Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə30/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

 
162 
mənə. Gecəniz xeyrə qalsın.  
 
-Sənində oğlum, sənində.  
 
 Nihad  bu  gecəni  də  yata  bilmədi,  nə 
qədər gözünü yumsa da, çox fikirli olduğun-
dan  heç  bir  saat  mürgüləyə  bilmədi.  Səhər 
açıldı  yenə  yas  evinə  yollandı.  Bu  gün  də 
dünənki  qədər  sıx  adam  var  idi.  Bir  qayda 
olaraq  hamını  qarşılayır,  baş  sağlığını  qəbul 
edir,  gedənləri  yola  salır,  xeyirdə  görüşək 
deyirdi.  Artıq  bu  gündə  bitmək  üzrə  idi. 
Oturduğu  yerdə  istəmədən  danışan  iki  ca-
vanın söhbətini eşidirdi:  
 
-Abbasəli,  deyirəm  sənə  niyə  iki  ad 
qoyublar?  Ya  Abbas  olardı,  ya  Əli.  Abbasəli 
yox bir Hətəməli.  
 
-Bura  yas  evidi,  başlama  yenə.  Heç  fa-
tihəni də bilmirsən, qırxa qədər sayırsan əlini 
üzünə  çəkib  ayağa  durursan.  Ayıb  deyil? 
Sənin kimilər  o qədərdi ki, get özünə  lağ elə, 
mənim adıma yox.  
 
-Zarafat bir yana, o gün bir hadisə  olub 
o qədər gülmüşəm ki. Bilirsən axı bacımın işi 
təqaüdlərin  paylanması  ilə əlaqədardı. Deyir 


 
163 
bir qadın gəlib, nə isə yoldaşının təqaüdünün 
verilməsi  ilə  əlaqədar.  Bəzi  problemləri  var-
mış.  Yoldaşı  xəstə  olduğundan  əvəzinə  özü 
gəlmişdi. Bacım deyir ki, yoldaşının adını de, 
baxaq  görək  bu  nə  məsələdi.  Deyir,  qadın 
susur  və  heç  nə  demirdi,  utanırmış  adını 
deməyə.  Axırda  deyib  ki,  adı:  “Qadanov 
Merətdurdu”.  Bacımgil  o  qədər  gülüblər  ki, 
idarədən kənarda  da  səsləri  eşidilirmiş. Mən 
də  eşidəndə  o  qədər  güldüm  ki,  qarnım 
ağrıdı.  Bax  ayıb  budu.  Ona  ad  qoyanda 
fikirləşmirlər valideynləri? Sən onun yanında 
toya-bayrama getməlisən.  
 
-Haqlısan buna nə deyim. Məndə qəribə 
adlar  çox  eşitmişəm,  adamın  inanası  gəlmir. 
Çox  şükür  Allaha  dövlətimizdə  adlar  üzrə 
yeni işıqfor sistemi tətbiq ediləcək.  
 
-O nədi ə?  
 
-Eşitməmisən,  tərkibində  söyüş  və  bi-
zim  mentalitetimizə  qarşı  olan  adları  artıq 
valideynlər  uşaqlarına  qoya  bilməyəcəklər. 
Dövlət o adları qeydə almayacaq.  
 
-Lap  əladı  ki,  yaxşı  dur  getdik.  Allah 


 
164 
Rəşad müəllimə rəhmət eləsin.  
 
-Amin.  
 
Nihad  bu  iki  gənci  arxadan  süzdü. 
Gənclər yas evində özünü aparmağı bacarmır 
ki.  
 
Axşam  oldu,  hamı  dağılışdı,  Nihad 
uşaqlara dedi ki, siz gedin evə gəlirəm. Rəşa-
dın qəbrini ziyarət edib qayıdacam.  
 
-Vahid  yetimləri  bir  yerə  yığıb  evə  qa-
yıtdı.  Uşaqlar  da  getmək  istəyirdi,  amma, 
Vahid  bildi  ki,  Nihad  orda  tək  qalmaq  istə-
diyindən belə dedi.  
 
Nihad sağollaşıb qəbir üstünə yola düş-
dü. Burdan çox uzaq  deyildi. Onsuz  da Nax-
çıvan  balaca  yerdi.  Şəhər  daxili  hər  yerə 
ayaqla getmək mümkündü. Nihad qəbirstan-
lığa  girdi,  adəti  üzrə  ilk  öncə  ümumi  olaraq 
Əl-Fatihə sürəsini oxudu  və Rəşadın qəbrinə 
tərəf  yollandı.  Çatanda  elə  bir  səhnə  ilə 
qarşılaşdı  ki,  tərrəddüd  içində  qalmış  və 
suallara  boğulmuşdu.  Qəbrin  üstündə  uza-
nan  bir  cavan  oğlan  var  idi.  Bu  uşaq  kimdi 
görəsən? 


 
165 
 
-Ey,  salam.  Kimsən  və  burda  nə  edir-
sən?  
 
-Salam, mən?  
 
-Yox  ölülərə deyirəm,  sənə  deyirəm  də, 
kim var ki, başqa?  
 
-Mənim adım Cəbrayıldı.  Rəşad mənim 
böyük qardaşımdı. Sən kimsən?  
 
Nihad  artıq  mövzunun  nə  olduğunu 
anlamışdı. Tələsmədən və asta səslə:  
 
-Hə  tanıyıram  səni.  Rəşad  mənə  sən 
haqda  danışıb.  Gəl  bura,  mən  də  Raşadın 
qardaşıyam. Adım Nihaddı.  
 
-Deməli  Nihad  sənsən.  O  həmişə  sən 
haqda  yorulmadan  danışardı.  Uşaqlıqda  et-
diklərinizdən sevərək danışar  və səni elə təs-
vir  edərdi  ki,  hamımız  sən  olmaq  istərdik. 
Səni tanıdığıma sevindim.  
 
-Sağ ol Cəbrayıl. Yaxşı qalx oradan, bili-
rəm çətindi hamımız  üçün, amma, bu  da ke-
çəcək.  Unudulmaz  biri  bu  gün  yaşamasa  da 
qəlbimizdə yaşayacaq. Anan necədi?  
 
-Heç yaxşı deyil. Demək sən də bilirsən. 
Bu  ayın  axırına  kimi  İrana  aparmasaq  o  da 


 
166 
öləcək (ağlayır). 
 
Nihad  Cəbrayılın  qolundan  tutdu,  qal-
dırıb  bağrına  basdı.  İcazə  vermərəm  anan 
ölsün.  Mən  özüm  sənə  söz  verirəm  hər  nə 
olur  olsun mən sənə bu  pulu Bakıya qayıdan 
kimi  göndərəcəm.  Narahat  olma,  əlimdən 
gələnin dahasını edəcəm ki, anan yaşasın. Biz 
ana  məhəbbətindən  uzaq  böyümüşük  və 
anasızlığın  nə  olduğunu  daha  yaxşı  bilirik. 
İndi icazə vermərəm ki, sən də bu acını yaşa-
yasan.  Ağlama,  ürəyini  sıxma,  indi  ananın 
sənə  ehtiyacı  var,  get  evə.  Onu  tək  qoyma. 
Vahidi tanıyırsan?  
 
-Hə-hə tanıyıram.  
 
-Bax  ona  pulu  göndərəcəm,  sən  ondan 
alarsan. Yaxşı?  
 
-Çox  sağ  ol,  nə  deyim  bilmirəm.  Rəşad 
dediyi  qədər  varmışsan.  Allah  Rəşada  rəh-
mət  eləsin.  Onu  bağışlasın.  Axı  o  bizdən 
fərqli  ömür  yaşayıb.  Bizim  Allahdan  başqa 
ailəmiz,  qohumlarımız,  bacı-qardaşımız  var. 
Amma,  onun  tək  Allahı  olub.  Kaş  ki,  Allah 
onu bağışlayardı.  


 
167 
 
-Kaş ki, bu kaş kilər heç olmazdı.  
 
-Kaş  ki.  Yaxşı  mən  getdim.  Pulu  tapa 
bilməsəndə canın sağ olsun.  
 
-Dedim axı narahat olma. Get.  
 
Cəbrayıl  getdikdən  sonra  Nihad  dizi 
üstə qəbirin yanına yıxılıb ağlamağa başladı. 
Və  ardınca  torpağı  elə  qucaqladı  ki,  sanki 
qucaqladığı Rəşad idi. Bir az danışdı, ağlayıb 
içini tökdü və evə sarı yol tutdu.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə