Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə27/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   23   24   25   26   27   28   29   30   ...   38

 
147 
 
-Nihad, mənəm rəis. Ala bildin?  
 
-Heç, nə deyim.. .  
 
-Heç  nə  demə.  Mənə  pul  gərək  yoxdu. 
Nə  lazım  olsa  mənimlə  əlaqə  saxla.  Naxçı-
vanda  da imkanı babat olan  dostlar  var. Səni 
qarşılayacaqlar demişəm.  
 
-Amma,  bu  qədəri  həqiqətən  çoxdu. 
Birdə pula görə sağ olun. Qayıdan kimi.. .  
 
-Dəyməz, qayıt gəl danışarıq. İndi gedi-
rəm  xəstəxanaya.  Bacından  ötrü,  sənə  xəbə-
rim dəyəcək.  
 
-Çox  sağolun.  Siz  bu  günlərimdə  mənə 
belə  dəstək  oldunuz,  Tanrı  ən  dar  gün-
lərinizdə sizə dəstək olsun.  
 
-Dedim  axı  dəyməz.  Sağol.  Yaxşı  uçuş-
lar.  
 
Nihad  təyyarəyə necə mindi heç xəbəri 
də olmadı. İndi hər şey  daha  çətin idi. Əlləri 
buz kəsmiş Nihad, barmaqlarını tez-tez əlinə 
sipər  edərək  isidir  və təyyarənin pəncərəsin-
dən  hələ  uçmağa  hazırlaşan  asfalta  baxırdı. 
Çox  üşüyürdü,  baxmayaraq  ki,  içəridə  o  qə-
dər  isti  idi  ki,  hamı  özünü  yelləyirdi.  Nihad 


 
148 
başını  təyyarənin  pəncərəsinə  söykədi  və  is-
təmədən  göz  yaşları  ilə  dərdləşər  oldu.  Gü-
lürdü  və  ağlayırdı.  “Tanrı  niyə  gülüşü,  göz 
yaşı ilə, sevgini ayrılıqla, gülü tikanla yara-
dıb?  Axı  gülüş  göz  yaşı  olmadan,  sevgi  ay-
rılıq  olmadan,  gül  isə  tikan  olmadan  daha 
gözəldi”.  İndi
  nə  etməli  idi  ki,  kənardakılar 
ona  baxıb  heyfsilənməsin?  Axı  o  güclü,  çox 
güclü  idi.  Ona  baxanların  ona  yazığı  gəlmə-
yəcəkdi.  Onu  vaxtı  ilə  bəyənməyənlər  onu 
görcək bir söz deyəcəkdi: Kaş ki. 
 
Uşaqlıq.  Necə  də  gözəl  və  əlçatmaz 
xəyallar  qismət  edir  insana.  Amma,  qismət. 
Heç  də  hamısı  olmur.  Axı Rəşadın həyatdan 
belə  köçməsi  və  Dənizin  tezliklə  yaxınlaşan 
ölümü  Allaha  nə  verirdi?  Axı  niyə  onun 
ətrafındakılar  həyat  adlı  qatil  tərəfindən  in-
safsızca  öldürülürdü?  Axı  niyə  həyat  kimini 
güldürüb,  kimini  ağlatdıqca  Nihadı  təkcə 
ağladırdı?  O  qədər  niyə  var  idi  ki.  “İnsan-
oğlu  özü  üçün  ölüm  uydurub-adını  da 
Əzrayıl  qoyub”.  Bu  cavabı  olmayan  suallar 
beyninə  zəli  kimi  yapışmışdı.  Bəlkə  də  bir 


 
149 
anası  olsaydı  qaçıb  uşaq  tək  onun  qoynuna 
girər  hönkürərək  ağlıyardı.  Axı  ana  qəlbi 
dağdı.  Onun  nə  dağı  vardı,  nə  təpəsi.  Artıq 
həyatındakı əlləri ilə sarıldığı daşlar da quma 
çevrilirdi.  Qumu  isə  ayrılıq  rüzgarları  əlin-
dən  alırdı.  Həyat...  Bu  qədər  oyun  oynayır-
san, amma, cığal etməsən, oyuna dayaq olan-
ları əlimdən almasan  sənə qalib gəlməyə gü-
cüm çatardı. Amma, indi çox gücsüzəm. Sev-
diklərimi  gözlərim  önündə  itirirəm  və  əlim-
dən  gələn  heç  nə  yoxdu.  Bəlkə,  bu  bir  ka-
busdu. Yox heç kabuslar da bu qədər qorxulu 
olmur.  Nihadın  diqqətini  irəlidəki  oturacaq-
larda əyləşən iki gəncin söhbəti dağıtdı.  
 
-Şamxal eşitdin nə olub?  
 
-Nə olub ki?  
 
-NDU-da  işləyən  bir  müəllim  var  idi, 
indi yoxdu.  
 
-Başa düşmədim.  
 
-Özünü asıb.  
 
-Böyük  şey  olub?  Asıb,  asıb  da.  Də-
dəmdi ya anamdı? Mənə nə? Qoy atası, anası 
ağlasın. Uşaqları vardısa yetim qaldılar onlar 


 
150 
ağlasın.  Güya  bir  nəfər  milyondan  əksilsə 
dünya dağılacaq?  
 
-Sənin  bədənində  qan  axırda,  hə  Şam-
xal?  
 
-Bilmirsən məni?  
 
-Bilirəm: “Ver yeyim, ört yatım” 
 
Nihad  o  qədər  kədərli  idi  ki,  o  qədər 
yuxusuz  idi  ki,  yenə  bir  qalmaqal  yaratma-
maq  üçün  dillənmədi.  Bir  saat  sanki  bir  gün 
qədər  uzanmışdı.  Təyyarə  Naxçıvana  qon-
maq  istəmirdi  sanki.  Saatlar  uzandıqca,  za-
man qısalırdı. Axı Dəniz də öləcəkdi. Bu zibil 
vərəm xəstəliyinin çarəsi yoxdu.  Axı  niyə bu 
qədər  inkişaf  etmiş tibb dünyası bu  və  digər 
xəstəliklər qaşısında acizdi? Nihad bilirdi ki, 
bu  xəstəlik  Dənizə  xəstə  bibisindən  keçib. 
İndi bunun bir önəmi yoxdu. Həyatındakı bu 
qaydasız  və  ardıcıl  ölümlər  Nihadı  o  qədər 
sarsmışdı  ki,  təyyarədən  sağ  çıxmamağı  ar-
zulayırdı.  Kaş  ki,  təyyarə  qəzaya  uğrayar  və 
heç Nihadın tikələri də tapılmazdı.  Amma, o 
bilirdi  ki,  təyyarə  ən  təhlükəsiz  nəqliyyat 
vasitəsi  seçilib.  Dəqiq  məlumatlara  görə  ildə 


 
151 
uzunqulaqlar  tərəfindən  öldürülən  insan 
sayısı,  təyyarə  qəzasında  ölənlərdən  çoxdur. 
İllik  ən  az  ölüm  törədən  bu  vasitə  insanın 
ayaqlarını yerdən kəssə də açıq səmada uçan 
quş kimi sərbəst  və dözümlü idi. Təyyarənin 
necə və nə vaxt endiyindən xəbəri olmamışdı 
və  buradaca  sakitcə  mürgüləyən  Nihadı 
yanındakı xanım əli ilə yavaşca silkələdi və:  
 
-Çatmışıq qardaş.  
 
-Hmm. Çox sağolun.  
 
Nihad  tələsmədən  hava  limanına  tərəf 
gedirdi.  Artıq heç yerə tələsməyəcəkdi. Çün-
ki,  çox  gec  idi.  O  yerində  deyirdi:  “Mən  hə-
yata gecikmişəm” 
 
Bir  az  getmişdi  ki,  yenə  mobil  nömrəsi 
zəng çaldı və nömrə yenə tanış deyildi:  
 
-Eşidirəm.  
 
-Axşamınız  xeyir,  Həsəndi.  Məhərrəm 
müəllimin bacısı oğlu. Dayım dedi ki..  
 
-Aqibətiniz xeyir. Hə-hə. Mən elə indicə 
qapıdan çölə çıxıram.  
 
-Deyəsən sizi gördüm.  
 
Nihad başını qaldırdı və ona tərəf cavan 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə