Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

 
90 
 
Nihad:  
 
-Mən getdim.  
 
Bu  keçən  üç  gün  içində  elə  yorulmuşdu 
ki, Nihad. Həqiqətən bir yası yola vermək çox 
çətin  və  məsuliyyətli  bir  işdi.  Amma,  demək 
olar  ki,  yetimxanadan  olan  bütün  dostlarını 
burda  görmüşdü.  Nazilə  ananın  bu  qədər 
sevdiyi, dostu  olduğunu bilmirdi heç.  Az qala 
bütün  şəhər  yasa  gəlmiş,  dualar  etmiş,  get-
mişdilər.  Bu  qədər  yaxşı  anılması,  xatirələrə 
həkk  olunması  və  tanınması  Nihadı  sevindi-
rirdi.  Hər  bir  insan  məşhur  ola  bilər,  hər  bir 
insan tanına bilər. Baxır necə? Pis ya da yaxşı. 
Misal üçün küçədə biri lüt soyunsa, onu bütün 
Naxçıvan  tanıyacaq.  Amma,  necə?  “Yaxşı 
əməllər insana yaraşıq verən, eyiblərini örtən 
geyim  kimidir”.  Nazilə  ananın  bu  cür  yaxşı 
əməllərinə  görə  cəmiyyət  arasında  sevilməsi 
çox  ürəkaçan  bir  hadisə  idi.  Bu  qədər  insanın 
duası  onun  üçün  cənnəti  qapılarını  açan  əl 
olmuşdu.  
 
Yas qurtardıqdan sonra Rəşad, Nihadı və 
Dənizi  götürüb  qəbirstanlığa  getdilər.  Şəhər 


 
91 
qəbirstanlığı  da  çox  yaxşı  təmir  olunmuş, 
hasarlanmışdı.  
 
Rəşad:  
 
-Qəbirlərə baxdıqca insan ölmək istəyir.  
 
-Vallah şair olmaqla deyil ki, xəstəsən sən.  
 
-Niyə?  
 
-Başqaları  baxanda  yadına  düşür  ölüm 
var,  deyir  Tanrı  məni  hifz  elə.  Sən  də  belə 
deyirsən.  
 
-Fikir  vermə,  ölümü  mən  qədər  sevən 
insanlar öz əcəliylə ölməzlər.  
 
-Danışdı  da  ağıllımız,  oxuyanımız.  Sakit 
ol bir “Əl-Fatihə” sürəsini oxuyum.  
 
-Yaxşı-yaxşı.  
 
Nihad  elə  fatihəni  bitirmişdi  ki,  Rəşad 
uca səslə oxumağa başladı:  
 
Fısıldayır payız yeli pəncərəmdə için-için,  
Xəzan gölü xışıl-xışıl, ayaqaltı xışıldayır.  
Barmaqlarım yazır yenə hər şüşədə sənin ismin,  
Külək mənə səndən nəsə pıçıldayır: "Ölüm, ölüm"....  
 
Ağlayır buludlar, doyubdu asfalt,  
Kənarda faytonçu, bərk yüyürən at.  


 
92 
Sürüşür ulduzlar buzlu səmada,  
Tələsik dilək tut muradına çat.  
(Nişanlımı görmək istiyirəm.)  
Qoy danışsın, sus danışsın payız yeli,  
Tanış bir nəğməni zümzümə edir.  
Bizə ölüm marşı seçir..  
Bəyən birini.. .  
Bəlkə, biz fərqinə varmırıq, amma,  
Keçən hər saniyə ömürdən gedir..  
 
Səhər yatıb, xoruldayır xorul-xorul,  
Günəş çıxır dağ arxasından oğrun-oğrun 
Gecədən keçib, saat yeddidir..  
Səhər də öz zəngli saatının səsinə oyanır artıq.  
Görəsən bəsmidir?  
Axı ayrılıqdan yenicə ayrılmışam.  
Bəlkə qışam, bəlkə yazam?  
Bəlkə sənin gözlərində,  
Elə məndə bir payızam?  
Bəlkələrdən, kaşkilərdən,  
Bir də sənsiz bu günlərdən,  
Elə bezdim, elə bezdim-deyə bilmirəm.  
Bilirsən, əslində bizlər ölümün nişanlısıyıq.. .  


 
93 
Yerində deyib şairə.  
Və sairə, və sairə.  
Ürək olsa parə-parə.  
Nədi çarə?  
Sübut üçün sən öləsən 
Gərək mən də dəli olum.  
Külək yolur ağacların saçlarını.  
Yavaş-yavaş donub qalır əlim, qolum.  
Sinəmə çəkilən dağlara bax.  
Gör nə qədər güclüdülər.  
Kaş elə mən də dağ olaydım.  
Belə qara olmaqdansa, qar olaydım, ağ olaydım.  
Həmişə sənə yağardım, sən isə bezərdin.  
İndi necə yığıram nömrəni səndə bezirsən.  
Telefonu söndürürsən, bax elə.  
Ölümün telefonu olsaydı, ilk ona zəng edərdim.  
 “Zəng etdiyiniz nömrə təyin edilməyib” 
Belə-belə gedir ömrüm.  
Gülünc gəlir ifadələr?  
Ölüm kimi bəhanələr, nələr və nələr.  
Kimlər gələr, kimlər gədər, amma,  
Bizlər ölümün nişanlısıyıq.. .  
Gör nə qədər dərindi.  


 
94 
Bir cümlə gör nə qədər sualı cavaba çatdırır.  
Saniyələr, dəqiqələr bizi ölümlə evliliyə aparır.  
Ölümə yaxınlaşırıq..  
Get-gedə paxıllaşırıq.  
Bilirsən, Tanrı rəssamdı, Tanrı yazıçıdı.  
Bizlər rəsimik ya da əsər.  
Kimi qəhrəman, kimi aciz, kimi gözəl, kimi çirkin.  
Kimi nikbin, kimi bəbdin.  
Gözlərimə dolubdu qor. Bir az yor özünü.  
Yor! 
Düşün dediklərimi 
Qəm deyə yediklərimi.  
Danış mənə, danış mənə gülüm sənə… 
Yox, kəsmə sözümü! 
Bizlər ölümün nişanlısıyıq.  
Darıxdım nişanlım üçün.  
Çatsaydı gücüm, mən ona gədərdim.  
Onu gözləməzdim.  
Bizlər ölümün nişanlısıyıq, bizlər ölümün nişanlısıyıq. 

Ölümə gedən hər yol bizi sevgimizə aparır” 
 
Bu şeir bir şairənin” Bizlər ölümün nişan-
lısıyıq”şeirinə  nəzirədi.  İçimdən  gəldi  və 
dedim.  “Şairlər,  şairələr,  bizlər  yaşamırıq, 


 
95 
bizlər  bu  həyatı  içimizdə  boğub,  öz  qurdu-
ğumuz dünyada yaşayan canlılarıq” 
 
Dəniz  elə  ağlıyırdı  ki,  Nihadla  Rəşad 
yerində  buz  kəsib  qalmış,  baxışlarını  tam  bu 
qızcağıza  yönəltmişdilər.  Axı  o  nə  eşidir,  nə 
danışır, bəs niyədi bu göz yaşları?  
 
Dəniz  ona  tuş  gələn  bu  baxışları  sezib 
izah  elədi  ki,  Nazilə  anaya  ağlayıram  bir  də 
Rəşad  deyəsən  yasin  sürəsini  oxudu,  do-
daqlarından hiss etdim.  
 
Nihadla  Rəşad  bir  az  bir-birilərinə  baxıb 
güldükdən  sonra  avtomobilə  tərəf  yola  düş-
dülər.  Dənizə  Nihad  izah  etdi  ki,  evdə  qalsın, 
yetimlərin  yanında,  bir  saata  qayıdacaqlar. 
Dənizi evə qoyduqdan dərhal  sonra Nihad  və 
şair  Rəşad  həmişəki  iki  dostun  dəyişməyən, 
əbədi görüş yerinə yola düşdülər.  
 
-Rəşad,  Azərbaycan  ədəbiyyatında  neçə 
ildir  hökm  sürən  durğunluq  pozulub.  Yaxşı 
romanlar  və  şeir  kitabları  çıxır.  Heyf  ki,  in-
sanımız  bunlara  dəyər  verməyi  bacarmır. 
Gərək elə xarici ədəbiyyat oxusunlar. Bizimki-
ləri  bəyənmirlər.  Bilirsən  mənə  nə  maraqlıdı? 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə