Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə13/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

 
67 
qanad qoysaydılar aya qalxardı. Axırı ki, nahar 
vaxtı yetişdi. Nihad dərhal küçədəki gül satan-
ların birindən bir çiçək almaq üçün gəzindi. Bir 
ağbirçək qadına yaxınlaşıb fərqli bir gül istədi. 
Hamısından fərqli bir şey. Qadın isə sarı və çox 
gözəl görünən bir gülü Nihada uzatdı. Bu çox 
bahalıdı.  Və  ən  dözümlü  güldü.  Adı:  “Səhra 
çiçəyidi”. Nihad adını eşidəcək alıram dedi.  
 
-Qiyməti 8 manatdı, oğul.  
 
-Eybiyox xala  ver. Çiçəyi alıb dönərçiyə 
üz  tutdu.  Dəniz  onu  içəridə  gözləyirdi.  Və 
Nihadı  görcək  gülümsündü.  Nihad  Dənizə 
yaxınlaşıb gülü ona uzatdı və yanına əyləşdi:  
 
-Ə Nihad, ə səndə oldun bu qızın tayı? 
Bir  salam  ver  da.  Ya  sizi  narahat  edirəmsə, 
çıxım?  
 
-Bağışla,  vallah fikirliyəm. Salam,  necə-
sən?  
 
-Olarsanda fikirli. Nə gözəl olmusan bu 
gün. Sevgidəndi deyəsən?  
 
-Yox  Əsgər  nə  sevgi  dünən  bir  bu  gün 
iki. Dönər hazırla az danış.  
 
-Mən  də  elə bildim  sizin  sevginiz müa-


 
68 
sir zəmanə sevgisidi. İlk görüşdə sevgi, ikinci 
görüşdə  gəzmək,  əl-ələ,  göz-gözə,  üçüncü-
dən də olmaya. Allah saxlasın.  
 
-Boş-boş  danışma  Əsgər,  bil,  başına  nə 
gəlsə  sənə bu  dilinin ucbatından gələcək. Bir 
misal var, bilmirsən onu:  
Mənə məndən olar hər nə olarsa,  
Başım rahat olar dilim durarsa.  
 
-Bu qızın başı indi deyirsən rahatdı?  
 
-Əsgər!!!! 
 
-Yaxşı-yaxşı.  Alın yeyin, bu gün pul al-
mayacam, sizə hədiyyəm olsun.  
 
-Yaxşı  onda  adama  ikisin  ver,  birini  də 
bük aparırıq. Ayran da gətir.  
 
-Sirab da gəlib ha.  
 
-Baaa, tez gətir  da bə. Darıxdım  doğma 
torpaqın suyundan ötrü.  
 
-Bir  dəqiqə, Nihad siz niyə da bə deyir-
siz ki?  
 
-Yenə başladın ayrı-seçkiliyə?  Azərbay-
canı  niyə  bölgələrə  bölürsünüz  anlamıram? 
Çox  şey danışaram bu haqda yeri  deyil, qal-
sın təkbətək vaxta.  


 
69 
 
-Qalsın da bə, nə deyirəm ki.  
 
Nihad  gözlərini  Əsgərə  bərəltdi,  sonra 
Dənizlə  bərabər  dönərlərini  yeyib,  sirabdan 
içdilər  və  dəniz  kənarı  parka  tərəf  yola  düş-
dülər. Yol boyu gözlərini Dənizin  dəniz göz-
lərindən  çəkə  bilməyən  Nihad  boş  olan 
skamyaların birinə əyləşdi. Dəniz əlində olan 
çiçəyin adını soruşdu və:  
 
-Bu Səhra çiçəyidi.  Ancaq  səhrada  olur. 
Asta səslə dedi: 8 manatdı.  
 
-Dəniz  gülümsənməyə  başladı,  təşək-
kür edib Nihadın yaşını soruşdu:  
 
-Mənim  23  yaşım  tamam  oldu.  Qızın 
yaşını soruşmazlar, amma, sənin?  
 
-25 yazdı telefona Dəniz.  
 
Nihad:  
 
-Nə?  Axı  çox  cavan  göstərirsən,  mən 
deyərdim  20-21.  Bir  az  sakitlikdən  sonra  Ni-
had yazdığı vərəqi Dənizə uzatdı və xahiş et-
di  ki,  evdə  oxusun.  Qalxdılar  və  sabah  eyni 
vaxtda,  eyni  yerdə  görüşəcəklərinə  söz  ver-
dilər.  Nihad  idarəyə  qayıtdı.  Otaqdan  içəri 
keçdi və bərk hirsləndi.  


 
70 
 
-Sən mənim otağımda nə edirsən?  
 
-Qapının  açılmasından  onsuzda  rəngi 
qaçmış Taleh:  
 
-Heç-heç  səhv  gəlmişəm,  Orxanı  axta-
rırdım.  
 
-Orxanın  otağı bura  deyil. Rədd  ol, bir-
də səni burda görmüyüm.  
 
Otaqdan  qaçaraq  çıxan  Taleh  tələsik 
növbətçi  otağına  üz tutdu. Nihad əsəbini  sa-
kitləşdirə  bilmirdi.  Uşaqlıqdan  onun  şəxsi 
əşyalarının qarışdırılmasına nifrət edərdi. Elə 
bu vaxtda Orxan içəri girdi:  
 
-Necəsən Nihad? Mən müdirdən məzu-
niyyət  götürdüm,  gedirəm  Parisə.  Ailəvi  bir 
tur atıb qayıdacam. Avtomobil sənə əmanət.  
 
-Sənin  adına  çox  sevindim.  Nə  qədər 
qalacaqsan?  
 
-Bir ay.  
 
-Bu çox uzun müddətdi. Özünə  və ailə-
nə yaxşı bax, İncini də öp mənim əvəzimdən. 
Avtomobilə  görə  çox  sağol  və  gözün  arxada 
qalmasın, narahat olma.  
Qalxıb qucaqlaşdılar, öpüşüb, görüşdülər.  


 
71 
GÜNLƏRİMİ DƏYİŞƏN HƏYAT... 
 
 Buz üstündə zivirmişəm,  
 Keçmişimdən silinmişəm,  
 Axı hardan bilərdim ki?  
 Mən həyata gecikmişəm?  
 
 
 
Artıq  yeni  bir  həyata  başlamışdım  san-
ki.  İlk  dəfə  idi  ki,  həyatı  bu  qədər  rəngli  gö-
rürdüm. Gələcəyimi həvəslə gözləyir, keçmi-
şimi tanımaqdan boyun qaçırırdım. Artıq əv-
vəlki  sıxıcı  günlər  yox  idi.  Qonşu  Abbas  və 
Mahirə  xalaya,  Fərid  balaya  Allah  rəhmət 
eləsin. Onların  da  səsi-sorağı yox  idi.  Həmin 
gün mən  evdən çıxan  vaxt  deməli qonşunun 
evinə qaz sızmışdı. Daha doğrusu bunu Fərid 
edibmiş.  Hər  səhər  anası  qazı  yandırar, 
çaydanı  isidərmiş.  Bu  gün  özü  bunu  etmək 
istəyibmiş.  Sən  demə  qazı  açıb  və  çaydanı 
eləcə  qoyub  qazın  üstünə.  Qazı  yandırma-
dan. Və beləcə evdə hamısı boğulublar. Digər 
qonşular sağ olsun, yoxsa bina partlayacaqdı. 
Beləcə artıq  səhər  oyananda qırğın  səsləri  də 
həyatımdan  götürülümüşdü.  Və  ən  əsası 


 
72 
mən  artıq  sevirdim.  Dənizi  dünyalar  qədər 
sevirdim.  Onu  sevdiyimi  deməmişdim,  çün-
ki,  bunu  deməmi  sanki  o  istəmirdi,  mənə 
fərqli bir hisslə, daha çox dost canlı yanaşırdı. 
Bu isə mənim xoşuma gəlmirdi. Artıq 13 gün 
keçmişdi.  Və  hər  gün  görüşür,  Əsgərin  ya-
nında  dönər yeyir, ayran  və ya  sirabdan  içib 
dəniz kənarı parkda gəzirdik..  
 
Avtomobil  Nihadda  olduğundan  Dəni-
zə  daha  çox  vaxt  ayıra  bilən  Nihad  Dənizlə 
demək olar ki, bu qısa  vaxt ərzində parkdakı 
əyləncə  qurğularının  hamısını  sınamışdılar. 
Dənizin  bunlardan  qorxması  Nihadın  işinə 
gəlirdi.  Nihadın  əllərindən  tutur,  bəzən  də 
ona  sarılırdı.  Həyatında  bəlkə  də  indiyədək 
yaşadığı ən xoşbəxt günləri idi. Ömrünün bu 
yaz  fəslində  bahar  günəşi  onun  həyatına 
yansımışdı.  Hər  gün  mesajlaşırdılar.  Bu  tex-
nologiya  bir  zamanlar  Nihad  üçün  o  qədər 
əhəmiyyətli  deyildi,  amma,  artıq  o  telefonu 
çox  istəyirdi.  Həqiqətən  həyatı  daha  da 
asanlaşdıran  bu  alət  sanki,  karlar  və  danışa 
bilməyənlər üçün ayrı bir vasitə idi. Dəniz öz 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə