Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə35/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   30   31   32   33   34   35   36   37   38

 
191 
arıqlamışdı ki, onu indi kim görsəydi, heç kəs 
tanımazdı. Nihad  o qədər  stresdə  və  depres-
siyada idi ki, qapının döyüldüyünü dəqiqləş-
dirə  bilmədi  və  qapıya  tərəf  addımladı.  Qa-
pını  açanda  işçi  geyimində  bir  cavan  oğlan 
qarşısında idi.  
 
-Salam. Nizami küçəsi 13, bina 6, ev 32?  
 
-Salam. Bəli.  
 
-Nihad Əhmədov sizsiniz?  
 
-Mənəm necə ki?  
 
-Bura imza atın sizə bir poçt var. Deməli 
Dəniz Həsənovadan.  
 
Nihad  imzaladı,  poçtu  alıb  evə  keçdi. 
Tələsik  poçtu  açdı  və  bir  disk  gördü.  Başqa 
heç  nə  yox  idi.  Tez  musiqi  mərkəzini  televi-
zora quraşdırdı və diski taxdı. Disk fırlandığı 
qısa  müddətdə  Nihad  elə  əsdi  ki,  əlindəki 
pult yerə düşdü. Disk açılanda və səslənəndə 
isə  Nihad  gözlərinə  inana  bilmədi.  Çünki, 
Dəniz özünü videolentə almış və danışırdı:  
 
-Salam.  Necəsən?  Sən  bunu  eşidəndə 
mən səndən çox uzaqlarda olacam.  
 
Nihad  pultda  pause  düyməciyini  sıxıb 


 
192 
geriyə fırlatdı və diski təzədən oynatdı ki, bu 
yuxu deyil və Dəniz danışır.  
 
-Salam.  Necəsən?  Sən  bunu  eşidəndə 
mən  səndən  çox  uzaqlarda  olacam.  Bilirəm 
bax,  indicə  diski  təzədən  başlatdın.  Hə,  bu 
mənəm.  Dəniz.  Sənin  dünyalar  qədər  sevdi-
yin və bunu bəri başdan bilən Dəniz. Mən də 
səni  sevirəm.  Gəl  hər  şeyi  başdan  danışım. 
İnanıram  ki,  mənə,  Nazilə  anaya  və  Rəşada 
haqq verəcəksən. Bizi bağışla.  
 
-Sən,  yəni  Xəzər  Həsənov  1987-ci  il  20 
mart Bakıda Həsənovlar ailəsində anadan ol-
musan. Dörd ailə üzvün  olub  və indi tək  sağ 
qalanı  sənsən.  Atan  hansı  ki,  sonradan  mə-
lum  olur  ki,  o  sənin  öz  atan  deyil,  Kamil 
Həsənov 1960-ci ildə Bakıda varlı və ziyalı bir 
ailədə  doğulub.  Anan  Nərminə  Hüseynova 
1963-ci  ildə Naxçıvanda anadan  olub.  Atanla 
ananın ataları yaxın  dost  olublar  və bu dost-
luğu  qohumluğa  çevirmək  məqsədi  ilə 
1981-ci  ildə  Kamili  və  Nərminəni  evləndi-
rirlər.  Deməli  dörd  ildən  sonra  yəni  dəqiq 
desək  1985-ci  il  sentyabrın  1-də  evin  ilk  qız 


 
193 
uşağı  dünyaya  gəlir.  Adını  Dəniz  qoyurlar. 
Ailə  heç  vaxt  xoşbəxt  olmur.  Əslində  bütün 
gününü  işlə  əlaqədar  evdən  ayrı  keçirən  ata 
Kamil  qısa  fasilələrlə  evə  gəlmir.  İki  il  sonra 
evin  ikinci  oğlan  uşağı  Xəzər  dünyaya  gəlir. 
Sonradan Kamil ata bir gün evə işdən tez qa-
yıdır  və  evdə Nərminəni başqa kişi  ilə  tutur. 
Hər  ikisini  öldürür,  amma,  öldürməmişdən 
əvvəl  Nərminə  deyir  ki,  Xəzər  sənin  oğlun 
deyil, bu yatdığım kişinin oğludu. Ananın bir 
yerdə olduğu kişi haqqında çox şey bilmirik. 
Adı  Sərxan  olub  və  son  zamankı  axtarışla-
rıma görə ata və anası boşanıb. Bacısı  və qar-
daşı  olub-olmamasını  bilmirəm.  Ata  Kamil 
səni  də  öldürmək  istəyib,  amma,  evdəki 
səs-küydən qonşular gəlib  və səni xilas  edib-
lər.  Arxalarınca  bibimin  gəlməsi  və  səni  gö-
türüb  vağzala  aparması  səni  qorumaq  üçün 
olub.  Atam  o  qədər  əsəbi  imiş  ki,  tutulsa  da 
səni  çöldəki  adamları  tərəfindən  öldürəcək-
miş.  Bibim  isə  səni  qorumaq  üçün  Bakı-İrə-
van  qatarına  qoyub  və  qayıdıb.  Səni  çox  ax-
tarsamda Bakıda  olanda tapdım.  Nazilə ana-


 
194 
nı  əvvəlcədən  tanımış,  sən  haqda  çox  danış-
mışıq.  Rəşad  da məni Nazilə ananın yanında 
görmüşdü,  amma,  ailən  haqqında  danışdıq-
larım  və  sənin  məyus  olmaman  üçün  sənə 
heç  nə  demədik.  Nazilə  ana  və  Rəşad  sənin 
haqqında  bilməli  olacağım  hər  şeyi  mənə 
danışıblar.  Səni  uşaqlığını  çox  yaxşı  bilirəm 
qaqaş.  Qaqaş  səni  çox  istiyirəm.  Bağışla  ki 
belə  oldu.  Sənə  heç  nə  deməməyimin  və 
özümü lal  və kar  tanıtmağımında geçərli sə-
bəbi  var.  Bu  çox  çətin  oldu.  Bəlkə  də  danış-
saydım  və  sənə  heç  nə  deməsəydim  məni 
bacın kimi tanıyardın və heç sevmənə lüzum 
qalmazdı.  İndi  daha  pis  oldu bilirəm, amma, 
nə etməli.  Atama  söz vermişdim.  Atam ölən-
də  mənim  21  yaşım  vardı.  Və  bu  vaxtadək 
səni tapmayacağıma  ona  söz  vermişdim. Sağ 
olduğunu  bilirdi  və  sənə  nifrət  edirdi.  Bir 
fahişənin uşağıyıq, amma, fərq vardı bilirsən. 
Atam can üstə idi, məni yanına çağırdı və elə 
bir  şey  istədi  ki,  onu  etməyəcəyimi  bilirdi. 
Amma,  yenə  də  istədi.  Ölüm  ayağında  olan 
birinə  söz  verdim  ki,  heç  vax  səninlə  danış-


 
195 
mayacam.  Heç  vaxt  səninlə  danışmadım  da. 
Səsimi  buna  görə  gizlətmişəm.  Səni  tapma-
yacaqdım, amma,  səni  Naxçıvandakı tanışla-
rın  elə tanıtdı ki, qardaşımı tanımamaq əlim-
də  deyildi.  Həm  də  uşaqlıq  vaxtından  dedi-
yin“Mən
 həyata gecikmişəm” məni çox narahat 
etmişdi  və  təsir  etmişdi.  Ünvanını  aldım  və 
səni  Bakıda  tapdım.  Bir  gün  səhər  qapına 
qutu qoyub, qapını  döyüb qaçdım.  Və idarə-
yə  saat  göndərməyim,  evinə  gizlincə  girib 
şəkillərə baxmağım. Birinci göndərdiyim saat 
ölən  yəni  öz  atanın  saatıdı.  İkinci  isə  antik 
divar saatlarıydı. O isə anadan bizə qalan tək 
əşyalar  idi.  İstəmirdim  keçmişini  öyrənəsən, 
amma,  sən  bunu  o  qədər  istəyirdin  ki.  Səni 
bu  keçmiş  məyus  etdi  artıq,  indi  çox  pissən. 
Bu qədər  ölümlər.  Hamısı  sənə  o qədər təsir 
edib  ki.  Birdə  qaqaş  sənin  üstündən  tapılan 
açar  ananın  günlüyünün  açarıdı.  Bibimdədi 
günlük. Nə vaxt istəsən get al və oxu. Heç kəs 
oxumuyub, çünki, elə bir  dəftərdə yazılıb ki, 
onu zorla açmağa çalışsan içinə maye tökülür 
və  həriflər  bir-birinə  qarışır.  Bu  da  sənə  qis-


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə