Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə22/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

 
118 
güldü) 
Kərim:  
 
-Buraxın  yazsın,  işiniz  olmasın.  Mən 
sənin  həmişə  qarşında  dağ  kimi  durmuşam, 
Rəşad. 
 
Cəmilə:  
 
-Deyir  e,  arxasında  yarpaq  kimi  əsmir-
sən?  
 
Kərim:  
 
-Gəlin sizə bir lətifə deyim.  
 
Vahid  acığına  gəlməsin  nə  olsun  Neh-
rəmlisən? Hər yerin lətifəsi olur da.  
 
Vahid:  
 
De-de. Yoxsa mənnən əl kəhmiyəssən.  
 
Bir  gün  bir  nehrəmli  gəlir  hava  lima-
nına.  Taksiyə  minmir  ki,  artıq  pul  verməsin. 
O da gecikir, gəlir ki, təyyarə uçub.  
 
-Məlumat bürosuna yaxınlaşıb soruşur ki:  
 
-Salam, negəsən? Üküngü reys qalxdı?  
 
-Salam, bəli.  
 
-Nekə dəyqə olar?  
 
-On dəqiqə.  
 
-Yenə  gəhənnəm,  on  dəqiqə  yuban-


 
119 
mışam.  
 
Uşaqlar  o qədər gülmüşdülər ki, gözlə-
rindən yaş gəlirdi.  Vahid də əsəbindən bıçaq 
vursaydın qan çıxmazdı.  
 
Nihad  bir  az  oturduqdan  sonra  şairə 
tərəf gedib, əlini onun çiyninə qoydu və:  
 
-Niyə  belə  edirsən,  nə  olub?  Gözümə 
heç yaxşı dəymirsən.  
 
-Aysel üçün darıxmışam. Evlidi bilirsən, 
oğlu  olub  və  adını  Rəşad  qoyub.  O  ki,  məni 
çox sevirdi. Görəsən niyə belə olur axı? Ya bizi 
sevməyəni  sevir,  ya  bizi  sevəni  sevmirik.  Ya 
da hər ikimiz sevirik, amma, ayrılırıq:  
 
Rəsminin ucunu atəşə tutub,  
Onu kül eylədim bir kül qabında.  
İnsan olmaqdansa bir gül olaydım,  
Boynumu bükərdim bir gül qabında.  
 
Ya elə gül üstə tikan olaydım,  
Əlinə batardım səs eyləyəydi.  
Kəpənək olsaydım bir günlük ömür,  
Sənsiz yaşamağa bəs eyləyəydi.  


 
120 
 
Kaş sənə tanış yox, bir yad olaydım,  
Biz niyə yaxındıq, niyə bu qədər?  
Kaş ayrı ölkədə doğulaydım mən,  
Ya eyni ölkədə ayrı bir şəhər.  
 
İndi sən evlisən, məndən uzaqda.  
Demə ki, qəfildən oldu gedişim,  
Kaş məni özünə öyrətmiyəydin,  
İndi sənsizliyə necə öyrəşim?  
 
Düşünmə ay şair sevgi günəşdi,  
Sevgi də əriyən bir şam kimidir.  
Bitdiyi o anda qırıntıları,  
Xoş gündüz sonrası axşam kimidir.  
 
Sən getdin, arzular yarımçıq qaldı,  
Çoxusun bu həyat təxirə saldı,  
Ən böyük arzunu əlindən aldı,  
Ən çox sevdiklərin, sən sevmə şair.  
 
 
Görürsən,  Nihad?  Halım  heç  yaxşı  de-
yil. Vallah bezmişəm. Özümü  öldürmək istə-


 
121 
yirəm.  
 
-Ayıb  deyil  Rəşad?  Səni  məndən  ən 
yaxşı  anlayan  kim  var  ki?  Amma,  özünü  öl-
dürmək çarə deyil- deyən sənsən. Dəniz haq-
lıymış,  deyirdi axı,  sən özünə  xətər yetirmək 
istəyirsən,  aldırmadım.  Bax  ətrafına,  gör  ha-
mı  necə xoşbəxtdi. Onlar  da bizimlə bərabər 
böyüyüb, onlarda yetimdi.  
 
-Bəs  onlar  sevgi  nədir  bilirlər?  Kimsə-
sizlər  uşaqlıqdan  ana-ata  sevgisindən  uzaq 
olurlar.  Qayğıdan  kənar  və  yalnız.  Bizim 
ürəyimiz  yoxdu.  Biz  sevə  bilmərik.  Bizi  bu 
dünyaya  atdılar,  o  dünyaya  getmək  istəyi-
rəm. Qorxuram elə ordan da atalar.  
 
-Yığışdır  bu  gic-gic  danışıqlarını.  Bax, 
həqiqətən  yaxşı  deyil,  narahat  oluram  və 
qorxuram özünə bir şey edəsən.  
 
-Sən hələ bilmirsən başqa  dərdlərim  də 
var. Sənə danışıb bezdirmək istəmirəm.  
 
-Nə  olub?  Dəlisən  ay  şair,  bilirsən  axı 
sən mənim qardaşımsan. De dərdini.  
 
Rəşad qısa bir səssizlikdən sonra:  
 
-Bir  tələbəm  var,  adı  Cəbrayıldı.  Anası 


 
122 
yaman xəstədi. Bu zibil xəstəliklər. Elə də yaxşı 
insandı  ki.  Oğlu  Cəbrayıl  indi  üçüncü  kursda 
oxuyur.  Hələ  on  birinci  sinfdə  oxuyanda  hə-
mişə Nazilə ananın yanına gələr körpələr evinə 
yardım  edərdi.  Uşaqlarla  oynuyar,  onlara  hə-
diyyələr alardı. Mən də o vaxtdan tanımışdım 
bu  oğlanı.  Elə  yaxşı  biri  di  ki,  həqiqətən  onu 
çox istəyirəm. Atası xaricdə işləyirdi, imkanları 
yaxşı  idi,  tez-tez  pul  göndərərdi  Cəbrayıla. 
Demək olar ki, ayda bir dəfə, o, pul gələn vaxt 
gələr  bu  yetimləri  sevindirərdi.  İndi  anası  ya-
man xəstədi. Özü də yumru top kimi oğlanıy-
dı, əriyib skeleti qalıb. Təzəlikdə öyrəniblər ki, 
anası  xərçəng  xəstəsidi.  Əməliyyat  üçün  çox 
pul istəyiblər. Atası əlində olanı göndərib, mən 
də  kitabların  pulundan  və  bir  az  yığışan  pu-
lum  var  idi,  onu  verdim,  amma,  kəsir  var. 
Borca xərcə düşüb düzəltmişik, amma, yenə də 
üç min manat çatışmır.  
 
Əli  ilə  Rəşadın  göz  yaşlarını  silən 
Nihad:  
 
-“Bu  həyat  axmaq  xarakterli  insana 
bənziyir”. Belə olur ki, bax, pul olmur və qa-


 
123 
dınlar  fahişəlik  edir,  cavanlar  oğurluq  edir. 
Mənim də yoxdu, gözlə gedim Bakıya, Orxan 
qayıdacaq ondan borc alıb göndərəcəm.  
 
-Qardaşsan  e,  vallah  Cəbrayıl  çox  sevi-
nəcək.  Amma,  tələs  ki,  ayın  axırına  qədər 
əməliyyat olunmalıdı.  
 
-Yaxşı qardaş, ürəyini sıxma..  
 
Elə bu vaxt Dəniz qaçaraq bu tərəfə gəl-
di  və  işarə  etdi  ki,  kabablar  hazırdı,  hamı 
süfrə başına.  
 
Nihad əlini Rəşadın çiyninə qoydu, güc 
verib  qalxdı  və  əlini  uzatdı  ki,  Rəşad  da 
qalxsın:  
 
-Tələs, bizə kabab qalmadı.  
 
Oturub  kabab  yedilər,  buz  bulaqdan  su 
içdilər, futbol oynadılar, gəzdilər.  Axşam  düş-
dü, doluşdular avtobusa istiqamət- Naxçıvan.  
 
 
 
 
 
 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə