Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə20/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   16   17   18   19   20   21   22   23   ...   38

 
107 
daxilində  yox,  xaricdə  də,  eləcə  də  qonşu 
dövlətlərdə  bu  müqəddəs  yer  tanınmışdı. 
İrandan,  Türkiyədən  və  digər  ölkələrdən 
buranı  görmək  üçün  gələnlər  vardı.  Nihad 
Dənizin  əlindən  tutmuş  və  pilləkənlərdən 
enməsinə kömək etmişdi. Elə bu vaxt onların 
rəsmini  çəkən  bir  turist,  dərhal  aparatdan 
çıxan  şəkili  bir  az  əlində  yellədikdən  sonra 
onlara uzatdı və:  
 
-Hello,  you  seem  from  distance  very 
beautiful.  İt  is  a  little  present  from  me  for 
you. (Salam, kənardan çox gözəl görünürsü-
nüz.  Bu  məndən  sizin  üçün  kiçik  bir  hədiy-
yədir) 
 
Dəniz  əlini  uzatdı  və  rəsmi  aldı,  Ni-
hadsa əlini cibinə saldı ki,  pul çıxarıb  versin, 
amma,  Dəniz  Nihadın  əllərindən  tutdu,  başı 
ilə  bu  turistə  təşəkkürlərini  bildirdi.  Nihad 
da  Dənizə  baxıb  başı  ilə  sağ  ol-  dedi.  Nihad 
nə  baş  verdiyini  bilmirdi.  Sonradan  Dəniz 
Nihada  bunun  hədiyyə  olduğunu  izah  etsə 
də,  Nihad  tərəddüd  içində  idi.  Axı  Dəniz 
necə  bilə  bilərdi  ki,  bu  hədiyyədir?  O  bilirdi 


 
108 
ki,  karlarda,  korlarda,  danışa  bilməyənlərdə 
ümumiyyətlə, hissiyat güclü olur.  Amma, bu 
qədər güclü olduğunu bilmirdi.  
 
Xeyli gəzdikdən sonra gəlib ailələr üçün 
hazırlanmış, yumru,  üstü hasarlanmış masa-
ların  üstündə  əyləşdilər.  Dəniz  başını  Niha-
dın  çiyninə  qoyub  dərindən  bir  ah  çəkdi  və 
telefonuna yazdı:  
 
-Səni  elə  çox  istəyirəm  ki,  kaş  səni  əv-
vəldən tanıyaydım. Əsl dostsan.  
 
-Sağ ol, yaxşı yazdın, axırını korladın.  
 
-Niyə?  Axı  mən  sənə  demişəm  ki,  sən 
mənim kiçik qaqaşımsan.  
 
-Problem  yaşdadı?  Məni  niyə  sevmir-
sən,  bilmədiyim  bir  səbəb  var?  Məndən  nə 
gizlədirsən? Bəlkə sevdiyin var?  
 
-Yox,  yoxdu,  olmuyub.  Heç  olmayacaq 
da.  Səninlə  tanışlığın  ilk  vaxtlarından  sənə 
qaqaş  demişəm,  biz  dostuq.  Bunu  yadından 
çıxartma və xahiş edirəm, bir də bu mövzuya 
qayıtmayaq.  
 
-Yaxşı Dəniz.  
 
Nihadın  bu  qədər  başa  düşən  olması, 


 
109 
Dənizə  belə  hörmət  etməsi  Dənizi  elə  sevin-
dirirdi  ki,  o  həzin-həzin  ağlayırdı.  Axı  niyə 
onu  belə  gec  tanıdı.  Axı  Nihad  bilmirdi  ki, 
Dənizin son günləridi. O da tezliklə öləcək...  
  
Hava  qaralana  yaxın  şəhərə  qayıtmaq 
üzrə yola düşən gənclər elə sevinirdilər ki, bu 
günü  unutmaq  olmazdı.  Nihad  Dənizdən 
doğum  tarixini  soruşdu.  O  isə  telefonu  əlinə 
alıb  yazmağa  başladı,  1-i  sentyabr.  Nihad 
əyləci basıb saxladı, avtomobili yana çəkdi. O 
izah  etdi  ki,  yetimxanada  doğum  tarxi  bilin-
məyənlərin doğum günü 1-i sentyabrda qeyd 
olunurdu. Və  o da bu ilədək  doğum gününü 
eyni tarixdə qeyd edib.  Amma, bu  ildə fərqli 
nə  olduğunu  soruşmayan  Dənizə  Nihad  heç 
bu barədə danışmaq istəmədi.  
 
Şəhərə  yaxınlaşdılar,  Rəşadgilin  evinə 
az  qalırdı  ki,  Nihad  Dənizə  o  günkü  Günay 
və digər qızlar haqqında danışmağa başladı:  
 
-Biz uşaqlıqdan bir yerdə böyümüşük. 
Onlar  mənim  bacı  və  qardaşlarımdı.  On-
larla  ən  yaxşı  və  pis  günləri  birgə  keçirmi-
şik. Bizi bizdən daha yaxşı anlayan heç kim 


 
110 
yoxdur.  Yetimxanalarda  eyni  dəlixanalar, 
kimsəsizlər  və  qocalar  evi  kimidir.  Eyni 
vəziyyətdə  olan,  eyni  talehi  yaşamış  insan-
ların evləridir. Və hər üç təbəqəyə kənardan 
insanların  yazığı  gəlir.  Daha  anlamırlar  ki, 
bunları belə edənlər də insan olub... 
 
Dəniz  bu  sözləri  telefonda  oxuduqdan 
sonra  yenə  də  göz  yaşlarına  hakim  ola  bil-
mədi. Nihada elə həsəd aparırdı ki,  elə içdən 
baxırdı  ki.  Onun  yanında  həyatında  indiyə-
dək heç zaman olmadığı qədər xoşbəxt və ra-
hat  idi.  Könlündən  necə  də  onunla  uşaqlıq-
dan tanış olmaq, bir yerdə böyümək, bir yer-
də oynamaq keçdi. Bu mümkün  deyildi, am-
ma,  bir  yerdə  yaşlanmaq  da  mümkün  olma-
yacaqdı.  Dənizin  barmaqla  sayılası  qədər  az 
ömrü qalmışdı. Bəlkə bir aydan da az.  
 
Qapını  açıb  evə  girdilər.  Bütün  yetim-
xana uşaqları hamısı bir yerdə idi. Hər bir tə-
rəfə  yığışmış  dərdləşirdilər.  Neçə  illər  sonra 
bu  qədər  insanı  bir  yerə  yenə  də  Nazilə  ana 
yığmışdı.  Nihad  hamıya  salam  verib,  Dənizi 
bacısı  olaraq tanıtdı.  Ailəsi haqda  danışdı ki, 


 
111 
guya  hamısı  avtomobil  qəzasında  ölüb,  Də-
niz  Bakıda  yetimxanada,  Nihad  Naxçıvanda 
böyüyüb  və  illər  sonra  bir-birilərini  təsadüf 
nəticəsi tapıblar. Sonra hamı ilə ayrılıqda gö-
rüşdü  və əlini əlinə  vuraraq  hamının  susma-
sına səbəb oldu:  
 
-Sakitlik,  hamı  məni  eşitsin.  Kərim  sə-
nin avtobusun olmalıdı. Yenə işlədirsən?  
 
-Bəs necə, amma,  dövlət  sağolsun yeni-
sini  verib.  Üç  nömrəli  avtobusu  özüm  fırla-
dıram. Necə ki?  
 
-Qadan  alım,  birdə  nə  vaxt  bir  yerə  yı-
ğışacağıq?  Mən  də  üç  günə  qayıdıram  Bakı-
ya. Gəlin yığışaq hamımız  sabah gedək Bata-
bata.  
 
Hamı Nihadı alqışladı və elə sevindi ki:  
 

Əlbəttə  gedək”.  “Gedək,  durun  elə  in-
di”. Hər
 tərəfdən səslər yayılmağa başladı.  
 
-Şey,  Nihad  təzə  avtobus  ora  qalxmaz, 
amma, Rauf var qonşumuz, onda köhnə, am-
ma, saz biri var, onu alım gedək.  
 
-Nə istiyirsən elə, təki bizi  ora apar. Bir 
heyvan da alarıq, çəkib şişə kabab eliyərik.  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə