Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə37/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   30   31   32   33   34   35   36   37   38

 
201 
gördü  və  vərəqlədi.  İçindən  bir  gül  düşdü. 
Nihad  gülü  əlinə  alan  kimi  tanıdı.  Bu  səhra 
çiçəyi idi. Dərindən ah çəkdi və göz yaşlarına 
hakim  ola bilmədi. Həmin gülün qoyulduğu 
səhifənin  qırağı  qatlanmışdı.  Nihad  bu  səhi-
fədəki şeiri oxumağa başladı:  
 
Günahkarlar. 
 
Səndə məndə günah yoxsa,  
Onda günah həyatdadı.  
Xoşbəxtlikdə, bədbəxtlikdə,  
Ayrılmayan həyat dadı.  
 
Mavi dəniz bu gözlərim,  
Göz yaşından doymuyacaq.  
Bu günlərin siləcəyi,  
Bir sabahım olmuyacaq..  
 
Yazan yazıb bu keçmişi.  
Keçmişimdən qaçmıyacam.  
Səni bu gün tanısamda,  
Sabahımda tapmıyacam..  
 


 
202 
Sən üzümə nə desəndə 
Ürək laldı, ürək kardı.  
Həyat roman, biz obrazlar,  
Onda yazan günahkardı.  
 
Tanrım özün yaz gələcək,  
Qələm götür, yaz gələcək.  
Küsüb dərhal ümid qırma,  
Bəlkə sonra yaz gələcək?  
 
 
Nihadın artıq gözlədiyi yaz çoxdan qışa 
çevrilmiş,  tumurcuqların  üstünə  qar  yağ-
mışdı.  
 
Bir az keçmiş anıları xatırladıqdan  son-
ra ikinci çəkməcəni açdı və özünün bütün şə-
killərini  gördü.  Və  Dənizin  video  lentdə  de-
diyi kimi altı min manat da burda idi. Evdən 
itmiş  şəkilləri,  məktəb,  yetimxana,  əsgərlik. 
Hamısı burda idi. Uşaqlıq şəkilləri həmçinin. 
Öz  uşaqlıq  şəkillərinə  23-yaşında  baxmaq, 
özünü  bu  yaşda  tanımaq  necə  bir  hissmiş, 
onu  təkcə  Nihad  bilirdi.  Bütün  uşaqlığı 
gözləri  önündə canlanır  və  sanki bu bir faciə 


 
203 
idi.  
 
Nihad öz şəkillərinə baxaraq həyata nif-
rət  edir,  uşaqlığını  həsrətlə  çağırırdı.  Kaş  ki, 
hər  şey  yenidən  başlayardı.  O  vaxt  hər  şey 
fərqli ola bilər, həyatındakı bəzi hadisələrinin 
səmtini  dəyişə bilərdi.  Amma,  həyat  o qədər 
acımasız  və  sərtdi  ki,  insanı  nəinki  zamanla 
qamçılayır,  hətta  elə  yaxşı  arzuları  ürəkdə 
qoyur ki, bizlər ölüm sonrasına  ümidlə yaşa-
yırıq. Nihad  o qədər alçalmış və özünə nifrət 
edirdi ki.  Axı  o  öz bacısını  sevmişdi.  İndiyə-
dək  heç  kimi  sevməyən  bu  yetim,  nə  edə 
bilərdi ki, həyat onu buralara  sürükləməsin? 
Axı  o nə edə bilərdi ki, anasının fahişəliyinin 
qurbanı  olmazdı  və bir ailə  sevgisindən, ana 
məhəbbəti  və  ana  nəvazişindən  uzaq 
böyüməzdi?  Dənizi  nə  vaxtsa  belə  tanıyıb 
sevməzdi.  Bunların  hamısının  səbəbkarı 
kimdi?  Axı  hər  şey  elə  planlaşdırılmışdı  ki, 
sanki hansısa filmə epiloq verilmişdi.  
 
Üçüncü  çəkməcəni  açmaqdan  çox  qor-
xurdu.  Anasına  aid  günlüyü  götürməkdə  və 
şəkillərinə baxmaqda  o qədər tərəddüdlü  idi 


 
204 
ki,  on  dəqiqə  əli  üzündə  sakitcə  oturdu  və 
sonda çəkməcəni açdı. İlk şəkil anasının şəkli 
idi.  O  qədər  gözəl  idi  ki,  ona  baxarkən  şəkli 
istəmədən  öpdü  və  bağrına  basıb  sanki  ana-
sını  qucağlayırmış  kimi  ağlamağa  başıladı. 
Anası  hər  nə  etsə  də,  onun  anası  idi.  Canın-
dan  bir  candı.  Bəlkə  də  yaşasaydı,  onu  din-
ləyər və bağışlayardı. İndi isə hər şeyə tək sə-
bəbkar  o  olduğuna  görə  onu  bağışlaya  bil-
mirdi. Əlini rəsminin üstündə gəzdirir və ona 
elə həsəd  aparırdı ki,  sanki  onu böyüdən bu 
ana idi. Həmişə anasını fərqli qəbul etmiş ona 
yetim  qaldığı  üçün  haqq  qazandırmışdı.  Axı 
indi  necə  ona  haqq  qazandıra  bilərdi?  Tək 
günahkar  ana  idi.  Anasızlığın,  yetimçiliyin 
nə  olduğunu  onu  yaşamayanlar  hardan  bilə 
bilər  axı?  Ailəsi  olan  hər  bir  uşaq  evə 
gələrkən qapını açıb məktəb çantasını kalido-
run o başına tullayır  və ana yemək  ver acın-
dan  ölürəm  deyir.  Anasına  gündəliyini  gös-
tərir aldığı beşlərlə onu sevindirir  və sabahkı 
gün  üçün  cib  xərcliyi  alır.  Nə  qədər  çox  beş 
olsa  bir  az  artır  xərclik.  Axı  Nihad  bunları 


 
205 
yaşamadan  bunların  necə  olduğunu  hardan 
bilərdi? Eləcə  də bunları yaşayanlar yetimçi-
liyin  nə  olduğunu  hardan  bilərdi?  Qardaş 
sevgisi  bacı  qeyrəti  bunlar  hamısı  Nihad 
üçün heç  vaxt gerçəkləşə bilməyən bir təxəy-
yül  idi.  Artıq  fərqi  yoxdu,  Nihadın  həyatı 
sual cümləsindən həyəcan və təəssüflərlə do-
lu nida cümləsinə  çevrilmiş  və  nida  işarələri 
sonrası üç nöqtə qoyulmuşdu.  
 
Nihad  anasının  günlüyünü  aldı,  onu 
qoxsuladı və bərk-bərk qucaqladı. Sanki əlin-
dən  kimsə  bu  saat  onu  alacaq.  Cibində  açarı 
çıxartdı və qəribə quruluşlu bu kitaba bənzər 
dəftəri açdı. Dəftərdən çox, filmlərdə göstəri-
lən kriptesə oxşayırdı.  
 
 
 
 
 
 
 
 


 
206 
AXI DEMİŞDİM… 
 
 Bəri başdan mən demişdim,  
 Artıq cavaba yetişdim,  
 Axı necə xoşbəxt olum?  
 Mən həyata gecikmişdim...  
 
 
Günlük  açılan  kimi  ananın  və  Nihadın 
əsl  atasının  şəkilləri  töküldü.  Nihad  şəkilləri 
əlinə  aldı  və  sanki  hansısa  xoşbəxt  cütlüyün 
şəkillərinə baxırdı. Artıq beynində bir sual da 
yaranmışdı, anam atamı əvvəldən tanıyıbmı?  
 
Günlükdəki tək yazı:  
 
18 yaşım  vardı.  Həyat mənim üçün çox 
dəyərli idi. Bu həyata bağlayan ailəm, rəfiqə-
lərim  və  hər  şeydən  çox  sevdiyim  Sərxan 
vardı.  Onunla  məktəbin  altıncı  sinfindən 
bir-birimizi sevirdik. Hələ uşaq olsaqda onun 
da  məni  sevdiyini  bilirdim.  Amma,  atamın 
məni  ona  verməyəcəyini  də  bilirdim.  Ziyalı 
ailəm, oxumuş atam və anam vardı. Sərxanın 
ailəsi isə heç ürək açan deyildi. Atası anası ilə 
boşanmış  və  başqası  ilə  evlənmişdi.  Sərxan 
hələ  səkkizinci  sinifdən  fəhlə  işləyib  anasına 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə