  
 
-Şair deyirəm böyümədik e uşağıq hələ.  
 Günahkar zamandı, çağır soruşaq,  
 Ömrümü yeyərək heç zaman doymur.  
 Gizlənib içində həminki uşaq,  
 Uşaqlıq yaxşıdı, ayrılıq olmur..  


 
102 
 
 Halal  olsun  sənə,  bu  qədər  gözəl  şeir-
lərin  var.  İnsanın  tam  qəlbinə  oxşuyur.  Rəşad 
sən  namaz  qılan  birisən.  Allahı  sevirsən,  ona 
hamıdan  bir  addım  daha  yaxın  və  bağlısan. 
Ölümü bu qədər niyə sevirsən axı?  
 
-Həyatı  sevirəm  çünki,  onu  bizə  Allah 
verir.  “Ölümü  sevirəm  ona  görə  ki,  onu  da 
bizə  Allah  verir”.  Əslində  özünü  öldürməyi 
Allah  ona  görə  bağışlamır  ki,  mən  verdiyim 
həyatı mən alaram, sən yox. Ən əsası isə ölümə 
aşiqəm  ona  görə  ki,  bu  çirkli  cəmiyyətdən 
təmiz göylərə qalxmaq istəyirəm.  
 
-Sən də elə bil, liftinən beşinci mərtəbəyə 
qalxırsan, hara qalxırsan dayan da bir.  
 
-Kitabdan oxumusan“Allah var”şeirini?  
 
-Yox.  Tez  ol  de.  Əlim-ayağım  dəyməmiş 
tez ol.  
 
-Son iki bəndini xatırlayıram:  
Çoxunda nəfisdi-döyünən nəbiz,  
Günahı yumağa yetməz ki, dəniz.  
Ətrafım çirk olsa, ürəyim təmiz,  
İçində ad salan bir Allahım var.  
Bilirəm Allahım, bilirəm varsan.  


 
103 
 
Çoxuna o qarşı bir ola bilər,  
İstəsə o milyon, min ola bilər,  
Bütün arzuların çin ola bilər,  
Başının üstündə Allahın varsa.  
Bilirəm Allahım, bilirəm varsan.  
 
 
-Şair  sənə  Allah  tərəfindən  xüsusi  bir 
istedad, vergi verilib.  
 
-Nihad,  Tanrı  hər  bir  insana  istedad 
verib,  sadəcə  onu  içində  kəşf  etməli  və  bunu 
dəyərləndirməlisən.  
 
-Mənə  nə  verib?  Hər  nəysə  dur  gedək, 
Dəniz sıxılmasın orda.  
 
 
 
 
 
 
 
 
 


 
104 
ƏSHABİ-KƏHF... 
 
 Öz xətrimə mən dəymişəm,  
 Vüqarımı mən əymişəm,  
 Zəmanəyə heyif olsun,  
 Mən həyata gecikmişəm.  
 
 
Dəniz  və  Nihad  artıq  avtomobildə  əy-
ləşmiş, yola düşmüşdülər. Nihad Dəniz sıxıl-
masın  deyə  ona  işarələr  edir,  hərdən  əyləcə 
basırdı.  Əshabi-Kəhf  yolunda  3  gənc  oğlan 
var idi. Nihad əli ilə bu gəncləri göstərib izah 
etdi ki, bu gənclərin öz arzuları var və həyata 
keçməsi üçün bu yolu ayaqla gedirlər. Elələri 
var ki, niyyət edib və arzusu qəbul olub. İndi 
isə bu müqəddəs yerə Tanrıya olan təşəkkür-
lərini bildirmək üçün gedirlər. Nihad yol bo-
yu Dənizə izah  etdi ki, buranın tarixi çox qə-
dimdir. Əvvələrdən bəri bura insanlar gələr, 
yardım  üçün ayrılan kassalara pul atar, qur-
banlar  kəsər,  məsciddə  namaz  qılar,  ibadət 
edər,  bəzi  dini  inamlara  əməl  edər,  arzular 
tutardılar. Hələ Nihad Dənizə bir süprizi ola-
cağını  da  demişdi.  Dəniz  isə  maraqla  bunun 


 
105 
nə  olduğunu  gözləyirdi.  Əshabi-Kəhf-də  öz 
növbəsində təmirdən yenicə çıxmış  və insan-
ların rahatlığı üçün bura su kranları çəkilmiş, 
nərdivanlar yenilənmişdi.  
 
Nihad  yuxu  tutmuş  Dənizi  astaca  sil-
kələdi  və  çatdıqlarına  işarə  etdi.  Avomobil-
dən  düşdülər  və  dəstəmaz  alıb,  yuxarı  qalx-
dılar.  Nihad Dənizin əlindən tutmuş,  ona bu 
yolu  qalxmaqda  kömək  edirdi.  Kassaya  ya-
xınlaşıb  pul  atdılar  və  pilləkənlərlə  yuxarı 
qalxdılar. Burda balaca mağaraya bənzər ke-
çidlər  vardı.  İnama  görə  arzu  tutar  və  daş 
yapışdırardılar  bu  mağarlara.  Əgər  ilk  toxu-
nuşdan  daş  yapışarsa  arzu  olacaqdı.  Və  ya 
yenə  də  dilək  tutub  kiçik  keçiddən  üç  dəfə 
keçərdilər.  Bunların  hamısını  edəndən  sonra 
Nihad  və  Dəniz  məscidə  qalxıb  namaz  qıl-
dılar.  Az  sonra,  Nihad  Dənizə  onu  süprizə 
apardığını  işarə  etdi.  Bu  damcıxana  idi.  Bö-
yük  bir  mağaranın  içində  insanlar  oturar  və 
arzu  tutardılar,  əgər  başlarına  yuxarıdan 
damcı  düşsə, o arzu qəbul olunurdu.  Dənizə 
bunları  izah  etdikdən  sonra  Dəniz  balaca 


 
106 
uşaq  kimi  qaçaraq  o  mağaraya  qalxdı.  Ar-
xasınca  da  Nihad.  Bir  az  oturdular  və  çox 
keçmədi ki, Dənizin başına damcı düşdü və o 
sevincdən  Nihadın yanağından öpdü.  Nihad 
yerindəcə  donub  qalmışdı.  Axı  bu  ilk  idi, 
yox-yox birinci  dəfə birinci  sinifdə  oxuyanda 
Günay onun yanağından öpmüşdü. Amma, o 
vaxt  qızarmış,  utanmışdı.  İndi  isə  heç  nə 
demədən,  tərpənmədən  yerindəcə  dona  qal-
mış  və  gözlərini  Dənizin  dəniz  gözlərinə 
zilləmişdi.  Dənizin  bir  çimdik  götürməsin-
dən  sonra  özünə  gələn  Nihad,  sevincindən 
qanadı  olsa,  uçacaqdı.  Nə  qədər  gözlədisə, 
başına damcı  düşmürdü. O inada  durmuşdu 
sanki.  Axı  həyatında  ilk  dəfə  idi  ki,  belə  bir 
arzu  tutur  və  onun  həyata  keçməsini  bu 
qədər  istəyirdi.  Dənizin  də  onu  sevdiyi kimi 
sevməsini  dilək  tutan  Nihad  oturmaqdan 
sıxılan  Dənizi  görüb  ayağa  qalxdı  və  bir  az 
gəzdilər. Şeytana daş atdılar, ən ucaya qalxıb, 
maraqlı  inanclarla  tanış  oldular  və  ağaca 
dəsmal  bağladılar.  Xaricdən  gələnlər  də  var 
idi. Bura maraq həqiqətən çox idi. Yalnız ölkə 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə