Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə11/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

 
56 
qızın  yanınca  çıxdı.  Bir  az  dolaşmağa  razı 
saldı  qızı.  Qız  həqiqətən  çox  gözəl  idi.  Hər 
gözəldə  bir  eyib  olar  deyirlər.  Nihadsa  bu 
qızda  eyib  tapmırdı.  Onun  eşidə  bilməməsi, 
danışa bilməməsi heç  də  eyib  deyil. Eyib an-
caq xarakterdə  olur. Nihad  dəniz kənarı  par-
ka getməyi təklif  etdi. Qız  razılıq  verdi. Bur-
dan  o  qədər  də  uzaq  deyildi.  Gəzə-gəzə  6-7 
dəqiqəlik  yoldu.  Aha,  bu  da  dəniz  kənarı 
park.  Bu  son  zamanlarda  elə  gözəlləşmişdi 
ki.  Sanki,  hansısa  çirkin  qızı  plastik  əməliy-
yatla  mələyə  çevirmisən.  Uçuşan  quşlar,  Xə-
zər və yeni gözü oxşayan səki daşları insanın 
könlünü  açırdı.  Nihad  pop-korn  satana  ya-
xınlaşıb iki paket aldı və qızın yanına qayıtdı. 
Birdən Nihad asta səslə deyindi:  
 
-Mən  həqiqətən  gicəm.  Hələ  heç  qızın 
adını  soruşmamışam.  İndi  bunu  necə  soruş-
sun?  Telefonu  çıxardı  yazmağa  başladı:  Mə-
nim adım Nihaddır. Sənin adın nədir?  
 
-Qız baxıb gülümsündü və əli ilə dənizi 
göstərdi.  
 
-Dəniz.  Vau.  Süper  çox  qəşəng  adınız 


 
57 
var. Ən sevdiyim addı. Gözləriniz də dənizin 
mavisidi-ardınca telefonda yazmağa başladı. 

Gözlərinin  rəngini  dənizdən  pay  almısan. 
Bilirsənmi, dənizi göylərdən ayırmısan? ” 
 
-Dənizsə başı  ilə təşəkkürlərini bildirdi. 
İzah  etdi  ki,  elə  buna  görə  adımı  Dəniz  qo-
yublar.  
 
Bir az gəzdikdən sonra Nihad  işə yuba-
nacaqını  görüb,  izah  elədi  ki,  işləyir  və  get-
məlidi. Amma, davamlı olaraq onunla görüş-
mək  istədiyini  də  bildirdi.  Həmişəki  vaxtda 
və  yerdə,  bu  günkü  kimi.  Dəniz  də  başıyla 
razılıq  verdi  və yanaqları közərdi. Nihad  işə 
qayıtdı və heç cür yadından çıxara bilmirdi o 
anları.  Hələ  gəzdikləri  yerdə  bir  dilənçinin 
onlara yaxınlaşıb xoşbəxt olun deməsi və pul 
istəməsi.  Əslində  bu  dilənçilər  hamıya  elə 
deyirdilər. Qızla  oğlan görən kimi təsir edici 
dualar  edib,  elə  and  verirdilər  ki,  20qəpik 
verməmək  içdən  olmur.  Nihad  böyük  iş 
adamları  kimi  kresloya  söykənib  ayaqlarını 
masaya  qoyub  xəyala  dalmışdı.  Birdən  qapı 
döyüldü.  İçəri  bir  cavan  oğlan  keçdi  və  ar-


 
58 
dınca:  
 
-Mən  rəhmətə  gedən  Kazım  dayının 
yerinə işləyəcəm. Müdir dedi ki, otaqları gəz 
və hamını tanı, adını yaz.  
 
-Hə,  lap  əcəb  elədin.  Adım  Nihaddı. 
Kompyuter  otağında  işləyirəm  göründüyü 
kimi.  
 
-Yaxşı sağol.  
 
-Bir  dəqiqə  ayaq  saxla,  sənin  bir  adın 
yoxdu?  
 
-Şey,  bağışla  e,  tələsdim  və  unutdum. 
Adım Talehdir.  
 
-Kimin Talehi?  
 
-Başa düşmədim.  
 
-Heç-heç, mənə fikir vermə, işində ol.  
 
Kefi  yerində  idi  Nihadın.  Ağlı  daima  o 
qızda  idi.  Sabah  bir  gül  alacaq  və  onunla 
yenə  görüşəcəkdi.  Nihad  həyatında  ilk  dəfə 
idi  ki,  qızla  görüşə  gedəcəkdi  və  ilk  dəfə  idi 
ki, bir qızdan xoşlanırdı.  İş  vaxtı qurtarmışdı 
artıq. Nihad və Orxan yolda idilər.  
 
-Nihad sənin yenə nəsə hoqqaların var?  
 
-Yox Orxan nə olacaq axı?  


 
59 
 
-Var-var. Yenə  olsun, Ə mənə de  da, nə 
olar  ki.  Həmişə  nə  isə  olur,  sonra  bilirəm  nə 
olur.  
 
-Sən  avtomobili  yavaş  sürməsən,  o 
dünyada  deyərəm  nə  olub.  Hara  tələsirsən 
ki? Qumral bacıya tələsirsən- gülərək.  
 
-Hə,  belə  əcəb  eliyirəm.  Səndə  evlən, 
səndə tələs.  
 
-Ə,  bığı  burma  kişisən,  mən  də  elə 
bildim, sən arvaddan qorxan kişi deyilsən. Ta 
demədim ki, arvadı görəndə tük salırsan.  
 
-Lənət olsun, ha deyirəm səninlə müba-
hisəyə  girməyəcəm.  Bax  təzyiqim  qalxdı. 
Qoy bu tükandan bir limon alım.  
 
-Düş al, yəqin arvad limon tapşırıb.  
 
-Nihad!!!!!!!!!!!! Bilirsən, sənin nəyinə ən 
çox  heyranam?  Bu  söhbətin  ki,  səmtini  də-
yişirsən e, bax ona. Gör hardan hara gəldin?  
 
-Hara gələcəm, idarədən evə.  
 
-Ə, düş aşağı tələsik yoxsa gəlib səni.  
 
-Anamı söymə, ölünü söyməzlər.  
 
-Bəlkə ölmüyüb.  
 
-Onda söy. Məni atıb gedib, hardadı heç 


 
60 
gəlib tapmır.  
 
Nihadla  Orxan  xeyli  zarafatlaşdıqdan 
sonra Nihad evə tərəf yola düşdü. Böyük hə-
vəslə  sabahın  gəlməsini  gözləyirdi.  Dənizlə 
görüşü  vardı axı. Evə çatdı, paltarlarını çıxa-
rıb vanna otağına keçdi. Cox keçmədi ki, duş 
qəbul  etdi, üzünü təmizlədi  və  divana  uzan-
dı. Qolundakı saat nəzərindən qaçmırdı. Ma-
sanın  üstündə  şeirlər  kitabını  gördü  böyük 
həvəslə onu əlinə alıb mündəricata keçdi. Ni-
had  əsasən  şeir  kitablarını  mündəricatdan 
xoşuna  gələn  adlarla  oxuyardı.  Gözünə  bir 
ad sataşdı:  
 

Bəlkə nə vaxtsa, amma, bu gün yox”
Belə  maraqlı  bir  adı  olan  şeirin  məzmunu 
bilmək üçün Nihad tələsik 2-ci səhifəni açdı:  
 
Bəlkə nə vaxtsa, amma, 
bu gün yox... 
 
Bizi özümüzə tanış eyləyən,  
Bahardan dörd fəsil ötüb irəli.  
Səni gözləməklə mən səhv eylədim,  
Bircə sən gəlmədin, bahar da gəldi.  
 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə