Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə21/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   17   18   19   20   21   22   23   24   ...   38

 
112 
 Hər kəs razılaşdı, Dənizə  də mövzunu danı-
şan Nihad, Dənizi də götürüb:  
 
-Bizi bağışlayın uşaqlar, biz gedirik Mö-
minə  Xatunda  dondurma  yeyək.  Sonra  da 
bacıma bir az Naxçıvanı gəzdirəcəm.  
 
Nihad bayıra  çıxıb avtomobili  işə  saldı, 
Dənizlə  bərabər  yola  düşdülər.  Bir  mağaza-
nın  yanında  saxladı,  Dənizə  işarə  etdi  ki, 
siqaret alıb qayıdacaq.  
 
-Salam usta, axşamınız xeyir.  
 
-Axşamın xeyir bala. Buyur, nə lazımdı?  
 
-Siqaret, kent dörd var?  
 
-Hə  buyur  balam,  1manat  50  qəpik. 
Yoxdusa qalsın.  
 
-Yox, ağsaqqal çox sağol. Bu saat, bu da 
iki manat. Xırda yoxdusa qalsın.  
 
-Satıcı  gülərək-  sağ  ol  mənim  balam. 
Halalçılıq yaxşı şeydi.  
 
-Deyirəm  usta,  Bakıda  bir  mağazaya 
girirsən,  heç  satıcı  yerindən  qalxmır,  tele-
vizoru  da  asıb  göydən,  o  türk  müğənnilərə 
elə  gözlərini  zilləyib  ki.  Salam  verirsən, 
dilinin  altında  söyür  nə  deyir  heç  bilinmir. 


 
113 
Heyf  deyil,  buralar?  Siz  deyirsiniz  yoxdu 
qalsın.  Orada  heç  satıcı  az  qalır  cibindən 
çıxardığın pulu əlindən alıb saya.  
 
-Ay oğul, nə etsin satıcı qorxur ki, deyər 
yoxdu  qalsın,  birdən  alıcı-  hə  elə  yoxuydu, 
qalsın-  deyib  çıxar.  Mən  bilirəm  axı  burada 
heç  kim  elə  deməz.  Həm  də  oğul  ora 
paytaxtdı,  böyük  şəhərdi,  heç  kəs  heç  kəsi 
tanımır.  Naxçıvan  balaca  yerdi  hamı  hamını 
tanıyır, hələ dərinə getsə, hamı qohumdu.  
 
-Haqlısan  ağsaqqal,  nə  deyim.  Biz  ca-
vanları  bilirsən  ki,  olsada  deyirik  yoxdu. 
Yaxşı gecələr usta.  
 
-Sağ ol, mənim balam.  
 
Nihad qayıtdı, damağına bir siqaret qo-
yub,  pəncərəni  endirdi  və  getdik  Möminə 
Xatuna dedi.  
 
Möminə  Xatun  məqbərəsindən    bir  az 
aralıda,  aşağı  tərəfdə  yeni  bir  yer  açılmışdı. 
Ləziz dondurma və içkilər verilirdi. Nihad və 
Dəniz  gəldilər,  əyləşib  sifariş  verdilər.  Çox 
keçmədi ki, Jalə şirəsi  və dondurmalar masa-
ya gəldi. Nihad tamamən gecənin  sakitliyinə 


 
114 
qapanmışdı. Qısa bir qapanma keçirən naqil-
lər  kimi  olmuşdu.  Əllərini  masaya  qoymuş 
ətrafa  nəzər  salırdı.  Dəniz  də  sanki  nəyəsə 
diqqətlə  baxırmış  kimi  dayanmışdı.  Dənizin 
bu halda olduğunu görüb, telefonu çıxardı və 
yazdı:  
 
-Sıxılırsan? Nə olub, nə baş verib?  
 
-Yox,  hər  şey  qaydasındadı,  təkcə  bir 
sual  məni  maraqlandırır.  Naxçıvana  gələn-
dən  bəri  dilənçi  görməmişəm.  Yəni  Naxçı-
vanda hamı varlıdı?  
 
Nihad  gülümsəndi  və  bu  maraqlı  sualı 
cavabını  özü  də  bilmədiyindən  söhbətin 
səmtini dəyişərək:  
 
-Bilirsən  bu  klounlar  var  e,  bizim  dildə 
necə deyirdilər, hə təlxəklər. Bu sənət bilirsən 
necə  yaranıb?  O  vaxt  İtaliyada  kişilər  dilən-
məkdən  utanırdılar  deyə  üz-gözlərini  rəng-
ləyib  şəhərdə  dilənirdilər  ki,  heç  kim  onları 
tanımasın.  Çox  maraqlıdı  mənim  üçün.  İndi 
bu sənətə birə-beş hörmətim artıb.  
 
-Maraqlı idi, bu arada dondurma da çox 
dadlıdı.  


 
115 
 
-Hə,  Kərimin  dondurması  deyirlər. 
Məşhurdu Naxçıvanda.  
 
-Bilirsən Nihad, mən bir şey eləmişəm.  
 
-Nə?  
 
-Sən bayaq mağazaya gedəndə avtomo-
bilin  çəkməcəsində  bir  dəftər  gördüm.  Rəşa-
dın  dəftəriydi.  İlk  səhifəni  açdım  və  bir  az 
oxudum.  İstər-istəməz  ilk  vərəqdəki  ilk  şeir-
dən bir bənd yaddaşıma həkk olundu:  
 
Gözlərim kor olar, görməz olaydım,  
Ayağım tutular, gəzməz olaydım,  
Dilim də lal olar, dinməz olaydım,  
Kaş atam olaydı, anam olaydı..  
 
 
Bunları oxuyandan sonra elə sən gəldin. 
Bu bənd mənə çox təsir  elədi. Yetimlik nədir 
mən  də  az-çox  bilirəm.  Sözün  düzü  qorxu-
ram ki, Rəşad özünə bir xətər yetirə.  
 
-Yox, Allah eləməsin. O çox dindar biri-
di. Uşaq deyil ki, bilir ki, günahdı. Sadəcə be-
zib bu həyatdan. İnsanlar da sıxıcı gəlir onun 
üçün.  Onu  başa  düşməyənlər  ətrafında  çox-
du.  Hətta  ona  gülürlər.  Məktəb  vaxtı  da  o, 


 
116 
belə  idi.  Hamı  güləndə  o,  susardı.  Hamı  ağ-
layanda  o,  gülərdi.  Ona  dəli  şair  deyirdik. 
Onu qardaşım bilirəm. Və izacə vermərəm ki, 
ona kimsə xətər yetirə. Özünə isə  inanmıram 
ki, bir şey edər.  
 
-İnşallah.  
 
Dondurmanı yeyib, qalxdılar.  Daha gec 
olmuşdu.  Evə  qayıtmaq  vaxtı  idi.  Sabah  bö-
yük  gün  olacaqdı.  Bu  günlük  bu  qədər  yor-
ğunluq yetər.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
117 
BATABAT... 
 
 Məhəbbətlə didişmişəm,  
 Yalanlarla sevişmişəm,  
 Qoy Əzrayıl eşitməsin,  
 Mən həyata gecikmişəm.  
 
 
Səhər açılmışdı, avtobus tamam dolmuş 
və  növbəti  dayanacaq  Batabat  idi.  İçəridə 
mahnı oxuyurdular uca səslə:  
 
Məktəb illəri, məktəb illəri.  
Ömrümün ən şirin, mənalı, qayğısız günləri...  
 
 
Uzun bir yoldan sonra nəhayət ki, gəlib 
çatdılar. Bura  sanki, cənnət idi. Hər tərəf ya-
şıllıq,  sərin  və  səssiz.  Təbiət  quşların  şirin 
nəğməsi  ilə  dincəlirdi.  Dağların  qoynunda 
olan  bu  məkan  insana  çox  xoş  təsir  bağış-
layırdı.  Kişilər  qabaqcadan  kəsilmış  qoyunu 
doğradılar  və  ocaq  qurdular  ki,  kabab  çək-
sinlər. Qızlar isə voleybol oynayırdılar. Rəşad 
həmişəki  kimi  kənarda  əlində  vərəq,  qələm 
uzaqda oturmuşdu.  
 
-Yenə  şeir  şair  yazır.  (hamı  uca  səslə 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə